40 qəpiyin dilənçisi-Həyat hekayəsi

    40 qəpiyin dilənçisi-Həyat hekayəsi


    Həyətimizdə kiçik bir gözəllik salonu açmışdım. Digər ustalardan ucuz qiymətə işləyirdim. Qısa müddətdə tanındım. Hər gün xeyli xanımları razı halda yola salırdım. Onların arasında bir sarışın, amma əyin başı pis gündə qadın gələrdi. Bu qadın haqqında az da olsa məlumatım vardı. Onu metronun yanında bir neçə dəfə dilənçiliklə məşğul olarkən görmüşdüm. Çox acığım tuturdu. İnsan dilənərkən utanmazmı deyə özümü onun yerinə qoyurdum, amma bunu düşünmək belə dəhşət idi. Halından utanmayan bu qadın hərdən gəlir xahiş edirdi ki, ona da bir əl gəzdirim. İstər-istəməz o qadına qarşı içimdə bir başqa hiss yaranmışdı. "Bir dilənçinin nə işi var salonumda ? Onun xəstə uşağı var, kim baxır o uşağa bu gedir dilənir, heçmi analıq hissi yoxdur bunda"-deyə əsəb keçirirdim. Sadəcə ona bir söz deyib qəlbini qırmırdım. Hər dəfə metronun yanından keçəndə isə yönümü o tərəfə çevirirdim ki, birdən məni tanıyar, ətrafdakılar da lağ edər. Elə bilərlər ki onun yaxın adamıyam...
    ***
    Günlərin birində evə zəng gəldi.
    -Alo, səbinə, işdən çıxmışam, evə gəlib səni götürsəm gec olacaq, sən hazırlaş 20 yanvara qədər gəl, ordan birlikdə gedək
    -Oldu, hazırlaşım gələcəm. Danışarıq orda
    Zəng vuran yoldaşım idi. Bu günə toy dəvətnaməmiz vardı. Birimiz dura-dura ikimizin də yadından çıxmışdı. Qəşəng bahalı geyimlərimi geyindim, əla ətirlərim vardı, ən yaxşısını üst-başıma tökdüm. Sonra tələm-tələsik evdən çıxdım. Koroğluda avtobusdan düşəndə əlimi çantaya saldım. 
    " Aman Allah, pul kisəm evdə qalıb. Nə o yana gedə biləcəm, nə geriyə qayıdacam". 
    Neynəyəcəyimi düşünməyə aman vermədilər:" Ay xanım, düşürsən düş, düşmürsən imkan ver biz enək"! 
    Onlara nəsə demək istəyirdim ki, sürücü əsəbləşdi, "Xanım bulvarda deyilsən, çantanla sonra oynayarsan, bayaqdan eşələyirsən, sanki gölməçədə xəzinə axtarır"
    Sakitcə bir addım geri çəkilib tanımadığım xanıma xahiş edirəm ki, mənə 20 qəpik verin, pul kisəm evdə qalıb. 20 qəpiyi elə uzatdı ki, 20 kilo arıqladım sanki utandığımdan. "Qaytarram xanım"- dedim, tərs-tərs baxıb "hoqqabaz" deyərək düşdü. Mən də pulu sürücüyə verib düşdüm. 
    ***
    Qalmışam yolun ortasında. Neynəyəcəm, şər də qarışır. İstədim zəng vurum yoldaşıma ki, mən qalmışam pulsuz, konturum olmadı, heç "Vızv" da getmədi. Tərsliyə bax bir.
    Xeyli donub qalmış vəziyyətdə dayandım. Bir xanıma yaxınlaşdım, xanım mənə 20 qəpik verin xahiş edirəm. 
    Üzümə tərs -tərs baxır.
    -Xanım, mən pul kisəmi evdə qoymuşam, heç yerə gedəmmirəm..
    Sözümü yarımçıq kəsərək: "Bu da dilənməyin təzə növüdürmü, heç utanırsanmı ay qız, bəsdirin də, bezdirmisiz bizi"-dedi.
    Bu sözlərdən sonra başımı qaldıracaq gücüm qalmadı. Ətrafda hamı mənə tərəf baxır. Gülüşür, sanki pis iş görmüşəm kimi barmaqla göstərirlər.
    Bu halatda yaşlı bir kişi yaxınlaşıb, nə qədər istəyirsən gözəl xanım, mən verərəm, gedək qonağım ol dedi. Onsuz da stresdəydim, bu adama da ən ağır formada cavab verdim. Üstünə necə qışqırdımsa "Bizim qızlara da yaxşılıq yaramır "-deyrək iki dəqiqəyə itdi gözümdən. Yaxşılığına bax ha...
    Hava qaralır, bir az da gecənin soyuq küləyi başlayıb əsməyə, yanaqlarım bilmirəm soyuqdan idi, yoxsa utandığımdan qıpqırmızı olmuşdu. 
    O an yadıma hər gün saçını düzəltdirməyə gələn buralarda dilənməklə məşğul olan dilənçi Sara düşdü. Hə, əlbəttə o mənə kömək edər deyə körpə uşaqlar kimi sevindim. Və başladım onu axtarmağa. Onun diləndiyi yerdə iki uşaq vardı.
    -"Salam balaca, anan hardadır"- deyə soruşmuşdum ki , uşaq qaçmağa başladı. Tanımır məni uşaq, ona da mehribancasına yaxınlaşdığıma görə qorxub ki, nəsə qarışıq iş var, Əlacsız o yan bu yana baxdım, birdən gözləmədiyim an arxamdan biri məni səslədi :
    Səbinə bacı, Ay Səbinə bacı, hara belə, niyə üşüyürsən..
    Elə bildim ən doğma adamımı tapmışam. Onu elə qucaqladım ki, yazıq məəttəl qaldı.
    -Bacı, mən pul kisəmi evdə qoymuşam, bəlkə mənə 20 qəpik verəsən, 20 yanvara qədər gedəm çıxam. 
    Ay qız əlbəttə, al 5 manat verim.
    Yox, 20 qəpik bəsdi.
    Yaxşı görək, birdən birinim qatığını vurub sındırarsan, al 5 manat. Heç qaytarmasan da olar. Bu gün mənə lazım olan pulun axırıncı qəpiinə qədər düzəldə bilmişəm. Bu da artıb hələ...
    -Yaxşı sağ ol bacı, gecikmişəm onsuz da deyib onu bir də öpdüm. Başımı qaldıranda gördüm ki, bayaq pul istədiyim, məni yeni növ dilənçi adlandıran o xanımlar arxamda dayanıb başını bulayır.
    - Bilirdik də, bu da dilənçidir, yoxsa bu dilənçilərlə niyə qucaqlaşsın.
    -Ay qız onları bu diləndirir də yəqin, görmürsən dilənçilərdən aldığı pullarla necə geyinib, bəzənib.
    Onlara cavab vermədim, taksi çağırararaq 20 yanvara getdim. Başıma gələnləri yoldaşıma danışdım. O da gülümsəyərək,"Hə, bundan sonra o dilənçi xanımdan utanma, yoxsa sən də dilənərsən "-dedi. Onun bu sözləri məni həmişə düşündürür. İnsan həqiqətən də 5 dəq sonra kim , nəçi olacağını bilmir.
    ***
    İndi o dilənçi kimi tanıdığım qadın bizim salona gələndə onu ən yaxın adamım kimi qarşılayıram. Anladım ki, insan cibi boş olar, əl açıb dilənər amma ürəyi gözəldirsə, əsl insandır, lap dilənçi də olsa. Bir də onu öyrəndim ki, bu yalançı dilənçilərdən deyil, sadəcə övladının dərmanlarını ala bilmədiyi üçün o dərmanın pulunu düzəldənə qədər dilənib. Ən imkanlı qohumları belə dərmanları almayıb, xəstə olduğu üçün də heç kim işə götürməyib. Dərmanların pulunu düzəldəndən sonra "ac başım, dinc başım"- deyərək çəkilib kasıb komasına. Sən demə günlərlə üç uşağını saxlamaq üçün iş tapa bilməyən, sağlamlıq problemi olan, yalnız başına, utanaraq, adını da qoruyaraq əl açıb dilənib. Görəsən ona əlli dəfə lağ edənlərdən biri bircə dəfə də olsa insan kimi yaxınlaşıb, təmiz niyyətlə iş təklif edibmi, ya da niyə diləndiyini soruşub dərdinə dərman olmağa çalışıbmı...
    ***
    Hə, indi o xanımla birgə işləyirəm salonda, təmizlik işlərinə baxır, qazancımız da çox şükr pis deyil. Başıma gələn məlum hadisədən- 40 qəpiyin dilənçisi olduğum gündən sonra o qadını elə gözəl anlayıram ki...

    Vüsalə Qələndərli


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 164


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    MMA üzrə bir çox qələbələrə imza atan idmançılarımızdan qürur verici xəbər gəldi Millət vəkili Q.Paşayeva Ərkivan qəsəbəsində “Gənclər zərərli vərdişlərə YOX deyir” tədbirində gənclərə çağırış edib. Qənirə Paşayeva, Yazgül Abdıyeva və Arzu Bağırova xanım jurnalistləri təbrik etdi "Kim nə deyir desin biz elə bizik" Rəşad Kəsəmənlidən gözəl rəsm əsəri-Foto Bahalaşan və ucuzlaşan məhsulların - Siyahısı Adnan Oktarın evindən çıxanlar - Video Millət vəkili Qənirə Paşayeva Masallıda Kitab Günündə çıxış edərək gənclərə çağırış edib-Fotolar Təbiətə ziyan vuranlar Baş Prokurorluğa verildi Metro tikintisi Bakıda yolu çökdürdü - FOTO Adnan Oktarın villasına basqın anı - Video Ömrün sonuncu günəşi- əbədi işıq... Q.Paşayeva Ağdamda qəhrəman şəhidimiz Raquf Orucovun xatirəsinə həsr olunmuş anım tədbirində çıxış edib Goranboyda traktor aşdı - 4 yaralı Adnan Oktarın aylıq qazancı nə qədər olub? Android istifadəçilərinə təhlükəli virus hücum edib İsti havada buz kimi su içmək çox təhlükəlidir - bunu mütləq bilin! Fərəc Quliyev: “Onların kökünü birdəfəlik kəsmək lazımdır” Gədəbəydə tibbi aksiya keçirildi-Fotolar “Dövlətimiz əmin əllərdədir” İstirahət günlərində 7 yol qəzası olub - 4 ölü, 11 yaralı Neft bahalaşıb Gəncə sakini bıçaqlanıb Qarabağ icması Ağdərə ilə bağlı bəyanat yaydı Ermənilərdən növbəti təxribat: Yanğın “Nəsimi dünyası” adlı ustad Nəsimiyə həsr olunmuş gecə böyük maraqla və alqışlarla qarşılandı Gəncədə açılan güllələr? İŞİD İZİ “Nar”Bakı Biznes Universitetində keçirilmiş əmək yarmarkasında iştirak etdi KİTAB DA İNSAN KİMİDİR... Ərdoğan Azərbaycana gəlir Q.Paşayeva AŞPA-da Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları ilə bağlı çıxış edib və Ermənistan heyətinə sərt cavab verib. “Nar” korporativ müştərilərlə görüş keçirib Azərbaycan Ordusunun ilk hərbi operatoru vəfat etdi Q.Paşayeva AŞPA-da Nazirlər Komitəsini Ermənistanın törətdiyi vandalism aktlarına seyriçi qalmamağa çağırıb “Türk Ulduzları” Bakı səmasında uçuşlar edib Hərbi parad başladı - Zakir Həsənov Ali Baş Komandana raport verdi (YENİLƏNİB) “Ərdoğanın digər özəlliyi odur ki, terrorçuları dəstəkləyən qüvvələrin üzərinə gedir” Ramin Quluzadə Qusarda vətəndaşlarla görüşəcək Dövlət Baytarlıq Nəzarəti Xidməti və Dövlət Fitosanitar Nəzarəti Xidmətinin adları dəyişdirilib Hospitaldan Hacının palatasına poni gətirilməsi ilə bağlı açıqlama: "Ağır xəstənin kiçik arzusunu yerinə yetirmək savabdı.." Ərdoğan 52.6 faiz səs toplayıb - Yekun nəticə açıqlandı Daşkəsəndə təbii fəlakət - Evlər, körpülər dağıldı Qobustan-Poladlı avtomobil yolu yenidən qurulur İraqın neft naziri yaxın vaxtlarda Azərbaycana səfərə gələcək Böyük skandal : İngilis mediası seçki günü müxalifəti Ərdoğanı devirməyə çağırdı – “Ərdoğan dünya üçün təhdiddir, onu devirin” Ərdoğan nəvələri ilə birlikdə səs verdi - Video Millət vəkili Q.Paşayeva Braziliya, Çin və İndoneziyanın fəal qadınları ilə Qarabağdan danışıb “Nar”-dan “Samsung” smartfonu al, telefonun dəyərinin bir hissəsi balansına qayıtsın! "Düşməni hədəfə alaq, hərəmiz bir güllə ataq" devizi altında kiçik çaplı odlu silahdan təlim atışları təşkil edildi Ukraynada "Azərbaycan Ticarət Evi" açılıb Qəssab: “Bakıda ətin kilosu 15 manata qalxacaq” Xaçmazda yeni gömrük-keçid məntəqəsi inşa olunacaq Zəyəm və Böyük Kəsik stansiyalarının baş yolları əsaslı təmir olunur Nazir: "Pambıqçılıqla məşğul olan fermerlər təhlükəsizlik qaydalarına ciddi riayət etməlidirlər” Qanunsuz süni balıq gölləri yaradan şəxslər 85 min manat cərimə edilib AMB-nin valyuta məzənnələri Gömrükçülər ölkəyə xeyli sayda qanunsuz mobil telefon gətirilməsinin qarşısını alıb MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 67-ci iclası keçirilib Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edilib Millət vəkili Q.Paşayeva dünyanın nüfuzlu qadınlarını ölkəmizə dəvət edib. İcra başçısından tarlada zəhərlənənlərlə bağlı - Açıqlama Pərviz Şahbazov OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Vyana görüşündə iştirak edəcək Azərbaycandan Gürcüstana qaz ixracı 16,5% artıb Abşeron rayonunda reabilitasiya mərkəzi fəaliyyətini uğurla davam etdirir Dünya birjalarında neft ucuzlaşıb Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək Qızıl 26 dollardan çox ucuzlaşıb Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Dövlət Aqrar Ticarət Şirkəti” təsis edilib - EKSKLÜZİV Azərbaycan neftinin qiyməti azalıb. İcxeberler.info saytının rəhbərinə üzucü xəbər "BizimTV" -nin əməkdaşı üçün özəl gün-Təsisçidən ad günü təbriki Bu gün Azərbaycanda Milli Qurtuluş Günüdür Bu il Azərbaycanda qızıl istehsalı 19% artıb Azərbaycan Gürcüstanla sərhəddə yeni sərhəd keçid məntəqəsi inşa edəcək Hərbi əməliyyatlar başladı: 4 hərbçi HƏLAK OLDU “Nar”-dan Naxçıvan üçün xüsusi təklif Uşağı döydüyü üçün həbs edilən tərbiyəçi danışdı Gənc müğənni Aygün Surəzənin Ad günü partisi keçirildi. Bakının Xətai rayonunun bir hissəsində içməli suyun verilişində məhdudiyyətlər olacaq DGK: Azərbaycanda gömrük qanunvericiliyi təkmilləşdiriləcək Gədəbəyin dağlarından-Fotosessiya Dövlət Dəniz Agentliyinə direktor təyin edilib Bakının Nəsimi rayonunda içməli suyun verilişində məhdudiyyətlər olacaq AMB-nin valyuta məzənnələri Sabah TANAP-ın açılış mərasimi keçiriləcək ”Azərbaycan İnciləri” adı altında birləşib-Muğamı gələcək nəsillərə sevdirməliyik Millət vəkili: Naxçıvan qələbəsi digər işğalda olan torpaqlarımızın azadlığına aparan yoldur Bu gün sonuncu sınaq imtahanı keçiriləcək Mövqelərimiz pulemyotlardan atəşə tutulub Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq Dünya birjalarında qızıl bahalaşıb ELNARƏ RZAYEVA ÖZÜNÜ MEDİA QARŞISINDA OLDUĞU KİMİ TANITDI "REAL FAKTLAR AŞKAR OLUNDU" "Düşünən insan" jurnalı Ramazan ayı münasibətilə tədbir keçirib (FOTO) Buğdanın laboratoloji analizləri pulsuz aparılacaq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq AMB-nin valyuta məzənnələri Tovuzda strateji əhəmiyyətə malik bir neçə yol yenidən qurulur Gürcüstandan Azərbaycana mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb Təbriz küçəsində təmir işləri yekunlaşıb Şəmkir-Samux-Goranboy suvarma kanalının İpək yolu ilə kəsişmə qurğusunun və 4,95 km-lik hissəsinin açılışı olub
    File engine/metagen.php not found.