IX sinifi bitirənlərə şəhadətnamə verilməyəcək - Əvəzinə...

    IX sinifi bitirənlərə şəhadətnamə verilməyəcək - Əvəzinə...


    Nazirlər Kabineti "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nı yeni redaksiyada təsdiq edib.

    APA-nın məlumatına görə, ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin müxtəlif səviyyələri üzrə bitirən şəxslərə bu Qaydaya əsasən təhsil haqqında dövlət sənədləri verilir.

    Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli qərarı ilə təsdiqlənmiş "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na əsasən ümumi orta təhsil səviyyəsini (IX sinif) xüsusi nailiyyətlərlə başa vuran məzunlara ümumi orta təhsil haqqında xüsusi nümunəli şəhadətnamə, digər hallarda isə ümumi orta təhsil haqqında adi şəhadətnamə verilib. Yeni Qaydaya əsasən ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran məzunlara ümumi orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə ümumi orta təhsil haqqında adi attestat veriləcək. İndiyə qədər tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilib. Yeni Qaydaya əsasən tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medalla təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat, əla qiymətlərlə başa vuran məzunlara tam orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə tam orta təhsil haqqında adi attestat veriləcək. Eyni zamanda tam orta təhsil haqqında attestatda "Təhsil aldığı təmayül” qrafasında şagirdin bitirdiyi sinfin təmayül istiqaməti yazılacaq. Seçilmiş təmayüllər üzrə təsdiq edilmiş tədris planlarında nəzərdə tutulmayan digər fənlərdən tam orta təhsil haqqında attestata ümumi orta təhsil səviyyəsində həmin fənlərdən tədris olunan saatların ümumi miqdarı və təhsilalanın bu fənlərdən yekun attestasiya nəticələri (illik) yazılacaq.

    Attestatların ölçüləri və təsviri də dəyişib. Yeni Qaydaya əsasən ümumi orta təhsil haqqında attestat 12.5x17 sm ölçüdə, üz qabığı dermantin materialdan olan kitabça şəklində çap olunacaq. Ümumi orta təhsil haqqında fərqlənmə attestatının üzlüyü qırmızı, adi attestatın üzlüyü isə yaşıl rənglidir. Ümumi orta təhsil haqqında attestatın üz qabığının yuxarı hissəsində "AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, orta hissəsində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, aşağı hissəsində isə "ÜMUMİ ORTA TƏHSİL HAQQINDA ATTESTAT” və ya "ÜMUMİ ORTA TƏHSİL HAQQINDA FƏRQLƏNMƏ ATTESTATI” sözləri həkk olunur. Attestatın üz qabığının içərisinin sağ və sol tərəflərinin ortasında Azərbaycan Respublikası Dövlət gerbinin təsviri həkk ediləcək. Ümumi orta təhsil haqqında attestatın sol səhifəsinin yuxarı hissəsində qara rənglə "AZƏRBAYCAN RESPUBLİKASI ÜMUMİ ORTA TƏHSİL HAQQINDA ATTESTAT” və ya "AZƏRBAYCAN RESPUBLİKASI ÜMUMİ ORTA TƏHSİL HAQQINDA FƏRQLƏNMƏ ATTESTATI” sözləri, ümumi orta təhsil haqqında attestatın seriyası və nömrəsi yazılacaq. Ümumi orta təhsil haqqında attestatın sol aşağı kənarında möhür yeri və direktorun imzası üçün yer saxlanılacaq. Tam orta təhsil haqqında attestat 12.5x17 sm ölçüdə, üz qabığı dermantin materialdan olan kitabça şəklində çap olunacaq. Qızıl medalla təltif olunan məzunların tam orta təhsil haqqında xüsusi nümunəli attestatının üzlüyü sarı (qızılı), gümüş medalla təltif olunan məzunların tam orta təhsil haqqında xüsusi nümunəli attestatının üzlüyü boz (gümüşü), tam orta təhsil haqqında fərqlənmə attestatının üzlüyü qırmızı, tam orta təhsil haqqında adi attestatın üzlüyü isə yaşıl rəngli olacaq. Tam orta təhsil haqqında attestatın üz qabığının yuxarı hissəsində "AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, orta hissəsində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, aşağı hissəsində isə "TAM ORTA TƏHSİL HAQQINDA ATTESTAT”, "TAM ORTA TƏHSİL HAQQINDA FƏRQLƏNMƏ ATTESTATI” və ya "TAM ORTA TƏHSİL HAQQINDA XÜSUSİ NÜMUNƏLİ ATTESTAT” sözləri həkk olunacaq. Attestatın üz qabığının içərisinin sağ və sol tərəflərinin ortasında Azərbaycan Respublikası Dövlət gerbinin təsviri həkk ediləcək. Tam orta təhsil haqqında attestatın sol səhifəsinin yuxarı hissəsində qara rənglə "AZƏRBAYCAN RESPUBLİKASI TAM ORTA TƏHSİL HAQQINDA ATTESTAT”, "AZƏRBAYCAN RESPUBLİKASI TAM ORTA TƏHSİL HAQQINDA FƏRQLƏNMƏ ATTESTATI” və ya "AZƏRBAYCAN RESPUBLİKASI TAM ORTA TƏHSİL HAQQINDA XÜSUSİ NÜMUNƏLİ ATTESTAT” sözləri, tam orta təhsil haqqında attestatın seriyası və nömrəsi yazılacaq. Tam orta təhsil haqqında attestatın sol aşağı kənarında möhür yeri və direktorun imzası üçün yer saxlanılacaq.

    Ümumi orta təhsil haqqında attestatda və tam orta təhsil haqqında attestatda nömrələnmə A № 000001-dən başlayaraq, hər dəfə bir say artırılmaqla çap ediləcək. Altırəqəmli nömrələnmə son həddə çatdıqdan sonra № işarəsindən əvvəlki hərf Azərbaycan əlifbasının ardıcıllığı ilə yeni hərflə əvəz edilir və nömrələnmə yenidən aparılacaq. Ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ümumi təhsil müəssisələrinə (məzunların sayına görə) Təhsil Nazirliyi tərəfindən verilir. Ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat məzunlara ümumi təhsilin müvafiq səviyyəsini bitirdikdən sonra 10 gün müddətində təntənəli surətdə təqdim ediləcək. Ümumi təhsil müəssisəsi ləğv olunduqda, ümumi orta təhsil haqqında attestat, tam orta təhsil haqqında attestat və ya onların dublikatları Milli Arxiv İdarəsinin arayışına əsasən, Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ümumi təhsil müəssisəsi tərəfindən verilə bilər.

    2016-2017-ci və 2017-2018-ci tədris illərində ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsini bitirmiş məzunların buraxılış imtahanı aparılan fənlər də daxil olmaqla, hər bir fənn üzrə yekun attestasiyasının nəticələri tam orta təhsil haqqında attestatın "illik” qrafasında bir qiymətlə yazılacaq.

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 686


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    "Gəncliyin rəngləri " adlı sərgi keçirilib-Fotolar ABŞ-da təyyarə qəzası baş verib, ölənlər var 20 yaşlı azərbaycanlı tələbə İsveçdə deputat seçildi - Fotolar Prezidentin bu çıxışı İrəvana layiqli cavab idi - Politoloq Binəli Yıldırım azərbaycanca DANIŞDI: “Azərbaycana soyuq dəysə, biz xəstələnərik” Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib “Nar” İsmayıllıda 4G şəbəkəsini qurdu Qayıq göldə batdı, 44 nəfər öldü "Frutti Freska"dan ibrətamiz addım-Fotolar Ağacdan yıxılan jurnalist dünyasını dəyişdi Azərbaycanda pambığın qiyməti 50 manat qalxdı Elnur Seyidovun şikayəti təmin olunmadı Ermənistandakı Rusiya aviasiyası döyüşə hazır vəziyyətə gətirildi Saçyoldu olayı baş verən məktəbin direktoru işdən AYRILDI “Nar”-ın dəstəyilə “Brain Ring” yarışları start götürdü "Xətai" metrosu bağlanır - 1 illik Sabirabadda kütləvi dava: 4 nəfər həbs edildi Ordumuzun təlimləri: döyüşə hazırlıq... - Video Fikrət Qocanın oğlunun qatili ilə bağlı – Son qərar Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına da daxil olur NATO-dan Azərbaycanla bağlı açıqlama Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimov qanunları saymır - ŞİKAYƏT Ülviyyə Namazova: "Afət Fərmanqızı, səndə onun tayısan!"-QALMAQAL! Cəlilabadda 6 yaşlı uşağı maşın vuraraq ağır yaralayıb Sumqayıtda avtobus "Kamaz"la toqquşdu - Yeniləndi Heydər Əliyev hərbi xidmətdə: bu gün and içdi FOTOLAR Bakıda “Beynəlxalq multidissiplinar xərçəng müalicəsi” mövzusunda beynəlxalq konfrans keçirilir- VİDEO Əgər təlimat verilsə, Rusiya belə bir helikopter istehsal edəcək Türkiyədə Bakının azad edilməsinin 100 illiyinə videoçarx hazırlandı - VİDEO ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı Bu, Ərdoğan və Əliyevin birgə mesajıdır Ərdoğan Azərbaycanda - Əliyevlə görüşdü+ Fotolar+ Yenilənib Bu gün Almaz balanın doğum günüdür Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi ölkəmizdədir Azərbaycanlı politoloqdan Ermənistan hərbi rəhbərliyinə məsləhət... Ərdoğan və Əliyevin iştirakı ilə bu gün... - Türkiyə XİN “Nar” 15 sentyabr– Bilik günü münasibətilə daha bir müsabiqə keçirir. “Nar”-dan 10 qəpiyəgünlük internet paketitəklifi Millət vəkili Q.Paşayeva “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu – 100” adlı gecədə Türk Dünyasına çağırış edib Bəbəlidə yanğın baş verib Gəncədə qadın 5-ci mərtəbədən yıxıldı Kaliforniyada atışma nəticəsində 6 nəfər ölüb Ağdaş sakini dəmir parçası ilə həmyerlisinə ağır xəsarət yetirib “Orta əsr təfəkkürü Paşinyana baha başa gələcək”-Aydın Mirzəzadə “Nar”-dan Türkiyəyə səfər edənlər üçün sərfəli rominq paketi 12 sentyabrda gözlənilən hava şəraiti Zəvvarları daşıyan avtobus aşdı - 50 nəfər öldü Bakının işğaldan azad edilməsinin 100-cü ildönümünə həsr edilən tədbir keçirildi Azərbaycanda bu analizin qiyməti 3 minə yaxındır Kağızdan hazırlanmış qeyri-adi sənət əsərləri - Fotolar İranın "Şiə qurşağı"na ağır zərbə - Şərh Qurban Qurbanov Malta uğursuzluğundan danışdı Q.Paşayeva Yeni Dərs İli öncəsi Tovuz kəndlərində müəllimlərlə görüşüb Salfet satmaqla günə 65 manat qazanan uşaq saxlanılıb Bakıda tarixi parada hazırlıq – Video Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddi təsdiqlənib Avstriyada baş verən qəzada 13 qadın xəsarət alıb Yaşlı insanların yaradıcılıq imkanlarının nümayiş etdirilməsi məqsədilə ədəbi –bədii tədbir keçirilib - Foto “Nar”-dan sosial şəbəkələrdə üstün müştəri xidmətləri Paşinyan bu gün Moskvada “məşhər ayağına” çəkiləcək ""Addım- addım"ın repertuarımda xüsusi yer tutacağına əminəm"-Aygün Aydın Gənc Kikboksçu qadın Günay Sun Moon Haciyeva niyə qəzəbləndi? Tamerlan Qarayev kim idi ki, onun əmri ilə vertolyot vurulsun? - ETİRAZ... Prezident böyrəyi səhvən götürülmüş uşağa ev bağışladı Yevlaxda baba 3 yaşlı nəvəsini öldürdü Azərbaycanda dünya çempionu HƏBS EDİLDİ - QAYINATASINI DÖYDÜYÜNƏ GÖRƏ (ÖZƏL-FOTO) Quzusunu xilas etmək istəyən fədakar çoban həyatından oldu -FOTO İranda 5,5 bal gücündə zəlzələ olub 08 sentyabrda gözlənilən hava şəraiti Türkiyə Prezidenti İranda səfərdədir Yevlaxda sürücü avtomobili aşırıb, sərnişin ölüb “Biz, bir millət iki dövlətik!”devizi altında ədəbi-bədii tədbir keçirilib Q.Paşayeva Tovuzda kənd xəstəxanalarını ziyarət edib və insanlarımızın tibbi maarifləndirilməsini gücləndirməliyik deyib Azərbaycan Prezidenti Braziliyanın dövlət başçısını təbrik edib Şimali Koreyada daşqınlar nəticəsində 76 nəfər ölüb, 800-dən çox bina dağılıb Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub Ukraynada uçot dərəcəsi artırılıb Lənkəranda gənc oğlan qayınatası tərəfindən bıçaqlanıb Son dəqiqə: Rusiya qırıcıları İdlibi vurdu – 4 milyona yaxın sakin təhlükədə Bu dərmanların istifadəsi QADAĞAN EDİLDİ - SİYAHI 11 mindən çox insanda bədxassəli şiş aşkarlandı - Azərbaycanda Şirkət aşağı qiymətə satılıb, araşdırma olacaq - Prokuror Qırmızı Körpüdə qəzada Azərbaycan hərbçisi öldü - Rəsmi İsmayıllıda dağlıq ərazidə yanğın baş verib Azərbaycan gimnastı Bolqarıstanda bürünc medal qazanıb İşədüzəlmə şirkətlərinə nəzarət başlayır Ucarda traktor velosipedçini vurub Rusiyada ilk qar yağdı 04 sentyabrda gözlənilən hava şəraiti Manafdan üzr istəyən şəxs efirdə başqa şeylər dedi: “Yalan danışıb, əlimdə faktlar var…” – VİDEO "İsti ocağımın soyuq küləyi"- Qocalar evindən son məktub 4 otaqlı ev yandı Qazaxda sürücü aşan kranın altında qaldı “Nar” korporativ müştərilər üçün yeni imkanlar açır TANINMIŞ PRODÜSSER MİNARƏ ƏSKƏROVA: "MƏNİ İKİNCİ DƏFƏ HƏYATA QAYTARDI". Deputata və oğluna şər atdılar - 90 min xərcə düşdülər Millət vəkili yeni dərs ili öncəsi məktəbləri ziyarət edib, müəllimlərlə görüşdü Müğənnidən jurnalistə: "Saytlar reklam olar ki, mənim adım onların saytlarında hallansın" Afət Fərmanqızı Meyxanaçının musiqisini oğurladı -QALMAQAL! Azərbaycan neftinin qiyməti 79 dolları keçib
    File engine/metagen.php not found.