Bakıda peyda olan sirli dondurma satanlar – Onlar haqqında hər şey niyə gizli tutulur? REPORTAJ

    Bakıda peyda olan sirli dondurma satanlar – Onlar haqqında hər şey niyə gizli tutulur? REPORTAJ


    Bu yay Bakının sayılıb-seçilən məkanları, əsasən də turistlərin üz tutduğu Dənizkənarı Milli Park, İçərişəhər, metro keçidlərinin yaxınlığı Türkiyənin məşhur "Kahramanmaraş” dondurma satışı köşkləri ilə zəbt olunub. Yerli dondurma satıcıları isə kənar məhəllələrə, ən yaxşı halda parklara "sürgün edilib” və belə görünür ki, mövsümdə şəhərin mərkəzində yalnız Türkiyədən dəvət edilmiş anadolulular dondurma satacaqlar.

    Mayın əvvəlində Türkiyədən Bakıya 40 nəfərlik tərkiblə dondurma satıcıları dəvət olunub. Onların hamısı özlərinin dediyi kimi "Anadoludan gəliblər”, bizimlə söhbətə razılaşan biri isə Kahramanmaraşdan olduğunu təsdiqlədi.

    Kahramanmaraş Türkiyədə kürdlərin sıx yaşadığı bölgələrdəndir, bölgə sakinlərinin 23 faizə yaxını kürd əsillidir. Həmin kürdlərin 90 faizə yaxını isə ələvi kürdlərdir, yəni şiə təriqətinə yaxındır.

    Türk satıcılarının dediklərinə inansaq, onlara Azərbaycanda "Kəhramanmaraş” dondurmalarına təlabat yarandığı söylənilib, onlar da öz ölkələrində işlərini atıb bura gəlməyə məcbur olublar. Gəliblər, amma vəd edilən müştəri axını ilə qarşılaşmayıblar. Ümidləri boşa çıxsa da, geri dönmək üçün yayı yola verməlidirlər.

    Bulvarda 12 köşk…

    Bulvarda az qala hər 250-300 metrdən bir "maraş” dondurma köşkləri qoyulub, öyrənirik ki, ümumilikdə 12 köşk var. Anadolu geyimli satıcılardan biri söhbət etmək üçün şərt kəsir, iki dondurma almaqla şərtinə əməl etmiş oluruq. Söyləyir ki, Bakıya "Kapka” adlı türk şirkətinin vasitəçiliyi ilə gəlib, bu şirkətə qədər isə daha 2-3 vasitəçi ilə sövdələşmə aparıb. Ona gündə ən azı 90-100 müştəri olacağını söyləyiblər.

    Şirkətlə bağlı digər suallarımızın cavablandırılmasına kassir funksiyasını yerinə yetirən azərbaycanlı oğlanlar mane olurlar, bildirirlər ki, komersiya sirridir və yalnız bəlli icra qurumlarına hesabat verirlər.  

    Adəm adlı satıcı isə əlavə edir ki, Bakıda müştəriləri elə öz yerliləri, türklərdir. Çünki "maraş” dondurmalarının dadını, faydasını türklərdən yaxşı bilən yoxdur. "Digər dondurmaların tərkibində süd yoxdur, biz isə keçi südündən, dağda yetişən  orkidə çiçəklərinin yumru köklərindən əldə edilən "salep” adlı qatqıdan istifadə edirik. Tərkibində onlarla vitamin var”,-Adəm söyləyir.

    Satıcılar keçi südünü Azərbaycandan, digər qatqıların isə Türkiyədən alındığını söyləyirlər. Amma keçi südünün konkret hansı firmadan alındığını söyləmirlər,  bunu sübut edən sənədləri də görə bilmirik.

    13 yaşından dondurma satmaqla məşğul olduğunu söyləyən satıcılardan biri isə ərəbləri qınayır, deyir ki, Türkiyədə Maraş dondurmaları, Bakıda isə bahalı rus dondurmaları yeyirlər.  

    Satıcılardan öyrənirik ki, Azərbaycanda işləmək üçün müvəqqəti iş icazələri var.

    Metal şişin ucunda…

    Maraş dondurmalarının keyfiyyəti həm də satıcının şou qabiliyyəti ilə ölçülür. Satıcılardan biri deyir ki, əslində ayının min bir oyunu bir armudun başındadır, şou müştəri cəlb etmək üçündür, amma ustanın təcrübə və peşəkarlığından xəbər verir. Deyir və təxminən bir metrlik metal şişin ucunda dondurma götürür, qaba dolduraraq uzadır. Qabı götürməyə çalışırıq, cəld çevirir, fırladır və bu hərəkət bir neçə dəfə təkrarlanır. Dondurma bir qədər saqqız kimi yapışqan olduğundan yerə tökülmür.

    Dənizkənarı Milli Parkda "maraş dondurmaları” köşkləri boyu apardığımız müşahidələr göstərdi ki, bütün köşklərdə türkiyəlilər ancaq dondurmanı reklam edirlər və satırlar, pulları qəbul edənlər isə azərbaycanlılardır.  Həmin şəxslərin türkiyəliləri Bakıya gətirən şirkətin adamları olduğunu təxmin etmək olar.

    "Bazarımızı öldürdü…”

    "Bu gələnlər bizim bazarımızı öldürdü, alver edə bilmirik”,-bunu isə Dənizkənarı Milli Parkdalı  köşklərdən birinin satıcısı deyir. Əlavə edir ki, şoularla uşaqların diqqətini cəlb edə bilirlər, xüsusilə tələbələr onlardan dondurma alırlar, amma yenə də narazıdırlar. "Bulvarın ən "bərkgedən” yerlərində satışla məşğuldular, amma yenə də razı qalmırlar. Az qalırlar müştəri arxasınca qaçsınlar”, -satıcı söyləyir.

    Yerli satıcıların narazı qaldıqları məqamlardan biri də türklərin səsli-küylü olmasıdır. Satıcı deyir ki, sonuncu dəfə dağda çobanı səsləyəndə bu qədər bərkdən qışrııb, onların  isə bir-biri ilə danışıq tərzi belədir.

    "Ərəblər bizdən alış-veriş edirlər, yaxşı ki, çoxarvadlıdılar, hərəsi üçün 4-5 dondurma alırlar, bir günün yer haqqı çıxır”-satıcı deyir.

    "28 May” ətrafında da kahramanmaraşlılar

    Satıcıdan öyrənirik ki, metronun "28 May” stansiyasının yaxınlığında da "maraş” dondurmasının satışına başlanılıb. Satıcı deyir ki, hələlik şou göstərməklə müştəri cəlb etməyə çalışır, ortama öyrənəndən sonra ətrafdakı dondurma köşklərinin satıcıları da onun müştərisi olacaqlar. Çünki dondurmasının keyfiyyətinə, bir də özünün satıcı kimi bacarığına inanır.

    Türkiyəli dondurma ustalarını Bakıya gətirən türk şirkəti ilə bağlı hər hansı məlumat əldə edə bilmədik. Dənizkənarı Bulvar İdarəsinin aparat rəhbəri Elmir Bağırov isə ölkədə olmadığını, mətbuat xidməti ilə əlaqə saxlamağımızı məsləhət gördü. Mətbuat xidmətindən isə bildirdilər ki, bu məsələ kommersiya sirridir. İdarənin elektron ünvanına rəsmi sorğu göndərəndən sonra araşdırılaraq cavablandırılacaq. (virtualaz.org)

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 141


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Sabahın havası: Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək ABŞ atom bombalarını altı bazada saxlayır: “İncirlik”də də var - SİYAHI Şəkidə xəsarət alanların son vəziyyəti - Nazirlik Polis veteranları iş başında: 2600 cinayət açıldı Bakı Avrasiya Universiteti yeni korpuslarını yaxın vaxtlarda istifadəyə verəcək Sabunçuda it Özbəkistan vətəndaşını dişlədi Deputatdan bahalaşma ilə bağlı iqtisadiyyat və kənd təsərrüfatı nazirliklərinə MÜRACİƏT Qardaşı arvadının başını kəsən qayın intihar etdi Balaca Səidəfəndi Mehriban Əliyevadan kömək istəyir “Ağ çiçəyim” mağazası yanıb kül oldu - YENİLƏNİB + FOTO Bakıda dənizdə batan gənc belə xilas edildi — Video Türkiyədə zavodda güclü partlayış baş verdi Hacı Nuran Hüseynov səfir seçilib. Qəzəbli sürücü ona cərimə yazan polisi yaraladı - QORXUNC... + VİDEO İki hərbçimiz həlak oldu - Hərbi hissədə bədbəxt hadisə QHT “Ahılların asudə vaxtının səmərəli təşkili” layihəsini davam etdirir Azərbaycan daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyinat oldu “Nar” komandası “Breyn Rinq” intellektual yarışının qalibi oldu Hacı Mazan təcili olaraq DTX-nın hospitalına köçürüldü Leyla Əliyeva körpələr evində — FOTO Deputatlar Orduya pul köçürdülər “Nar” gənc şahmatçılara dəstək olur Azərbaycanda QANLI OLAY: Qardaş qardaşını güllələdi Bakıda qırmızı işıqda keçən avtomobil qəzaya səbəb olub - FOTO - VİDEO Bakıda maşın sürətlə parka girdi, sürücü tanınmaz hala düşdü - ŞOK VİDEO Ərəblərin "Park Bulvar"dakı davası ilə bağlı rəsmi AÇIQLAMA Hacı Mazanın qəzadan sonra ilk görüntüləri - Video İmtahan nəticələri açıqlandı - 9 nəfər maksimum bal topladı Hacı Mazan əməliyyat olundu - Son durumu ilə bağlı açıqlama Bakıda iki yeni polis bölməsi açıldı Yeni ölümcül virus peyda oldu Xoyskidən Vilayət Eyvazova qədər…101 yaşlı polisimizdən möhtəşəm -Faktlar 2 iyul - Polis Günüdür! Məktəbli formalarında hansı yenilik edilir? - Bakı Tikiş Evindən AÇIQLAMA Bu axşam Günəş tutulması müşahidə olunacaq Vasif Talıbov Kanevski ilə görüşdü - Foto “UNESCO ailəsinin üzvü olmaq mənim üçün böyük şərəfdir” - Mehriban Əliyeva KİM: TRAMPIN GÖRÜŞ TƏKLİFİ MƏNİ ÇOX TƏƏCCÜBLƏNDİRDİ “Nar”dan gənclərə növbəti iş fürsəti Q.Paşayeva AŞPA-nı Diqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması üçün Ermənistana təzyiq etməyə çağırıb. ŞİRVANDA POLİSLƏR QANVERMƏ AKSİYASINDA İŞTİRAK EDİBLƏR “QİÇS-ə birlikdə qalib gələk” adlı seminar keçirildi-Foto Bakıda 20 nəfərin dönərdən zəhərlənməsi ilə bağlı cinayət işi başlandı 26 yaşlı gənc anaya dəstək olaq, 3 körpəsi var...- Foto Rusiyada sərnişin təyyarəsi qəza enişi edib: Pilotlar ölüb - FOTO + VİDEO Qadının gözündən çıxanlar həkimi şoka saldı - FOTO İlham Əliyev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil hədiyyə etdi Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Gədəbəy rayonundatibbi aksiya keçirəcək. Sabah da 40 dərəcə isti olacaq Saatlıda narkotik yetişdirən qohumlar saxlanılıb “Nar”dan eşitmə məhdudiyyətli insanlara təlim Döyüş meydanında qələbəni Azərbaycan Ordusu mütləq təmin edəcəkdir “Erməni zindanında səkkiz gün” kitabı təqdim olundu Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib “Nar” Azərbaycanın rəqəmsal inkişafına öz töhfəsini verməyə davam edir Bakıda küçənin ortasında dava - “Beş bıçaq vurdu” + Video Pensiyalar yenə artacaq - Nazir tarixi açıqladı Şamaxıda 18 yaşlı qız xlor içib Azərbaycan neftinin qiyməti enib –0,86 dollar/barel Milli Kitabxanada Gənc yazar Sevindik Nəsiboğlunun kitablarının təqdimatı olub-Fotolar Nigeriyada silsilə partlayışlarda 17 nəfər ölüb Bakıda peyda olan sirli dondurma satanlar – Onlar haqqında hər şey niyə gizli tutulur? REPORTAJ Mehriban Əliyeva Elçibəyin xanımının yas mərasimi xərclərini öz üzərinə götürdü Bu gün Qurtuluş günüdür "Son zəng"i qeyd edən məzunlar qəzaya düşdü “Sağlamlığın Qorunması” İctimai Birliyi Gədəbəy rayonunda “QİÇS-ə birlikdə qalib gələk” adlı tədbir həyata keçirəcək. İCTİMAİ KANALDA "YADİGARLAR"VERİLİŞİNİN 5 İLLİK YUBİLEYİ QEYD ETDİLƏR-Fotolar Azərbaycan jurnalist Fuad Abbasova görə Rusiyaya nota verib Bakıda yanğın - 1 yaşlı körpə öldü “1 sentyabrda başlasın, 25 mayda bitsin” - Deputatlar dərs ili haqda DANIŞDILAR “1 sentyabrda başlasın, 25 mayda bitsin” - Deputatlar dərs ili haqda DANIŞDILAR Bakı-Quba yolu dağılıb - “Səhvə yol verilib” + Video Ruslan Yusubov itkin düşdü - yanacaqdoldurma məntəqəsinin qarşısından “Nar” tələbələrin karyera qurmalarına dəstək olmaqda davam edir Ehram Məcidova haqsızlıq və düzgün aparılmayan İstintaq... -Təhlil Energetika Nazirliyində energetika sektorunda islahatların sürətləndirilməsinə dair kollegiya iclası keçirilib Bakıda qadın küçənin ortasında bıçaqlandı - özünü tanımadığı həyətə salıb, can verdi 3 yaşlı Zəhra tapıldı-Foto+Video Yardımsevərlər fiziki məhdudiyyətli insanlar üçün möhtəşəm tədbir təşkil etdi-Fotolar Ucar rayonunda yoxsul ailələrə bayram sovqatı paylanıldı. "Darıxıram Sənsiz.."-Mehrim Məmmədovadan yeni bəstələr Şirvan sakinindən narkotik maddə götürülüb “Nar” bir çox xidmətlər və məhsullar üzrə yeniliklər edəcək Q.Paşayeva gənc alimlərə çağırış səsləndirib Azərbaycanda Respublika Günüdür - Cümhuriyyətin 101 ili Leyla Əliyeva “Tarixin şah əsərləri” ilə tanış oldu - FOTO “Nar”“Youth Speak” Forumunda iştirak edib Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Qobustandan olan Aprel şəhidlərinin ailələri ilə görüş keçirilib Leyla Əliyeva cizgi filminin təqdimatında - Fotolar “Nar”aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur Tovuzda şəhid Orxan Hümmətova həsr olunmuş "Qızılqaya qartalı" kitabının təqdimatı keçirilib "28 May Respublika günü"-nə həsr olunmuş " Vətən" Kikboksinq klubunun açıq brinciliyi keçirilib. - FOTO MƏNASIZ SÖZ DAVASI BARƏDƏ SADƏ BİR MÜHAKİMƏ Milli Oftalmologiya Mərkəzinin Masallı filialının həkimləri Lənkəranda tibbi aksiya keçirəcək “Nar TV” istifadəçilərinin sayı 117% artıb "Qızlar oğlanlara nisbətən daha məntiqlidir!-Müsahibə 17 mayda gözlənilən hava şəraiti Gəncədə 15 yaşlı oğlanı maşın vurdu "Sizi Tanıyaq" layihəsinin 1 illik hesabat konsert tədbiri keçirildi-Video “Nar”“Facebook”səhifəsinə daxil olmuş müraciətləri 100% cavablandırıb
    File engine/metagen.php not found.