İcxeberler.info FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.​

09:59

***

Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov "Report"a açıqlamasında bildirib ki, yanğının naqillərdə yaranmış qısaqapanmadan baş verdiyi ehtimal edilir: "FHN əməkdaşlarının verdiyi məlumata görə, 240 kvadratemetr dam örtüyü yanıb. Havanın küləkli olması yanğını gücləndirib. Yanğın heç bir mənzilə keçməyib. Hazırda araşdırmalar davam etdirilir".