Manatı nə gözləyir - Qubad İbadoğlunun təhlili

    Manatı nə gözləyir - Qubad İbadoğlunun təhlili


    Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı ekspert Qubad İbadoğlu bildirib ki, gözlənilən hər iki ssenaridə manat ABŞ dollarına nəzərən ucuzlaşacaq, onlar arasında yeganə fərq ucuzlaşmanın tempində olacaq.

    Musavat.com-un məlumatına görə, Q.İbadoğlu bu barədə facebook sosial şəbəkəsində yazıb: "Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan ilk strateji hədəfə uyğun olaraq  2017-ci ildən başlayaraq monetar siyasətin üzən məzənnə rejimi üzərində qurulacağı elan edilib.Verilən məlumatlara görə hazırda tam üzən məzənnə rejiminə keçidin təmin edilməsi üçün hazırlıq işləri gedir.

    Bildiyiniz kimi, Azərbaycanın əsas ixrac məhsulu olan xam neftin dünya bazar qiymətlərinin ucuzlaşması səbəbindən tədiyə balansının cari hesablar hissəsində kəsirin yaranması manatın məzənnəsinə təzyiqi artırmış və 2015-ci ildə milli valyuta iki dəfə devalvasiyaya uğramışdır. Sonuncu devalvasiya zamanı Mərkəzi Bankın  İdarə Heyətinin 21 dekabr  2015-ci il tarixli qərarı ilə sabit məzənnə rejimindən imtina edilmiş, üzən–tənzimlənən məzənnə rejiminin tətbiqinə başlanılmışdır.  Gedən müzakirələr onu göstərir ki, son 1 ildə  tətbiq olunan üzən–tənzimlənən məzənnə rejimi lazımı səmərə vermədiyindən  tam üzən məzənnə rejimə keçid istehlak səbətində idxal məhsullarının payının azaldılmasına nail olma səviyyəsinə uyğun şəkildə məzənnə üçün faktiki tətbiq edilən dəhlizin genişləndirilib, orta müddətli dövrdə isə tamamilə ləğv edilməsindən sonra  təmin edəcəkdir. Bu isə o deməkdir ki, Azərbaycan iqtisadiyyatı  tam üzən məzənnə  rejiminə keçidə hələ də  hazır deyildir. Odur ki, böyük ehtimalla yaxın zamanlarda da manatın kursunun təyini üzən–tənzimlənən məzənnə rejimində davam edəcək. Belə olan halda da  valyuta bazarına inzibati  müdaxilə strategiyası davam edəcək və  manata təzyiq başlayandan ( 2014-cü ilin noyabr ayından)  indiyə qədər 11 milyard dolları "tonqalda yandıran” Mərkəzi Bank yenə də əvvəlki  siyasətini davam etdirəcək".  

    İqtisadçı-alim qeyd edib ki, üzən məzənnə rejiminə keçidin şərtlərinə daxili maliyyə bazarının inkişafı, bazarda risklərin sığortalanmasına istiqamətlənmiş tədbirlərin (hedcinqin) həyata keçirilməsi və məzənnə risklərindən sığortalanmağa imkan verən digər maliyyə alətlərinin təqdim olunması daxildir: "Bundan əlavə, bu məqsədlə banklararası bazarın fəaliyyətinin səmərəli qurulması da çox önəmlidir.  Bütün bu məsələlər Yol xəritəsində nəzərdə tutulsa da onların yaxın zamanlarda reallaşdırılması gerçək görsənmir. Vəziyyəti dəyərləndirmək üçün ilk növbədə xarici ticarət əməliyyatlarına nəzər yetirək. Yol xəritəsində nəzərdə tutulur ki, tam üzən məzənnə rejimi istehlak səbətində idxal məhsullarının payı azalacağı halda mümkün olacaq. Əks təqdirdə valyutaya olan tələbatın yüksək olması manatın ABŞ dollarına nəzərən məzənnəsini də sürətlə dəyərsizləşdirə bilər. Son statistik məlumatlar onu göstərir ki, hətta ötən il  tam üzən məzənnə rejiminə keçid üçün şərait bu illə müqayisədə daha əlverişli olub. Belə ki, bu ilin 11 aylıq gömrük məlumatlarına görə, Azərbaycanda xarici ticarət dövriyyəsinin müsbət saldosu ötən ilin eyni dövrünə nisbətən 1 milyard 824 milyon 200 min dollar və ya 75 faizə qədər azalıb. Müqayisə olunan dövrdə ixracatın 2 milyard 304 milyon 300 min dollar və ya 30 faizdən çox  azalması müqabilində, idxal əməliyyatları 479,4 milyon dollar və ya 6 faizə qədər azalıb. Göründüyü kimi, ixracatın azalması tempi idxalı 6 dəfəyədək üstələyib. Bu isə o qənaətə gəlməyə əsas verir ki, istehlak səbətində idxal məhsullarının payı azalması ilə bağlı gözləntilər özünü doğrultmayıb. Əksinə, bu ilin 11 ayında qeyri-neft ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz və ya 488 milyon dollar azalıb. Deməli, "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan ilk strateji hədəfə uyğun olaraq 2017-ci ildən başlayaraq monetar siyasətin tam  üzən məzənnə rejimi üzərində qurulacağı inandırıcı görsənmir. Çünki, hazırkı şərtlər daxilində manatın ABŞ dollarına nəzərən kursu tam üzən məzənnə rejimində sürətli sıçrayışa məruz qala bilər. Bəs belə olan halda  hazrıkı situasiyada  manatı nə gözləyir? Fikrimcə qarşıda 2 ssenarı durur.

    1) Əgər  hökümət  tam üzən məzənnə rejiminə keçiddə israrlıdırsa onda ya yumşaq devalvasiyanı daha sürətlə davam etdirməli, ya da  kəskin devalvasiya seriyasından 3-cü devalvasiyaya qərar verməlidir  ki, sonrakı mərhələdə tarazlaşdırılmış məzənnə indiki kursdan çox fərqlənməsin. 

    2) Əgər  hökümət  üzən tənzimlənən  məzənnə siyasətini  davam etdirəcəksə, onda manat gələn ildə də bu ildə olduğu kimi kiçik templə olsa da  dəyər itirərək  yenə zəifləyəcək. Bu halda Mərkəzi Bank  toplanmış strateji valyuta ehtiyatlarını "tonqalda yandırmaqla”, Dövlət Neft Fondu isə izafi manat ehtiyatı hesabına anbarlarını milli valyuta ilə doldurmaqla məşğul olacaq.

    Hər iki ssenaridə manat ABŞ dollarına nəzərən ucuzlaşacaq, onlar arasında yeganə fərq ucuzlaşmanın tempində olacaq. Birinci ssenaridə ucuzlaşma tempi indikindən daha sürətli, ikinci variantda isə hazırkı səviyyədə olacaq.  Hər iki varinatda yenə də  hədəf manatın gerçək və tarazlaşdırılmış məzənnəyə yaxınlaşması olmalıdır ki, o da indiki səviyyədən xeyli yuxarıdır".


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 532


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    “Nar”“Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi Vilayət Eyvazov idarə rəisini işdən çıxardı Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub Q.Paşayeva MM-in Səhiyyə komitəsində cəmiyyətimizi narahat edən bir sıra problemlərlə bağlı təkliflərlə çıxış edib Pula görə şagird avtobusdan düşürüldü – Ekspertdən çağırış Gənc Tamaşaçılar Teatrının tavanı niyə çökdü? Ərdoğan: “İki həftə içində ABŞ-la anlaşmasaq, planımızı tətbiq edəcəyik” “Müəllim peşəsi ən rəqabətli və böyük maraq doğuran peşəyə çevrilib” –Təhsil naziri Ordumuz 10 minlik heyətlə savaş təliminə başladı - Video Luna qalmaqallı çıxışları ilə gündəmdə- "Səviyyəli şəkildə..."-EKSKLUZİV (Video) Mingəçevir xəstəxanasında 6 yaşlı uşaq öldü Bakının işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar tədbir keçirilib Prezident Bakı məktəbində - Fotolar Qənirə Paşayeva: "Fiziki imkanları məhdud insanlarımızın uğurlar qazanmasına hamımız daha çox dəstək olmalıyıq" Putin Həbiblə görüşdü - VİDEO Elinaya görə 100 min təzminat çox azdır - Ekspert Şirvan sakini turşudan zəhərləndi Azərbaycanda uşaqpulu necə və kimlərə verilsin?.. Ekspertdən TƏKLİF Mirşahin Sərdar Cəlaloğluna qardaşını xatırlatdı Bakıda 43 yaşlı kişini avtomobil vurdu Nəsimiyə həsr olunan beynəlxalq elmi konfrans olacaq Bakıda binadan düşən iri şüşə parçası 2 nəfərə xəsarət yetirib - VİDEO Məktəb direktor və müavinlərinin maaşı artdı Beynəlxalq Mətbuat Mərkəzində “Məişət zorakılığı” mövzusunda tədbir keçiriləcək Q.Paşayeva İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumunda çıxış edib və çağırış edib. Bakıda 26 yaşlı kişi bıçaqlandı Limon suyuna sarımsaq atanda baxın nə olur! Təsiri inanılmaz Q.Paşayeva gənclərmizi, Qarabağ həqiqətlərini dərindən öyrənməyə və təbliğ etməyə çağırıb Bakıda təcili yardım maşını ilə mebel daşındı - VİDEO Uşaq pulu bərpa olunacaq? - Əli Əhmədovdan açıqlama Leyla Əliyeva xaricdə magistr təhsili alacaq gənclərlə görüşdü - Foto Şəmkirdə avtobus yük maşını ilə toqquşdu: ölən və yaralananların adları - YENİLƏNİB + FOTO Bakıda maşın 39 yaşlı kişini vurub xəstəxanalıq etdi Yaponiya rəsmisi: Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıyıq Qasırğa qurbanlarının sayı daha da artdı - Video Alimlərdən qazlı içkilərlə bağlı ölüm xəbərdarlığı: gündə bir stəkan içirsinizsə... Boris Conson: "Britaniyanın 31 oktyabrda AB-ni tərk etməsi üçün əlimdən gələni edəcəm" Rusiyada hərbi helikopter qəzaya uğradı - Video Q.Paşayeva tələbə adını qazanan gənclərə çağırış edib Qorxudan ürək partlaya bilərmi? - Tibbi izahı Manatın məzənnəsi dəyişmədi Bakıda küçədən kişi meyiti tapılıb Bu gün bu rayonlarda qaz təchizatı dayandırılacaq - XƏBƏRDARLIQ Amerika çempionatında gözəl qol vuruldu Cəfər Cabbarlı 120 yubileyi münasibətilə kitab təqdimat mərasimi keçirildi Kartofu qızardarkən xərçəng törədən maddə yaranır — Düzgün bişirilmə qaydası Leyla Əliyeva Üzüm və Şərab Festivalında - Fotolar “Nar” bölgələri yüksək keyfiyyətli internetlə təmin etməyə davam edir Rusiyalı ekspert: Tarixi yenidən yazmaq cəhdi heç vaxt yaxşı nəticələnməyib Ağsuda dağlıq ərazidə yanğın başladı, əraziyə helikopter cəlb edildi MiQ-29-un qalıqları necə tapıldı? - General danışdı İrəvan Bakıya seçim qoymur: Savaş... - Ekspert Azərbaycan səmasında "uçan boşqab" - Şok Video “Tarixə adını yazan Qadınlar” kitabının Tovuzda imza günü keçirilib “Nar” 4G istifadəçilərinin sayı 2 dəfə artdı Mingəçevir İES-də bədbəxt hadisə: fəhlə yanaraq öldü Azərbaycanda benzinlə bağlı qərarda dəyişiklik Azərbaycanda toyda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 21 nəfər... Rəsmi Bakıdan Mnatsakanyanın çıxışına sərt reaksiya: Vəziyyətin gərginləşməsini istəyirlər?! Bakıda güclü yanğın başladı – VİDEO Ağsuda yenidən yanğın başladı Mehriban Əliyevanın doğum günüdür Sumqayıtda iki qrup arasında kütləvi DAVA Evi təmir etmək istədi, elektrik cərəyanı vurdu 98 yaşlı qadın yıxılaraq xəstəxanalıq oldu Türkiyədə 30 nəfər qidadan zəhərlənib Odun ,Ocağin İşiği-‘’Əli Rza Xələfli-65’’-Sevindik Nəsiboğlu yazır... BMT-dən ŞOK SƏNƏD - Dağlıq Qarabağ müstəqil respublika kimi təqdim olundu - FOTOFAKT Gəncədə 75 yaşlı qadın hovuzda boğulub Putin İlham Əliyevi parada dəvət etdi Azərbaycanda 4 bal zəlzələ olub Bakıda ilk: Akrobatika üzrə dünya çempionatı keçiriləcək Taxta bazarındakı yanğından geriyə qalanlar - FOTO/VİDEO Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib Nazirlikdən "İşsizin DOSTU" proqramı ilə bağlı AÇIQLAMA ATƏT: XİN başçıları həmsədrlərin himayəsi altında yaxın vaxtlarda görüşmək barədə razılığa gəlib Bakıda “Range Rover” parka belə girdi - VİDEO ABŞ-dan Çinə qarşı sərt - Bəyanat “Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır Əslində “Relax”da insdentə səbəb nə olub?- “Söyüş” Faciə!-Uşağı vurub qaçdı, başqası xəstəxanaya apararkən qəzaya düşdü - İkisi də öldü İsrail ordusu yanlışlıqla öz təyyarəsinə atəş açdı “İnanırdıq ki, Rəşad qayıdacaq” - Həyat yoldaşı+Foto Yer kürəsi boyda yeni planet tapıldı Millət vəkili Q.Paşayeva bir sıra xarici ölkələrin fəal təşkilatları, QHT və KİV rəhbərləri ilə Azərbaycan həqiqətlərindən danışıb Pilotumuz son mənzilə belə yola salındı - FOTOLAR Leyla Əliyeva müalicə olunan uşaqlarla görüşdü - Foto Son uçuşları cənnət olan pilotlarımız... - Fotolar Rəşad Atakişiyevin nəşi tapıldı - Yenilənib Vaxtı keçmiş qəndləri yenidən emal edən sex bağlandı - FOTO Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb Azərbaycanlı aktyor beyin insultu keçirdi Millət vəkili Q.Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüşüb, Azərbaycanla bağlı geniş məlumatlar verib "Sizi Tanıyaq" layihəsinin Sezon Final çəkilişi baş tutdu-Video İqbal Məmmədov "Relax”dakı davadan DANIŞDI 19 avqust - Beynəlxalq Humanitar Yardım Günüdür Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun son oyunu keçiriləcək Ürək xəstəliklərinin səbəbi bəlli oldu Daha bir ölkədə milyonlarla müsəlman üçün həbs düşərgələri qurulacaq- SOS!..-FOTOLAR “Bu kimi xəbərlər gülüş doğurur” - Müdafiə Nazirliyi
    File engine/metagen.php not found.