"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Günəşli yaşayış massivində baş verib.

Belə ki, 1980-ci il təvəllüdlü şəhər sakini Eldar Əsabəli oğlu Sadəddinov kəsici alətlə qolunu kəsərək özünə qəsd edib. Ağır xəsarət alan yaralı xəstəxanaya çatdırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.