İpəkçilik Şəkidə qədim və mühüm təsərrüfat sahələrindən biri kimi- FOTOLAR

    İpəkçilik Şəkidə qədim və mühüm təsərrüfat sahələrindən biri kimi- FOTOLAR


    İpəkçilik Azərbaycanın milli və mədəni sənətidir

    Azərbaycanda ipəkçiliyin inkişafı əsas etibarilə qədim tarixə və zəngin ənənələrə malik Şimal-Qərb bölgəsinin, xüsusilə də Şəkinin adı ilə bağlıdır. Burada ipəkçilik ənənələri əsrlər boyu qorunub saxlanılmış, inkişaf etmiş, yerli əhalinin həyatında mühüm rol oynamışdır. Şəkidə ipəkçiliyin inkişaf etməsi, ondan təsərrüfat sahəsində geniş istifadə olunması bu diyarda aparılan arxeoloji tədqiqatlarla sübuta yetirilmişdir.
    Əvvəllər Şəkidə (Nuxa) ipəkçiliklə şəxsi fabriklərdə, emalatxanalarda sahibkarlar məşğul olmuş, məhdud şəkildə fəaliyyət göstərmişlər. Sonralar bu qiymətli məhsulun, Şəki ipəyinin şöhrəti həm ölkədə, həm də xaricdə yayılmış, bu məhsula olan tələbat artmağa başlamışdır. Şəki yalnız Azərbaycanda deyil, ümumiyyətlə regionda ipəkçilik mərkəzlərindən biri olmuş və bu, hətta Şəkinin gerbində də öz əksini tapmışdır.
    Şəki ipəyi hər zaman dünya bazarlarında öz şöhrətini qoruyub saxlamış, bu bölgənin baraması, ipək sapı da yüksək qiymətləndirilmişdir. Şəki vilayətində ipəkçilik inkişaf etdikcə onun texnologiyası və istehsalını mənimsəyən xüsusi ixtisaslaşmış təbəqə də formalaşmışdır.
    Azərbaycanın tarixi “Böyük İpək yolu”nun üzərində yerləşməsi bütövlükdə respublikada, xüsusən də Şəkidə bu sahənin təşəkkül tapmasına və inkişafına səbəb olmuş, digər ölkələrlə ticarət iqtisadi əlaqələrinin genişlənməsinə təkan vermişdir. Arxeoloji faktlar göstərir ki, hələ qədim Qafqaz Albaniyası dövründə insanlar məbəd torpaqlarında ipəkçiliklə məşğul olmuşlar. 1985-ci ildə Şəkinin Küdürlü kəndi ərazisində tədqiq edilən 7 saylı kurqandan kəsik konusu xatırladan kauri və qiymətli metaldan barama qurdunu xatırladan sırğalar aşkar edilmişdir. Belə ki, e.ə. II minilliyin I rübünə aid olan bu kurqanda iki nəfər dəfn edilmişdir.
    Ərəb işğalları ilə əlaqədar olaraq ölkədaxili və beynəlxalq ticarət yollarının dəyişməsi, ipəkçiliyin tənəzzüllünə səbəb olsa da, ipəkçilik yaşamaqda davam etmiş və şəkililər XX əsrin sonu-XXI əsrin əvvəllərinə kimi bu şöhrəti yaşatmağa nail olmuşlar.
    Beynəlxalq və ölkədaxili ticarət yolları xalqların mədəni əlaqələrinin inkişafında, onların yaxınlaşmasında, bir-biri ilə nailiyyətləri, yeniliyi, hətta dini görüşləri, əxlaq və ənənələri paylaşmasında, iqtisadiyyatın tərəqqi və tənəzzülündə mühüm rol oynayır. Azərbaycanla Hindistan arasında qədim əlaqələrin olması barədə hələ XIX əsrdə arxeoloji materiallar əsasında məşhur fransız arxeoloqu Jak de Moqran məlumat vermişdir. Onun aşkar etdiyi boz əqiq möhür üzərində Bos Zebu adlanan hind donqar öküzünün şəkli oyulmuşdur. J.Morqanın sözlərinə görə, qiymətli daş üzərinə belə bir şəklin həkk olunması Hindistan xalqları ilə Xəzər dənizi sahilində yaşayan xalqlar arasında qədim zamanlarda bilavasitə əlaqələr olduğunu göstərir. Şəki hələ tunc dövründə uzaq Çin və Hindistanla əlaqə saxlamış və əlaqələrin yaranmasında bu ərazinin də daxil olduğu beynəlxalq ticarət yolları mühüm rol oynamışdır.
    XVIII-XIX əsrlərdə Şəkidə ipəkçilik özünün ən yüksək inkişaf nöqtəsinə çatmışdır. Bu illərdə Azərbaycanda hər il 9-10 min ton yaş barama məhsulu istehsal edilmiş, ipək məhsulları əsasən Rusiyaya, oradan isə Avropa ölkələrinə ixrac edilmişdir. Xüsusən də Şəkidə istehsal edilən ipək məhsulu öz keyfiyyəti ilə fərqlənir, xarici bazarlarda yüksək qiymətləndirilirdi. İlk dəfə 1829-cu ildə Şəki şəhərində ipək zavodu inşa edilmiş və 1830-cu ildən başlayaraq ipək parça istehsalı təşkil edilmişdir.
    Sovet dövründə Şəki-Zaqatala bölgəsində sosial-iqtisadi və mədəni həyatın inkişafında ipəkçiliyin müstəsna rolunu nəzərə alaraq, Zaqafqaziyada yeganə, istehsal gücünə görə keçmiş SSRİ-də üçüncü İpək kombinatı Şəkidə yaradılmışdır. Bu müəssisə həm keyfiyyətcə, həm də çeşid baxımından fərqlənən ipək məhsulları istehsal etmişdir. Öz keyfiyyəti ilə fərqlənən bu məhsullar SSRİ-nin bütün respublikaları və regionlarına ixrac edilmişdir.
    Ötən əsrin 60-70-ci illərində Azərbaycanda ipəkçilik yenidən inkişaf etmiş, ildə 7800 ton yaş barama məhsulu hasil edilmişdir. 70-80-ci illərdə ölkəmizdə, o cümlədən Şəkidə ipəkçiliyin inkişafı xüsusilə vüsət almışdır. Həmin illərdə respublikada ildə 5-6 min ton yaş barama və ondan 350-400 ton xam ipək istehsal olunur, on milyonlarla kvadratmetr müxtəlif çeşidli ipək parça toxunurdu.
    90-cı illərin əvvəllərində Azərbaycanın ikinci dəfə öz müstəqilliyinə qovuşduğu ilk illərdə ipəkçiliyin inkişafında ciddi tənəzzül başlanmış, uzun illər ərzində qurulmuş iqtisadi əlaqələr tamamilə qırılmışdır. Lakin ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda digər sahələr kimi, ipəkçiliyə olan münasibət də kökündən dəyişmiş, bu sənayenin bərpası istiqamətində zəruri işlər görülmüşdür. H.Əliyev 2001-ci ildə Şəkidə olarkən ipək kombinatının fəaliyyəti ilə də maraqlanmış və onun bilavasitə tapşırığı, imzaladığı müvafiq sərəncamla həmin il kombinatın fəaliyyətinin bərpasına kömək məqsədi ilə dövlət büdcəsindən xeyli miqdarda vəsait ayrılaraq müəssisə işə salınmışdır.
    2005-ci ildə Qara Dəniz, Xəzər Dənizi və Orta Asiya İpək Assosasiyası (BASCA) yaradılmışdır. Qurumun əsas vəzifələri kənardan resurslar cəlb etməklə ipəkçilik layihələri həyata keçirmək, o cümlədən ikitərəfli və çoxtərəfli əməkdaşlığı təmin etməkdir. Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin direktoru, dosent Yusif Şükürlü 2016-cı ilin aprel ayında BACSA-nın Azərbaycan üzrə milli koordinatoru seçilmiş və İcraiyyə Komitəsinin üzvü olmuşdur. Assosasiyanın qərarına görə, 2017-ci ildə baş tutacaq 8-ci Beynəlxalq Konfrans Azərbaycanda - Şəki şəhərində keçiriləcəkdir.
    Ölkəmizdə 1500 illik tarixi olan ipəkçilik bu gün də inkişaf edən sahələrdən biridir. 2015-ci il ildə AMEA-nın Şəki Regional Elmi Mərkəzin mütəxəssisləri tərəfindən “Azərbaycanın Şimal-Qərb bölgəsində ipəkçilik sənayesinin inkişaf konsepsiyası” hazırlanmış və AMEA Rəyasət Heyətinə və Şəki rayon İcra Hakimiyyətinə təqdim edilmişdir . Konsepsiyada Azərbaycanın milli və mədəni sənəti olan ipəkçiliyin əvvəlki şöhrətinin bərpası, beynəlxalq təcrübəyə istinad edərək innovativ yanaşmanın tətbiqi və yeni mütərəqqi texnologiyalardan istifadə etməklə ipəkçiliyin inkişafı nəzərdə tutulmuşdur. Sənədin imzalanmasında əsas məqsəd AMEA Şəki Regional Elmi Mərkəzinin nəzdində hüquqi şəxs statusuna malik tut ipəkqurdu toxumu yetişdirilməsi ilə məşğul olan müasir kümxananın yaradılması, ölkədə ipəkçiliyin inkişafına dair uzunmüddətli dövlət Proqramının qəbul edilməsi, ölkədə tut ipəkqurdu toxumu hazırlayan müəssisələri ən müasir avadanlıqlarla təchiz etmək, keyfiyyətli cinslərdən ibarət toxum hazırlanmasını təmin etməkdir. İpəkçilikdə beynəlxalq təcrübələrin və nəticələrin öyrənilməsi və innovasiyaların tətbiqi istiqamətində işlərin genişləndirilməsi, beynəlxalq standartlara cavab verən rəqabətədavamlı, keyfiyyətli ipəkçilik məhsullarının istehsalının təşkilinə yardım və nəzarət etmək, bu sahədə elmi tədqiqatların dairəsini genişləndirmək də konsepsiyanın məqsədlərindəndir.
    Təqdim edilən konsepsiyada tut bağlarının yaradılması və becərilməsi prosesində intensiv üsullardan istifadə üzrə mütəxəssislərin hazırlanması, tut bağlarına aqrotexniki qulluq, zərərverici və xəstəliklərlə mübarizə istiqamətində və barama toxumu emalı sahəsində mütəxəssis kadrların hazırlanması kimi istiqamətləri də müəyyən edir.
    İpəkçilik sənayesinin müasirləşdirilməsi üçün bir sıra mühüm tədbirlər yerinə yetirilməlidir ki, buraya ipəkqurdu yetişdirilməsində müasir üsul və texnologiyalardan istifadə, süni yemləmə tətbiq etməklə tut ipəkqurdu yetişdirilməsinin təşkili, keyfiyyətli ipəkqurdu toxumunun yetişdirilməsi üçün müasir avadanlıqlardan istifadə etməklə toxum istehsalını təmin etmək və s. aiddir.
    Hazırda dünya təcrübəsində ipəkçilikdə mövcud olan mütərəqqi texnologiyaları tətbiq etmək, tut ipəkqurdunun yetişdirilməsində süni yemlərdən istifadə etməklə xaricdən gətirilmiş tut ipəkqurdu cinslərindən və yerli xətt və cinslərdən istifadə etmək, o cümlədən Şəki Regional Elmi Mərkəzinin ipəkçilik üzrə mütəxəssislərinin təcrübə mübadiləsi məqsədilə xaricdə ixtisaslaşma kursunda iştirak etməsini təmin etmək beynəlxalq əməkdaşlığın inkişafı çərçivəsində nəzərdə tutulan tədbirlərdir.
    Konsepsiyanın səmərəli həyata keçirilməsinin əsas şərti onun gerçəkləşməsini təmin edə bilən səmərəli icra mexanizminin yaradılmasıdır. Konsepsiyanın həyata keçirilməsi dövlət orqanları ilə yanaşı, yerli özünü idarəetmə orqanlarının, fermerlərin və sahibkarların, yerli əhalinin bu prosesə cəlb olunmasını şərtləndirir, dövlət büdcəsinin təminatı ilə yanaşı, xarici və yerli investorların cəlb olunmasını, alternativ maliyyələşdirmə mexanizmlərinin tətbiqini nəzərdə tutur.
    15 sentyabr 2016-cı il tarixdə isə ölkə Prezidenti İlham Əliyev Azərbaycanda ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında Sərəncam imzalamışdır. Əsas məqsəd ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin inkişafına dövlət dəstəyini gücləndirmək, bu sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini və barama istehsalı ilə bağlı əhalinin məşğulluğunu artırmaq, marağını gücləndirmək və sosial rifahını daha da yaxşılaşdırmaqdır.
    Əminliklə demək olar ki, bu kimi əhəmiyyətli addımların atılması yaxın gələcəkdə ipəkçilik sahəsində duran mühüm məsələlərin öz həllini tapmasına, bu sahənin Azərbaycanın ən gəlirli sahələrindən birinə çevrilməsinə imkan verəcək.

    Nərgiz Qəhrəmanova, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü


    İpəkçilik Şəkidə qədim və mühüm təsərrüfat sahələrindən biri kimi- FOTOLAR
    İpəkçilik Şəkidə qədim və mühüm təsərrüfat sahələrindən biri kimi- FOTOLAR
    İpəkçilik Şəkidə qədim və mühüm təsərrüfat sahələrindən biri kimi- FOTOLAR
    İpəkçilik Şəkidə qədim və mühüm təsərrüfat sahələrindən biri kimi- FOTOLAR
    İpəkçilik Şəkidə qədim və mühüm təsərrüfat sahələrindən biri kimi- FOTOLAR
    İpəkçilik Şəkidə qədim və mühüm təsərrüfat sahələrindən biri kimi- FOTOLAR
    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 4 578


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    “Pafoslu cümlələrlə insanlarımızı aldatmaq olmaz” – Elşən Gəncəvi (MÜSAHİBƏ) Səbuhi Rəcəb şəhid ailələri və veteranlarla görüşüb, onların problem və qayğıları ilə maraqlanıb-Foto+Video "Azərbaycan dövləti həmişə vətəndaşının yanındadır" - Elazığdan dönən tələbə Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 39-a çatıb "Əgər epidemiyanın qarşısı alınmasa, Azərbaycanda çin mallarının qıtlığı yarana bilər" 9-cu mərtəbədən yıxıldı, ayağa qalxıb gəzdi - Video Zəlzələ zonasından tələbələr necə təxliyə edilib? - Səfirlik rəsmisi danışdı Dünyanı dəhşətə gətirən koronavirus bu ölkədə də çıxdı Rusiyada sirkdən qaçan fillər şəhəri bir-birinə qatdı - Video Türkiyədə həyəcan siqnalı - “Yer qabığı qırıla bilər” Qənirə Paşayeva:"14 ildə sizi ləyaqətlə təmsil etmək üçün əlimdən gələni etdim" Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin toplantısı keçirildi. Qatar ayaqlarını qopartdı, sürünə-sürünə evinə çatdı Seçiciləri Səbuhi Rəcəbi böyük sevgiylə qarşıladı: "İmkansız insanlara göstərdiyiniz diqqət və qayğını unutmarıq..." Deputatlığa namizəd Səbuhi Rəcəb kimdir?-Fotolar Məzahir Pənahov: “İndiyədək parlament seçkiləri ilə bağlı MSK-ya 32 müraciət daxil olub” Bakıda gənc binada liftlə şaxtanın arasında qalaraq öldü ERMƏNİ ATOYNATMA SƏHNƏSİ ÇOX ÇƏKƏN DEYİL Qənirə Paşayeva Xatınlı kəndini gəzərək seçicilərlə, şəhid ailələri və Qarabağ müharibəsi veteranları ilə görüşüb İran meyitləri Ukraynaya təhvil verdi Məzahir Pənahovla Gülağa Aslanlı arasında gərginlik Q.Paşayeva Tovuzun ən böyük kəndi olan Əyyublu kəndini gəzərək seçicilərlə görüşüb və onlara təkrar sizə etimad göstərəcəyik sözlərinə görə təşəkkürünü bildirib. “Bütün fəaliyyətim boyu sizi özümdən əvvəl düşündüm və sizin etimadınızı bir an belə itirməmək üçün çalışdım”-Q.Paşayeva Toydan qayıdan ailə qəzaya düşdü - yaralılar var Xətai rayonunda yerləşən marketdə Ermənistan istehsalı olan şokoladlar satılır 6 yaşlı Sübhanın köməyinizə ehtiyacı var Zakir Həsənov: “Ordumuzda olan silahlar qələbəni təmin etməyə imkan verir” Nərminin qatili barəsində həbs qərarı verildi Hacıqabul sakinindən silah götürülüb Gecə həlak olan tələbələrin FOTOLARI MSK rəhmətə gedənlərin seçkiyə dəvətinə aydınlıq GƏTİRDİ ƏSGƏRİMİZƏ QİBTƏ ETMƏLİYİK!- İbrahim MƏSİMOĞLU yazır.... Xanhüseyn Kazımlının qızı namizəd oldu Şəhid hərbçimiz dəfn edildi - (Foto+Video) Azərbaycan əsgəri şəhid oldu Tovuzda 10 yaşlı qızın yanmış meyiti ərazidən götürüldü - FOTO Od içində olan Avstraliyaya “göylərin hədiyyəsi” - VİDEO Yandırılan 10 yaşlı qızın atası danışdı: “Meyiti yerindən tərpətməmişik” AVTOMOBİLDƏN VƏ ÜZƏRİLƏRİNDƏN NARKOTİK VASİTƏ AŞKAR OLUNDU Ucar rayon sakininin adına sosial yardım yazılıb, özünün xəbəri yoxdur- İDDİA "Unibank" kartlarından vəsaitlər silinir: nə baş verir? Tovuzda itkin düşən 10 yaşlı qızın meyiti tapıldı - Yandırılıb Üç yaşlı uşaq valideynləri ilə gizlənpaç oynayan zaman öldü Ərdoğan: "Türkiyə ordusunu Liviyada təmsil edəcək hərbi birləşmələrin məqsədi fəlakətlərin qarşısını almaqdır" Sabah hava necə olacaq? Şəmkir sakini Gəncədə bıçaqlandı Trampdan Tehrana xəbərdarlıq: “Biz ən güclüyük, iki trilyonluq silahlarla...” “Dəmir yolları”ndan təcili yardımla qatarın toqquşması haqda - Açıqlama “Ürəklər Gülsün” adlı xeyriyyə konserti keçirilib Başıbəlalı Babək prospekti: Bu dəfə də işıqforlar işləmir - VİDEO Oqtay Gülalıyevin səhhətində ciddi dəyişiklik - VİDEO 125 deputat yerinə 125 qeydə alınmış namizəd var - MSK sədri Elçin Quliyevlə Məhərrəm Əliyev Ermənistanla sərhəddə - Fotolar "Pepsi" Azərbaycanda cərimələndi Xəbərdarlıq: Uşaqlara öskürək dərmanı verməyin! - Video Yeddi yaşlı qızı belə oğurladılar – VİDEO Bakıda keçirilən bayram şənliklərində rekord sayda insan iştirak edib - FOTO Səhv yuxu rejiminin zərərləri açıqlanıb Yağış, qar yağacaq, duman olacaq — GÜNÜN HAVA PROQNOZU Broyler toyuqlarını kimyəvi maddələrdən bu yolla təmizləyin Mehriban Əliyeva bayram şənliyində - Video+Fotolar Respublika Humanitar Fənlər Gimnaziyasında Həmrəylik Günü münasibəti ilə tədbir keçirildi-Fotolar Lerikdə nə baş verir ? -İlqam Cəbiyev yazır Mərkəzi Bankdan manatın bahalaşma ehtimalı haqqında AÇIQLAMA “Nar” Qusarın Laza kəndini 4G şəbəkəsi ilə təmin etdi Sabah avtobuslar gecə 1-ə kimi işləyəcək Leyla Əliyeva Həmrəylik Günü münasibəti ilə təşkil olunan konsertdə iştirak etdi – FOTO Məzahir Pənahov seçicilərə müraciət etdi - Video "İraq mətbuat tarixi" kitabı ictimaiyyətə təqdim edildi Arıqlamaq üçün dərmanlar hansı fəsadlar törədir? Həbs edilən icra başçısı vəzifəsindən azad edildi - SərəncamHəbs edilən icra başçısı vəzifəsindən azad edildi - Sərəncam QULDARLIQ DÖVRÜNÜ YAŞAYAN LERİK SAKİNLƏRİ QAN AĞLAYIR ! Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana səfərə gəlib Leyla Əliyeva klinikada müalicə alan uşaqları ziyarət etdi — FOTO "Azərbaycan mətbəxində Dolmalar : 381 çeşid" kitabı ictimaiyyətə geniş təqdim edilib. Şəhid atası: Leyla Əliyeva millət vəkili seçilərsə çox uğurlu layihələrə imza atacağına əminəm "Bu qərarın heç bir hüquqi və tarixi əsası yoxdur, senatın bu qətnaməsi açıq siyasi xarakter daşıyır!"-Qənirə Paşayeva Sabahın bünövrəsini birlikdə quraq” adlı layihəsinin möhtəşəm bağlanış tədbiri keçirilib. “Sizi Tanıyaq” Layihəsinin bir qrup istedadlı gəncləri Fəzail Ağamalı ilə görüş keçirdi- Video Bakıda polisə silahlı müqavimət göstərənlərə cinayət işi açıldı - Fotolar+Video Bu, Ermənistan siyasətimizə də təsir edəcək – AKP 14 dekabrda gözlənilən hava şəraiti Qubada məktəb yandı Qırmızı işıqdan keçən xanım sürücü qəza törətdi, 1 nəfər xəsarət aldı Baş infeksionistdən “donuz qripi” ilə bağlı xəbərdarlıq Mehriban Əliyeva “instagram”da Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib “Qadına qarşı zorakılığa, ailədaxili şiddətə YOX deyək" adlı maarifləndirici sosial çarxın təqdimatı keçriilib. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir gündə respublikamızda 650 min ağac əkilməsi çox gözəl və xeyirxah təşəbbüsdür. Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib “Gəlib dedilər ki, bərpa ediləsi deyil, sökək” - Video Polis bu meyitin yaxınlarını axtarır - FOTO Ukrayna XİN başçısı: "Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır" Parlamentin buraxılması ilə bağlı Prezidentə müraciət edildi - 99 səslə qəbul Bakı məktəbində şok: direktor və müəllimlər yoxa çıxdı Çarəsiz ana ölkə başçısına müraciət etdi: "Məmurlar məni dinləmir cənab Prezident!" Ərdoğandan Ermənistanla bağlı ABŞ-da mühüm açıqlama - Video Zaqatalalı gənc daşlardan möhtəşəm əl işləri hazırlayır - FOTO Qadınla kişi maşında yanaraq öldü - Fotolar Vilayət Eyvazov Pərvinlə videosu yayılan polisi işdən qovdu - Foto+Video Yeni Ombudsman Milli Məclisdə and içib
    File engine/metagen.php not found.