Süni görüşləriniz də iyrənib sizdən, üzünüzə sillə vurur artıq.

    Süni görüşləriniz də iyrənib sizdən, üzünüzə sillə vurur artıq.


    Dünyada çoxsaylı xəstəliklər var ki, hər il minlərlə insan həyatına son qoyur, ya da ömür boyu yatağa məhkum edir. İllərdir bu xəstəliklər çox da qabardılmır, sanki normal halıymış kimi həyat öz axarıyla davam edir. Milyonlarla insanın ömrünə son qoyan xərçəng xəstəliyi, vərəm, donuz qripi, quş qripi və s kimi xəstəliklər yayıldı. Sərhədləri bağlamadan, sakitcə... Qısa müddətdə bütün dünyada əsk-səda doğuran, sərhədləri belə bağlayan koronavirus infeksiyası (COVİD-19) görəsən digərlərindən nə ilə fərqlənir?! Niyə bu xəstəlik daha çox panika yaratdı? Hər halda yoluxma ehtimalının daha real və daha çox olma səbəbidir ki, bu qədər qabaqlayıcı tədbirlər görülməyə başlanıldı.

    Təəssüf ki, biz hər şeyin qədrini onu itirəndə bilirik. Son günlər gündəmdən düşməyən, dünyanı sarsıdan bu xəstəlik artıq dünya liderlərini də öz bağrına basıb, sağlamlığına qənim kəsilib. Qəribə bir sükut var insanlar arasında. Hara toxunsan bu məşhur virusun varlığı şübhəsi sıxır insanın canını. Artıq siyasətçilər, ölkə başçıları da mübarizə aparır gözlənilmədən qapılarını döyən bəlayla.

    Elə bil xəstəlik çatdırmaq istəyir ki, siz bu dünyadan iki əllə yapışmısınız, böyük müharibələrə hazırlaşırsınız, daha çox pul, daha çox torpaq qazanmaq üçün yarışa girmisiniz, gözünüzü mal-mülk hərisliyi kor edib. Baxın indi mənim kimi bir virusa görə necə həyəcan təbili çalırsınız. Görün necə çökdürürəm iqtisdiyyatınızı, necə məhv edirəm insanlarınızı. Bəlkə anlayasız çarəsizliyinizi, bəlkə anlayasız elə də böyük başbilən olmadığınızı. Bəlkə ayılasız yuxudan, bəlkə qarnınız və gözləriniz bir az da olsa doya dünya malından, bir az paylaşmağı öyrənəsiniz.
    Sanki hayqırır xəstəlik: "Mən elə də təhlükli deyiləm! Əslində təhlükə sizsiniz! Təmizliyə riayət etmirsiniz, süni görüşləriniz də iyrənib sizdən, üzünüzə sillə vurur artıq.
    Mən elə də təhlükəli deyiləm, sizin acgözlüyünüzdür təhlükə, sizin müharibələrdən doymayan, dünyadan iki əllə yapışan beyinlərinizdir. Siz müharibələri dayandırmadıqca, zəhərlənmiş qidaları günahsız əhaliyə yedizdirdikcə, dişləriniz arasından keçən hər şeyi mədənizə ötürməklə özünüz yaradırsınız sağalmaz xəstəlikləri. Dünyanın ən ağıllı varlığı hesab edilən İnsan övladı görəsən niyə indi bu qədər narahat olur?! Sanki atom bombasını onlar icad etmədi, sanki xəstə heyvan ətini bir-birinə satan, bir-birinə arxadan zərbə vuran insan övladı olmadı. Nəfslərinə hakim olmayanlar da siz deyilsizmi İnsan övladları. Qorxmayın! koronavirus infeksiyası məhv olacaq, amma öncə insanlığın adına ləkə olan virusları öldürəcək. Öncə mənəvi xəstəliklərini sağaldacaq insanların, sonra özü tədricən yox olacaq aranızdan.
    Siz bir-birinizi sevdikcə, siz yaxşılığı təmənnasız etdikcə, siz bir-birinizə təmiz məhsul yedizdirdikcə, təmizliyinizin qeydinə qaldıqca bizim işimiz olmayacaq sizinlə. Öyrədin insanlara-Yeməsinlər əcaib böcəkləri! Xəstəlik yayan vəhşi heyvan ətlərini yeməsinlər! Allahən verdiyi cana xəyanət etməsinlər. Söyləyin insanlara qəlblərini Allah sevgisi ilə təmiz saxlasınlar, əllərini təmiz saxlasınlar, vicdanlarını təmiz saxlasınlar, gözləri tox olsun. Necə olsa özləriylə aparacaqları yalnız ağ kəfən olacaq, o da qismət ola ya olmaya. Silah səslərini susdursunlar, müharibələrə son qoysunlar, o zaman bizim kimi kiçik virus böyüməyəcək gözlərinizdə və həyatınızda"...
    Bu da keçəcək əlbəttə, xeyli sayda insan həyatına son qoysa da bir çarəsi tapılacaq. Əsas odur biz düşünək, bu dünyada nə üçün yaşayırıq, bir gün ölmək üçün yaşayırıqsa bu qədər hərislik, bu qədər pislik niyə içimizə hopub, niyə yorulmuruq əməllərimizdən. Allahdan qorxmayan biz xəstəlikdən bu qədərmi qorxduq! Sərhədləri Allah bəndələri üçün açmayan biz indi öz iqtisadiyyatımızın çökməsi hesabna da olsa bağlamalı olduq həmin sərhədləri. Ən iyrənc şeyləri ləzzətlə yeyənlər bu gün niyə həzm edəmmir yediklərini...
    Bəli, qurunun oduna yaşın da yanmasının şahidi oluruq artıq. Günahkarlar, səbəbkarların əməllərinin cəzasını bütün dünya çəkməli oldu. Elə isə elə indi bu dəqiqə hərəmiz öz adımıza dəyişək. Elə özümüzdən başlayaq! Daha yaxşı olmağa çalışaq. İnsanlığı yaşadaq. 
    İnsanlıq yaşasın ki viruslar məhv olsun. Təbiəti qoruyaq ki dünyamız salamat olsun. 

    Vüsalə Qələndərli
    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 743


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Qənirə Paşayeva “Türk dünyası həqiqətlərinin daha geniş yayılmasında aydınların rolu” adlı online konfrans verib Qənirə Paşayeva Azərbaycanın tanınmış yeni nəsil sənətçisi, müğənni Nurlan Əzizbəyli ilə görüşüb. İstiqlal mücəvhəri Hacı Kərim Sanılı -Sevindik Nəsiboğlu yazır... Mayın 31-dən bu yumşalmalar olacaq - RƏSMİ AÇIQLAMA Dostlar arasında dava qanla nəticələndi Jurnalistlərin binasında "Çin əməliyyatı" - Külli miqdarda yeyinti aşkarlandı Almaniya ilə ABŞ arasına CİDDİ FİKİR AYRILIĞI - Nəticə necə olacaq? Q. Paşayeva Cümhuriyyət bayramı münasibətilə Tovuzda 400-ə yaxın gəncə tariximizə və mədəniyyətimizə dair maraqlı kitablar hədiyyə edib. Bakıda qəza yolda tıxaca səbəb oldu - VİDEO - FOTO Bakı metrosunda karantin qaydaları niyə pozulur? - RƏSMİ AÇIQLAMA Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs... Azərbaycanda it itə yedizdirilib, hadisə araşdırılır – FOTO+VİDEO Milli Məclisin qarşısında aksiya keçirməyə cəhd edildi - RƏSMİ AÇIQLAMA Mədəniyyət Nazirliyinin əməkdaşına Əbülfəs Qarayevin vaxtında neçə ev verilib? - İDDİA " Fond artıq bir xeyirxahlıq ünvanı, ümid və inam ocağı kimi haqlı şöhrət qazanıb"-Qənirə Paşayeva Sumqayıtda baş verən qəzada ölənlərdən 4-ü hərbçi, biri mülki şəxs olub - YENİLƏNİB - FOTO Həcc üçün topladıqları pulu koronavirus xəstələrinə xərclədilər...- İBRƏTAMİZ Azərbaycan və Türkiyənin XİN rəhbərləri arasında telefon danışığı olub Azərbaycanda koronavirusla bağlı son vəziyyət Çin dünyaya meydan oxudu: Rusiya və biz... Peşəkar stilist Dilarə Bağırova möhtəşəm bir uğura imza atıb. Q.Paşayevanın təşəbbüsü ilə TİKA tərəfindən Tovuzda 150 aztəminatlı ailəyə bayram sovqatı verilib. Ağdaşda qəza nəticəsində avtomobil iki hissəyə bölünüb - FOTOLAR Çavuşoğlu Ermənistanın Şuşadakı təxribatından danışdı - VİDEO ABŞ yeni lazer silahı ilə PUA-nı vurdu - Video Yazgül Abdiyeva: Koronavirus haqqında yanlış məlumatlar yayan insanlarla bağlı lazımi qaydada ölçü götürülməlidir Ərdoğana söylədiyi söz iclasa damğa vurdu - MARAQLI... + VİDEO Mehriban Əliyevadan Azərbaycan xalqına təbrik Tərtərin Borsunlu kəndində nə baş verir? Camaat susuz qalıb - FOTO Xəstəxanada yanğın: ölənlər var (VİDEO) “Qeyri-qanuni yığılan pullar kimlərinsə cibinə gedir” - Video Azərbaycanda yüzlərlə tibb işçisi koronavirusa yoluxub, dördü ölüb - RƏSMİ 2-4 günlük küçəyə çıxmaq qadağası hazırlanıb - TƏBİB Azərbaycanda son sutkada koronavirusa 106 nəfər yoluxdu, 59-u sağaldı (RƏSMİ) Azərbaycanın Baş Naziri qərar imzaladı: Sabahdan... Məktəbdaxili qiymətləndirmə üçün müvəqqəti qaydalar təsdiqləndi - RƏSMİ Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir. DSX-nin həbs edilən vəzifəliləri açıqlandı - Adlar Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə Qənirə Paşayeva : “AKƏM çərçivəsində ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllü fəaliyyətə cəlb olunub” Nazir düşdüyü qəzadan DANIŞDI– EKSKLÜZİV (VİDEO) Çində zavod çökdü - ölənlər var Q.Paşayeva insan alverinə qarşı mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinə çağırıb Müdafiə naziri təlimlərin keçirildiyi cəbhə bölgəsinə getdi – VİDEO Daha bir ölkədə karantinin müddəti UZADILDI “Yayda xaricə gedənlər qayıdandan sonra karantində saxlanılmalıdır” “Həkim koronavirusa görə pul təklif edibsə, niyə polisə xəbər verməyib?” Bazarlarda müştəri də artıb, qiymət də - VİDEO Qənirə Paşayeva Cümhuriyyət qurucularına Bakıda büst və ya heykəllərin qoyulması təklifi ilə çıxış edib Prezidentdən əhaliyə koronavirusla bağlı ÇAĞIRIŞ “Karantindən qabaq elçiliyə gedib, qalıb həmin adamın evində” “Bazarstore”da lift şaxtasına düşən qız öldü Tramp ÜST-ə 30 gün vaxt verdi Həbs olunan məmurların sərvətləri necə müsadirə edilir? – Nazirlik açıqladı Yoluxma artırsa, karantin rejimi niyə yumşaldılır? – Rəsmi cavab Karantindən sonra cərimələr bağışlanacaq? – VİDEO Laçının işğalından 28 il ötür Hidrometeorologiya xidmətindən əhaliyə XƏBƏRDARLIQ Arzu Zeynallı: “Laçın mənim üçün dərd deyil, həsrət qaldığım uşaqlığımdır, yaşaya bilmədiyim gəncliyimdir” Güclü külək ağacları elektrik xətlərinin üzərinə aşırdı - Fotolar Dağıstanda 40-dan çox həkim öldü Karantin qaydalarını pozan “jurnalist” saxlanıldı - Foto Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 5-ci toplantısı online qaydada keçirildi. Bu qaydalara riayət etməyənlərə CİNAYƏT İŞİ AÇILACAQ - Operativ Qərargah Hindistan koronavirusa yoluxmaya görə Çini ötüb Təhsil naziri şöbə müdirini işdən çıxardı Çin ABŞ nəhənglərini qara siyahıya almağa hazırlaşır Məhkəmə DTX-nın saxladığı generalla bağlı qərar verdi “Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” - Prezident Nazirlər Kabineti rəsmisindən Rusiya ilə sərhədə toplaşan həmvətənlərimizlə bağlı AÇIQLAMA İbrahim Məmmədovdan tədrislə bağlı MÜHÜM AÇIQLAMA Tutulan generala bu maddələrlə cinayət işi açılıb Xeyriyyəçiliklə məşğul olanlar polisə çağırılır? – RƏSMİ AÇIQLAMA Arvadını stula bağlayıb, saatlarla işgəncə verdi - FOTO/VİDEO Qənirə Paşayeva Azərbaycan Respublikasının Xalq artisti Şamil Süleymanlı ilə görüşüb. "Məmurların əsas vəzifəsi vətəndaşlara xidmət etməkdir" ÖZƏL-MÜNASİBƏT “Bazarstore”da bədbəxt hadisə - Gənc qız liftin şaxtasına düşdü Ucarda qəza baş verdi: 4 nəfər yaralandı - Foto Angela Merkel elan etdi: Qapılar açılır Sel suları elektrik enerjisinə ciddi ziyan vurdu Həbs olunan nazir müavini: "1.5 milyon pul alırdım" (VİDEO) Polisin fərasəti şəlaləyə qapılmış şəxsi belə xilas etdi - VİDEO Məşhur bazar ikinci dəfə yandı: Nazir olay yerində - Video Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə ADA Universitetində və ADA Məktəbində Qənirə Paşayevanın iştirakı ilə onlayn müzakirələr keçirilib. Azərbaycanda 97 nəfər koronavirusa yoluxdu, ölən var DTX-nin həbs etdiyi Zakir Sultanovun aldığı rüşvətin bir hissəsi məlum oldu Bərdədə qadının külli miqdarda pulunu oğurlayan gənc tutuldu - Foto Türkiyə S-400, hətta Su-57 istehsal edə bilər? - Rus ekspert Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım Heydər Əliyevin anadan olmasından 97 il ötür - Fotolar Təhlükə: Azərbaycanda koronavirusun ikinci dalğası... Xarici İşlər Nazirliyi Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 75-ci ildönümünə dair bəyanat yayıb. Deputat 150-dən çox ailəyə tibbi yardım göndərdi Tələbələr bu halda təhsil haqqı ödəməyəcək - RƏSMİ Prezident və xanımı yeni xəstəxananın açılışında - Foto “Cəza tədbirlərini sərtləşdirin” — İlham Əliyev tapşırıq verdi Dövlət bağçaları yayda açılacaq? - Nazir açıqladı DSMF-nin vəzifəli şəxsi belə tutuldu - VİDEO (YENİLƏNİB) Azərbaycanda 47 yaşlı kişi maşınında GÜLLƏLƏNDİ DTX Vilyam Hacıyevi belə HƏBS ETDİ - VİDEO
    File engine/metagen.php not found.