Mehriban Əliyevanın doğum günüdür

    Mehriban Əliyevanın doğum günüdür


    Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür.

    İcxeberler.info xəbər verir ki, Mehriban Arif qızı Əliyeva Bakı şəhərində anadan olub.

    1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.

    1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hal-hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan-İrs” jurnalını təsis edib.

    2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.

    Mehriban Əliyeva, həmçinin, Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il may ayının 10-da fondun rəsmi açılışı olub. Heydər Əliyev Fondu xeyriyyəçilik tədbirləri görür, təhsil, mədəniyyət, incəsənətlə bağlı layihələr həyata keçirir. Bu layihələr təkcə Azərbaycanla məhdudlaşmır. Mehriban Əliyevanın həyata keçirdiyi humanitar layihələr bütün dünyada məşhurdur. Onun təşəbbüsü ilə Pakistanda qızlar üçün yeni məktəb tikilib, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar keçirilib. Versal sarayının bir hissəsinin və Strasburqda orta əsrlərə aid kilsənin, Luvr muzeyi qalereyasından birinin, Roma katakombalarının bərpası, Həştərxanda Azərbaycan-Rusiya dostluq körpüsünün tikilməsi, Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılması və digər layihələr Heydər Əliyev Fondunun xeyriyyəçilik işləri sırasındadır.

    2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

    2004-cü il dekabrın 28-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinin üzvü seçilib.

    2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən, Mehriban Əliyeva "İlin qadını” adına layiq görülüb. 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç” ordeninə layiq görülüb.

    2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.

    Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

    Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyevaya ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatı verilib.

    Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva "Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb.

    Mehriban Əliyeva Azərbaycan və Polşa arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə 14 sentyabr 2009-cu ildə Polşa Respublikasının "Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edilib.

    10 fevral 2010-cu il tarixdə isə Fransa Prezidentinin sərəncamı ilə "Fəxri legionun böyük xaç komandoru” ordeni ilə təltif olunub.

    2011-ci il iyunun 24-də Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim olunub.

    2012-ci il fevralın 13-də Rusiya Federasiyasının İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb.

    2012-ci il aprelin 13-də Mehriban Əliyevaya MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən "Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdim edilib.

    2013-cü il iyunun 7-də Yeni Azərbaycan Partiyasının sədr müavini vəzifəsinə seçilib.

    2013-cü il dekabrın 27-də Pakistanın "Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013” mükafatına layiq görülüb.

    2014-cü ilin mayında Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb.

    Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə 2014-cü ilin iyununda Beynəlxalq Olimpiya Akademiyasının "Olympic Excellence” xüsusi fəxri mükafatı ilə təltif olunub.

    Rusiya prezidenti Vladimir Putinin 9 avqust 2019-cu il tarixli fərmanı ilə Mehriban Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif olunub.

    Mehriban Əliyevanın Azərbaycanda keçirilən I Avropa Oyunları, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitələrinin sədri kimi fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.

    Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin olunub.

    Mehriban Əliyeva Birinci vitse-prezident kimi əsas diqqətini sosial məsələlərin, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həlli üzərində cəmləşdirib. Şəhid ailələrinin, müharibə əlillərinin, məcburi köçkünlərin, sağlamlıq imkanları məhdud uşaqların, aztəminatlı ailələrin qayğıları daim onun diqqət mərkəzindədir.

    Ailəlidir, iki qızı, bir oğlu var.


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 350


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Qənirə Paşayeva “Türk dünyası həqiqətlərinin daha geniş yayılmasında aydınların rolu” adlı online konfrans verib Qənirə Paşayeva Azərbaycanın tanınmış yeni nəsil sənətçisi, müğənni Nurlan Əzizbəyli ilə görüşüb. İstiqlal mücəvhəri Hacı Kərim Sanılı -Sevindik Nəsiboğlu yazır... Mayın 31-dən bu yumşalmalar olacaq - RƏSMİ AÇIQLAMA Dostlar arasında dava qanla nəticələndi Jurnalistlərin binasında "Çin əməliyyatı" - Külli miqdarda yeyinti aşkarlandı Almaniya ilə ABŞ arasına CİDDİ FİKİR AYRILIĞI - Nəticə necə olacaq? Q. Paşayeva Cümhuriyyət bayramı münasibətilə Tovuzda 400-ə yaxın gəncə tariximizə və mədəniyyətimizə dair maraqlı kitablar hədiyyə edib. Bakıda qəza yolda tıxaca səbəb oldu - VİDEO - FOTO Bakı metrosunda karantin qaydaları niyə pozulur? - RƏSMİ AÇIQLAMA Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs... Azərbaycanda it itə yedizdirilib, hadisə araşdırılır – FOTO+VİDEO Milli Məclisin qarşısında aksiya keçirməyə cəhd edildi - RƏSMİ AÇIQLAMA Mədəniyyət Nazirliyinin əməkdaşına Əbülfəs Qarayevin vaxtında neçə ev verilib? - İDDİA " Fond artıq bir xeyirxahlıq ünvanı, ümid və inam ocağı kimi haqlı şöhrət qazanıb"-Qənirə Paşayeva Sumqayıtda baş verən qəzada ölənlərdən 4-ü hərbçi, biri mülki şəxs olub - YENİLƏNİB - FOTO Həcc üçün topladıqları pulu koronavirus xəstələrinə xərclədilər...- İBRƏTAMİZ Azərbaycan və Türkiyənin XİN rəhbərləri arasında telefon danışığı olub Azərbaycanda koronavirusla bağlı son vəziyyət Çin dünyaya meydan oxudu: Rusiya və biz... Peşəkar stilist Dilarə Bağırova möhtəşəm bir uğura imza atıb. Q.Paşayevanın təşəbbüsü ilə TİKA tərəfindən Tovuzda 150 aztəminatlı ailəyə bayram sovqatı verilib. Ağdaşda qəza nəticəsində avtomobil iki hissəyə bölünüb - FOTOLAR Çavuşoğlu Ermənistanın Şuşadakı təxribatından danışdı - VİDEO ABŞ yeni lazer silahı ilə PUA-nı vurdu - Video Yazgül Abdiyeva: Koronavirus haqqında yanlış məlumatlar yayan insanlarla bağlı lazımi qaydada ölçü götürülməlidir Ərdoğana söylədiyi söz iclasa damğa vurdu - MARAQLI... + VİDEO Mehriban Əliyevadan Azərbaycan xalqına təbrik Tərtərin Borsunlu kəndində nə baş verir? Camaat susuz qalıb - FOTO Xəstəxanada yanğın: ölənlər var (VİDEO) “Qeyri-qanuni yığılan pullar kimlərinsə cibinə gedir” - Video Azərbaycanda yüzlərlə tibb işçisi koronavirusa yoluxub, dördü ölüb - RƏSMİ 2-4 günlük küçəyə çıxmaq qadağası hazırlanıb - TƏBİB Azərbaycanda son sutkada koronavirusa 106 nəfər yoluxdu, 59-u sağaldı (RƏSMİ) Azərbaycanın Baş Naziri qərar imzaladı: Sabahdan... Məktəbdaxili qiymətləndirmə üçün müvəqqəti qaydalar təsdiqləndi - RƏSMİ Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir. DSX-nin həbs edilən vəzifəliləri açıqlandı - Adlar Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə Qənirə Paşayeva : “AKƏM çərçivəsində ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllü fəaliyyətə cəlb olunub” Nazir düşdüyü qəzadan DANIŞDI– EKSKLÜZİV (VİDEO) Çində zavod çökdü - ölənlər var Q.Paşayeva insan alverinə qarşı mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinə çağırıb Müdafiə naziri təlimlərin keçirildiyi cəbhə bölgəsinə getdi – VİDEO Daha bir ölkədə karantinin müddəti UZADILDI “Yayda xaricə gedənlər qayıdandan sonra karantində saxlanılmalıdır” “Həkim koronavirusa görə pul təklif edibsə, niyə polisə xəbər verməyib?” Bazarlarda müştəri də artıb, qiymət də - VİDEO Qənirə Paşayeva Cümhuriyyət qurucularına Bakıda büst və ya heykəllərin qoyulması təklifi ilə çıxış edib Prezidentdən əhaliyə koronavirusla bağlı ÇAĞIRIŞ “Karantindən qabaq elçiliyə gedib, qalıb həmin adamın evində” “Bazarstore”da lift şaxtasına düşən qız öldü Tramp ÜST-ə 30 gün vaxt verdi Həbs olunan məmurların sərvətləri necə müsadirə edilir? – Nazirlik açıqladı Yoluxma artırsa, karantin rejimi niyə yumşaldılır? – Rəsmi cavab Karantindən sonra cərimələr bağışlanacaq? – VİDEO Laçının işğalından 28 il ötür Hidrometeorologiya xidmətindən əhaliyə XƏBƏRDARLIQ Arzu Zeynallı: “Laçın mənim üçün dərd deyil, həsrət qaldığım uşaqlığımdır, yaşaya bilmədiyim gəncliyimdir” Güclü külək ağacları elektrik xətlərinin üzərinə aşırdı - Fotolar Dağıstanda 40-dan çox həkim öldü Karantin qaydalarını pozan “jurnalist” saxlanıldı - Foto Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 5-ci toplantısı online qaydada keçirildi. Bu qaydalara riayət etməyənlərə CİNAYƏT İŞİ AÇILACAQ - Operativ Qərargah Hindistan koronavirusa yoluxmaya görə Çini ötüb Təhsil naziri şöbə müdirini işdən çıxardı Çin ABŞ nəhənglərini qara siyahıya almağa hazırlaşır Məhkəmə DTX-nın saxladığı generalla bağlı qərar verdi “Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” - Prezident Nazirlər Kabineti rəsmisindən Rusiya ilə sərhədə toplaşan həmvətənlərimizlə bağlı AÇIQLAMA İbrahim Məmmədovdan tədrislə bağlı MÜHÜM AÇIQLAMA Tutulan generala bu maddələrlə cinayət işi açılıb Xeyriyyəçiliklə məşğul olanlar polisə çağırılır? – RƏSMİ AÇIQLAMA Arvadını stula bağlayıb, saatlarla işgəncə verdi - FOTO/VİDEO Qənirə Paşayeva Azərbaycan Respublikasının Xalq artisti Şamil Süleymanlı ilə görüşüb. "Məmurların əsas vəzifəsi vətəndaşlara xidmət etməkdir" ÖZƏL-MÜNASİBƏT “Bazarstore”da bədbəxt hadisə - Gənc qız liftin şaxtasına düşdü Ucarda qəza baş verdi: 4 nəfər yaralandı - Foto Angela Merkel elan etdi: Qapılar açılır Sel suları elektrik enerjisinə ciddi ziyan vurdu Həbs olunan nazir müavini: "1.5 milyon pul alırdım" (VİDEO) Polisin fərasəti şəlaləyə qapılmış şəxsi belə xilas etdi - VİDEO Məşhur bazar ikinci dəfə yandı: Nazir olay yerində - Video Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə ADA Universitetində və ADA Məktəbində Qənirə Paşayevanın iştirakı ilə onlayn müzakirələr keçirilib. Azərbaycanda 97 nəfər koronavirusa yoluxdu, ölən var DTX-nin həbs etdiyi Zakir Sultanovun aldığı rüşvətin bir hissəsi məlum oldu Bərdədə qadının külli miqdarda pulunu oğurlayan gənc tutuldu - Foto Türkiyə S-400, hətta Su-57 istehsal edə bilər? - Rus ekspert Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım Heydər Əliyevin anadan olmasından 97 il ötür - Fotolar Təhlükə: Azərbaycanda koronavirusun ikinci dalğası... Xarici İşlər Nazirliyi Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 75-ci ildönümünə dair bəyanat yayıb. Deputat 150-dən çox ailəyə tibbi yardım göndərdi Tələbələr bu halda təhsil haqqı ödəməyəcək - RƏSMİ Prezident və xanımı yeni xəstəxananın açılışında - Foto “Cəza tədbirlərini sərtləşdirin” — İlham Əliyev tapşırıq verdi Dövlət bağçaları yayda açılacaq? - Nazir açıqladı DSMF-nin vəzifəli şəxsi belə tutuldu - VİDEO (YENİLƏNİB) Azərbaycanda 47 yaşlı kişi maşınında GÜLLƏLƏNDİ DTX Vilyam Hacıyevi belə HƏBS ETDİ - VİDEO
    File engine/metagen.php not found.