Sevindik Nəsiboğlu yazır:”Suriyanın ilk Türk əsilli prezidenti-Sübhi Bərəkət”

    Sevindik Nəsiboğlu yazır:”Suriyanın ilk Türk əsilli prezidenti-Sübhi Bərəkət”


    Sevindik Nəsiboğlu



    Biz hər an bir ədalətsizliyin şahidi olurq. Dünya da artıq belədir. Əvvəl min dərd min bir dərman var idisə, indi min bir dərd, min dərman var. Min birinci dərd, o da dərmanı olmayan dərd isə Suriya dərdidir.
    Mən 6 yaşımda olarkən "Yenə də bir olaq” adlı kiçik məqaləmdə Suriyanın halını qeyd etmişdim. Orada ədalətsizliyin olduğunu, insanların qırılmağına gözlərin yumulduğundan bəhs etmişdim. Həqiqətən də, belədir. Uşaq diplomatiyası deyə bir söz vardır artıq. Mən də belə düşünürəm ki, əziyyət çəkən kiçik dövlətlər böyük dövlətlərdən kömək istəyir, lakin, böyük dövlətlər onların halını elə edir ki, insanlar əvvəlki vaxtlarına min şükür edərdilər. Yəni, insanlar ədalətsizlərdən ədalət gözləyərkən, min bir ədalətsizlik görürlər. Ədalətsizlikdən usanırlar. Həmin insanlardan biri də, təəssüf ki, belə usandığına görə dövlətlər tərəfindən təqib olunan, ədalətsizliyə dözə bilmədiyinə görə infarkt olub vəfat edən Sübhi Bərəkətdir.

     

    Sübhi Bərəkət kimdir?

    Sübhi Bərəkətin çox maraqlı vəzifəsi var idi. Mən bu vəzifənin ilk dəfə ona verilməsi məlumatını eşidərkən çox heyrətləndim. Və dedim ki, əvvəlin Suriyası, indinin Suriyasından daha şükürlüdür.

    Sübhi Bərəkət türk əsilli suriyalı idi. Türkiyədə Sübhi Bərəkət, Suriyada Sübhi Bərəkət əl-Xalidi kimi tanınırdı. İnanmayacaqsınız, amma, vaxtilə, daha dəqiq desək,  29 iyun 1922-20 dekabr 1925-ci illərdə Suriyanın ilk Prezidenti olmuşdu. Bununla da, belə məlumat ortaya çıxır ki, Suriyanın ilk Prezidenti türk əsilli Sübhi Bərəkət olub!

    Sübhi Bərəkət 1889-cu ildə Antakyada yaşayan türk ailədə anadan olmuşdu. Sübh çağı anadan olduğu üçün atası Xalid ona Sübhi adını vermişdi. Xalid kasıb bir adam idi. Özü güclə oxumuşdu, Sübhini oxutmaqda çətinlik çəkəcəkdi. Sübhi elə uşaq vaxtlarından dünyanın ədalətsizliyinin şahidi olmuşdu. İnsanlar iqtisadi cəhətdən təbəqələrə ayrılırdı, bu, ədalətsizlik idi, heç olmasa, bu ədalətsizliyin düzəldilməsi üçün zənginlər kasıblara kömək etməliydi. Lakin, zənginlər heç pullarına güclə toxunurdular. Zənginlər kömək edə bilməzdi, ancaq, dövlət kömək edə bilərdi. Dövlətin dəstəyi ilə Sübhi orta və ali məktəblərdə çox əla  təhsil alır. Diplomatiyanı oxuyub. Çünki, ədalət istəyirdi. Ədalət var idisə də, onu saxlamaq istəyirdi .Ədalətsizlik çox idi, o, ədaləti bərpa etmək üçün çalışırdı. Uşaqlıqda çox əziyyət çəkmişdi. Qu tükündən hazırlanan yataqlarda yatmamış, ilan dərisindən məktəb çantası yox idi, atasının cib xərcliyi onun gözünü döndərməmişdi. O, həmişə belə insanlar tərəfindən ədalətsizliyə məruz qalmışdı. Şəkilində də göründüyü kimi, həmişə sifətində təbəssüm yaratmaq istəmişdi. Çünki, ailəsinin xoşbəxtliyi ancaq onun yalançı da olsa, bir gülümsəməsindən sonra başlayardı. Ədalətsizlik Sübhinin gülüşünə də təsir etmişdi. O, ancaq yalançı gülümsəmələrlə özünü ağdadırdı. Gülmədiyinə istehzayla gülürdü, ağladığına görə ağlayırdı.

    Məktəbində də ona ədalətsizlik edirdilər. Onun üzünə, saç düzümünə, cibində pulunun, çiynində çantasının belə olmamasına gülürdülər. Lakin, bir şeyi bilmirdilər ; bu adam prezident olsa onlar nə edəcəkdilər? Onun başına dönüb, ayağının altında öləcəkdilər, yoxsa, onun başına  dönüb , ayaqaltında öldürəcəkdilər? O vaxtın çərxi-dövranı və mənim məqaləmin sonu bu sualın cavabını verəcək. Mütləq verəcək.

    Sübhi və ailəsi ana yurdları Türkiyədən köçüb ata yurdları Suriyaya gəldilər. Sübhi nə qədər ədalətsiz mühit olsa da, yatdığı yataqdan, oxuduğu məktəbdən, ayaq basdığı evdən ötrü  darıxırdı. Antakya ona, o da Antakyaya alışmışdı. Az çox alışmışdı. Lakin, Sübhi olan-keçənləri unutmağa çalışırdı. Nə qədər yadına düşsə də ... Suriyada yeni bir həyata başlamaq istəyirdi. Oraya ədalət paylamaq istəyirdi. Yağışdan çıxıb yağmura düşən Sübhiyə ən ağır itki də burada baş verdi. Onun atası ərəb quldurlar tərəfindən öldürüldü. Bu da bir ədalətsizlik... Bu ədalətsizliyin yanında hər şey heç nə idi. Bu ədalətsizlik Sübhiyə bəs edərdi ki, dünyanın ədalətinin dünyasını dəyişdiyini tam anlasın. Anladıqdan sonra o, atasının qəbri üstündə fəryad ilə hayqırdı:

    -"Sənin qanın yerdə qalmayacaq, ATA! Bu dünyanın ədalətini...Yenidən Yaradacağam! Yenidən! ATA”!

    Sübhi bu ağır itkidən bir müddət sonra siyasətə qədəm qoydu. Siyasətdə o, elə-belə işdə işləmədi. Qovulacağını düşünürdü ki, 1920-ci ildə ən yaxın dostu İbrahim Hənanonun ən böyük ədalətsizliklərə qarşı ən böyük üsyanı baş qaldırdı. Sübhi sevincindən az qalırdı uçsun. Bütün dərdini-sərini unudub Hənanoyla çiyin-çiyinə vuruşan Sübhi Hələb və Dəməşq döyüşlərində iştirak edirdi. Bu döyüşlərdə fransızlar ağır məğlubiyyətə uğramışdılar. Hamısı da  Hənanonun və Bərəkətin sayəsində idi. Nəhayət, özünü fransızlara çox yaxşı tanıdan Bərəkət 1921-ci ildə son döyüşdə iştirak edir. Bu vaxt ən yaxın dostlarını itirir. Lakin, bir məsələ Sübhiyə hər şeyi unutdurur:

    -"Biz Qazandıq!!!Ədalət qazandı”!!!

    Bəli, onlar qazanmışdılar. Onlar ədalətsizliyə Suriyada yer verməyəcəkdilər. .. deyə düşünürdü xalq. Lakin, ədalətsizlik edən fransızlar dedilər:

    -"Bir şərtlə Suriya Respublikası olursunuz; Siz fransız müstəmləkəsi olacaqsınız”!

    Sübhi və İbrahim donub qaldı. Gözləri ədalət görərkən bu sözü eşidən və bu sözü deyəni görən həmin gözlər hirsdən qızardı. Sübhi fransızı döymək istədi, lakin, Hənano onu saxladı. Sübhi qışqırdı:

    -"Qüdrətli fransızsan, nəsən, bilmirəm, biz 1 ilə qədər uzun olan vaxtı nəyə görə və niyə itirdik? Bu qədər insanlar niyə qurban getdilər? Siz demək istəyirsiniz ki, müstəqil şəkildə müstəmləkə olun. Bu da təzə çıxdı?

    Mən neçə ildir Hələbdə yaşayıram, amma, bu qədər ədalətsizlik görməmişəm. Ədalət mənim üçün öndə olub. Siz məni hirsləndirə bilməzsiniz! Biz də insanıq, ay "insan””!

    -Onu-bunu bilmirəm, bu təklifi ləğv etsən, qəbrini özün qaz, Bərəkətli! Eləcə də, sən, Hənano. Əgər təklifimizi rədd etsəniz, ikinizi də bir-birinizə qatarıq! Biz yoxuqsa, siz yoxsunuz, biz varıqsa, siz varsınız! İstəsək Suriyanı xəritədən silərik, Bərəkətlilər!

    Fransız komandir gülə-gülə bu sözü deyərək otaqdan çıxdı:

    -İndi özünüz düşünün, yoxsa, Süleyman şah  türbəsinin yanında sizin də qəbriniz olacaq! Hah-hah-hah! Onu bilirəm ki, Suriyayla birgə Süleyman şah Türbəsini də ələ keçirəcəyik. Bərəkətli, sənin türk diplomatların oranı bizim əlimizdən ala bilməyəcək! Hah-hah-hah!

    Sübhi içində ağır lənətlər  yağdırdı onlara.  ”Belə komandirlərin ölümünü arzulamaq günah deyil, əksinə, onu öldürüb xalqı qurtarmaq savabdır” deyə düşündü.

    Elə də oldu. Bir neçə gün sonra  fransız komandir döyüşdə öldürüldü. Suriyanın bəxtinə gün doğdu, lakin o, şükürlü imiş,  onun yerinə daha əzazil bir komandir gətirdilər. Lakin, o, əzazilliyini hələ ki, heç kəsə sezdirmirdi.  Çünki, onun planları var idi. Həmin planlar hamını usandıracaqdı və  dövlət həmin siyasətlə saxlanılırdı.

    Yeni fransız komandir Bərəkət və Hənanoyla görüşdü.

    -Salam, müsyo Fransua. Mən Hənano üsyançılarından Sübhi bəy Bərəkət-əl Xalidi.

    -Salam, müsyo Fransua. Mən də Hənano üsyanının başçısı İbrahim Hənano.

    -Salamınızı aldım. Tanış olduğuma məmnun oldum. Misirdən Suriyaya yollanarkən sizin barənizdə çox şey eşitdim. Sübhi bəy ədalətsizlikdən əziyyət çəkib. Amma, bu vaxtlarda heç də narahat olmayın, Sübhi bəy. Sizə ədalət şərabını daddıracağıq. Heç kəsdən görmədiyiniz, bilmədiyiniz ədalət sizin olacaq. Əslində, mən sizə bu qədər kömək etməməliyəm. Çünki, mən Misir fransızlarındanam. Babam türklərə qarşı döyüşüb və qəhrəmancasına həlak olub.

    -Onu deyim ki, fransızlar bizi yerimizdən qovmaq istəyirdilər, biz onları yox.

    Fransuanın rəngi qızardı. O, sözü dəyişdi:

    -İndi bunların önəmi yoxdur. Bura Misir deyil, Suriyadır. İndi sizə necə kömək edə bilərəm?

    İbrahim bəy dedi:

    -Yəqin, siz də bizi müstəmləkə bilməzsiniz.

    -Mən bilmirəm. Amma, bu, yuxarının əmridir. Narahat olmayın, Hənano, sənəddə müstəmləkə olmayacaqsınız. Sənədlərsə əsasdır, önəmlidir. Biz sizə nəzarət edəcəyik.

    -Bir də Süleyman şah Türbəsi məsələsi var. Hələbdə bildiyiniz kimi, Türkiyə ərazisi var. Ora Süleyman şah Türbəsidir. Ərtoğrul bəyin atası, Osmanlının uca kökü orada dəfn olunub. Sizdən əvvəlki komandir bizi çox pis təhdid edirdi.

    -Həmin komandir ölməli adam idi,  ancaq adamla pis danışırdı. Onun bir qəpiklik də dəyəri yox idi. O, təkcə, sizi təhdid etmirdi. Məni də təhdid edirdi. İndi isə sevinə bilərsiniz, bağlanılmış müqavilə nəticəsində Süleyman  şah Türbəsinə dəymədik. Ora həmişəlik Türkiyə ərazisi olacaq.

    -Allah sizdən razı olsun, müsyö. Bir də bizə yaxşı nəzarət etsəniz,hər şey yaxşı olacaq.- Sübhi çox sevindi.

    -Hər şey yaxşı olacaq...- Fransua onları inandırmağı bacardı.

    Səhərisi günü Hələbin mərkəzində Sübhi bəy sevincək qışqırdı;

    -Bütün Suriyanı salamlayıram! 29 iyun 1922-ci il tarixdən, yəni, bu gündən Suriya müstəqilləşir! Suriya Respublikası yaradılır! 1920-ci ildə biz ədalətsizliyin və xaosun baş qaldırdığı yerdə üsyan başlatdıq. Üsyana başçılıq edən yaxın dostum İbrahim Hənano və mən idim. 1921-ci ildə artıq biz qazandıq! Bu gün isə qərara aldıq ki, Suriya Respublikası yaradılsın! Mən Sübhi bəy Bərəkət-əl Xalidi, Suriya Respublikasının 1-ci Prezidenti olaraq Suriyaya ədalət bəxş edəcəyimə AND İÇİRƏM!

    Hənano qışqırdı:

    -Sübhi Bərəkətə eşq olsun!

    Meydandakı camaat qışqırdı:

    -Sübhi Bərəkətə eşq olsun! Sübhi Bərəkətə eşq olsun! Eşq olsun!

    Sübhi Bərəkət üçün bu xoşbəxt  başlanğıc idi. Sübhi bəy artıq Ədaləti görmüşdü! Bununla da ürəyi sevinclərin ən böyüyü ilə dolmuşdu! Sübhi Bərəkət türk olaraq Suriyanın ilk prezidenti idi!

    Çox keçmədi ki, fransız komandir məkrli planına başladı. Köməkçisi Pletona dedi ki, Hələbə getsin və orada terror aktı təşkil  etsin.

    Pleton o saat Hələbin mərkəzinə getdi və orada terror aktı təşkil etdi. Mərkəz bombalar ilə dağıdıldı. Günahsız insanlar həlak  oldular, gülləbaran edildilər. Bunu eşitdikdə Sübhi bəy çox narahat oldu:

    -Allah qəhr etsin! Yenə başladılar bunlar?

    Hənano dedi:

    -Heç inana bilmirəm. Bunu kim edib?- sonra duruxub  qışqırdı.-Pleton! Pleton! Hamısını Pleton edib.

    Sübhi bəy dedi:

    -Fransuanın sevmədiyi əsgəri Pleton özbaşınalıq edib, məncə, Fransuadan kömək istəməliyik.

    -Bu saat Fransuaya xəbər edərəm.

    Hənano Fransuadan kömək istədi. Fransua isə başının qarışdığını, ona görə də kömək edə bilməyəcəyini  dedi. Nəticədə, fransızlar heç bir kömək etmədi və millət qırıldı.

    Ədalətsizliklə qarşılaşan Sübhi bəy ən böyük uğursuzluğuna  uğradı və bundan sonra fransızlardan gözü su içmədi.

    1925-ci ildə Fransua yenidən Misirə göndərildi və onun yerinə müsyö Andre gəldi. Müsyö Andre də Fransua kimi idi. Onun da məkrli planı var idi. Gəldiyindən bir neçə gün sonra o, bu dəfə Dəməşqdə terror aktı təşkil  etdi. Bu terror Dəməşqə çox böyük  ziyan vurdu. Hər yer tarü-mar oldu. Sübhi Bərəkət haqsızlıq və ədalətsizlikdən artıq cana yığılmışdı:

    -Həqiqətən, dövləti saxlamaq çətindir. Neçə il əvvəl bir fransız idi, indi də o biri fransız. Biz bunların əlindən nə edək? Kimdən necə kömək istəyək?

    Hənano dedi:

    -Bəlkə də, bir Krallıq qursaydıq, daha yaxşı olardı.

    -Krallıq bizə heç nə verməzdi. Cümhuriyyətdə Krallıqdan daha çox haqq-hüquq var, ədalət var.

    -Onu deyim, sənin doğulduğun yer də İmperatorluq idi.

    -Axır vaxtlar orada vəziyyət pis idi. İndi biz Osmanlının vəziyyətindəyik. -deyə Sübhi əlini dizinə çırpdı. - Mən bunu bayaqdan niyə fikirləşmirdim?

    -Nəyi?

    -Həm fransızlardan, həm də Türklərdən kömək istəyək. Birinin köməyi bəsdir. Onu bilirəm ki, fransızlar kömək etməyəcəklər. Çünki, terroru edən onlardır.

    Hənano adamını yolladı Türkiyəyə ki, xəbər çatdırsın. Çünki, Hənanonun artıq taqəti qalmamışdı. Sübhi də fransızlardan kömək istədi.

    Bir neçə gün keçdi, ümidlənən Sübhinin ümid çırağı söndü. Nə türklərdən kömək gəldi, nə də fransızlardan.

    Fransızlardan kömək gəlmədi, çünki, Sübhi bəy demişkən, terroru edən onlar idi.

    Türklərdən kömək gəlmədi, çünki... Hənanonun adamı heç sadiq adam deyildi. O, Türkiyəyə getdi, lakin, heç kəsdən kömək istəmədi. İstanbul otelində 2 gün qalıb kef çəkdi,sonra yenidən qayıtdı, çünki fransızlardan təlimatı belə almışdı.

    Sübhi bəy üçün artıq səbr kasası daşmışdı. O, içindəkiləri hayqırmaq istəyirdi artıq. Ona görə də,dəqiqələrini saydı, lakin, dözə bilməyib hər şeyi dağıtdı:

    -Lənət olsun! Lənət olsun! Heç kəs bizə kömək etmədi! Hər yer ədalətsizlik iyi verirmiş. Rəsmən ədalətsizlərdən ədalət istəyirmişik. Mən ədalətsizlikdən bezən adam özümə bəxş edə bilmədiyim ədaləti camaata necə bəxş edəcəkdim? Ən çox güvəndiyimiz insanlar bizə əhəmiyyət vermədilər.  Ancaq özlərini fikirləşdilər. Mən Suriyaya ədalət bəxş edə bilmədimsə, bəşər belə bir araya gəlsə, oraya ədalət bəxş edə bilməyəcək! Çünki, bəşər ədalətsiz, dövran ədalətsizdir! Tez, tez meydana çıxmalıyam.

    Sübhi bəy gözləri dola-dola meydana gəldi:

    -Bütün Suriyanı salamlayıram! Mən Suriyanın ilk prezidenti Sübhi Bərəkət Əl-Xalidi. Mən prezident olanda demişdim ki, ədalət gətirəcəyəm. Lakin, andımı pozdurdular . Ədalət gətirə bilmədim. Ona görə də, mənə nə desəniz azdır. Bağışlaya bilməzsiniz məni. Amma onu deyim ki, ədalət gətirərkən fransızlar öz oyunlarına alət etdilər bizi. Pis gözlərini bizdən çəkmədilər. Hamısı bir-birindən pis oldu. Əsgərlərimiz də onların tərəfinə keçdi. Dəməşqə yağdırılan bombalar canıma yağaydı, amma belə şey olmayaydı. İnandığımız şəxslərdən birini İstanbula göndərdik. İstədiyi qədər otellərdə yedi-içdi. Onlar xaincəsinə bizim pullarımızı yeyib bizim qanımıza bais oldular. Bu bizə lazım idimi? Belə cümhuriyyət olarmı? Ona görə də, sizlərə çox əziyyət vermək istəmirəm. Mən Sübhi bəy Bərəkət-Əl Xalidi 20 dekabr 1925-ci il tarixdən, yəni, bu gündən daha Suriyanın Prezidenti deyiləm və bu vəzifədən istefa edirəm! Ümid edirəm ki, məndən də pisi olmaz. Əgər mənim içimdə pislik var idisə...

    Bunu dedikdən sonra Sübhi bəy kövrələrək getdi. Həmin gün, istefa verəndən sonra xalq onu tez bağışladı (gərçi, günahı yox idi) və o, Suriya Milli Məclisinin sədri seçildi. Milli məclisdə 1935-ci ilə qədər sədrlik edəndən sonra Hataya köçdü.

    Onun tutduğu vəzifə  9 fevral a qədər boş qaldı. 9 fevral 1926-cı ildə kim prezidentlik səlahiyyətlərini icra etsə yaxşıdır? Fransız Fransua Pier-Alipe! Suriyanın qara günləri o zamandan başlayırdı  əslində.

    1935-ci ildə vəzifədən azad olundu və Hataya, Suriya-Türkiyə sərhədinə köçdü. Çünki, o, Suriyadan çox uzaqda qala bilməzdi.

    1938-ci ildə Hatayda respublika yaradıldı. Bu respublikaya da fransızlar nəzarət edirdi. Sübhi bəyin yeni pis günləri başlayırdı. Onun bir nömrəli düşmənləri fransızlar idilər. Hataydan köçmək istədi, lakin, ayrıla bilmədi. Hatayın hər qarışı ona fransızlardan qalan travmanı xatırladırdı. Buna çox dözmədi Sübhi bəy. 1939-cu ildə sübh saatı doğulan Sübhi bəy sübh saatlarında da dünyadan köçdü.

    1925-ci ildə istefa edəndən sonra özünü ən pis adam hesab edirdi Sübhi bəy. Lakin, bilsəydi ki ,gələcəkdə başçı ondan da pis olacaq, prezidentlikdən istefa etməzdi.

    Sübhi Bərəkətin dövründə hər şeyin pisləşdiyini deyənlər səhv edirlər. İndi guya kresloda oturanların hamısı  yaxşıdır ki?

    Lakin, 2015-ci ildən sonra Sübhi Bərəkətin ruhu çox şad oldu. Məzarında çevrilmək əvəzinə, yuxusunu şirin etdi. Çünki, Türklər Suriyaya yenidən ədalət yayırdılar, o vaxtdan. Onlar Suriyada və İraqda ədalət naminə çoxlu tədbirlər həyata keçirdilər. Həmin hərəkatlardan biri də "Bahar Qalxanı”dır ki, hələ də davam edir. Sübhinin ruhunu şad etməkdə davam edir.

    Sübhi Bərəkətin doğum tarixi bir neçə kitablarda səhv yazılır. Vikipediyada Bərəkətin doğum tarixi kimi 1889, Sami Mobayedin "Suriyanın önəmli kişiləri və qadınları” kitabında 1883, ”Modern Ərəb Tarixi” kitabında 1886-cı il  olaraq göstərilir.

    Onu da deyim ki, Türkiyədə onun adına Sübhi bəy küçəsi var.

    Bərəkət barədə daha çox eşitmək istəyirsinizsə onun qızı Süheyla Koraltanı dinləyin;

    " Sübhi bəy heç kəsdən rüşvət almayıb. 5 qəpik belə istəməyib və qəbul etməyib. Kasıb idik. Anam nənəmdən qalan bilərzikləri, qızılları satıb xalqa buğda verərmiş. Sonradan vəziyyətimiz yaxşılaşdı.

    Bildiyiniz kimi,həmin vaxtlar  Suriyaya fransızlar nəzarət edirdi. Sübhi Bərəkət və İbrahim Hənano üsyan qaldırıb fransızları məğlub etdilər. Fransız komandir atama dedi: ” Yaxşı, sən qazandın. İkisindən birini seç: Suriya Krallığı, Suriya Respublikası?” Sübhi bəy cavab verir: ”Krallıq olmaz, Cümhuriyyət ədalətin daha şirinini bəxş edir”. Biz Hələbdə doğulmuşuq, lakin, atam bizim doğum yerimizi Antakya olaraq qeyd edib. Bunun səbəbi də atamın Türkiyənin əhalisinin çoxalması istəyi imiş.

    Bəşər Əsəd hal-hazırda təsdiq etməsə də, hamı bilir ki, Suriyanın ilk prezidenti bir türk idi, atam idi. Fransızlar bizə çox zərər verdilər. Osmanlı dönəmində güc bəla ilə iqtisadi vəziyyəti düzəldib oxuyan və Osmanlının Hələbdən deputatı olan qohumum Rüfət ağa Bərəkətin evinə birdən basqın ediblər, evi yağmalayıblar. Səbəb də atamın qorxmaz üsyançı olması idi.””

    Dediyim kimi, Bəşər Əsəd hal-hazırda atamın ilk prezident olduğunu qəbul etmir. Bunun səbəbi isə atamın türk olmağıdır.”

    Biz inanırıq ki, türklər bütün dünyaya təsdiq etdirəcəklər ki, ən ədalətli onlardır! O vaxt Sübhi Bərəkət Suriyanın gündəmi olacaq və hər kəs onun ədalət üçün çarpışmasından  danışacaq.

    "Sübhi Bərəkətin evi”

    Sübhi bəyin həyat yoldaşı Xədicə Xalidə Bərəkətin vəfat etməsinin elanı.


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 598


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Azərbaycanda it itə yedizdirilib, hadisə araşdırılır – FOTO+VİDEO Milli Məclisin qarşısında aksiya keçirməyə cəhd edildi - RƏSMİ AÇIQLAMA Mədəniyyət Nazirliyinin əməkdaşına Əbülfəs Qarayevin vaxtında neçə ev verilib? - İDDİA " Fond artıq bir xeyirxahlıq ünvanı, ümid və inam ocağı kimi haqlı şöhrət qazanıb"-Qənirə Paşayeva Sumqayıtda baş verən qəzada ölənlərdən 4-ü hərbçi, biri mülki şəxs olub - YENİLƏNİB - FOTO Həcc üçün topladıqları pulu koronavirus xəstələrinə xərclədilər...- İBRƏTAMİZ Azərbaycan və Türkiyənin XİN rəhbərləri arasında telefon danışığı olub Azərbaycanda koronavirusla bağlı son vəziyyət Çin dünyaya meydan oxudu: Rusiya və biz... Peşəkar stilist Dilarə Bağırova möhtəşəm bir uğura imza atıb. Q.Paşayevanın təşəbbüsü ilə TİKA tərəfindən Tovuzda 150 aztəminatlı ailəyə bayram sovqatı verilib. Ağdaşda qəza nəticəsində avtomobil iki hissəyə bölünüb - FOTOLAR Çavuşoğlu Ermənistanın Şuşadakı təxribatından danışdı - VİDEO ABŞ yeni lazer silahı ilə PUA-nı vurdu - Video Yazgül Abdiyeva: Koronavirus haqqında yanlış məlumatlar yayan insanlarla bağlı lazımi qaydada ölçü götürülməlidir Ərdoğana söylədiyi söz iclasa damğa vurdu - MARAQLI... + VİDEO Mehriban Əliyevadan Azərbaycan xalqına təbrik Tərtərin Borsunlu kəndində nə baş verir? Camaat susuz qalıb - FOTO Xəstəxanada yanğın: ölənlər var (VİDEO) “Qeyri-qanuni yığılan pullar kimlərinsə cibinə gedir” - Video Azərbaycanda yüzlərlə tibb işçisi koronavirusa yoluxub, dördü ölüb - RƏSMİ 2-4 günlük küçəyə çıxmaq qadağası hazırlanıb - TƏBİB Azərbaycanda son sutkada koronavirusa 106 nəfər yoluxdu, 59-u sağaldı (RƏSMİ) Azərbaycanın Baş Naziri qərar imzaladı: Sabahdan... Məktəbdaxili qiymətləndirmə üçün müvəqqəti qaydalar təsdiqləndi - RƏSMİ Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir. DSX-nin həbs edilən vəzifəliləri açıqlandı - Adlar Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə Qənirə Paşayeva : “AKƏM çərçivəsində ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllü fəaliyyətə cəlb olunub” Nazir düşdüyü qəzadan DANIŞDI– EKSKLÜZİV (VİDEO) Çində zavod çökdü - ölənlər var Q.Paşayeva insan alverinə qarşı mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinə çağırıb Müdafiə naziri təlimlərin keçirildiyi cəbhə bölgəsinə getdi – VİDEO Daha bir ölkədə karantinin müddəti UZADILDI “Yayda xaricə gedənlər qayıdandan sonra karantində saxlanılmalıdır” “Həkim koronavirusa görə pul təklif edibsə, niyə polisə xəbər verməyib?” Bazarlarda müştəri də artıb, qiymət də - VİDEO Qənirə Paşayeva Cümhuriyyət qurucularına Bakıda büst və ya heykəllərin qoyulması təklifi ilə çıxış edib Prezidentdən əhaliyə koronavirusla bağlı ÇAĞIRIŞ “Karantindən qabaq elçiliyə gedib, qalıb həmin adamın evində” “Bazarstore”da lift şaxtasına düşən qız öldü Tramp ÜST-ə 30 gün vaxt verdi Həbs olunan məmurların sərvətləri necə müsadirə edilir? – Nazirlik açıqladı Yoluxma artırsa, karantin rejimi niyə yumşaldılır? – Rəsmi cavab Karantindən sonra cərimələr bağışlanacaq? – VİDEO Laçının işğalından 28 il ötür Hidrometeorologiya xidmətindən əhaliyə XƏBƏRDARLIQ Arzu Zeynallı: “Laçın mənim üçün dərd deyil, həsrət qaldığım uşaqlığımdır, yaşaya bilmədiyim gəncliyimdir” Güclü külək ağacları elektrik xətlərinin üzərinə aşırdı - Fotolar Dağıstanda 40-dan çox həkim öldü Karantin qaydalarını pozan “jurnalist” saxlanıldı - Foto Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 5-ci toplantısı online qaydada keçirildi. Bu qaydalara riayət etməyənlərə CİNAYƏT İŞİ AÇILACAQ - Operativ Qərargah Hindistan koronavirusa yoluxmaya görə Çini ötüb Təhsil naziri şöbə müdirini işdən çıxardı Çin ABŞ nəhənglərini qara siyahıya almağa hazırlaşır Məhkəmə DTX-nın saxladığı generalla bağlı qərar verdi “Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” - Prezident Nazirlər Kabineti rəsmisindən Rusiya ilə sərhədə toplaşan həmvətənlərimizlə bağlı AÇIQLAMA İbrahim Məmmədovdan tədrislə bağlı MÜHÜM AÇIQLAMA Tutulan generala bu maddələrlə cinayət işi açılıb Xeyriyyəçiliklə məşğul olanlar polisə çağırılır? – RƏSMİ AÇIQLAMA Arvadını stula bağlayıb, saatlarla işgəncə verdi - FOTO/VİDEO Qənirə Paşayeva Azərbaycan Respublikasının Xalq artisti Şamil Süleymanlı ilə görüşüb. "Məmurların əsas vəzifəsi vətəndaşlara xidmət etməkdir" ÖZƏL-MÜNASİBƏT “Bazarstore”da bədbəxt hadisə - Gənc qız liftin şaxtasına düşdü Ucarda qəza baş verdi: 4 nəfər yaralandı - Foto Angela Merkel elan etdi: Qapılar açılır Sel suları elektrik enerjisinə ciddi ziyan vurdu Həbs olunan nazir müavini: "1.5 milyon pul alırdım" (VİDEO) Polisin fərasəti şəlaləyə qapılmış şəxsi belə xilas etdi - VİDEO Məşhur bazar ikinci dəfə yandı: Nazir olay yerində - Video Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə ADA Universitetində və ADA Məktəbində Qənirə Paşayevanın iştirakı ilə onlayn müzakirələr keçirilib. Azərbaycanda 97 nəfər koronavirusa yoluxdu, ölən var DTX-nin həbs etdiyi Zakir Sultanovun aldığı rüşvətin bir hissəsi məlum oldu Bərdədə qadının külli miqdarda pulunu oğurlayan gənc tutuldu - Foto Türkiyə S-400, hətta Su-57 istehsal edə bilər? - Rus ekspert Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım Heydər Əliyevin anadan olmasından 97 il ötür - Fotolar Təhlükə: Azərbaycanda koronavirusun ikinci dalğası... Xarici İşlər Nazirliyi Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 75-ci ildönümünə dair bəyanat yayıb. Deputat 150-dən çox ailəyə tibbi yardım göndərdi Tələbələr bu halda təhsil haqqı ödəməyəcək - RƏSMİ Prezident və xanımı yeni xəstəxananın açılışında - Foto “Cəza tədbirlərini sərtləşdirin” — İlham Əliyev tapşırıq verdi Dövlət bağçaları yayda açılacaq? - Nazir açıqladı DSMF-nin vəzifəli şəxsi belə tutuldu - VİDEO (YENİLƏNİB) Azərbaycanda 47 yaşlı kişi maşınında GÜLLƏLƏNDİ DTX Vilyam Hacıyevi belə HƏBS ETDİ - VİDEO Operativ Qərargah brifinq keçirdi - Video İCTİMAİ TELEVİZİYANIN ƏMƏKDAŞI PREZİDENTƏ TƏŞƏKKÜR MƏKTUBU YAZDI-(Video+Foto) Prezidentin köməkçisi və Zakir Həsənov cəbhəboyu zonada - VİDEO Q.Paşayeva pandemiyadan zərər çəkmiş daha 150-dən çox ailəyə yardım göndərib. MTRŞ-nin sədri aparat rəhbərini işdən çıxardı - yeni təyinat (FOTO) Basabas, insanlar maskasız: metro açılmalıdır... Vəhşi heyvan yeməyə davam edən çinlilər ağıllanmadı - FOTO 124 manata kirayədə yaşadığını deyən icra başçısının sərvəti - SİYAHI Azərbaycan səfiri italyan jurnalistin Dağlıq Qarabağla bağlı qərəzli yazısına cavab verib İsraildən İrana mesaj: Siz oranı tərk edənə kimi... Q.Paşayeva: “Konvensiyaya qoşulmaq Azərbaycan həqiqətlərinin daha geniş təbliğində önəmli rol oynayacaq”.
    File engine/metagen.php not found.