Paşinyanın Xankəndi ritorikası: regionu faciəyə sürükləmək riski

    Paşinyanın Xankəndi ritorikası: regionu faciəyə sürükləmək riski


    Bir neçə gün öncə Xankəndidə "ümumerməni oyunları" adlandırılan, lakin məzmunu qeyri-müəyyən olan "tədbir"də Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib. Ekspertlər onun əsəbi, inamsız çıxışında region üçün təhlükə yarada bilən notların olduğunu müəyyənləşdiriblər.

    Hətta Ermənistan müxalifəti baş nazirin fikirlərini "absurd xülya" adlandırıb. Məsələ ondan ibarətdir ki, N.Paşinyan yenə də Azərbaycan torpaqlarına Ermənistanın iddialarından bəhs edib və onu qanuni addım kimi təqdim etməyə çalışıb. Bu zaman onun məntiqsizliyi aydın görünüb. Bir tərəfdən, "Artsax müstəqildir" deyən və İrəvanın onun işinə müdaxilə etmədiyindən dəm vuran "küçə siyasətçisi", digər tərəfdən, indi Xankəndidə olan qondarma rejimi "qeyri-legitim" adlandırıb. Əlbəttə, həmin quldur rejim qeyri-legitimdir. Ancaq N.Paşinyanın nəzərdə tutduğu mənada deyil, real vəziyyət baxımından qeyri-legitimdir. N.Paşinyan isə həmin rejimə öz adamını başçı qoymaq məqsədi ilə belə danışıb. Bu da açıqca Ermənistanın qonşu dövlətin ərazisində separatçı rejim qurmaq, ona havadarlıq etmək və torpaqları işğal altında saxlamaq siyasəti yeritdiyini bir daha təsdiq edir. Bu tezislərin işığında N.Paşinyanın Xankəndi çıxışına təhlili yanaşmağa ehtiyac gördük.

    Rəsmi İrəvanın yalanlar silsiləsi: çax-çax baş ağrıdır...

    Nikol Paşinyanın populist və xəyalpərvər "siyasətçi” olduğu məlum idi. Onun absurd xülyalara qapıldığına dəlalət edən faktlar da mövcuddur. Son davranışlarından biri isə siyasi cəhətdən çox naşı olduğunu təsdiqləyir. Doğrudur, indi siyasi reallığa uyğun olmayan addımlar atan liderlər az deyil. Bəzən, həqiqi mənada absurd hərəkətlər edir, fikirlər söyləyirlər. Lakin N.Paşinyanın hərəkəti həm də beynəlxalq hüquq qaydalarını açıq və kobud surətdə pozmaqdır və Ermənistanın real imkanlarına qətiyyən uyğun gəlməyən ifrat populist və səriştəsiz adamın davranışıdır.

    Belə ki, demaqoq "küçə demokratı" Azərbaycanın işğal altında olan Xankəndi şəhərində separatçılar qarşısında çıxış edərək Dağlıq Qarabağın Ermənistana məxsus olduğunu deyib və "miatsum" – "birləşmə" şüarından istifadə edib. O, bu fikri Rusiyanın vassalı və forpostu olan Ermənistanın 2050-ci ilə qədər "müstəqil inkişaf xətti"ni şərh edərkən işlədib. Guya 2050-ci ilə qədər Ermənistan mövcud olacaq və müəyyən sahələrdə inkişaf əldə edəcək. Deyək ki, əhalisinin sayı 5 milyon olacaq, 10 texnoloji şirkəti yaranacaq və onların büdcəsi milyard dollara çatacaq və s. Onun söylədikləri hətta Ermənistan siyasətçiləri üçün o dərəcədə cəfəng və mənasız olub ki, "Paşinyan Marsda erməni koloniyası axtarır" kimi ifadələrlə onu lağa qoyublar.

    Ekspertlər "demokratiya və azadlıq aşiqi"nin Xankəndidəki çıxışının siyasi ritorika və natiqlik səviyyəsi baxımından da çox primitiv olduğunu vurğulayırlar. O, gözünü kağızdan çəkməyib, əsəbi olduğu hiss olunub və səsində inamsızlıq açıqca görünüb. Bu isə N.Paşinyanın özünün dediklərinə inanmaması ilə yanaşı, separatçı-terrorçuların mövqeyində yeniliyin olmaması ilə də bağlıdır. Odur ki, Dağlıq Qarabağda yuva salmış terrorçu sürünün başçısı Bako Saakyan dolayısı ilə İrəvandan gəlmiş başabəla "demokrat"dan fərqli düşündüklərini ifadə etməyə çalışıb. Onun da nə düşündüyünün real siyasət üçün elə bir əhəmiyyəti yoxdur, ancaq İrəvanla Xankəndinin birgə hansı çaşqınlıq içində olduqlarının əyani nümayişidir.

    Maraqlıdır ki, rəsmi İrəvanın düşdüyü ziddiyyətli və perspektivsiz durumu rusiyalı ekspertlər də etiraf edirlər. Onların etirafı N.Paşinyanın Moskvanın iradəsinə qarşı addım atmağa çalışması ilə bağlıdır. Buna baxmayaraq, belə bir vəziyyət İrəvan-Moskva xəttində soyuq küləklərin güclənməsi əlamətidir. Təbii ki, bunların arxasında nüfuz uğrunda aparılan oyunların mürəkkəb ssenarisi də dayana bilər.

    Hər bir halda N.Paşinyan Qarabağa "ümumerməni oyunları" adlı "tədbir"də elə fikirlər söyləyib ki, özündən başqa kimsə qəbul etmir. Nə Xankəndidəki separatçı-terrorçular, nə Ermənistandakı siyasi müxalifət, nə də Moskvadakı erməni havadarları. Belə isə, erməni baş nazir hansı səbəblərdən bu dərəcədə absurd tezislər irəli sürüb?

    Ekspertlərin bu sualla bağlı fərqli izahlarına rast gəlirik. Məsələn, rəsmi İrəvanın müharibə istəyi haqqında proqnoz verilir. Bundan başqa, Dağlıq Qarabağda separatçıların seçki öncəsi səs qazanmaq üçün manevrlərindən bəhs edənlər də var. Təbii ki, bu proqnozların hər birinin öz yeri və mənası vardır. Çünki erməni siyasəti daim məntiqsiz və başından böyük iddiaları ilə seçilib. Bütün bu incəliklərə və N.Paşinyanın Xankəndidəki sözlərinə qlobal geosiyasi proseslər kontekstində nəzər saldıqda, başqa məqamları da görə bilərik.

    Hər şeydən öncə aydın olur ki, rəsmi İrəvanın istənilən qiymətləndirməsi sünidir. Ona görə yox ki, Ermənistanda intellektual səviyyəsi yüksək olan insanlar yoxdur. Əlbəttə, hər cəmiyyətdə olduğu kimi, orada da belə insanlar var. Lakin kimliyindən asılı olmayaraq, hər bir erməni siyasətçinin dünyagörüşü obyektivliyə deyil, qonşulara nifrətə əsaslandığından, yanlış məqsədlərə xidmət edir. Konkret olaraq, Azərbaycanla bağlı onlardan heç birinin nə obyektivliyi, nə siyasi səriştəsi, nə iradəsi, nə də rasional gücü çatmır ki, etiraf etsin: "Ermənistan Azərbaycan torpaqlarını işğal edib və erməni ordusu qeyd-şərtsiz bu torpaqlardan çıxmalı, Azərbaycan dövlətindən və xalqından rəsmən üzr istənməli, lazım olan təzminatlar ödənməlidir"!

    Erməni siyasətinin Paşinyan ləkəsi: regiona terror gətirmək cəhdi

    Bunun əvəzində erməni siyasətçilər müxtəlif yalanlar uyduraraq dünyaya sırımağa çalışır, haqlı olanı haqsız göstərmək istəyir və burada da dolaşırlar. Mövqeləri bəsit və çox zəif görünür. Heç şübhə yoxdur ki, onların yanından havadarları bir addım kənara çəkilsələr, bütün erməni "siyasi rasionallığı", "erməni iradəsi", "erməni demokratiyası", "erməni qətiyyəti" sabun köpüyü kimi bir andaca darmadağın olar! Bunu ermənilərin havadarları onların özlərindən yaxşı bildiklərindən, kənara çəkilmirlər. Çünki partlayan sabun köpüyünün içindən məhz havadarların əsrlərdir apardıqları məkrli oyunların, hiylələrin qalıqları ətrafa üfunət kimi yayılacaq. Onda insanlar həqiqəti biləcəklər ki, bu da həmin dairələrə heç sərf etmir.

    N.Paşinyan bu yanlış siyasi ritorikanın, havadar siyasi planlarının dalğası üzərində oynamağa çalışır. Ancaq tez-tez büdrəyir, ayağı sürüşür (ümumiyyətlə, ermənilərin ayağı qədimdən sürüşkəndir) və hətta havadarları üz-gözlərini turşudurlar. Bununla yanaşı, N.Paşinyanın "siyasi sürüşkənliyi"nin başqa əsası da mövcuddur.

    Rəsmi İrəvan, faktiki olaraq, regionda qeyri-müəyyənlik yaratmağa çalışan, xalqları bir-birinə qarşı qoyan və Yaxın Şərqdən sonra Cənubi Qafqazda müharibə qığılcımlarını alovlandırmaq üzərində baş sındıran kənar qüvvələrə xidmət edir. Onun nitqinə diqqət etsək, görərik ki, o, sanki Dağlıq Qarabağda yeni müharibə arzulayır. Bilir ki, yeni müharibədə mütləq erməni ordusu məğlub olacaq, ancaq rəsmi İrəvan Qərbin və Rusiyanın daha güclü dəstəyini ala bilər. Çünki "regionda demokratiyanın beşiyi" və "Rusiyanın əsas dayağı" çökür. Bu məntiqlə Dağlıq Qarabağ münaqişəsi yeni şərtlər daxilində Qərb və Rusiyanın ortaq problemi olmağa transfer edilir ki, onun həlli üçün də fərqli fəaliyyət tələb olunur. Ermənilər bununla bulanıq suda balıq tutmaqla Dağlıq Qarabağda işğalın ömrünü daha da uzada biləcəklərinə inanırlar.

    Digər tərəfdən, Cənubi Qafqazda silahlı toqquşmalar yarada bilsələr, oradan İrana müdaxilə üçün əlavə bəhanə əldə edilir. Rəsmi Tehran son günlər region dövlətlərinə müraciət edərək bir-birinə hücum etməmək haqqında pakt imzalamağı təklif edib. N.Paşinyan isə əksinə, qonşu dövlətlərdən ən azı biri ilə (hələlik Azərbaycanla) müharibəyə səsləyən fikirlər söyləyir, addımlar atır. Məsələn, Ermənistandan Dağlıq Qarabağa Azərbaycandan icazə almadan yol çəkməyə çalışır və s. Bu, İrəvanın regiona müharibə ab-havası gətirməsi deyilmi? Əgər Ermənistanla Azərbaycan arasında müharibə yaransa, onda Tehranın təklifi havada qalır.

    Burada daha bir məqamı da vurğulamalıyıq. Azərbaycan işğal altında olan ərazilərini istənilən üsulla azad etməkdə qərarlıdır. Lakin hər şeyin zamanı var və beynəlxalq hüquq normaları mövcuddur. Bu baxımdan Azərbaycanın hərbi əməliyyatlara başlaması beynəlxalq hüququn bütün şərtləri daxilində olacaq. O başqa məsələdir ki, erməni işğalçıları təxribat əsasında regionu qarışdıra bilər, kənar qüvvələrin buraya müdaxiləsi üçün bəhanə yaradar, bölgədə ixtilafın və terrorun vüsət almasına zəmin hazırlayacaq şantaj xarakterli silahlı toqquşma yaradar. Bu halda region sözün həqiqi mənasında alova, xaosa bürünər və proseslər bölgənin hər bir xalqına zərər verər. Məhz bu baxımdan N.Paşinyan bütün regionun ziyanına olan naşı siyasi mövqe tutmaqla hər bir xalq üçün ziyankar rolunu oynayır.

    Bütün bunlar N.Paşinyanın Xankəndidəki fikirlərinin həm də erməni xalqı üçün faciələr hazırladığını təsdiq edir. Ermənistan müxalifəti onda haqlıdır ki, N.Paşinyan absurd fikirləri ilə insanları növbəti dəfə aldadır. Bunun arxasında isə öz xalqını şantaj etdiyi aydın görünür. Ermənistan heç zaman Dağlıq Qarabağı özünə qata bilməz və oradakı qanunsuz rejimin ömrü çox deyil.

    Azərbaycan istənilən variantda öz torpaqlarını azad etmək hüququna malikdir və bunu kimsə inkar edə bilməz. Ermənistan isə elə gücdə deyil ki, işğal etdiyi ərazilərdən silahlı qüvvələrini, ümumiyyətlə, çəkməsin. Deməli, N.Paşinyan real olaraq regionda dağıdıcı siyasət yeridir. Onun kənar qüvvələrə quyruq bulaması məlum idi, indi isə açıq görünür ki, bu proses daha təhlükəli xarakter alır. Konkret desək, şeytanın Qafqazdakı marşına son verilməlidir!(Newtimes.az)


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 217


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Sumqayıtda iki qrup arasında kütləvi DAVA Evi təmir etmək istədi, elektrik cərəyanı vurdu 98 yaşlı qadın yıxılaraq xəstəxanalıq oldu Türkiyədə 30 nəfər qidadan zəhərlənib Odun ,Ocağin İşiği-‘’Əli Rza Xələfli-65’’-Sevindik Nəsiboğlu yazır... BMT-dən ŞOK SƏNƏD - Dağlıq Qarabağ müstəqil respublika kimi təqdim olundu - FOTOFAKT Gəncədə 75 yaşlı qadın hovuzda boğulub Putin İlham Əliyevi parada dəvət etdi Azərbaycanda 4 bal zəlzələ olub Bakıda ilk: Akrobatika üzrə dünya çempionatı keçiriləcək Taxta bazarındakı yanğından geriyə qalanlar - FOTO/VİDEO Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib Nazirlikdən "İşsizin DOSTU" proqramı ilə bağlı AÇIQLAMA ATƏT: XİN başçıları həmsədrlərin himayəsi altında yaxın vaxtlarda görüşmək barədə razılığa gəlib Bakıda “Range Rover” parka belə girdi - VİDEO ABŞ-dan Çinə qarşı sərt - Bəyanat “Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır Əslində “Relax”da insdentə səbəb nə olub?- “Söyüş” Faciə!-Uşağı vurub qaçdı, başqası xəstəxanaya apararkən qəzaya düşdü - İkisi də öldü İsrail ordusu yanlışlıqla öz təyyarəsinə atəş açdı “İnanırdıq ki, Rəşad qayıdacaq” - Həyat yoldaşı+Foto Yer kürəsi boyda yeni planet tapıldı Millət vəkili Q.Paşayeva bir sıra xarici ölkələrin fəal təşkilatları, QHT və KİV rəhbərləri ilə Azərbaycan həqiqətlərindən danışıb Pilotumuz son mənzilə belə yola salındı - FOTOLAR Leyla Əliyeva müalicə olunan uşaqlarla görüşdü - Foto Son uçuşları cənnət olan pilotlarımız... - Fotolar Rəşad Atakişiyevin nəşi tapıldı - Yenilənib Vaxtı keçmiş qəndləri yenidən emal edən sex bağlandı - FOTO Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb Azərbaycanlı aktyor beyin insultu keçirdi Millət vəkili Q.Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüşüb, Azərbaycanla bağlı geniş məlumatlar verib "Sizi Tanıyaq" layihəsinin Sezon Final çəkilişi baş tutdu-Video İqbal Məmmədov "Relax”dakı davadan DANIŞDI 19 avqust - Beynəlxalq Humanitar Yardım Günüdür Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun son oyunu keçiriləcək Ürək xəstəliklərinin səbəbi bəlli oldu Daha bir ölkədə milyonlarla müsəlman üçün həbs düşərgələri qurulacaq- SOS!..-FOTOLAR “Bu kimi xəbərlər gülüş doğurur” - Müdafiə Nazirliyi Şirvanda binanın eyvanı uçub, 1 nəfər xəsarət alıb - FOTO Bərdədə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib Yanğınsöndürənlər huşunu itirmiş ev sahibini xilas ediblər Göyçayda toy karvanında baş verən qəzanın videosu yayıldı - YENİLƏNİB + FOTO\VİDEO Asfaltı mavi rəngə boyadılar - Maraqlı təcrübə Daha bir sex bağlandı: təbii adı ilə quru süddən istifadə edirdilər - FOTO Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – VİDEO Göyçay, Ucar və Zərdabda qaz olmayacaq Otel yandı – AZI 8 NƏFƏR ÖLDÜ… – FOTO 10 yaşlı uşaq ailəsinin gözü qabağında parçalandı - DƏHŞƏT VİDEO Q.Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri, millət vəkilləri və fəal qadınları ilə Qarabağ həqiqətlərindən danışıb. Baş Prokurorluq intiharlarla bağlı KİV-ə çağırış etdi, mediadan dəstək gəldi ABŞ-da təyyarə qəzaya uğradı: ölənlər var - VİDEO “Bavariya” qalib gələ bilmədi Pakistanlı diplomat: "Pakistan Kəşmir probleminin sülh yolu ilə həllinə hazırdır" “Nar”-ınsürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda! Manatın bugünkü məzənnəsi... Xətaidə 2 avtomobil toqquşub - yaralılar var Sevindik Nəsiboğlu-10 Sabahdan ali təhsil müəssisələrinə qeydiyyat başlayır Leyla Əliyevanın təşəbbüsü ilə daha iki ictimai çimərlik yaradıldı - FOTOLAR “Məmməd Əmin Rəsulzadə” gəmisi qəzaya düşdü - Video 4 yaşlı uşaq binadan yıxılıb, vəziyyəti ağırdı Jirinovski müdafiə nazirinin təyyarəsinə yaxınlaşan NATO qırıcılarına sərt reaksiya verib - VİDEO Güləşçimiz erməniyə qalib gələrək medal qazandı Novruz Məmmədov bağçalarla bağlı qərar verdi - artıq uşaq götürülməyəcək! Putin Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif etdi Ermənistan əsgərinin Azərbaycana qaçması haqda - Məlumat yaydı İran xəbərdarlıq etdi – MÜHARİBƏ OLACAQ! İngiltərədə cütlük akvariumdan zəhərlənib 28 türkiyəli zəvvar vəfat edib Bakıda sərnişin avtobusu qəza törədib, xəsarət alan var Erməni vandalları təbiətimizə böyük ziyan vurur - Video Nardaran çimərliyində bacı-qardaş və iki bacı batıb Bərdədə “Opel”lə VAZ toqquşdu: bir nəfər öldü Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilib Paşinyanın Xankəndi ritorikası: regionu faciəyə sürükləmək riski Yataqxana binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB Güləşçimiz erməni dünya çempionunu məğlub etdi və... İsmayıllıda ağır qəza: ölən var Yenidən güclü külək əsəcək - Nazirlik İlham Əliyev Azərbaycan xalqını təbrik etdi Yaponiyada güclü zəlzələ: 6.2 bal 11 yaşlı şairin şeirləri mütəxəssis tərəfindən təhlil olundu Şəxsiyyət vəsiqəsi itib-Elan Bölgədə gərginliyin yeganə səbəbi işğalçı Ermənistandır - XİN-dən açıqlama Millət vəkili onları sərt etiraza çağırdı-Qarabağ, Xocalı soyqırımı... İdmançımız dünya çempionatının finalına yüksəldi İlham Əliyev sərəncam imzaladı Gürcüstan parlamentinin sədri Marneulidə azərbaycanlılarla görüşdü Göyçayda yük maşını qoyun sürüsünü vuraraq tələf edib - FOTO Millət vəkili çinli xanım fəallarla görüşdü - Foto Qənirə Paşayeva Kanadanın tanınmış təşkilat rəhbərləri ilə görüşdü - FOTOLAR 9 abituriyentin qiymətində dəyişiklik edildi İşçilərin sayını və maaşını gizlədənlərə - XƏBƏRDARLIQ Zakir Həsənov əməliyyatla bağlı təcili qərargaha getdi Polisdən XƏBƏRDARLIQ: Bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırıldı İki uşaq atası xalqımızdan kömək istəyir Habil Şınıxlının rəhbərliyi ilə incəsənətlə bağlı kurslar təşkil olunub “Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib” Bir qrup tanınmış media nümayəndələri ilə görüş keçirilib. ABŞ-ın yeni silahı: İlk dəfə İrana qarşı tətbiq edildi
    File engine/metagen.php not found.