Bakıdakı sürüşmə zonasından - FOTOREPORTAJ

    Bakıdakı sürüşmə zonasından - FOTOREPORTAJ


    Son günlər ölkə ərazisində yağan intensiv yağışlar bir sıra fəsadlar yaradıb. Nəticədə, paytaxtın Bayıl qəsəbəsində növbəti dəfə sürüşmə hadisəsi qeydə alınıb. Bu dəfə sürüşmə Bakı-Salyan yolunun Bibiheybət məscidinin yaxınlığından keçən hissəsində baş verib. Sürüşmə nəticəsində yolun bir hissəsi uçub, nəqliyyat vasitələrinin hərəkəti isə məhdudlaşdırılıb.

    Oxu.Az-ın əməkdaşları hadisənin təfərrüatını öyrənmək üçün əraziyə yollanıb.

     

    Təhlükəsizlik məqsədilə nəqliyyat vasitələri ilə yanaşı, piyadaların da həmin ərazidə hərəkəti polislər tərəfindən tənzimlənir. Ərazinin yaxınlığı xüsusi lentlərlə bağlanıb və icazəsiz oraya daxil olmaq qadağan edilib.

    Gecə saatlarında baş verən sürüşmə ilə əlaqədar hadisə yerinə Baş nazir Əli Əsədov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov, Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin birinci müavini, general-leytenant Rəfail Mirzəyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Bakı Şəhər Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov gələrək, mövcud vəziyyətlə və səhər saatlarından etibarən görülən işlərlə tanış olublar.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov noyabrın 24-ü axşam saatlarında baş verən sürüşmə ilə bağlı Baş nazir Əli Əsədova məlumat verib və sürüşmənin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində görüləcək işlərdən danışıb.

    Onu da bildirək ki, 2011-ci ildən istismarda olan yol 2018-ci ildə yenidən təmir olunaraq istifadəyə verilib.  

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli agentlik əməkdaşlarının dərhal hadisə yerinə gələrək vəziyyəti nəzarətdə saxladığını deyib:

    "Hadisə gecə saatlarında baş verib. Bizim əməkdaşlar eləcə də digər qurumların əməkdaşları gecikmədən hadisə yerinə gəlib. Əraziyə baxış keçirilib, insanların təhlükəsizliyinin təmin olunması məqsədilə nəqliyyat vasitələrinin bu yol üzərindən hərəkəti məhdudlaşdırılıb.

    Hazırda tərəfimizdən agentliyin səlahiyyətlərinə daxil olan bütün məsələlər araşdırılır və görüləcək addımlar barədə ətraflı məlumat veriləcək. İlkin olaraq onu deyə bilərəm ki, təmir-bərpa işləri qısamüddətli olmayacaq. Ən azı bir neçə ay burada işlər görüləcək”.

    Hadisə yerinə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov isə sürüşmənin, gərginliyin hələ də davam etdiyini bildirib:

    "Bildiyiniz kimi, Bayıl qəsəbəsi sürüşməyə meyilli ərazidir. Ötən ilin fevral ayında Bayıl dərəsinin sağ yatağında, bu ilin oktyabr ayında isə Badamdar ərazisində sürüşmə baş verib. Bu sürüşmələrin bir-biri ilə əlaqəli olduğunu demək mümkün olmasa da, bu çox ciddi məsələdir. Qeyd etdiyim ərazilər daima nəzarətdə saxlanılmalıdır. Mən keçən həftə bu ərazilərdəki vəziyyətlə bağlı məlumat vermişdim.

    Dünən axşam saatlarında isə Bibiheybət məscidinə yaxın olan,hazırda olduğumuz bu ərazidə sürüşmə olub. Gördüyünüz kimi, yolun təxminən 80-100 metrlik hissəsi uçub, digər hissələrdə isə iri çatlar yaranıb”.

    Ə.Qaralov sürüşməyə səbəb olaraq insan amilini misal gətirib.

    Xatıradaq ki, daha əvvəl Badamdar və Bayıl qəsəbələrində qeydə alınan sürüşmə hadisələrində ilkin səbəb olaraq həmin ərazilərdə kanalizasiya sistemlərinin qaydasında olmaması irəli sürülmüşdü.

    Bibiheybət məscidindən paytaxt istiqamətinə yeni yolda asfalt qatı dağılıb və axşam saatlarından yaranan çatların həcmi daha da artıb. Sürüşmənin yenidən aktivləşməsi ehtimalı nəzərə alınaraq, ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.

    Yaxınlıqdakı ərazilərdə yaşayış evlərinə ziyan dəyməsə də, "Mercedes” markalı, 90 NV 884 nömrə nişanlı maşın uçqun altında qalıb. Avtomobil sahibi Fərrux Qasımzadə deyir ki, avtomobilə dəyən ziyanın ödənilməsi ilə bağlı heç kim, heç bir məlumat verməyib.

    "Həmişə avtomobilimi burada saxlayıb dənizə gedirdim. Bir ay bundan qabaq maşını burada saxlamışdım. Dünən təxminən gecə saat 1 radələrində qayıtdım və avtomobilimə minmək istəyəndə uçqun başladı. Maşına çatmağıma 50 metr qalmışdı. Gözümün qabağında torpaq maşının üstünə töküldü. 1-2 dəqiqə maşına tez minsəydim, bəlkə də, faciə olardı. Hələlik maşını uçqunun altından çıxarmayıblar. Avtomobilimə dəyən ziyanın ödənilib-ödənilməyəcəyi ilə bağlı mənə bir söz deyilməyib”.

    Sürücülərin alternativ yollardan istifadə etməsi üçün Bakı Şəhər Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. O bildirib ki, yolda təmir-bərpa işləri bitənə qədər xüsusilə yük maşınlarının Bakı-Salyan yolunun 14-cü kilometrliyindən mərkəzə doğru hərəkəti tamamilə məhdudlaşdırılıb:

    "Eyni zamanda, nəqliyyat vasitələri 3-cü kənar dairəvi yol vasitəsilə Yasamal rayonu ərazisindən keçməklə hərəkətə davam etməsi, bununla yanaşı, ərazidə yaşayan sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün isə müvafiq yol nişanlarının qoyulması tapşırılıb”.

    Ərazidə baş verən sürüşmə ilə bağlı Bibiheybət qəsəbəsi ərazisindən keçən 500 mm diametrli magistral su xəttində qəza olub. Nəticədə, Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıx qəsəbələrinə içməli suyun verilməsi dayandırılıb. Su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa ediləcək. 

    Məsələ diqqətdə saxlanılır. Baş verən yeniliklər arədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 191


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    “Bütün fəaliyyətim boyu sizi özümdən əvvəl düşündüm və sizin etimadınızı bir an belə itirməmək üçün çalışdım”-Q.Paşayeva Toydan qayıdan ailə qəzaya düşdü - yaralılar var Xətai rayonunda yerləşən marketdə Ermənistan istehsalı olan şokoladlar satılır 6 yaşlı Sübhanın köməyinizə ehtiyacı var Zakir Həsənov: “Ordumuzda olan silahlar qələbəni təmin etməyə imkan verir” Nərminin qatili barəsində həbs qərarı verildi Hacıqabul sakinindən silah götürülüb Gecə həlak olan tələbələrin FOTOLARI MSK rəhmətə gedənlərin seçkiyə dəvətinə aydınlıq GƏTİRDİ ƏSGƏRİMİZƏ QİBTƏ ETMƏLİYİK!- İbrahim MƏSİMOĞLU yazır.... Xanhüseyn Kazımlının qızı namizəd oldu Şəhid hərbçimiz dəfn edildi - (Foto+Video) Azərbaycan əsgəri şəhid oldu Tovuzda 10 yaşlı qızın yanmış meyiti ərazidən götürüldü - FOTO Od içində olan Avstraliyaya “göylərin hədiyyəsi” - VİDEO Yandırılan 10 yaşlı qızın atası danışdı: “Meyiti yerindən tərpətməmişik” AVTOMOBİLDƏN VƏ ÜZƏRİLƏRİNDƏN NARKOTİK VASİTƏ AŞKAR OLUNDU Ucar rayon sakininin adına sosial yardım yazılıb, özünün xəbəri yoxdur- İDDİA "Unibank" kartlarından vəsaitlər silinir: nə baş verir? Tovuzda itkin düşən 10 yaşlı qızın meyiti tapıldı - Yandırılıb Üç yaşlı uşaq valideynləri ilə gizlənpaç oynayan zaman öldü Ərdoğan: "Türkiyə ordusunu Liviyada təmsil edəcək hərbi birləşmələrin məqsədi fəlakətlərin qarşısını almaqdır" Sabah hava necə olacaq? Şəmkir sakini Gəncədə bıçaqlandı Trampdan Tehrana xəbərdarlıq: “Biz ən güclüyük, iki trilyonluq silahlarla...” “Dəmir yolları”ndan təcili yardımla qatarın toqquşması haqda - Açıqlama “Ürəklər Gülsün” adlı xeyriyyə konserti keçirilib Başıbəlalı Babək prospekti: Bu dəfə də işıqforlar işləmir - VİDEO Oqtay Gülalıyevin səhhətində ciddi dəyişiklik - VİDEO 125 deputat yerinə 125 qeydə alınmış namizəd var - MSK sədri Elçin Quliyevlə Məhərrəm Əliyev Ermənistanla sərhəddə - Fotolar "Pepsi" Azərbaycanda cərimələndi Xəbərdarlıq: Uşaqlara öskürək dərmanı verməyin! - Video Yeddi yaşlı qızı belə oğurladılar – VİDEO Bakıda keçirilən bayram şənliklərində rekord sayda insan iştirak edib - FOTO Səhv yuxu rejiminin zərərləri açıqlanıb Yağış, qar yağacaq, duman olacaq — GÜNÜN HAVA PROQNOZU Broyler toyuqlarını kimyəvi maddələrdən bu yolla təmizləyin Mehriban Əliyeva bayram şənliyində - Video+Fotolar Respublika Humanitar Fənlər Gimnaziyasında Həmrəylik Günü münasibəti ilə tədbir keçirildi-Fotolar Lerikdə nə baş verir ? -İlqam Cəbiyev yazır Mərkəzi Bankdan manatın bahalaşma ehtimalı haqqında AÇIQLAMA “Nar” Qusarın Laza kəndini 4G şəbəkəsi ilə təmin etdi Sabah avtobuslar gecə 1-ə kimi işləyəcək Leyla Əliyeva Həmrəylik Günü münasibəti ilə təşkil olunan konsertdə iştirak etdi – FOTO Məzahir Pənahov seçicilərə müraciət etdi - Video "İraq mətbuat tarixi" kitabı ictimaiyyətə təqdim edildi Arıqlamaq üçün dərmanlar hansı fəsadlar törədir? Həbs edilən icra başçısı vəzifəsindən azad edildi - SərəncamHəbs edilən icra başçısı vəzifəsindən azad edildi - Sərəncam QULDARLIQ DÖVRÜNÜ YAŞAYAN LERİK SAKİNLƏRİ QAN AĞLAYIR ! Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana səfərə gəlib Leyla Əliyeva klinikada müalicə alan uşaqları ziyarət etdi — FOTO "Azərbaycan mətbəxində Dolmalar : 381 çeşid" kitabı ictimaiyyətə geniş təqdim edilib. Şəhid atası: Leyla Əliyeva millət vəkili seçilərsə çox uğurlu layihələrə imza atacağına əminəm "Bu qərarın heç bir hüquqi və tarixi əsası yoxdur, senatın bu qətnaməsi açıq siyasi xarakter daşıyır!"-Qənirə Paşayeva Sabahın bünövrəsini birlikdə quraq” adlı layihəsinin möhtəşəm bağlanış tədbiri keçirilib. “Sizi Tanıyaq” Layihəsinin bir qrup istedadlı gəncləri Fəzail Ağamalı ilə görüş keçirdi- Video Bakıda polisə silahlı müqavimət göstərənlərə cinayət işi açıldı - Fotolar+Video Bu, Ermənistan siyasətimizə də təsir edəcək – AKP 14 dekabrda gözlənilən hava şəraiti Qubada məktəb yandı Qırmızı işıqdan keçən xanım sürücü qəza törətdi, 1 nəfər xəsarət aldı Baş infeksionistdən “donuz qripi” ilə bağlı xəbərdarlıq Mehriban Əliyeva “instagram”da Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib “Qadına qarşı zorakılığa, ailədaxili şiddətə YOX deyək" adlı maarifləndirici sosial çarxın təqdimatı keçriilib. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir gündə respublikamızda 650 min ağac əkilməsi çox gözəl və xeyirxah təşəbbüsdür. Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib “Gəlib dedilər ki, bərpa ediləsi deyil, sökək” - Video Polis bu meyitin yaxınlarını axtarır - FOTO Ukrayna XİN başçısı: "Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır" Parlamentin buraxılması ilə bağlı Prezidentə müraciət edildi - 99 səslə qəbul Bakı məktəbində şok: direktor və müəllimlər yoxa çıxdı Çarəsiz ana ölkə başçısına müraciət etdi: "Məmurlar məni dinləmir cənab Prezident!" Ərdoğandan Ermənistanla bağlı ABŞ-da mühüm açıqlama - Video Zaqatalalı gənc daşlardan möhtəşəm əl işləri hazırlayır - FOTO Qadınla kişi maşında yanaraq öldü - Fotolar Vilayət Eyvazov Pərvinlə videosu yayılan polisi işdən qovdu - Foto+Video Yeni Ombudsman Milli Məclisdə and içib BMT dünya liderlərini Madridə toplayır – Səbəb “Nar” tələbələrin əmək bazarına inteqrasiyasına dəstək olur Albaniyada zəlzələ qurbanlarının sayı 40-a çatdı Bu şəxslər avtobusdan pulsuz istifadə edəcək - ŞAD XƏBƏR Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi şurasının hər il bizə ayırdığı qrandla çoxsaylı layihələr işləyirik. BDU-nun daha bir tələbəsi qəfil öldü Əgər tədbir görülməsə, Bakıda böyük dağıntılar olacaq – XƏBƏRDARLIQ – VİDEO Baş prokurorluq 15 yaşlı qızla bağlı MƏLUMAT YAYDI Nazir mərkəz direktorunu işdən çıxardı Başıbəlalı “uşaq pulu” məsələsi: hökumət “yox” dedi, parlament israr etdi... “Başladılar hesablamağa ki, bunun 70 yaşı var, getməlidir” “Balu” şirniyyat sexinə satış qadağan edildi Erməni səfir Kiyevdə belə biabır edildi “Nar”ın son yenilikləri “BakuTel-2019” sərgisində! ““Uşaq pulu” xalqın tələbidir” – Vahid Əhmədov Vüqar Rəhimzadə: "AXC-Müsavat cütlüyünün xalqımızın və dövlətimizin başına gətirdiyi bəlalar unudulmamalıdır" Vilayət Eyvazov yeni rəis təyin etdi Mixail Qusman: Mehriban Əliyevanın Rusiyaya səfəri misli görünməmiş səfər idi Bakıdakı sürüşmə zonasından - FOTOREPORTAJ Məhkəmə Rafael Cəbrayılovla bağlı qərar verdi - Evləri əlindən alındı Bakıda torpaq sürüşdü, maşın altında qaldı Mehriban Əliyeva Rusiya mediasına müsahibə verdi
    File engine/metagen.php not found.