“Araz”dan 16 cavabsız qol

    “Araz”dan 16 cavabsız qol


    Bakı İdman Sarayında futzal üzrə ölkə çempionatının Yüksək Liqasında VII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tura "Marafon Futsal” – "Neftçi” İK dueli ilə start verilib.

     

    Maraqlıdı ki, hər iki komanda son oyununu "Araz”a qarşı keçirib. "Marafon Futsal” mövsümdə ilk yenilgisi ilə barışdığı halda, "Neftçi” son saniyələrdə 1 xalı qoparmağı bacarmışdı. Həmin oyunun yaratdığı özünəinam və turnir cədvəlindəki vəziyyət nominal qonaqları xal itirməməyə məcbur edirdi. CBC Sport televiziya kanalının canlı yaımladığı oyunda ilk təhlükəli vəziyyəti debütant yaratmağa nail oldu. Amma "Neftçi”cərimə zərbəsindən sonra topu uzaqlaşdırmağı bacardı. Bundan sonra nominal qonaqlar Tural Qurbanovla qol vurmağa yaxın olsa da, qapıçı onun sevinməsinə imkan vermədi.

     

    Bununla belə, "Neftçi” erkən qol vurdu. Yenə kapitan rəqib torunu silkələməklə adını tabloya yazdırdı. Sonrakı dəqiqələrdə "Marafon Futsal” hesabı bərabərləşdirməyə çalışsa da, təcrübəli "Neftçi”nin səhvsiz oynaması rəqibə cəhdlərini faydalı iş əmsalına çevirməsinə imkan vermədi. Əksinə, çempionatın daimi iştirakçısı hesabdakı üstünlüynü qorumaqla yanaşı, əks-hücumlarda da təhlükə yaratmağı bildi. Bir epizodda Katebi qolçular siyahısına düşməyə yaxın oldu, amma Mehdipour əla reaksiya nümayiş etdirməklə fərqin artmasına yol vermədi. Əvəzində yenə kapitan səhnəyə çıxdı. Bu dəfə çempionatın bombardiri olan Renat Sultanov hissənin son dəqiqəsində Hamed Khodaeinin ötürməsini qola çevirməklə həm çempionatda 9-cu qolunu vurdu, həm də fasiləyə "sülh”lə yollanmalarını təmin etdi.

     

    İkinci hissədə ilk həmləni Elnur dəf etdi. Katebi isə komanda yoldaşının bu yaxşılığına dəqiq zərbə endirə bilməməklə cavab verdi. Ümumiyyətlə, fasilədən sonra komandalar bir-biri üçün meydanı "daraltmaqla” manevr etmək imkanı vermirdi. Buna görə də qapılar qarşısında təhlükəli vəziyyət yaratmaq müşkülə çevrilmişdi. Üçüncü 10 dəqiqənin tamamını oyunun qırılma anı saymaq olardı. Məhz Bağırzadənin qırmızı vərəqə almasından sonra rəqib 2 dəqiqəni azlıqda keçirdi. Amma "Neftçi” meydandakı say üstünlüyünü hesabda əks etdirə bilmədi. Yalnız sona 4 dəqiqə qalmış tablodakı birlərdən biri dəyişdi. Tural Qurbanov qapıçıdan qayıdan topu tora qovuşdurmaqla oyunu canlandırdı. Bu canlanma "Neftçi”nin işinə yaradı. Sona 40 saniyə qalmış komanda 3-cü qolunu vurdu və qələbəni təmin etdi. "Marafon Futsal” isə mövsümdə ardıcıl ikinci məğlubiyyəti ilə barışmalı oldu.

     

    "Araz” cəzalı İsa Atayev və zədəli Xətai Bağırovun adını protokola daxil etməmişdi. "Xəmsə”də isə Zəliş Səmədzadə qırmızı vərəqə cəzalısı olduğuna görə komandasına kömək edə bilmirdi. Gözlənildiyi kimi oyuna aqressiv başlayan "Araz” erkən qol vurdu. Bastos qol "yağışı”na start verdi. Bundan sonra əsasən yerli oyunçuları meydana buraxan Alesio qol vurulmadığını görüb, yenidən həmyerlilərinə şans verdi. Thaqo və Eduardonun qolları fərqi 3 topa çatdırdı. Daha sonra Thaqo dublnu rəsmiləşdirdi. Maykonun qol vuranlar siyahısına düşməsində qapıçının səhvi həlledici rol oynadı. Belə ki, Şamo üstünə gələn topu qollarının arasından buraxmaqla böyükhesablı qələbəyə imkan yaratdı. Karvalhonun daban ötürməsini isə Çovdarov baxımlı qolla tamamladı. Yeri gəlmişkən, fasiləyə qədər "Xəmsə” iki 10 metrlik zərbədən istifadə edə bilmədi.

    İkinci hissədə "Araz”ın hücumları daha məhsuldar alındı. Bu matça qədər keçirdiyi 5 oyunda 18 qol vuran son çempiona bu göstəricini bir oyunda reallaşdırmasına 2 top çatmadı.

     

    Günün son oyununa EKOL fəal başladı. İlk hücumdaca hesabı açan EKOL-un heyətində kapitan fərqləndi. Ardınca Fərid komandasının üstünlüyünü 2 topa çatdırdı. Düzdü, "Yasamal” da buraxılan qolların əvəzini çıxmağa çalışırdı. Amma kortəbii hücumlar, eləcə də qeyri-dəqiq zərbələr keyfiyyəti azaldırdı. Mortozanın təkbətək epizodda qapıçını məğlub edə bilməməsi isə "Yasamal”ın hələ çox çalışmalı olduğuna işarə idi. Elə Omid Orazi də fərqi minimuma endirmək fürsətini topu Kürdovun üzərinə vurmaqla əldən verdi. "Yasamal” fasilədən sonra dərhal fərqi minimuma endirdi. Oyunun fəallarından olan Mortoza Cahandost "çərçivə”ni dəqiq nişan aldı. Bir dəqiqə sonra Omid Oraz topu Eminin başı üzərindən aşırsa da, dirək hesabın bərabərlişməsinə mane oldu. EKOL da rəqibindən geri qalmadı. Bu dəfə Radik Əhmədovun 6 metrlik zərbəsini qapıçı dəf etdi. Ancaq inadından dönməyən Əhmədov bir neçə saniyədən sonra təyin edilən standart vəziyyətdən hədəfi dəqiq nişan aldı. Düzdü, Mohsin komandasına ümid verən ikinci qolu vurdu, amma EKOL üstünlüyünü əldən vermədi. Təyin edilən 6 metrlik cərimə zərbəsini Əsgər dəqiq yerinə yetirməklə 2 topluq fərqi bərpa etdi. Beləliklə I dövrənin son oyununda favorit qələbə qazandı.

     

    "Marafon Futsal” – "Neftçi” İK - 1:3 (1:1)

    Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev

    Hakim-inspektor: Murad Məmmədov

    Qollar: R. Sultanov, 18:54 // R. Balakişiyev, 2:50, 39:28, T. Qurbanov, 35:54

    Sarı vərəqələr: S. Məmmədov, 16:05 // M. Eybeli, 1:12, T. Qurbanov, 5:55, O. Baxşəli, 16:45, Ə. Əjdərov, 37

    Qırmızı vərəqələr: R. Bağırzadə, 30:30 // S. Cavid, 39:28

    "Marafon Futsal”

    12. Kəsra Mehdipour (q), 10. Seymur Məmmədov, 13. Məcid Moravati, 20. Rasif Səfiyarov, 77. Səid Goodarzi, 2. Kamran Hacıyev (q), 4. İbrahim İbrahimov, 7. İlkin Hacıyev, 8. Renat Sultanov (k), 9. Omid Talebi, 11. Hamed Khodaei, 99. Rüstəm Bağırzadə

    Baş məşqçi: Elşad Quliyev

    "Neftçi” İK

    23. Elnur Zamanov, 10. Rüfət Balakişiyev (k), 11. Tural Qurbanov, 5. Mehram Eybeli, 6. Məhəmməd Katebi, 1.Samir Mehdiyev (q), 8. Vahib Xocayev, 94. Oruc Baxşəli, 13. Əjdər Əjdərov, 12. Sadiq Cavid, 77. Davud Xolerdi, 7. Tural İsmayılov

    Baş məşqçi: İlqar Aslanov

     

    "Araz” – "Xəmsə” - 16:0 (7:0)

    Hakimlər: Elçin Məmmədov, Ramiz Məhərrəmov, Kənan Məlikov

    Hakim-inspektor: Ələkbər Məmmədov

    Qollar: Q. Bastos, 1:35, T. Thaqo, 10, 12:47, 29:52, E. Borges, 11:10, 31, 31:42, 38: 36, 39:28, M. Da Silva, 14:15, R. Çovdarov, 17:49, 23:43, K. dos Santos, 20, 24:16, 37:29, O. Rüstəmli, 26:47

    "Araz”

    1. Rövşən Hüseynli (q), 4. Qabriel Bastos, 6. Eduardo Borges, 10. Teles Thaqo, 15. Maykon da Silva, 19. Anar Məmmədov (q), 2. Ramil Quliyev, 7. Ramiz Çovdarov,

    8. Rizvan Fərzəliyev (k), 9. Karvalho dos Santos, 14. Oktay Rüstəmli

    Məşqçi: Ağakərim Həsənov

    "Xəmsə”

    1. Şamo Talıbov,7. Elçin Zeynalov, 9. Samir Əmirov, 10. Əli Həsənov (k), 11. Rüfət Cəlilov, 8. Qüdrət İsmayılov, 12. Ceyhun Yusifov, 16. Anar İsayev, 2. Novruz İbrahimov

    Baş məşqçi: Arif Vəliyev

     

    "Yasamal” FK – EKOL - 2:4 (0:2)

    Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Azad Hüseynov

    Hakim-inspektor: Aydın Gözəlov

    Qollar: M. Cahandost, 21:17, M. Hayatbini, 28:35 // N. Məmmədkərimov, 0:30, F. Atakişiyev, 4:02, R. Əhmədov, 24:57, Ə. Abasov, 29:57 (6 m)

    Sarı vərəqələr: O. Oraz, 19:44, M. Şahsavarı, 30

    "Yasamal”

    13. Teymur Mirzəyev (q), 7. Orxan Allahverdiyev (k), 9. Omid Oraz, 23. Mortoza Cahandost, 12. Rəsul Akbari, 1. Sultan Sadıqov (q), 11. Humen Maxmari, 3. Mohsin Hayatbini, 19. Məsut Tamnzala, 16. Rəhman Mirzəyev, 77. Muhamməd Şahsavari

    Baş məşqçi: Hamed Rza Fərzani

    EKOL

    99. Emin Kürdov (q), 4. Fərid Atakişiyev, 11. Namiq Məmmədkərimov (k), 10. Samir Həmzəyev, 17. Fərid Ələkbərov, 1. İntiqam Babayev (q), 2. Radik Əhmədov, 9. Əsgər Abasov, 7. Sərxan Məstiyev,14. Zaur Fərziyev, 33. Ələsgər Ələsgərli

    Baş məşqçi: Radik Əhmədov

     

    1

    Araz

    6

    5

    1

    0

    34-6

    16

    2

    Marafon Futzal

    6

    4

    0

    2

    22-14

    12

    3

    EKOL

    6

    4

    0

    2

    16-14

    12

    4

    Neftçi İK

    6

    3

    1

    2

    21-18

    10

    5

    FK İD Futzal

    6

    2

    1

    3

    20-17

    7

    6

    Yasamal

    6

    1

    0

    5

    13-31

    3

    7

    Xəmsə

    6

    0

    1

    5

    16-42

    1

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 184


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    "Kim nə deyir desin biz elə bizik" Rəşad Kəsəmənlidən gözəl rəsm əsəri-Foto Bahalaşan və ucuzlaşan məhsulların - Siyahısı Adnan Oktarın evindən çıxanlar - Video Millət vəkili Qənirə Paşayeva Masallıda Kitab Günündə çıxış edərək gənclərə çağırış edib-Fotolar Təbiətə ziyan vuranlar Baş Prokurorluğa verildi Metro tikintisi Bakıda yolu çökdürdü - FOTO Adnan Oktarın villasına basqın anı - Video Ömrün sonuncu günəşi- əbədi işıq... Q.Paşayeva Ağdamda qəhrəman şəhidimiz Raquf Orucovun xatirəsinə həsr olunmuş anım tədbirində çıxış edib Goranboyda traktor aşdı - 4 yaralı Adnan Oktarın aylıq qazancı nə qədər olub? Android istifadəçilərinə təhlükəli virus hücum edib İsti havada buz kimi su içmək çox təhlükəlidir - bunu mütləq bilin! Fərəc Quliyev: “Onların kökünü birdəfəlik kəsmək lazımdır” Gədəbəydə tibbi aksiya keçirildi-Fotolar “Dövlətimiz əmin əllərdədir” İstirahət günlərində 7 yol qəzası olub - 4 ölü, 11 yaralı Neft bahalaşıb Gəncə sakini bıçaqlanıb Qarabağ icması Ağdərə ilə bağlı bəyanat yaydı Ermənilərdən növbəti təxribat: Yanğın “Nəsimi dünyası” adlı ustad Nəsimiyə həsr olunmuş gecə böyük maraqla və alqışlarla qarşılandı Gəncədə açılan güllələr? İŞİD İZİ “Nar”Bakı Biznes Universitetində keçirilmiş əmək yarmarkasında iştirak etdi KİTAB DA İNSAN KİMİDİR... Ərdoğan Azərbaycana gəlir Q.Paşayeva AŞPA-da Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları ilə bağlı çıxış edib və Ermənistan heyətinə sərt cavab verib. “Nar” korporativ müştərilərlə görüş keçirib Azərbaycan Ordusunun ilk hərbi operatoru vəfat etdi Q.Paşayeva AŞPA-da Nazirlər Komitəsini Ermənistanın törətdiyi vandalism aktlarına seyriçi qalmamağa çağırıb “Türk Ulduzları” Bakı səmasında uçuşlar edib Hərbi parad başladı - Zakir Həsənov Ali Baş Komandana raport verdi (YENİLƏNİB) “Ərdoğanın digər özəlliyi odur ki, terrorçuları dəstəkləyən qüvvələrin üzərinə gedir” Ramin Quluzadə Qusarda vətəndaşlarla görüşəcək Dövlət Baytarlıq Nəzarəti Xidməti və Dövlət Fitosanitar Nəzarəti Xidmətinin adları dəyişdirilib Hospitaldan Hacının palatasına poni gətirilməsi ilə bağlı açıqlama: "Ağır xəstənin kiçik arzusunu yerinə yetirmək savabdı.." Ərdoğan 52.6 faiz səs toplayıb - Yekun nəticə açıqlandı Daşkəsəndə təbii fəlakət - Evlər, körpülər dağıldı Qobustan-Poladlı avtomobil yolu yenidən qurulur İraqın neft naziri yaxın vaxtlarda Azərbaycana səfərə gələcək Böyük skandal : İngilis mediası seçki günü müxalifəti Ərdoğanı devirməyə çağırdı – “Ərdoğan dünya üçün təhdiddir, onu devirin” Ərdoğan nəvələri ilə birlikdə səs verdi - Video Millət vəkili Q.Paşayeva Braziliya, Çin və İndoneziyanın fəal qadınları ilə Qarabağdan danışıb “Nar”-dan “Samsung” smartfonu al, telefonun dəyərinin bir hissəsi balansına qayıtsın! "Düşməni hədəfə alaq, hərəmiz bir güllə ataq" devizi altında kiçik çaplı odlu silahdan təlim atışları təşkil edildi Ukraynada "Azərbaycan Ticarət Evi" açılıb Qəssab: “Bakıda ətin kilosu 15 manata qalxacaq” Xaçmazda yeni gömrük-keçid məntəqəsi inşa olunacaq Zəyəm və Böyük Kəsik stansiyalarının baş yolları əsaslı təmir olunur Nazir: "Pambıqçılıqla məşğul olan fermerlər təhlükəsizlik qaydalarına ciddi riayət etməlidirlər” Qanunsuz süni balıq gölləri yaradan şəxslər 85 min manat cərimə edilib AMB-nin valyuta məzənnələri Gömrükçülər ölkəyə xeyli sayda qanunsuz mobil telefon gətirilməsinin qarşısını alıb MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 67-ci iclası keçirilib Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edilib Millət vəkili Q.Paşayeva dünyanın nüfuzlu qadınlarını ölkəmizə dəvət edib. İcra başçısından tarlada zəhərlənənlərlə bağlı - Açıqlama Pərviz Şahbazov OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Vyana görüşündə iştirak edəcək Azərbaycandan Gürcüstana qaz ixracı 16,5% artıb Abşeron rayonunda reabilitasiya mərkəzi fəaliyyətini uğurla davam etdirir Dünya birjalarında neft ucuzlaşıb Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək Qızıl 26 dollardan çox ucuzlaşıb Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Dövlət Aqrar Ticarət Şirkəti” təsis edilib - EKSKLÜZİV Azərbaycan neftinin qiyməti azalıb. İcxeberler.info saytının rəhbərinə üzucü xəbər "BizimTV" -nin əməkdaşı üçün özəl gün-Təsisçidən ad günü təbriki Bu gün Azərbaycanda Milli Qurtuluş Günüdür Bu il Azərbaycanda qızıl istehsalı 19% artıb Azərbaycan Gürcüstanla sərhəddə yeni sərhəd keçid məntəqəsi inşa edəcək Hərbi əməliyyatlar başladı: 4 hərbçi HƏLAK OLDU “Nar”-dan Naxçıvan üçün xüsusi təklif Uşağı döydüyü üçün həbs edilən tərbiyəçi danışdı Gənc müğənni Aygün Surəzənin Ad günü partisi keçirildi. Bakının Xətai rayonunun bir hissəsində içməli suyun verilişində məhdudiyyətlər olacaq DGK: Azərbaycanda gömrük qanunvericiliyi təkmilləşdiriləcək Gədəbəyin dağlarından-Fotosessiya Dövlət Dəniz Agentliyinə direktor təyin edilib Bakının Nəsimi rayonunda içməli suyun verilişində məhdudiyyətlər olacaq AMB-nin valyuta məzənnələri Sabah TANAP-ın açılış mərasimi keçiriləcək ”Azərbaycan İnciləri” adı altında birləşib-Muğamı gələcək nəsillərə sevdirməliyik Millət vəkili: Naxçıvan qələbəsi digər işğalda olan torpaqlarımızın azadlığına aparan yoldur Bu gün sonuncu sınaq imtahanı keçiriləcək Mövqelərimiz pulemyotlardan atəşə tutulub Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq Dünya birjalarında qızıl bahalaşıb ELNARƏ RZAYEVA ÖZÜNÜ MEDİA QARŞISINDA OLDUĞU KİMİ TANITDI "REAL FAKTLAR AŞKAR OLUNDU" "Düşünən insan" jurnalı Ramazan ayı münasibətilə tədbir keçirib (FOTO) Buğdanın laboratoloji analizləri pulsuz aparılacaq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq AMB-nin valyuta məzənnələri Tovuzda strateji əhəmiyyətə malik bir neçə yol yenidən qurulur Gürcüstandan Azərbaycana mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb Təbriz küçəsində təmir işləri yekunlaşıb Şəmkir-Samux-Goranboy suvarma kanalının İpək yolu ilə kəsişmə qurğusunun və 4,95 km-lik hissəsinin açılışı olub Dövlət Gömrük Komitəsi elektron xidmətlərin sayını artıracaq Regionlarda növbəti startap turu Qubada keçiriləcək Bakıda neft hasilatı 1,4% artıb, qaz hasilatı 11% azalıb
    File engine/metagen.php not found.