KİMİNSƏ.
Həsrətin boynu büküyü, zərifi? kövrəyi kiminsə payına düşür. Başqa birisinin isə heç bu həsrətin nə olduğundan xəbəri belə yoxdur. Həsrətsiz yaşayanlar üçün yaşam bir rəng ilə boyanmış rənglərsiz yeknəsək həyat tablosu, birsəslə yazılmış və dinləmək mümkün olmayan musiqidir... Həsrəti çox sevənləri də Tanrı həsrəti sonsuz verir...Həsrətin boynubüküyü, zərifi, incəsi, kövrəyi kiminsə payına düşür!!!
..
GÖZLƏRİNİN SALAMINI GÖZLƏDİM
Bu sevdanın son ümidini həsrətin içinə qatdım. Bölük -bölük olsada könlüm, düşüncələrimdə min sual cövlan etsədə belə, min ağrı-əzabla keçəcək ömrü göz önünə alsamda belə başına dolandım bu sevdamın…Ürəyimdən silə bilmədim. Olmayacaq ümidlərlə bu sevdamla çarəsiz qaldım bilirsən, ay üzü dönüyüm. Sənin gözlərinin bir baxışla verəcəyi salamını gözlədim, məni küsdürmüş olan o gözlərinin sadəcə salamını gözlədim...gözlərim bir salamını gözlədi...
BAHAR GƏLMƏDİ BAĞRI YARALI QARABAĞIMA...
Seyr etdikcə ağacların necə tumurcuqlanıb canlanmasını, körpə budaqların pöhrələnməsini könlüm həzin bir lay-lay çalırdı. O lay-layı könlüm eşidirdi, yalnız könlüm. Gözlərim dolsada yaşıllığa bürünmüş ətrafı həyəcanla seyr edirdim. Elə bir həyəcanla ki, yuxusu diksinib qaçan illərlə xəstəliyə düçar olan bir yorğun insanın yuxu həsrətli gözləri kimi...Ağacların tumurcuqları məni çox kövrəldirdi, çox... Bu yazın da gəlişi qəlbimin kövrək telinə toxunmuşdu. Elə bu yaz buludları kimi də doldum, doluxsunub yağmura çevrildim. Elə bu düşüncələrimlə də danışırmış kimi özüm-özümə verdiyim suallarımı cavablandırmağa hövsələsiz oldum. Cavabımın da suallarla cavablandıracağıma içimdə həyəcanım var idi. Taleyinə qəriblik, ağrı-acı yazılan obama-elimə Bahar gəldimi ? Dağların enişində-yoxuşunda bənövşələr açdımı? Çaylar, bulaqlar sevgi nəğməsi ilə axdımı, çağladımı, coşdumu? Küləklər dərələrin, düzlərin yanaqlarını oxşadımı? Yox, qərib elimə-obama Bahar gəlməz, dağlarında boynu bükük bənövşə görünməz, bulaqları çağlamaz, küləkləri əsməz! Bahar gəlməz!...Bu astadan söylədiklərim əsən Bahar yelinə qarışa-qarışa ətrafa yayıldı. Ama onu mən tək özüm eşitidm.Gözlərimdə gizlənən yaş seli bir anlıq işıqlı dünyama qaranlıq çökdürdü və düşüncələrimdə çox- çox uzaqlara dikildi gözlərim, çox uzaqlara...
....
SƏNİ UNUTMAQ ÜÇÜN SEVMƏDİM
Səni unutmaq üçün sevmədim ki əzizim, səni baş tacım olduğunçün sevdim, Ərköyün sevgini , şıltaq hisslərini zamanın sınağından çökmüş
çiyinlərimdə daşıdım və sona qədər daşımağa gücüm də yetərdi... amma səni ürəyimdən gözlərimə gedən yollarımda itirdim,