Son söz (hekayə)

    Son söz (hekayə)


    Həbsxanada dövlət tərəfindən təyin edilən vəkillə məhbusun dialoqundan:

    • Mən sizin dövlət tərəfindən təyin edilən vəkilinizəm.
    • Niyə gəlmisiniz?! Məgər mən vəkil istədim? Hələ dövlətdən? Hüquqlarımı qoruyacaqmış, azadlığa çıxardacaqmış məni dövlət vəkilim, iş işdən keçəndən sonra.

    • Belə deməyin. Dövlət hər bir vətəndaşına qarşı diqqət göstərir.

    • Çörəyinizi ən böyük cinayətdən qazanırsınız. Qanuna əməl etməyən, onu pozan cinayətkarın hüquqlarını müdafiə etməklə, onun azadlığa çıxmağını təmin etməklə. Bilirsən, niyə bizim burada qalmağımızı istəmirlər? Çünki burada dövlət hesabına yaşayırıq, dövlət bizə bu həyatımıza görə xərc çəkir, bunu da çox görürlər bizə.

    • Hər kəs səhv edə bilər. Səhvi təkrarlamaq lazım deyil. Biz onların həyatını və özünü dəyişmək, səhvini anlamaq üçün bir şans veririk.

    • Öncə cinayətkar edir, sonra vəkil göndərir, vəkil işinin öhdəsindən birinci dəfə gələ bilməyəndə, amnistiya adı ilə əfv edir. Əsl cinayətkarlar həbsxanada olanlar deyil, azadlıqda olanlar, həbsxanaya düşənləri bura düşməyə təşviq edənlərdir.

    • Mənə maraqlıdır, sən özün bir zamanlar dövlət qulluqçusu olmusan, dövlətə xidmət etmisən. Necə olub ki, indi cəbhənin əks tərəfindəsən?

    • Elə bilirsən ki, tək sənə maraqlıdır? Siqaretin var? Ürəyim siqaret çəkmək istədi.

    • Siqaret çəkmirəm.

    • Deyəsən, vəkillərin çəkməklə arası yoxdur. Vicdan əzabı çəkməsəniz də, biz məhbusların yükünü, baş ağrısını çəkirsiniz, bir də işi uduzduğunuz zaman uğursuzluq acısını çəkirsiniz. Ən çox pul qazanan peşədir vəkillik, amma ən çox insanlara və onların həyatına biganə olan peşədir. Robot kimi birtərəfli düşünən, proqramlaşdırılmış yazıq insanlarsınız. Bildikcə qanunları özünüzü yaşamaq və həzzlə, əsl azadlıqdan məhrum edirsiniz. Çox yazıqsınız.

    • Mən getsəm yaxşıdı.

    • Nə oldu? Həqiqət çox ağır və acı oldu, yoxsa qürurunuza, şəxsiyyətinizə toxundu sözlərim? Sualınıza cavab almadan getməyə tələsən dövlət vəkilim, dövlət kimi tələsir.

    • Siz bu sözlərinizlə öz vəziyyətinizi ağırlaşdırırsınız. Gedim, sizə 10 dəst siqaret alım, sabah yenə gələcəyəm.

    • Yox, elə bu gün burada mövzu bağlansın, sabah gəlməyin. Bəlkə kiminsə həqiqətən sizin köməyinizə ehtiyacı var. Mənə vaxtınızı sərf etməyin. Siqareti alıb, gəlin, gözləyirəm.

    Əlində siqaret görüş otağına daxil olan vəkil çox fikirli görsənirdi. O biri əlində də külqabı vardı.

    • Həyat maraqlı və gözəl ola bilərdi, vətənim də yaşanılan ola bilərdi, insanlar olmasaydı, dövlət vəkilim. Hər şeyi korlayan məhz insanlar. Qanunu da onlar yazır, onu da elə onlar pozur. Adını da ədalət məhkəməsi qoyurlar. Halbuki qanunu yazanlar ən bağışlanılnaz cinayət işini görsələr də, görməzlikdən gəlir, əfv edilirlər, qanun onların əleyhinə işləmir. Mən bunu dövlət qulluqçusu işlədiyim zaman anladım. Cəbhənin o tərəfində olanda. Ey mənim dövlət vəkilim, sən işinə görə pul alırsan, mən də işimə görə pul alırdım. Sadəcə kiminsə aldığı pul rəsmi, qanuni olur, kiminsə aldığı pul qeyri-rəsmi, qeyri — qanuni. Ədalət ilahəmizin tərəzisinin düz çəkmədiyini görəndə, cəbhənin səhv tərəfində olduğumu anladım. Bilirsən, hər kəsin içində bir cinayət işləmək arzusu var. Ən azı kimisə öldürmək, kiminsə ölməyini, bədbəxt olmağını diləmək insana xasdır. Hamımız oğruyuq. İnsanlardan onların özlərini, kimliyini, fikirlərini, həyatını, halal qazancını, əməyini, inamını, sevgisini, yaxın və doğmalarını oğurlayırıq. Hamımız zorlayanıq, digərlərinə bizim istək, plan, məqsəd və iradəmizə uyğun olanları görməyi, deməyi sırıyırıq. Xoşumuza gəlməyən nəsə və ya kimsə olsa, susdururuq, əlimizdə olan vasitələrlə, kimisini hədəylə, kimisini pulla, kimisini doğmalarına təzyiq göstərməklə, kimisini işdən çıxardacağımıza söz atmaqla, kiminsə həyatını zəhərləməklə, kimisini vəzifəmizi onun gözünə soxmaqla, əzmək, təhqir etmək, alçaltmaqla. Hamımız terrorçuyuq, toplu şəklində fərdləri və fərqli yaşayan və düşünənləri terrora məruz qoymaqla, ondan imtina edib, onu təcrid etməklə. Rüşvətxoruq, uşaqlarımızı doğulduöu gündən pul, hədiyyə, rüşvətə öyrədirik, öləndə də, o biri dünyadakılara, mələklərə lüks həyat üçün rüşvət veririk. Niyə, axı niyə, bu cinayətləri edənlər indi azadlıqdadır? Cinayətləri açıq aşkar olsa da, həbs edilmirlər? Çoxdurlar, həbsxanada yer yoxdur deyə? Oğraş, pedofilik, erkən yaşlarında olan övladlarımızı ailə qurmağa məcbur edir, varlıya satırıq. Bilərəkdən başqasının sağlamlığına və əmlakına zərər vururuq, sonra deyirik ki, içkili vəziyyətdə olmuşuq. Hamımız qatilik, insanların arzu, plan və məqsədlərini, həyatını qətlə yetiririk. Bu az olanda, sözümüzə qulaq asmayanları öldürürük. Kimisini işsiz qoyub acından öldürürük, kimisə kredit və borclarla yükləyirik, lüks həyat və məhsul, xidmətləri reklam etməklə. Kiminsə yeni açılan biznesinə göz dikib intihar etməsinə bais oluruq. Bəs etmir bizə. Doymuruq. Nəfsimiz qalib gəlir bizə.

    • GÜNEL FƏRHADQIZI EMINZADƏ


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 354


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    “Gəncə hadisələrinə görə 5 nəfər məhv edilib” - Mədət Quliyev “Real”ın yeni baş məşqçisi təsdiqləndi “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi "9 NOYABR- DÖVLƏT BAYRAĞI GÜNÜ"NDƏ AZƏRBAYCAN BAYRAĞI POLŞADA YÜKSƏLDİ “Nar”-danADA Universitetinin Təqaüd Proqramına dəstək Q.Paşayeva MM-də 2019-cu il büdcə müzakirələri zamanı seçicilərin bir sıra problemlərini qaldırıb Arzu Bağırova Ankarada keçirilən 9-cu Beynəlxalq Buhara Medya Ödül mərasimində mükafata layiq görülüb Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Azərbaycan Gözdən Əlillər Cəmiyyətində tibbi aksiya və seminar keçirəcək. Gənclər bayrağımızın 100 illiyi münasibətilə maraqlı layihə hazırlayıb Q.Paşayeva 9-cu Beynəlxalq Buhara Medya Ödül mərasimində “Türk Dünyası Mədəniyyətinə Xidmət Ödülünə” layiq görülüb Azərbaycanda Konstitusiya günüdür İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib Almaniyadakı erməni mafiyası bütün ölkə boyu səpələnib - MDR televiziyası Altı nəfər ruhi xəstəni döyərək öldürdü - Şabranda dəhşət Beynəlxalq Mətbuat Mərkəzində Tanınmış müğənni Rza Zamanın "Gəl Ayrılaq" adlı klip təqdimatı keçirildi. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili”layihəsi çərçivəsində tədbir keçriləcək Bakıda qadının evindən tüfəng və patron tapıldı Azərbaycanlı biznesmen 80 min lirəni taksidə unutdu, sürücü pulu ... Ağdam İdman Klubunun Şəhidlərimizin xatirəsinə turnir keçiriləcək. Etibarlı Əllər Layihəsi «Bayrağımız – qürur mənbəyimizdir» adlı ədəbi-bədii tədbir keçirdi “Nar” Bayraq Günü ilə bağlı abunəçilərinə hədiyyə vəd edir Prezident Leyla Əliyevanı Şuraya üzv təyin etdi - Sərəncam Amaliya Pənahova vəfat etdi Turində dramatik oyun, Mançester və Plzendə darmadağın - YENİLƏNİB + VİDEO Bakıda qəza - Mərkəzi küçələrdə işıqforlar sıradan çıxdı+ Fotolar "Qazınızdan bir az alın, yarı yolda qalmamaq və bir də ..."-Vəfa Sərdar yazır Mehriban Əliyeva qızı ilə açılışda - Fotolar Bizimkilər - “Pəncərə”ni aparan oğlan: “Atam məni dünya çempionatından məhrum etdi” - MÜSAHİBƏ Yol polisindən kuryerlərə XƏBƏRDARLIQ - VİDEO “Nar” Göyçayda keçirilən festivalda aktiv iştirak etdi “Toxunmasınlar!” - Bəstəkarlar İttifaqının sədrindən himn məsələsinə reaksiya Himn müzakirəsində “başyarma”… - Fazil Mustafa Canlı təhlükə-Sahibsiz itlər insanlara qənim kəsilib Ucarda yaşayış binasında yanğın Aldadilmadan keyfiyyətli eynək hardan ala bilərsiniz?-Foto Azərbaycan nefti ucuzlaşıb- Qiymət Vəfa Sərdar Səfərova redaktor təyin edildi. “Heç kimin qoltuğunda deyiləm” - “Kobramedia”dan açıqlama Sərnişin qatarı yük avtomobili ilə toqquşdu: 20-dək adam... Lukaşenko ayaqqabısını çıxarıb Nazarbayevə göstərdi Ərdoğandan Qaşıqçının qətli ilə bağlı önəmli açıqlama Telefon şüası hansı xəstəliklərə səbəb olur? - Alimlərdən qorxunc xəbərdarlıq Qazaxda gənc oğlan bıçaqlandı İradə Əlilinin Tükiyədə kitablarının təqdimatı oldu-Foto “Nar” korporativ müştərilərinə xüsusi təkliflər təqdim edir Ukraynada keçirilən Kyokşin karate Çempionatlnda Azərbaycan komanda hesabı ilə birinci olub. Tanınmış Aktyor Sirac Agayevin özəl günüdür. Daha bir sənətkarımız dünyasını dəyişdi "Bizim psixoloqlara çox ciddi ehtiyacımız var" — Deputat “Nar”abunəçilərinə Göyçayda keçiriləcək Nar bayramında iştirak şansı verir Prezident nazirə iki müavin təyin etdi Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Avropa çempionatının gümüş medalını qazanmışdır Abşeronlu şagirdlər DTX-nin H.Əliyev adına Akademiyasında olublar Braziliyalı futbolçu qətlə yetirildi “Nar”-ın “Yerlim” tarifini seçənlərin sayı artmaqdadır Azərbaycanlı idmançı 4-cü Avrasiya oyunlarının qalibi olub Bakıda şirkətdə güclü YANĞIN: Çilingər faciəvi şəkildə öldü İlham Əliyev Şəkidə - YENİLƏNİB Q.Paşayevanın Kırıkkaledə Qarabağ parkı və Azərbaycan Şəhidləri abidəsinın açılması təklifini bələdiyyə başqanı dəstəkləyib Çaylarda suyun səviyyəsi dəyişdi Yağış, qar, duman... - Bu günün havası Bakının bu əraziləri susuz qalacaq... Jurnalist rektorun köməkçisi təyin olundu Deputatlar bahalı hədiyyələri Milli Məclisə təhvil verəcək Qubada ərinin əmisi oğlu ilə qaçan gəlin polisə aparıldı Ucarda maşın yol kənarındakı dirəyə dəydi - Ölənlər var “Məktəblilərin İKT yönümlü peşələrə istiqamətlənməsi üçün tədbirlərin keçirilməsi” adlı layihənin icrasını davam etdirir. Deputat: Enerji içkisi adlansa da, heç bir enerji vermir “Nar TV” tətbiqini yüklə, smartfonda sevdiyin kanallara bax “Dilçilik İnstitutunda oturanların qüsurlarını taparıq” - Müğənnilərdən REAKSİYA “Azəriqaz” sayğacların qiymətini qaldırdı Leyla Əliyeva gənclər sərgisində - FOTO MTN generallarının bəraət istədikləri məhkəmədə hakim kimdir -DOSYE "Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edildi "Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edilib Azərbaycanda “Aİ-92” markalı benzinlə bağlı - MÜHÜM QƏRAR Ticarət mərkəzində qadın ac akulalarla dolu hovuza düşdü - VİDEO Minik və yük maşını toqquşdu - Xəsarət alan var “Myshops” şirkəti öz mağazasında “Apple” şirkətin yeni məhsullarını təqdim edib İradə Əlili Turkiyənin Tokat şəhərinə 2 ci kitab festivalına dəvət aldı Türkiyədən gəlmiş aydınlar: "“Hər zaman Azərbaycanın yanındayıq!” " Q. Paşayeva: "Birliyimizi gücləndirməliyik!" Novruz Məmmədov iki şöbə müdirini işdən çıxardı Şamaxı rayon şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbində Müstəqəllik Gününə həsr edilmiş tədbir keçirildi. Rəsul Məmmədov: "Hər il Kombat Ciu-citsu üzrə Avropa və dünya çempionatlarında iştirak edərək uğurlar əldə etmişik" Eldar Əzizov bu qurumun fəaliyyətini DAYANDIRDI - BU SƏBƏBƏ GÖRƏ (ÖZƏL) Baş redaktorun doğum günüdür Fiziki aktivlik sağlam həyatın əsasıdır – ŞAMAXIDA MÜZAKİRƏ Roza Əliqızı:- Əsir və girovlarımız azad olunmalıdır Bakıda daha bir ərazidə sürüşmə: divar uçdu Adnan Oktarın villasından geriyə bu dağıntılar qaldı - Video Nəğmə dolu bir ürək. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tibbi aksiya keçirəcək Sərkisyan Paşinyanın istefasını qəbul etdi - Yeniləndi Q.Paşayeva MM-də "Uşaqların zərərli informasiyadan qorunması" üçün qurumlara çağırış edib “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan! Qarabağ qazisi Etimad Əsədov vəfat etdi Sumqayıtda aprel şəhidi Əbdülməcid Axundovun 25 illiyinə həsr edilmiş tədbir keçirildi Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video HEYDƏR ƏLİYEVLƏ BAĞLI ŞİRİNLİ-ACILI XATİRƏLƏR
    File engine/metagen.php not found.