“Erməni zindanında səkkiz gün” kitabı təqdim olundu

    “Erməni zindanında səkkiz gün” kitabı təqdim olundu


    Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində Xocalı soyqırımının canlı şahidi Dürdanə Ağayevanın "Erməni zindanında səkkiz gün” kitabının təqdimat mərasimi keçirilib. Qeyd edək ki, kitabın rus dilində versiyası Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət” kampaniyasının rəhbəri xanım Leyla Əliyevanın dəstəyi ilə nəşr olunub və Moskvada təqdimatı keçirilib. Türk dilində versiyası isə İHH təşkilatı tərəfindən qardaş Türkiyədə nəşr edilib və geniş təqdimatı keçirilib. "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİB) və "Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB), "TransEvroKom” telekommunikasiya şirkəti, iş adamları Vüqar Abbasov və Nəcməddin Taşbağın dəstəyi ilə kitabın Azərbaycan dili versiyasının nəşri və təqdimat mərasimi təşkil olunub. Tədbirdə Milli Məclisin deputatları, dövlət və ictimai sektor təmsilçiləri, Xocalı sakinləri, KİV nümayəndələri, gənc yazarlar və b. iştirak edib. Təqdimat mərasimini giriş sözü ilə açan Millət vəkili, ABAİB prezidenti dos.dr. Qənirə Paşayeva Dürdanə Ağayevanın kitabını, Xocalı soyqırımına ədalətli cavab arayışı istiqamətində görülən məqsədyönlü işlərdən biri kimi qiymətləndirib. Xanım millət vəkili qeyd edib ki, "Soyqırım gecəsi erməni vandalları tərəfindən Rusiyaya məxsus 366-cı motoatıcı alayın bilavasitə hərbi-texniki dəstəyi ilə dinc əhaliyə qarşı baş vermiş amansızlığın bir şahidin dilindən duyurulması, əlbəttə, təsirlidir. Bununla belə, kitab yalnız bir Azərbaycan qadınının harayı deyil, bütün əsirlikdə olan qadınların harayıdır. Kitabın müəllifi Dürdanə xanıma cəsarəti üçün təşəkkür edirik. Bu gün, başda Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev, ölkənin birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olmaqla, ədalətin təntənəsi üçün uluslararası miqyasda önəmli tədbirlər təşkil edilir. "Xocalıya ədalət!” uluslararası kampaniyasının ayrı-ayrı ölkələrdəki nümayəndələri faciənin tərəqqipərvər insanlar arasında yayılması, yeni ünvanlar qazanması məqsədi ilə ardıcıl layihələr həyata keçirir. Dürdanə xanımın qələmə aldığı əsər də, Xocalının haqq səsinin duyurulmasında özünəməxsus bir addımdır. Bu kitabla bağlı ziyalıların, Xocalı sakinlərinin fikir və təkliflərinin Dürdanə xanıma çatdırılması xahiş olunur, çünki bir neçə gün sonra kitabın daha böyük tirajla çap olunaraq, universitetlərimizə, kitabxanalarımıza, məktəblərimizə, Gənclər Mərkəzlərimizə paylanması nəzərdə tutulub. İnanırıq ki, gənclərimizin tariximizi daha dərindən öyrənməsinə bu kitab da bir vəsilə olacaqdır. Mən bir Millət vəkili, bir Azərbaycan vətəndaşı olaraq, "Erməni zindanında səkkiz gün” kitabının araya-ərsəyə gəlməsində əməyi olan bütün qardaş-bacılarıma, könül dostlarına təşəkkür edir, ehtiramımı yetirirəm. Ümidvaram ki, bu kitabın daha başqa dillərə çevrilib, nəşr edilməsi də, Xocalı həqiqətləri dünyaya yayılması işinin xeyrinə olacaq. Nəsib olsun, növbəti təqdimatları Dürdanə xanımın doğma yurdu Xocalıda keçirək”. Sonra Millət vəkilləri Adil Əliyev, Aqil Abbas, Flora Qasımova, Aydın Hüseynov, Sahib Alıyev, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması”nın sədri Tural Gəncəliyev, professor Elçin Əhmədov, Azərbaycan Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov, "TransEvroKom” telekommunikasiya şirkətinin direktoru Qismət İbrahimov, RHİMİB sədri Arzu Bağırova, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Xocalıdan məcburi köçkün, Xocalı şəhər 2 nömrəli tam orta məktəbinin direktor əvəzi, şəhid Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova və başqaları çıxış edib. Çıxışlarda bildirilib ki, Dürdanə Ağayevanın əsirlikdə yaşadığı dəhşətlərdən bəhs edən kitabının nəşrində məqsəd bütün tərəqqipərvər insanların, konstruktiv mövqeli qurum və quruluşların erməni vəhşiliklərindən, erməni yalanlarından agah olmasına, ədalətsizliyə qarşı mübarizəyə töhfə verməkdir. Çıxışlarda vurğulanıb ki, düşmən təbliğatına qarşı Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın başlatdığı "Xocalıya ədalət” uluslararası kampaniyası ilbəil genişlənməkdədir. Soyqırımın canlı şahidi Dürdanə xanımın öz xatirələrini qələmə alması bu kampaniyaya böyük dəstəkdir. Kitabda Xocalı soyqırımı zamanı Azərbaycan qızının, qadınının, ümumən bir insanın başına gətirilən dəhşətlərdən faktlarla söhbət açılmaqla, əsər ermənilərin iç üzünü, qəsbkarlığını, qəddarlığını bir daha açıb göstərir. Bu kitab bu gün olduğu kimi, gələcəkdə də, Xocalıda günahsız azərbaycanlılara qarşı törədilmiş soyırım aktını duyuracaq, yayacaq. Duyuracaq və yayacaq ki, insanlıq bir də belə faciələr yaşamasın. Çıxışlarda, "Erməni zindanında səkkiz gün” kitabının Xocalı soyqırımının unudulmaması, yenidən yaşanmaması məqsədi ilə həyata keçirilən önəmli layihələrdən biri olduğu qeyd edilib. Belə bir ortaq fikir səsləndirilib ki, biz azərbaycanlıların Ermənistan silahlı qüvvələrinin, onların havadarlarının amansızlığına məruz qalmasını 27 ilə sığışdıra bilmərik. Soyqırım siyasəti on illər öncənin zəhərli beyin məhsulu olub, ötən yüzillik boyunca və təəssüf ki, yeni yüzillikdə də bitməyən bir bəşəri problemdir, adı üstündə "erməni xəstəliyi”, "erməni sindromu”dur. Cinayətkarların cəzasız qalmaması üçün hər bir azərbaycanlı daha da çox çalışmalı, Ali Baş Komandanın ətrafında daha sıx birləşməli, "Xocalıya ədalət” kampaniyasına daha çox dəstək verməliyik. Bu istiqamətdə daha yeni kitabların yazılmasına, filmlərin çəkilməsinə və xarici ölkələrdə onların təbliğat və təqdimatlarının genişlənməsinə böyük ehtiyac var. İş adamlarımız da bu istiqamətdə daha çox dəstək verməyə çağrılıb. Heydər Əliyev Fondunun əməkdaşı Cavid Məmmədzadə çıxış edərək, Leyla xanımın "Xocalıya ədalət” kampaniysı çərçivəsində görülən işlər, əldə olunan nəticələr, Fondun xarici ölkələrdə həyata keçirdiyi önəmli layihələr barədə məlumat verib və bildirib ki, Xocalı soyqırımı həqiqətlərinin bütün dünyada geniş yayılması, tanıdılmasına nail olunması istiqamətində işlər daha intensiv xarakter alıb. O, Xocalı soyqırımının şahidləri tərəfindən yazılan bu cür kitabların əhəmiyyətini xüsusi vurğulayaraq, belə nəşrlərin artmasının vacibliyini qeyd edib. Sonda kitabın müəllifi Dürdanə Ağayeva çıxış edərək, ürək sözlərini bölüşüb, həmyerlilərini, soyqırım dəhşətlərini yaşayanları acı da olsa, öz xatirələrini qələmə almağa çağırıb. Müəllif bildirib ki, şəxsən onu bu acı hekayətlərlə dolu kitabı yazmağa vadar edən, işğalçı Ermənistan tərəfindən törədilən bu dəhşətli cinayətləri dünya ictimaiyyətinə çatdırmaq, ermənilərin iç üzünü dünyaya daha geniş duyurmaq istəyidir. Eyni zamanda böyüyən nəsillərin o günləri heç bir zaman unutmamasına çağırışdır.

    Sonda xanım Qənirə Paşayeva və xanım Dürdanə Ağayeva jurnalistlərin suallarını cavablandırdılar.
    Şamil Sabiroğlu,
    Şamilə Şamilqızı,
    "fact-info.az” və "xebertv.az” saytlarının xüsusi müxbirləri.
    Bakı, 20.06.2019.
    “Erməni zindanında səkkiz gün” kitabı təqdim olundu
    “Erməni zindanında səkkiz gün” kitabı təqdim olundu
    “Erməni zindanında səkkiz gün” kitabı təqdim olundu
    “Erməni zindanında səkkiz gün” kitabı təqdim olundu
    “Erməni zindanında səkkiz gün” kitabı təqdim olundu
    “Erməni zindanında səkkiz gün” kitabı təqdim olundu
    “Erməni zindanında səkkiz gün” kitabı təqdim olundu

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 51


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Sabahın havası: Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək ABŞ atom bombalarını altı bazada saxlayır: “İncirlik”də də var - SİYAHI Şəkidə xəsarət alanların son vəziyyəti - Nazirlik Polis veteranları iş başında: 2600 cinayət açıldı Bakı Avrasiya Universiteti yeni korpuslarını yaxın vaxtlarda istifadəyə verəcək Sabunçuda it Özbəkistan vətəndaşını dişlədi Deputatdan bahalaşma ilə bağlı iqtisadiyyat və kənd təsərrüfatı nazirliklərinə MÜRACİƏT Qardaşı arvadının başını kəsən qayın intihar etdi Balaca Səidəfəndi Mehriban Əliyevadan kömək istəyir “Ağ çiçəyim” mağazası yanıb kül oldu - YENİLƏNİB + FOTO Bakıda dənizdə batan gənc belə xilas edildi — Video Türkiyədə zavodda güclü partlayış baş verdi Hacı Nuran Hüseynov səfir seçilib. Qəzəbli sürücü ona cərimə yazan polisi yaraladı - QORXUNC... + VİDEO İki hərbçimiz həlak oldu - Hərbi hissədə bədbəxt hadisə QHT “Ahılların asudə vaxtının səmərəli təşkili” layihəsini davam etdirir Azərbaycan daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyinat oldu “Nar” komandası “Breyn Rinq” intellektual yarışının qalibi oldu Hacı Mazan təcili olaraq DTX-nın hospitalına köçürüldü Leyla Əliyeva körpələr evində — FOTO Deputatlar Orduya pul köçürdülər “Nar” gənc şahmatçılara dəstək olur Azərbaycanda QANLI OLAY: Qardaş qardaşını güllələdi Bakıda qırmızı işıqda keçən avtomobil qəzaya səbəb olub - FOTO - VİDEO Bakıda maşın sürətlə parka girdi, sürücü tanınmaz hala düşdü - ŞOK VİDEO Ərəblərin "Park Bulvar"dakı davası ilə bağlı rəsmi AÇIQLAMA Hacı Mazanın qəzadan sonra ilk görüntüləri - Video İmtahan nəticələri açıqlandı - 9 nəfər maksimum bal topladı Hacı Mazan əməliyyat olundu - Son durumu ilə bağlı açıqlama Bakıda iki yeni polis bölməsi açıldı Yeni ölümcül virus peyda oldu Xoyskidən Vilayət Eyvazova qədər…101 yaşlı polisimizdən möhtəşəm -Faktlar 2 iyul - Polis Günüdür! Məktəbli formalarında hansı yenilik edilir? - Bakı Tikiş Evindən AÇIQLAMA Bu axşam Günəş tutulması müşahidə olunacaq Vasif Talıbov Kanevski ilə görüşdü - Foto “UNESCO ailəsinin üzvü olmaq mənim üçün böyük şərəfdir” - Mehriban Əliyeva KİM: TRAMPIN GÖRÜŞ TƏKLİFİ MƏNİ ÇOX TƏƏCCÜBLƏNDİRDİ “Nar”dan gənclərə növbəti iş fürsəti Q.Paşayeva AŞPA-nı Diqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması üçün Ermənistana təzyiq etməyə çağırıb. ŞİRVANDA POLİSLƏR QANVERMƏ AKSİYASINDA İŞTİRAK EDİBLƏR “QİÇS-ə birlikdə qalib gələk” adlı seminar keçirildi-Foto Bakıda 20 nəfərin dönərdən zəhərlənməsi ilə bağlı cinayət işi başlandı 26 yaşlı gənc anaya dəstək olaq, 3 körpəsi var...- Foto Rusiyada sərnişin təyyarəsi qəza enişi edib: Pilotlar ölüb - FOTO + VİDEO Qadının gözündən çıxanlar həkimi şoka saldı - FOTO İlham Əliyev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil hədiyyə etdi Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Gədəbəy rayonundatibbi aksiya keçirəcək. Sabah da 40 dərəcə isti olacaq Saatlıda narkotik yetişdirən qohumlar saxlanılıb “Nar”dan eşitmə məhdudiyyətli insanlara təlim Döyüş meydanında qələbəni Azərbaycan Ordusu mütləq təmin edəcəkdir “Erməni zindanında səkkiz gün” kitabı təqdim olundu Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib “Nar” Azərbaycanın rəqəmsal inkişafına öz töhfəsini verməyə davam edir Bakıda küçənin ortasında dava - “Beş bıçaq vurdu” + Video Pensiyalar yenə artacaq - Nazir tarixi açıqladı Şamaxıda 18 yaşlı qız xlor içib Azərbaycan neftinin qiyməti enib –0,86 dollar/barel Milli Kitabxanada Gənc yazar Sevindik Nəsiboğlunun kitablarının təqdimatı olub-Fotolar Nigeriyada silsilə partlayışlarda 17 nəfər ölüb Bakıda peyda olan sirli dondurma satanlar – Onlar haqqında hər şey niyə gizli tutulur? REPORTAJ Mehriban Əliyeva Elçibəyin xanımının yas mərasimi xərclərini öz üzərinə götürdü Bu gün Qurtuluş günüdür "Son zəng"i qeyd edən məzunlar qəzaya düşdü “Sağlamlığın Qorunması” İctimai Birliyi Gədəbəy rayonunda “QİÇS-ə birlikdə qalib gələk” adlı tədbir həyata keçirəcək. İCTİMAİ KANALDA "YADİGARLAR"VERİLİŞİNİN 5 İLLİK YUBİLEYİ QEYD ETDİLƏR-Fotolar Azərbaycan jurnalist Fuad Abbasova görə Rusiyaya nota verib Bakıda yanğın - 1 yaşlı körpə öldü “1 sentyabrda başlasın, 25 mayda bitsin” - Deputatlar dərs ili haqda DANIŞDILAR “1 sentyabrda başlasın, 25 mayda bitsin” - Deputatlar dərs ili haqda DANIŞDILAR Bakı-Quba yolu dağılıb - “Səhvə yol verilib” + Video Ruslan Yusubov itkin düşdü - yanacaqdoldurma məntəqəsinin qarşısından “Nar” tələbələrin karyera qurmalarına dəstək olmaqda davam edir Ehram Məcidova haqsızlıq və düzgün aparılmayan İstintaq... -Təhlil Energetika Nazirliyində energetika sektorunda islahatların sürətləndirilməsinə dair kollegiya iclası keçirilib Bakıda qadın küçənin ortasında bıçaqlandı - özünü tanımadığı həyətə salıb, can verdi 3 yaşlı Zəhra tapıldı-Foto+Video Yardımsevərlər fiziki məhdudiyyətli insanlar üçün möhtəşəm tədbir təşkil etdi-Fotolar Ucar rayonunda yoxsul ailələrə bayram sovqatı paylanıldı. "Darıxıram Sənsiz.."-Mehrim Məmmədovadan yeni bəstələr Şirvan sakinindən narkotik maddə götürülüb “Nar” bir çox xidmətlər və məhsullar üzrə yeniliklər edəcək Q.Paşayeva gənc alimlərə çağırış səsləndirib Azərbaycanda Respublika Günüdür - Cümhuriyyətin 101 ili Leyla Əliyeva “Tarixin şah əsərləri” ilə tanış oldu - FOTO “Nar”“Youth Speak” Forumunda iştirak edib Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Qobustandan olan Aprel şəhidlərinin ailələri ilə görüş keçirilib Leyla Əliyeva cizgi filminin təqdimatında - Fotolar “Nar”aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur Tovuzda şəhid Orxan Hümmətova həsr olunmuş "Qızılqaya qartalı" kitabının təqdimatı keçirilib "28 May Respublika günü"-nə həsr olunmuş " Vətən" Kikboksinq klubunun açıq brinciliyi keçirilib. - FOTO MƏNASIZ SÖZ DAVASI BARƏDƏ SADƏ BİR MÜHAKİMƏ Milli Oftalmologiya Mərkəzinin Masallı filialının həkimləri Lənkəranda tibbi aksiya keçirəcək “Nar TV” istifadəçilərinin sayı 117% artıb "Qızlar oğlanlara nisbətən daha məntiqlidir!-Müsahibə 17 mayda gözlənilən hava şəraiti Gəncədə 15 yaşlı oğlanı maşın vurdu "Sizi Tanıyaq" layihəsinin 1 illik hesabat konsert tədbiri keçirildi-Video “Nar”“Facebook”səhifəsinə daxil olmuş müraciətləri 100% cavablandırıb
    File engine/metagen.php not found.