AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin M.Qasımov küçəsində 1961-ci il təvəllüdlü Məmmədov Mirzəxan Şulu oğluna məxsus birmərtəbəli 3 otaqlı evdə qeydə alınıb.

Nəticədə ümumi sahəsi 99 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 m2 və həyətyanı sahədə 16 m2 məişət tullantıları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Onlar Təcili Tibbi Yardım avtomobili ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxasına çatdırlıblar.

Zəhərlənənlər şəhər sakinləri 1983-cü il təvəllüdlü Qədirova Məlahət Yusif qızı, 2000-ci il təvəllüdlü Süleymanova Gülbəniz İlham qızı və 1967-ci il təvəllüdlü İsmayılova Naibə Məmmədhəsən qızıdır.

Onlarına ilkin tibbi yardım göstərilib, vəziyyətləri normaldır.