Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu gündən işə düşür

    Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu gündən işə düşür


    Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə düşür.

    İcxeberler.info APA-ya istinadən xəbər verir ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin iştirakı nəzərdə tutulub.

    Layihənin icrasına 2007-ci ildə başlanılıb. Həmin ilin fevralın 7-də Tbilisi şəhərində Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstanın prezidenti Mixeil Saakaşvili və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş görüşdə "Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti haqqında" üçtərəfli saziş və "Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda - Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında" Azərbaycan və Gürcüstan hökumətləri arasında ikitərəfli saziş, habelə Azərbaycanın Nəqliyyat Nazirliyi və "Marabda Kartsaxi Dəmir Yolu" MMM arasında "Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin maliyyələşdirilməsi şərtlərinə dair Kredit Müqaviləsi" imzalanıb.

    Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək.

    Bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir.

    Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini artıracaq.

    2011-ci il mayın 18-də Bakıda ikitərəfli sazişə edilmiş bəzi əlavə və dəyişikliklər barədə Protokol imzalanıb. Bu dəyişikliklər əsasında 1 iyul 2011-ci il tarixində Azərbaycanın Nəqliyyat Nazirliyi və "Marabda Kartsaxi Dəmir Yolu" MMM arasında yeni şərtlər çərçivəsində yeni Kredit Müqaviləsi imzalanıb.

    Qars-Axalkalaki yolu xəttinin ümumi uzunluğu 105 kilometrdir. Qars-Axalkalaki yolu xəttinin uzunluğu 76 km olan Türkiyə hissəsinin inşası rəsmi Ankaranın maliyyə vəsaiti hesabına həyata keçirilib. Layihənin Gürcüstan ərazisinə düşən hissəsinin - 26 km uzunluğundakı Qars-Axalkalaki dəmir yolu xəttinin, habelə uzunluğu 153 km olan mövcud Axalkalaki-Marabda dəmir yolu xəttinin reabilitasiya-rekonstruksiyasının maliyyələşdirilməsinə Azərbaycan tərəfindən 775 milyon dollar, o cümlədən Tranş A üzrə illik dərəcəsi 1% olmaqla uzadılma imkanı ilə 25 il müddətinə 200 milyon dollar və Tranş B üzrə illik dərəcəsi 5% olmaqla uzadılma imkanı ilə 25 il müddətinə 575 milyon dollar həcmində kredit vəsait ayrılıb. İkitərəfli Sazişə müvafiq olaraq, kreditin istifadəsinə müstəsna səlahiyyətlərlə nəzarət edən və bu məqsədlər üçün kredit tam qaytarılanadək büdcənin təsdiq olunması və onun icrasına nəzarət edən məşvərət orqan - Koordinasiya Şurası yaradılıb.

    Qeyd edək ki, Azərbaycan prezidentinin 21 fevral 2007-ci il tarixli 1974 nömrəli sərəncamına edilmiş dəyişiklərlə əsasən, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin Marabda-Axalkalaki hissəsinin bərpa və yenidən qurulmasının və Axalkalakidən Türkiyə ilə sərhədə qədər olan hissəsinin tikintisinin maliyyələşdirilməsi və qarşıya çıxan digər təşkilati tədbirlərə operativ nəzarətin həyata keçirilməsi məqsədilə Dövlət Komissiyası yaradılıb.

    Sərəncama əsasən, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin həyata keçirilməsi Azərbaycan hökuməti tərəfindən işlərin əlaqələndirilməsi "Azərbaycan Dəmir Yolları" QSC-yə həvalə edilib.

    Azərbaycan prezidentinin 21 fevral 2007-ci il tarixli 1974 nömrəli sərəncamına uyğun olaraq, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsini Dövlət Neft Fondu (ARDNF) həyata keçirib. Bu sərəncama müvafiq olaraq, Azərbaycan hökuməti adından kreditləşmənin təşkili və bank xidmətinin həyata keçirilməsi üzrə agent bank "Azərbaycan Beynəlxalq Bankı" ASC təyin edilib.

    Layihənin maliyyələşdirilməsinə başlayandan etibarən 30.09.2017 tarixə qədər ARDNF tərəfindən xəzinədarlıq vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ümumilikdə 640,3 milyon dollar, o cümlədən cari ilin yanvar-sentyabr ayları ərzində 10,1 milyon dollar vəsait ayrılıb. Bu vəsait nazirlik tərəfindən Gürcüstan və Azərbaycan hökumətləri arasında imzalanmış İkitərəfli Sazişə müvafiq olaraq, Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin və müvafiq infrastruktur obyektlərinin layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiya və istismarı üçün yaradılmış "Marabda-Kartsaxi Dəmir Yolu" MMC-nin hesabına köçürülüb.

    Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ilk konteynerlərin daşınması "ADY Konteyner" MMC-yə həvalə olunub.

     

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 331


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    “Dilçilik İnstitutunda oturanların qüsurlarını taparıq” - Müğənnilərdən REAKSİYA “Azəriqaz” sayğacların qiymətini qaldırdı Leyla Əliyeva gənclər sərgisində - FOTO MTN generallarının bəraət istədikləri məhkəmədə hakim kimdir -DOSYE "Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edildi "Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edilib Azərbaycanda “Aİ-92” markalı benzinlə bağlı - MÜHÜM QƏRAR Ticarət mərkəzində qadın ac akulalarla dolu hovuza düşdü - VİDEO Minik və yük maşını toqquşdu - Xəsarət alan var “Myshops” şirkəti öz mağazasında “Apple” şirkətin yeni məhsullarını təqdim edib İradə Əlili Turkiyənin Tokat şəhərinə 2 ci kitab festivalına dəvət aldı Türkiyədən gəlmiş aydınlar: "“Hər zaman Azərbaycanın yanındayıq!” " Q. Paşayeva: "Birliyimizi gücləndirməliyik!" Novruz Məmmədov iki şöbə müdirini işdən çıxardı Şamaxı rayon şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbində Müstəqəllik Gününə həsr edilmiş tədbir keçirildi. Rəsul Məmmədov: "Hər il Kombat Ciu-citsu üzrə Avropa və dünya çempionatlarında iştirak edərək uğurlar əldə etmişik" Eldar Əzizov bu qurumun fəaliyyətini DAYANDIRDI - BU SƏBƏBƏ GÖRƏ (ÖZƏL) Baş redaktorun doğum günüdür Fiziki aktivlik sağlam həyatın əsasıdır – ŞAMAXIDA MÜZAKİRƏ Roza Əliqızı:- Əsir və girovlarımız azad olunmalıdır Bakıda daha bir ərazidə sürüşmə: divar uçdu Adnan Oktarın villasından geriyə bu dağıntılar qaldı - Video Nəğmə dolu bir ürək. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tibbi aksiya keçirəcək Sərkisyan Paşinyanın istefasını qəbul etdi - Yeniləndi Q.Paşayeva MM-də "Uşaqların zərərli informasiyadan qorunması" üçün qurumlara çağırış edib “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan! Qarabağ qazisi Etimad Əsədov vəfat etdi Sumqayıtda aprel şəhidi Əbdülməcid Axundovun 25 illiyinə həsr edilmiş tədbir keçirildi Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video HEYDƏR ƏLİYEVLƏ BAĞLI ŞİRİNLİ-ACILI XATİRƏLƏR Mehriban Əliyevadan müəllim və tələbələrə təbrik - Məktubu +Fotolar Hərbi hissədə ağacəkmə kampaniyası-Fotolar Sürüşmə anının - Videosu Vətəndaşlar 11 min manat birdəfəlik ödəmənin verilməsini tələb edir - VİDEO Bakıda yeni dələduz peyda oldu - ''İnstagram''dan 35 nəfərə... (VİDEO) Tramp qızını bu vəzifəyə gətirmək istəyir On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi Minaya düşən sakinin vəziyyəti pisdir — Səhiyyə Nazirliyi Kolbasa və sosiska istehsal edən bəzi şirkətlərin fəaliyyətində nöqsanlar aşkarlandı Yenə leysan xəbərdarlığı edildi 11 oktyabr Beynəlxalq Qızlar günüdür Məmur oliqarxiyasının sonu yaxınlaşır - prezidentdən mühüm və sərt ismarışlar Restoran sahiblərinə sərt xəbərdarlıq Camal Qaşıqçının qaçırılma planını ABŞ kəşfiyyatı bilib - İddia Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində “Turetski xoru” qrupunun konsertini izləyib - FOTO Q.Paşayeva AŞPA-da Azad Demokratlar Qrupu adından çıxış edərək İslamafobiyanın artmasında Avropa ölkələrinin yanlış siyasətini tənqid edib. Şamaxı məktəb direktoru Gülnurə Babaşova : Təhsildə əldə edilmiş nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Rusiya Avropa Şurasından çıxarıla bilər Şəki sakinləri üçün oftalmolji müayinələr keçiriləcək Google istifadəçilərinə BƏD XƏBƏR - 2019-cu ildə bağlanacaq İçində miqrantların olduğu mikroavtobus yandı - Fotolar Bahar Muradovadan rusiyalı həmkarlarına çağırış "Neftçi İdman Klubu”nun cüdoçusu Vüqar Talıbov tarixi uğura imza atıb. “Nar” gənclərə fürsət yaratdı Eks-nazir Azərbaycana qayıda bilmir - SƏBƏB Bakı metrosunda həyəcan: Qatarlar boşaldıldı Qənirə Paşayeva Türkiyə əleyhinə yalanlara qarşı arqumentlərlə cavab verib "Mən qələt eləmişəm" - Qızını erməniyə verən diaspor sədri (VİDEO-FOTO) Hansı qida mədəmizdə nə qədər müddətə həzm olunur - SİYAHI “Savaşçı” serialının Azərbaycan bayrağı ilə başlaması bəyənildi – VİDEO Berluskoni Qara dəniz haqqında "yalan"ı BELƏ İFŞA ETDİ (FOTO) Nurməhəmmədov-Makqreqor döyüşünün və döyüşdən sonrakı davanın TAM VİDEOSU 19 yaşlı qızın cəsədi kanaldan tapıldı Nazirdən açıqlama: Neftin qiyməti və sanksiyalar... Sumqayıt təhsilini uçruma aparan yol-ARAŞDIRMA Aeroport yolunda növbəti qəza-Video+Foto ABŞ Konqresi Trampın namizədini Ali Məhkəmənin üzvü vəzifəsinə təsdiq edib –Səsvermə zamanı qalmaqal baş verib Sumqayıtda direktor müavini dayəni döyüb xəstəxanalıq etdi - Fotolar 160 saylı avtobus daha bir qəza törədib, yaralananlar var - VİDEO+FOTOLAR İTV KANALIN YENİ UĞURLU LAYİHƏSI Sağ-salamat doğulan körpə 2 gündən sonra xəstəxanada öldü - Azərbaycanda Göygöldə yük maşını aşdı - 2 nəfər öldü, 2 yaralı Hacıbala Abutalıbova yeni vəzifə tapşırıldı Bakıda özəl klinikada pasiyent öldü - Açıqlama Qənirə Paşayeva müəllimləri təbrik edib Xırdalanda piyadanı vurub qaçan sürücü saxlanılıb 2018-ci il üzrə Nobel sülh mükafatının qalibləri məlum olub Bakı sakini bacısının körpəsini 350 manata satıb Sabah hava belə olacaq – PROQNOZ Oqtay Şirəliyevin qızı ermənini özünə köməkçi təyin etdi Qatarla toqquşub, 2 nəfərin ölümünə səbəb olan avtobus sürücüsünün FOTOSU YAYILDI Çingiz Abdullayev: “Bunlar əclafdırlar!” - TƏXRİBAT Rusiya rəsmən dollardan imtina edir Mehdiyev göstəriş verdi, məsələ həllini tapdı “Biləsuvar cəngavərləri” kitabının təqdimat mərasimi keçirildi Pentaqonun başçısını da zəhərləmək istədilər “Nar”dan autizmli uşaqlara dəstək - FOTOLAR Xocavənd rayonunun işğalından 26 il ötür Rusiya Qarabağa görə Beynəlxalq Məhkəməyə verilə bilər! Q.Paşayeva MM-də qardaş Türk dövlət və toplumlarından gənclərin Azərbaycanda təhsili ilə bağlı təkliflərlə çıxış edib “Nar” yarımilin hesabatını və yenilənmiş brendinitəqdim etdi Leyla Əliyeva “İmmolatio”nun premyerasında - Foto İnsanda siçan virusu aşkarlandı – İlk dəfə İlham Əliyev Paşinyanla Qarabağdan danışdı - Rəsmi Qubada yük avtomobili dərəyə aşdı, sürücü yaralandı Azərbaycan nefti bahalaşıb Zibilə düşən it: İtin başı görün harda qaldı… - VİDEO Azərbaycanın qızıl-gümüş bazarı həftəni ucuzlaşma ilə başa vurdu Hindistanla Rusiya arasında 5,43 milyard dollarlıq razılaşma
    File engine/metagen.php not found.