FƏXRƏDDİN CƏBRAYILOVA YALNIZ “AYIB OLSUN” DEMƏK QALIR...

    FƏXRƏDDİN CƏBRAYILOVA YALNIZ “AYIB OLSUN” DEMƏK QALIR...




    "Milli Qəhrəman” adı çox müqəddəs bir fəxri addır. Bu ucalığa hər kəs sahib ola bilmir. Biz həmişə qürur hissi ilə deyirik ki, ana yurdumuzun müdafiəsi yolunda öz qanı və canı hesabına "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülən igid oğul və qızlarımız xalqımız tərəfindən fəxarət rəmzi kimi qəbul edilir. Onların qəhrəman əməllərindən həmişə mənəvi güc alırıq. Yaxşı haldır ki, bu gün gənclərimiz "Milli Qəhrəman” həyatını cəsurluq məktəbi kimi öyrənərək nümunəvi ömür yaşamağa cəhd edir və onların qəhrəmanlıq ənənələrini mərdanə surətdə həyata keçirmək üçün yeni yollar axtarırlar.

     

    Təəssüf ki, yaşadığımız ötən keşməkeşli tariximizdə "Milli Qəhrəman” adını aldıqdan sonra bu adın cavabdehliyini itirən, müəyyən xətalara yol verən şəxslərə də təsadüf etmişik. Əlbəttə, bu cür hallar hər bir azərbaycanlıya çox ağır və sarsıdıcı təəssürat bağışlayır. Bu mənada həmin mənfi hərəkətləri nəzərə alaraq ictimai fikir aləmində həyəcan siqnalı qaldırmağın məqamı yetişmişdir. Həqiqətən heç kim fəxri ada zidd olan o acılığı yenidən yaşamaq niyyətində deyil. Axı, biz mərd və yurdkeş azərbaycanlılarıq. Vətəninə sadiq olan hər bir kəs o qisməti kimsəyə rəva görməz!

     Bu günlərdə "Milli Qəhrəmanlar müharibə istəyir” sərlövhəli  yazılarda bayaq sadaladığım məqamların havası duyulmaqdadır. Qarabağ münaqişəsinin həlli ilə bağlı üç Milli Qəhrəmanımızın ürək sözləri açıqlanır. Maşallah Abdullayevin və Mirzə Quliyevin fikir və mühakimələrində əks olunan bədbinlik hissləri yurd eşqi ilə döyünən ürəklərin müəyyən mənada ixtiyarsız olaraq yayılan harayı kimi qiymətləndirilə bilər. Zənnimizcə, Qarabağ münaqişəsinin həlli ilə bağlı onlar tərəfindən müharibə variantının yeganə yol kimi irəli sürülməsi də bir subyektiv rəy olaraq mənfi qəbul edilməməlidir.

    Milli Qəhrəman Fəxrəddin Cəbrayılovun isə ağrılı düşüncələri, şəxsi narahatlığı və yurd həsrəti ilə yanaşı bəyan etdiyi irad obyektiv sayıla bilərmi?! Gəlin aydınlıq üçün onun sözlərini konkret sitat şəklində oxuyaq: "Bilirsiz mən kiməm? Mən ehtiyatda olan generalam. Mənim fikrim yalnız bir olub. Qarabağı yalnız müharibə yolu ilə almalıyıq. Ordunun başında isə işini bilən, peşəkar biri durmalıdır. Ondan sonra biz nəsə edə bilərik. Bizim xalqımız mərddir. Mən bunun Birinci Qarabağ müharibəsində şahidi oldum. Xalqım torpaqlarını qaytarmaq üçün canından keçməyə hazırdır. Sadəcə olaraq onların üstündə ağıllı, vətənini sevən biri olmalıdır. Mənim əslim Qubadlıdandır. Mənim atamın, anamın yurdu hazırda işğaldadır. Bacımın 5 yaşlı ölən uşağının qəbri hazırda Qubadlıdadır. O gün həmin 63 yaşlı bacım məndən soruşur ki, qardaş, mən gedib qızımın qəbrini ziyarət edə biləcəyəm, ya yox?! Bunu bilin ki, torpaqlarımızı birdəfəlik müharibə yolu ilə almaq lazımdır”.

    Özünüz ağıllı nəticə çıxarın: Milli Qəhrəman ordunun başında işini bilən, peşəkar bir insanın durmasını vacib problem kimi önə çəkir. Bu fikri üstüörtülü deyil, açıq şəkildə bəyan edir. Ordu sıralarından korrupsiya həvəskarı kimi çıxarılan bir şəxs görün necə düşünür. Onun əməli ilə sözləri düz gəlirmi?! Fəxrəddin Cəbrayılovun mənfilikləri hərbçilərə yaxşı məlumdur.

    Fəxrəddin müəllim, öz yaxın keçmişinizi yada salın, bir özünüz baxın kim idiniz və bu doğma ordumuz üçün nə etmişsiniz?!

    Öz ata və ana yurdunun dərdini çəkən, doğma torpaqlarının azadlığı uğrunda müharibə arzusu ilə yaşayan şəxs, yaxud bir peşəkar hərbçi 1997-ci ildən Bakının isti göbəyində Qaradağ rayonunun Hərbi Komissarlığında heç qalardımı? Sizin orada 12 il ərzində çıxardığınız oyunlar haqqında dedi-qodular indiyədək səngimir. Törətdiyiniz çirkli əməllər, rüşvətxorluq və özbaşınalıq çoxuna aşkardır. Bunlar məgər doğma ana-ata yurdu sevgisindən irəli gələn hərəkətlərdir? O dövrdə sizinlə xidmət etmiş zabitlər arasında Teymur adlı şəxs, hüquqşünas Rəşad və sürücünüz Əziz sizin sədaqətli "maliyyə” vasitəçiləriniz idi və bu acı həqiqətlər heç kim üçün sirr deyil.
    Ancaq bu deyilənlər hələ harasıdır! Fəxrəddin Cəbrayılovun Müdafiə Nazirliyinin Baş İnspeksiya rəisi vəzifəsində olan müddətdə yetərincə baş verən "qəhrəman” əməllərini qeyd etmək olar. Belə ki, gənc zabitlərə yardım göstərmək, onları öyrətmək, onlara Vətən uğrunda

    düzgün yol göstərmək əvəzinə Fəxrəddin Cəbrayılov rəhbərlik etdiyi bölmə ilə onlarla hərbi hissə komandirinə qarşı əsassız cəza tədbirləri gördürsə də, səthi keçirilən yoxlama nəticələrini "qeyri-kafi” qiymətləndirsə də, sonradan həmin "çatışmazlıqları” rüşvət alaraq aradan qaldırmışdır. Bunun mənfi nəticəsidir ki, vaxtı ilə xidmət etdiyiniz dövrdə tabeliyinizdə olan üç zabitiniz hal-hazırda həbsxanadadır. Belə bir sual yaranır: bir rəis kimi sizin tabeliyinizdə olanlardan və onların törətdiyi əməllərdən xəbəriniz yox idimi? "Təmiz ürəklə vətəni sevən” bir şəxs kimi niyə tabeliyinizdə olanlara özünüzə xas olan cəhətləri aşılamamışsınız?

    Lakin ədalətli olmaq sizə çətin əməl sayılırmış: sizin "yoxlamadan” keçənlərin əksəriyyəti deyir ki, yoxlama nəticələrinin "düzəldilməsi” üçün tərəfinizdən tələb olunan məbləğ yoxlama hədəfindən asılı idi: daha böyük bölmə daha çox çalışmalı, yəni daha böyük məbləğ ödəməli idi.

    Uzaq keçmişiniz də heç parlaq deyil. Deyirlər ki, Fəxrəddin Cəbrayılov briqada komandiri olduğu illərdə heç vaxt ayıq olmamışdır. Murovdağ onu həmişə ön xətdə səndələyə-səndələyə yıxılan bir komandir kimi görmüş və peşəkar hərbçi kimi tanımamışdır. Bəli, söhbət uca dağlarımızdan gedir. Axı, ən yaxşı şahid dağlarımız deyilmi?! Məhz, bu səbəbdən də sizi idarə vəzifəsindən uzaqlaşdıraraq, ikinci dərəcəli vəzifəyə keçiriblər. Çünki şəxsi nizam-intizamı olmayan, özünü idarə etməyi bacarmayan hərbi qulluqçu heç vaxt tabelikdə olanları da idarə edə bilməz. Siz yaxşı şərab aşiqi və pul yığan komissar kimi ad qazanmış və ötən 12 il ərzində "ana-ata yurdunun” azad edilməsi həsrəti ilə biznesmen həyat tərzini sürmüşsünüz. Bu deyilənləri kim dana bilər?!  Əgər danılarsa, daha çox faktlar üzə çıxa bilər... Odur ki, ordu kontekstində qəti səhv etmək olmaz. Fəxrəddin Cəbrayılov vaxtında yəqin etsin ki, Milli Qəhrəman olaraq mənəvi cavabdehliyi itirmək halları onu müqəddəslik amalından kənarlaşdırma ehtimalını artırır.

    Vətəndaş kimi kimliyindən, tutduğu vəzifənin böyük və ya kiçikliyindən, habelə aldığı mükafat və fəxri adlardan asılı olmayaraq hər kəs ordu anlamında yalnız obyektiv mövqe tutmalıdır. Ordumuz bizdən təcrid edilmiş bir qurum deyil. Ordu xalqın ordusudur. Onu şəxsi mənafe hədəfinə çevirmək nankorluq əlaməti sayılır. Biz daim fəxr etməliyik ki, xalqımız indi güclü orduya malikdir və ordumuzun başında yüksək dəyərli peşəkar komandirlər dururlar.

         Yol verdiyi utanc hərəkətlərə görə Fəxrəddin Cəbrayılova yalnız "ayıb olsun!” demək qalır. Məgər, onun dünya miqyasında ön mövqe tutan kamil ordumuzdan xəbəri yoxdur?! Yoxsa öz silahdaşlarını silkələyərək hövsələdən çıxarmaq istəyir. Əgər onlar öz sözünün məsuliyyətini dərk etməyən Milli Qəhrəmana keçdiyi yolları xatırlatsalar çox həqiqətlərin üstü açılacaq. Misal kimi sizin mənzil tələbinizi yada salmaq olar. Dövlətdən bir yox, iki mənzil tələb etdiyinizlə bağlı iddialardan da hamının xəbəri vardır.

        Öz çıxışımı Milli Qəhrəman adının çox müqəddəs bir fəxri ad olması fikri ilə başladım və bizi düşündürən həmin tezisə yenidən qayıdıram. 2016-cı il aprel döyüşləri məhz onu göstərmişdir ki, Azərbaycan Ordusunun mərd, döyüşkən, cəsarətli oğulları vardır. Xatırladıram ki, o əməliyyatları şəxsən Müdafiə naziri və Baş Qərargah rəisi şəxsən idarə edirdilər. Apreldə qazanılmış uğurumuza heç kəs şübhə ilə yanaşmır və bu müsbət münasibətin aydın təsdiqi cənab Prezident, Ali Baş Komandan tərəfindən ordumuza verilmiş yüksək qiymətdir. Siz isə öz çıxışınızda bu qiyməti şübhə altına qoyursunuz.

        Tarixən bir sıra görkəmli hərbi sərkərdələr, dahi şəxslər öz ləyaqətinə, ali rütbəsinə, mənliyinə və digər üstün hesab etdiyimiz mənəvi amillərə ləkə salındığı hallarda şəxsi və milli şərəfini qorumaq naminə özlərinə qəsd etmişlər ki, baş verən rüsvayçılıqla yaşamasınlar. Əslində bu ibrətamiz bir haldır. Axı, şərəfsiz yaşamağın nə mənası var?! Törədilən hallardan aydın olur ki, Fəxrəddin Cəbrayılov hələ ona dövlət tərəfindən verilmiş fəxri adın və ali rütbənin məsuliyyətini indiyədək dərk etməyib. Ola bilsin ki, özünün "general” olduğunu hələ də fərz etməkdədir.

    Elşən VƏTƏNOĞLU

    müharibə veteranı



    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 357


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Bakı metrosunda karantin qaydaları niyə pozulur? - RƏSMİ AÇIQLAMA Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs... Azərbaycanda it itə yedizdirilib, hadisə araşdırılır – FOTO+VİDEO Milli Məclisin qarşısında aksiya keçirməyə cəhd edildi - RƏSMİ AÇIQLAMA Mədəniyyət Nazirliyinin əməkdaşına Əbülfəs Qarayevin vaxtında neçə ev verilib? - İDDİA " Fond artıq bir xeyirxahlıq ünvanı, ümid və inam ocağı kimi haqlı şöhrət qazanıb"-Qənirə Paşayeva Sumqayıtda baş verən qəzada ölənlərdən 4-ü hərbçi, biri mülki şəxs olub - YENİLƏNİB - FOTO Həcc üçün topladıqları pulu koronavirus xəstələrinə xərclədilər...- İBRƏTAMİZ Azərbaycan və Türkiyənin XİN rəhbərləri arasında telefon danışığı olub Azərbaycanda koronavirusla bağlı son vəziyyət Çin dünyaya meydan oxudu: Rusiya və biz... Peşəkar stilist Dilarə Bağırova möhtəşəm bir uğura imza atıb. Q.Paşayevanın təşəbbüsü ilə TİKA tərəfindən Tovuzda 150 aztəminatlı ailəyə bayram sovqatı verilib. Ağdaşda qəza nəticəsində avtomobil iki hissəyə bölünüb - FOTOLAR Çavuşoğlu Ermənistanın Şuşadakı təxribatından danışdı - VİDEO ABŞ yeni lazer silahı ilə PUA-nı vurdu - Video Yazgül Abdiyeva: Koronavirus haqqında yanlış məlumatlar yayan insanlarla bağlı lazımi qaydada ölçü götürülməlidir Ərdoğana söylədiyi söz iclasa damğa vurdu - MARAQLI... + VİDEO Mehriban Əliyevadan Azərbaycan xalqına təbrik Tərtərin Borsunlu kəndində nə baş verir? Camaat susuz qalıb - FOTO Xəstəxanada yanğın: ölənlər var (VİDEO) “Qeyri-qanuni yığılan pullar kimlərinsə cibinə gedir” - Video Azərbaycanda yüzlərlə tibb işçisi koronavirusa yoluxub, dördü ölüb - RƏSMİ 2-4 günlük küçəyə çıxmaq qadağası hazırlanıb - TƏBİB Azərbaycanda son sutkada koronavirusa 106 nəfər yoluxdu, 59-u sağaldı (RƏSMİ) Azərbaycanın Baş Naziri qərar imzaladı: Sabahdan... Məktəbdaxili qiymətləndirmə üçün müvəqqəti qaydalar təsdiqləndi - RƏSMİ Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir. DSX-nin həbs edilən vəzifəliləri açıqlandı - Adlar Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə Qənirə Paşayeva : “AKƏM çərçivəsində ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllü fəaliyyətə cəlb olunub” Nazir düşdüyü qəzadan DANIŞDI– EKSKLÜZİV (VİDEO) Çində zavod çökdü - ölənlər var Q.Paşayeva insan alverinə qarşı mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinə çağırıb Müdafiə naziri təlimlərin keçirildiyi cəbhə bölgəsinə getdi – VİDEO Daha bir ölkədə karantinin müddəti UZADILDI “Yayda xaricə gedənlər qayıdandan sonra karantində saxlanılmalıdır” “Həkim koronavirusa görə pul təklif edibsə, niyə polisə xəbər verməyib?” Bazarlarda müştəri də artıb, qiymət də - VİDEO Qənirə Paşayeva Cümhuriyyət qurucularına Bakıda büst və ya heykəllərin qoyulması təklifi ilə çıxış edib Prezidentdən əhaliyə koronavirusla bağlı ÇAĞIRIŞ “Karantindən qabaq elçiliyə gedib, qalıb həmin adamın evində” “Bazarstore”da lift şaxtasına düşən qız öldü Tramp ÜST-ə 30 gün vaxt verdi Həbs olunan məmurların sərvətləri necə müsadirə edilir? – Nazirlik açıqladı Yoluxma artırsa, karantin rejimi niyə yumşaldılır? – Rəsmi cavab Karantindən sonra cərimələr bağışlanacaq? – VİDEO Laçının işğalından 28 il ötür Hidrometeorologiya xidmətindən əhaliyə XƏBƏRDARLIQ Arzu Zeynallı: “Laçın mənim üçün dərd deyil, həsrət qaldığım uşaqlığımdır, yaşaya bilmədiyim gəncliyimdir” Güclü külək ağacları elektrik xətlərinin üzərinə aşırdı - Fotolar Dağıstanda 40-dan çox həkim öldü Karantin qaydalarını pozan “jurnalist” saxlanıldı - Foto Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 5-ci toplantısı online qaydada keçirildi. Bu qaydalara riayət etməyənlərə CİNAYƏT İŞİ AÇILACAQ - Operativ Qərargah Hindistan koronavirusa yoluxmaya görə Çini ötüb Təhsil naziri şöbə müdirini işdən çıxardı Çin ABŞ nəhənglərini qara siyahıya almağa hazırlaşır Məhkəmə DTX-nın saxladığı generalla bağlı qərar verdi “Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” - Prezident Nazirlər Kabineti rəsmisindən Rusiya ilə sərhədə toplaşan həmvətənlərimizlə bağlı AÇIQLAMA İbrahim Məmmədovdan tədrislə bağlı MÜHÜM AÇIQLAMA Tutulan generala bu maddələrlə cinayət işi açılıb Xeyriyyəçiliklə məşğul olanlar polisə çağırılır? – RƏSMİ AÇIQLAMA Arvadını stula bağlayıb, saatlarla işgəncə verdi - FOTO/VİDEO Qənirə Paşayeva Azərbaycan Respublikasının Xalq artisti Şamil Süleymanlı ilə görüşüb. "Məmurların əsas vəzifəsi vətəndaşlara xidmət etməkdir" ÖZƏL-MÜNASİBƏT “Bazarstore”da bədbəxt hadisə - Gənc qız liftin şaxtasına düşdü Ucarda qəza baş verdi: 4 nəfər yaralandı - Foto Angela Merkel elan etdi: Qapılar açılır Sel suları elektrik enerjisinə ciddi ziyan vurdu Həbs olunan nazir müavini: "1.5 milyon pul alırdım" (VİDEO) Polisin fərasəti şəlaləyə qapılmış şəxsi belə xilas etdi - VİDEO Məşhur bazar ikinci dəfə yandı: Nazir olay yerində - Video Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə ADA Universitetində və ADA Məktəbində Qənirə Paşayevanın iştirakı ilə onlayn müzakirələr keçirilib. Azərbaycanda 97 nəfər koronavirusa yoluxdu, ölən var DTX-nin həbs etdiyi Zakir Sultanovun aldığı rüşvətin bir hissəsi məlum oldu Bərdədə qadının külli miqdarda pulunu oğurlayan gənc tutuldu - Foto Türkiyə S-400, hətta Su-57 istehsal edə bilər? - Rus ekspert Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım Heydər Əliyevin anadan olmasından 97 il ötür - Fotolar Təhlükə: Azərbaycanda koronavirusun ikinci dalğası... Xarici İşlər Nazirliyi Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 75-ci ildönümünə dair bəyanat yayıb. Deputat 150-dən çox ailəyə tibbi yardım göndərdi Tələbələr bu halda təhsil haqqı ödəməyəcək - RƏSMİ Prezident və xanımı yeni xəstəxananın açılışında - Foto “Cəza tədbirlərini sərtləşdirin” — İlham Əliyev tapşırıq verdi Dövlət bağçaları yayda açılacaq? - Nazir açıqladı DSMF-nin vəzifəli şəxsi belə tutuldu - VİDEO (YENİLƏNİB) Azərbaycanda 47 yaşlı kişi maşınında GÜLLƏLƏNDİ DTX Vilyam Hacıyevi belə HƏBS ETDİ - VİDEO Operativ Qərargah brifinq keçirdi - Video İCTİMAİ TELEVİZİYANIN ƏMƏKDAŞI PREZİDENTƏ TƏŞƏKKÜR MƏKTUBU YAZDI-(Video+Foto) Prezidentin köməkçisi və Zakir Həsənov cəbhəboyu zonada - VİDEO Q.Paşayeva pandemiyadan zərər çəkmiş daha 150-dən çox ailəyə yardım göndərib. MTRŞ-nin sədri aparat rəhbərini işdən çıxardı - yeni təyinat (FOTO) Basabas, insanlar maskasız: metro açılmalıdır... Vəhşi heyvan yeməyə davam edən çinlilər ağıllanmadı - FOTO 124 manata kirayədə yaşadığını deyən icra başçısının sərvəti - SİYAHI Azərbaycan səfiri italyan jurnalistin Dağlıq Qarabağla bağlı qərəzli yazısına cavab verib
    File engine/metagen.php not found.