Lent.az-ın əldə etdiyi məlumata görə, qəzaya düşən "Ford Transit” markalı, 99 HF 830 dövlət qeydiyyat nişanlı kiçiktutumlu yük maşını Bakıdakı çörəkbişirmə sexlərindən birinə məxsus olub.

 

Belə ki, Bakıdakı çörəkbişirmə sexində işləyən qardaşlar doğulub böyüdükləri Ucarın Müsüslü kəndinə gedərək anaları 51 yaşlı Abdullayeva Gülzar Knyaz qızını paytaxta həkimə gətirmək istəyiblər. Gecə saatlarında Müsüslüdən yola çıxan ailə Hacıqabul ərazisində qəzaya düşüb və 23 yaşlı Amil Abdullayevin sürdüyü maşın idarəetmədən çıxaraq yol kənarına aşıb. Ana və iki oğlu hadisə yerində keçinib. 28 yaşlı Samir Abdullayevin 6 yaşlı oğlu isə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, uşağın vəziyyəti ağır olaraq qalır.

 

Qeyd edək ki, dəhşətli qəzada ölən qardaşların hər ikisi ailəli olub. Onların ikisinin də bir övladı varmış. Sükan arxasında olan Amil Abdullayev keçən il ailə həyatı qurubmuş və bir neçə ay əvvəl övladı olub..