Qlobal cəmiyyətdə gender bərabərliyinə Azərbaycan telemekanından baxış.

    Qlobal cəmiyyətdə gender bərabərliyinə Azərbaycan  telemekanından baxış.


    Cəmiyyətimizin müxtəlif sahələrində qadın izi getdikcə şaxələnir və inkişaf edir. Həyatımızın ən müxtəlif sahələrində öz nümunəviliyi ilə seçilən xanımlarımızı cəmiyyətə təqdim etmək və daha yaxından tanıtmaqda televiziyalarımızın rolu daha böyükdür. Bu məqsədlə əməkdar jurnalist Mətanət Agamirlinin təqdimatında Lider televiziyasında yayımlanan "Gender” proqramı öz dəsti-xətti ilə seçilir. Və bu proqramda fəaliyyəti işıqlandırılan xanımları siz oxucularının da ixtiyarına veririk.

    Tanıdaq: Zərifə Quliyeva- YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü. "Modern İnkişaf və Ailə İctimai Birliyi"nin sədri .

    Qlobal cəmiyyətdə gender bərabərliyinə Azərbaycan  telemekanından baxış.

    İctimai siyasi fəallığına görə, prezident İlham Əliyevin sərəncamı ilə Tərəqqi Medalına layiq görülmüş Zərifə Quliyeva hesab edir ki, dövlətin Ailə İnstitutunun qorunması , mühafizə olunması üçün həyata keçirdiyi layihələrin dəstəklənməsində qeyri hökumət təşkilatlarının da öz rolu var:

    -Bildiyiniz kimi son illərdə böyük dövlət tərəfindən rəhbərlik tərəfindən modern ailələrin yaranması və bu ailələrin inkişafına böyük diqqət yetirilir.Və üç-dörd il bundan öncə Möhtərəm prezidentimizin böyük bir forumda çıxışı oldu. O çıxışdan sonra belə düşündüm ki, mən qeyri hökümət təşkilatını yaradaq və adını da ona uyğun qoyaq. Bizim ictimai birliyimizin çox vəzifələri var. Bu QHT-nin məqsədi böyükdür. Bilirsiz,Azərbaycan o qədər irəli getmişki, Avropaya inteqrasiya böyümüş, genişlənmişdir. Bu o demək deyil ki, bizim gənclərimiz tam avropalaşsın və azərbaycançılığı unutsun. Bildiyiniz kimi Ulun öndərimizin də məqsədi bu olub. Həmişə öz çıxışlarında da söyləyib ki, Avropaya inteqrasiya etməklə azərbaycançılığı yaddan çıxartmaq olmaz. Azərbaycançılığımızı inkişaf etdirməliyik.Milli Mənəvi dəyərlərimizi qorumalıyıq. Mentalitetimizi qoruyaraq irəli getməliyik. Bu da ilk öncə başlayır ailədən. Ailəni sağlam qüvvəli ailə yaratmaq lazımdır.Düzdür, indi dövlət tərəfindən özünüz görürsünüz ki, gənclərə nə qədər yaşıl işıq yandırılır, yəni onlar üçün o qədər böyük şərait yaradılır ki, yəni onlar öz qabiliyyətlərini, nəyə qadirdilərsə cəmiyyətimizə o xeyri versinlər.Dövlət tərəfindən böyük diqqət yaradılır. Gənc ailələrin də inkişafını yeni modern üsuldamodernləşdirmək lazımdır.

    Bilirsiz nəinki bizdə, bütün dünyada indi gender bərabərliyi mövcuddur, inkişaf edir. Ulu Öndərimiz sovet dövründə hələ yenicə ölkəmizə rəhbərliyə başlayanda artıq qadınlara çox yer verirdi, ali sovetə deputatların seçilməyində Ulu Öndər qadınlara çox yer verirdi, rəhbər vəzifələrə təyin olunmasına daha çox şərait yaradırdı.

    Hal-hazırda regionlarımızda da bu proyektlərin, layihələrin yerinə yetirilməsinə şəxsən bizim hörmətli Birinci Vitse Prezidentimiz Mehriban Xanım Əliyeva tərəfindən böyük diqqət yetirilir.Və son illər Mehriban xanımın diqqətində xanımlara nə qədər böyük yaşıl işıq yandırılıb.İqtisadiyyat nazirliyinin tərkibində elə o proyektlərin əsasında Qadın Sahibkarlarının Asossasoyası yaradıldı. Bura bütün QHT-də olan bizneslə, sahibkarlıqla məşğul olan qadınlardan seçim oldu və böyük bir Asossasiya yaradıldı.Bu Asossasiyanın da tərkibində çox aktiv qadınlarımız var. Hal-hazırda özünüz də görürsünüz ki dövlətimiz tərəfindən qadın biznesinə, qadın sahibkarlığına çox böyük diqqət və qayğı göstərilir, böyük şərait yaradılır.Doğrudan da qadın sahibkarlarının arasında bir canlanma var. Son zamanlar çox böyük tədbirlər, forumlar keçirlir.

    Gender bərabərliyində təhsilli olmağın nə qədər böyük önəmi var.Gənc qız özü qərar verir ki, mən oxuyum ya oxumayım, özü qərar verir ki, mən evlənim ya evlənməyim. Buna ailələrdə daha çox razılaşma olur. Bu artıq gender bərabərliyinin o kiçicik ailədən başlanmasını göstərir. Amma, regionlarda, kəndlərdə bu belə deyil.Təhsil almaqla- almamağın fərqi bax burda nə qədər böyük fərqlə göstərilir.Təhsil almayan gəncə rayonlarda valideyn nəsə deyir, o da onu edir. Təhsilin insanın formalaşmasında nə qədər böyük rolu var.Baxın rayonlarmıza, məsələn ailədir, ana ata oxumayıb, bir ailə yaranıb, 5 övlad dünyaya gəlib, qız evladından "yükdən" qurtarmaq üçün 14-15 yaşda erkən nikahlar olur, hansı ki bu gün "Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi", başda Hicran xanım olmaqla bax bu erkən nikahların qarşısını almaq üçün çox böyük işlər görmüşdür.Bu Ümumiyyətlə bizim ölkəmizdə Ulu Öndərin siyasətidir, qoyduğu siyasətdir ki bu gün o böyük uğurla, nailiyyətlə aparılır. Qadınların işinə çox böyük qiymət verilir.

    Mən elə özümü də deyə bilərəm.Məsələn bu yaxınlarda Möhtərəm Prezidentimiz tərəfindən tərəqqi medalı aldım. Mənim sevincimin həddi-hüdudu yoxuydu, bilirsiz mən nəyə sevinirdim, fəaliyyətimi qiymət üçün eləmirəm, mənim vicdanım bunu tələb edir ki, bu cür dövlətin, rəhbərin yolundaancaq işləmək və özünü fəda eləmək lazmdır.Bu mən öz vicdanım qarşısında edirəm. Amma Möhtərəm Prezidentim tərəfindən mənə o medalı vermək, mən yalnız onun imzasına görə ürəyim o qədər fərəhlənir ki mən prezidentimin imzasını döşümdə daşıyıram.

    Ulu Öndərin Azərbaycanın inkişafı üçün apardığı siyasəti bu gün də uğurla davam etdirilir.Ulu Öndərimiz hər məruzəsində, çıxışlarında söyləyirdi ki, Azərbaycan gözəl ölkədir, Azərbaycan vaxt gələcək, günəş kimi bütün dünyaya işıq saçacaq.Baxın, Ulu Öndərin o vaxt dediyi sözlər indi öz yerini tapıbdır.Hal-hazırda, yəni son illərdə bizim ölkəmiz bütün dünyaya səs salıbdır.Hətta bütün tanınmış ölkələrin rəhbərləri bizim ölkə rəhbərimizin görüşünə gəlir, burada böyük simpoziumlar, forumlar, görüşlər keçiriıir.Bunun özü nə deməkdir, bizim ölkəmiz Azərbaycanımız nə qədər inkişaf edib.

    Qadın ana olmaqla yanaşı həm də cəmiyyətin əsas dayaqlarından biridir.Tariximizə bir çox parlaq səhifələr yazmış Azərbaycan qadınının Milli Mənəvi dəyərlərimizin qorunmasında və yaşanmasımda misilsiz rolu vardır.

    Daha bir ziyalı Azərbaycan qadını, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt dövlət Kollecinin direktoru , kimya elmləri üzrə fəlsəfə doktoru Mətanət Pirquliyeva isə cəmiyyətdə gender bərabərliyinə münasibətini belə bildirdi:

     

    Qlobal cəmiyyətdə gender bərabərliyinə Azərbaycan  telemekanından baxış. 

    -Bilirsiz, onu demək istəyirəm ki, bu gün Azərbaycanda qadınlarla bağlı olan siyasət çox uğurla həyata keçirilir.Məhz bunun nəticəsidir ki, parlamentdə Hökumətdə, bələdiyyələrdə, bir sıra ictimai işlərdə qadınlarımzın sayı ildən ilə artır. Artıq Azərbaycan qadını mətbəx çərçivəsindən ailəsinə həm maddi həm mənəvi cəhətdən asılılığı aradan qaldıraraq ziyalı bir xanıma çevrilmişdir. Bu xanım ictimai siyasi tədbirlərdə fəal iştirak edən xanımdır, bunlar ədliyyədə hakim xanımlardr, bu xanımlar mədəni təşkilatlarda, tədbirlərdə fəal iştirak edən çalışan xanımlardır

    Dövlətimizin qanunlarında heç bir gender, cinsəl ayrı-seçkilik yoxdur.Yəni bu qadınlar cinsindən, dini, milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara şamil edilən qanunlardır.Dövlət bu azadlıqları, hüquqları bütün vətəndaşlarına verir.

    Qadın anadır, qadın övladı, gələcək nəsli dünyaya gətirən İnsandır.İlk tərbiyəni övladına qadın verir.Yəni cəmiyyətin üzvünə verir.Onun savadlı, vətənpərvər, intelektli, düşüncəli bir vətəndaş kimi yetişdirilməsində qadının rolu böyükdür. Təhsil sahəsinə gələndə yəni demək istəyirəm vətəndaşın, cəmiyyətin üzvünün aldığı ilk tərbiyəsi anasından gəlir. Son dövrlərdə təhsildə təhsil verənlərin əksəriyyətinin qadın olmasının həm müsbət, həm də mənfi cəhətləri vardır. Müsbət cəhəti odur ki, qadın olan yerdə təmizlik, gözəllik, zəriflik, mehribançılıq üstünlük təşkil edir.Amma, hər -halda bu ailədə olduğu kimi ailənin möhkəm olması üçün qadın bir vasitə olduğu kimi axı kişinin də orda öz zəhmi öz rolunu oynamalıdır. Mənə elə gəlir ki, kişi müəllimlərinin sayı da təhsildə artsa, balans yerini tapsa daha yaxşı olar.

    Biz Gender bərabərliyindən danışırıq, qadınların hüquqlarından danışırıq.Amma elə ucqar rayonlarımız var ki, o rayonlarda qızlarımızı təhsil almaq hüququndan məhrum edirlər.Hətta valideynlərin təhriki ilə onlar erkən nikaha da daxil olurlar.Bax bunlar çox pis, mənfi hallardır.

    Qız uşağı, gələcəyin anası mütləq təhsil almaldır! Nəyə görə təhsil almalıdır?!Çünki o, cəmiyyətə övlad hazırlayır, cəmiyyətə üzv hazırlayır.Ona görə savadlı olmaldır ki, o uşağa həm tərbiyə versin, həm vətən sevgisi aşılasın, həm mədəni olmağı öyrətsin.Özünü aparmaq qaydaları öyrətsin.Həm intelektini yüksəltməyə istiqamət versin. Bax bu mənada qadın işləməsə də, cəmiyyət üçün övlad hazırlayır, üzv hazırlayır deyə qadınların mütləq oxuması lazımdır!.

    Deyərdim ki, hər bir uğurlu kişinin arxasında uğurlu qadın dayandığı kimi, hər bir uğurlu qadının arxasında da onu uğura həvəsləndirən, onu uğura aparan, ona dayaq duran dəstək olan, dost kimi köməklik göstərən, sevincini, kədərini bölə bilən bir kişi dayanır.

    Azərbaycan qadınının özəlliyi onun sadəliyindədir, gözəlliyindədir, vətənini sevməyindədir, ailəsini sevməyindədi, fədakarlığındadır.Biz Azərbaycan qadınına fədakar deməklə biz onun zərif çiyinlərinə çox böyük yük qoymuş oluruq.Amma əslində Azərbaycan qadını fədakarlığı ilə bərabər həm də zərif qadındır.Mədəni qadındır.

    Müasir Azərbaycan qadınınn dünyaya təqdimatı deyəndə dünyaya elə Birinci xanımımız , Birinci Vitse Prezidentimiz Mehriban Əliyevanı və onun gördüyü işləri misal gətirə bilərik. Çünki Azərbaycanı təmsil edən, Azərbaycanda baş verən hadisələri dünya ölkələrinə çatdıran, Azərbaycan mədəni irsinin qorunmasında böyük fəallıq göstərən əlbəttə ki bizim Birinci xanımımız Mehriban Əliyevadır.

    Mehriban xanım Əliyevada Azərbaycan xanımına xas olan bütün xüsusiyyətlər öz əksini tapmışdır.Mehriban xanım xeyriyyəçi xanımdır, Mehriban xanım maarifçi qadındır. Mehriban xanım hələ millət vəkili olarkən Heydər Əliyev fondunun prezidenti ikən bir sıra xeyirxah işlər görmüşdür.Bir sıra ölkələrdə məktəblərin tikilməsi, istifadəyə verilməsi, eyni zamanda Azərbaycanın ucqar rayonlarında olan yararsız vəziyyətdə olan məktəblərin təmir olunması, yenidən tikilməsi, yeni avadanlıqlarla təmin olunmasında, talessimiyalı xəstələrin müalicə olunmasında çox böyük şəfqət və mehribanlıq göstərmişdir.

    Mehriban xanımın fəaliyyəti haqqında çox söz söyləmək olar.Buna nə bir saat, nə bir gün sığar.Gərək oturub tarixi vərəqləyəsən.Mənə elə gəlir ki onun incə diplomatik addımlarla gördüyü işlər Azərbaycanın tanınması uğrundadır.Hələ bir sıra insanlar bunu dərk eliyə bilmir.Vaxt gələcək onlar başa düşəcəklər ki Mehriban xanım bu işləri görməklə Azərbaycana nə qədər böyük xeyir verib.Azərbaycanın tanınması üçün nə qədər böyük və əvəzsiz işlər görüb.

    Bütün Azərbaycan qadınları Mehriban xanımı gördüyü işlərdə dəstəkləyir və həmişə bizə arxayın ola bilər.

    Saglam cəmiyyət fiziki və mənəvi saglam fərdlər toplusudur desək yanılmarıq. Xəstəliyin insanın sağlam həyat tərzinə təsir vasitələrini azaltmaq məqsədilə ölkədə bir sıra lazımı tədbirlər həyata keçirilir. Və bu tədbirlər çərçivəsində hər zaman aktiv iştirak edən cəmiyyətimizin ziyalı xanımlarından biri Hemofiliyalı Xəstələrin Respublika Asossasiyasının sədri Gülnarə Hüseynovanın sağlamlığımızın qorunmasında və QHT-nın rolu ilə bağlı fikirləri çox maraqlıdır.


    -Təşklat 1997-ci ildə yaranmışdır. O zamanlar sovetlər birliyinin dağıldığı bir ərəfə idi, o zaman səhiyyə sistemində də problemlər çox idi, dərman preparatlarının qıtlığı ümumiyyətlə qan və onun komponentlərinin qıtlığı böyük çətinlik yaratdı və biz analar və həkimlər yığışıb belə bir ictimai birlik yaratdıq ki uşaqlarımızın problemini birlikdə həll edək. Dünya ictimaiyyətini Azərbaycanda olan mövcud şəraitə diqqətini cəlb edək və hemofiliya federasiyasının üzvü olduq. O zaman dünya Hemofiliya federasyasının 94 üzvü vardı. Yəni 94 ölkə. Federasiyaya üzv olduqdan sonra biz aktivləşdik və xüsusilə qeyd edim ki burda Gender bərabərliyi özünəmxsus rol oynadı.

    Gender bərabərliyi böyük bir qüvvədir. Burada kişi, qadın söhbəti olmur. Hər birimiz, həm qadınlar həm kişilər birlikdə bu xəstəliyin törətdiyi problemlərin aradan qaldırılması üçün bir addımlar atmağa başladıq.

    Milli Məclis tərəfindən bu cür xəstə insanlara dövlət qayğısı haqqında qanun qəbul olundu və bu qanundan sonra dövlət proqramı təsdiqləndi. Dövlət proqramı çərçivəsində də bu hemofiliyalı vətəndaşlarımız dərman preparatları ilə təmin olundular.Onu da deyim ki bu 12 il ərzində bizə 2006-cı ildə dövlət tərəfindən dərman preparatları gətirildi və deyim ki çox qabaqcıl ölkələrin istehsal etdiyi dərman preparatlarıdır. Bunlar Arzularımızın gerçəkliyi idi

    Hemofiliyalı insanlar intellektual olur , əgər onların müalicəsi yetərincə normaldırsa, onlar hətta cəmiyyətə böyük xeyir də verirlər. Bir çoxlarımızın uşaqları artıq ali təhsil alırlar.

    Hemofiliyalı xəstələr Respublika Assosasiyasının rəhbəri olaraq bizim bütün qərarlar kolleqial qəbul olunur və bizim bu qərarlar çərçivəsində demək olar kiən çox yerli həkimlərimizi təkmilləşdirmişik. Cavan kadrlara daha çox önəm veririk.Xarici ölkələrdə konfranslarda iştirak edirlər.Artıq 114 ölkədə tanınmış təşkilatıq.Çünki Dünya və Avropa ÜmumHemofiliya xəstəliyi Konsiliumun üzvüyük.Onlar bizi tanıyır və işimizlə də tanışdılar Brüsseldə konfrans keçiriləcək.Biz bununla fəxr edirik ki, Azərbaycanı layiqincə təmsil edəcəyik.Bizim 15 nəfərdən ibarət tərkibimiz orada olacaq. 2019-cu ildə artıq dövlət tərəfindən Hemofiliyalı xəstələrə elektron reseptlərlə dərman faktor kansentrantları mütəmadi olaraq veriləcək. Elektron reseptlər o deməkdir ki, hər bir xəstənin öz elektron kartı olacaq və bu elektron kartında hər bir xəstə haqqında hər bir xəstənin özü haqqında məlumat olacaqdır. Karta daxil olacaq Xəstənin dəqiq diaqnozu, onun yaşadığı yer, dərman preparatlarının istifadəsinin həcmi və hər bir Hemofiliyalı insan harada yaşayırsa ora müraciət edəcək və bu elektron reseptlər tək təkim olunmuş həkimin aptekində və kabinetində görünməyəcək. Bu səhiyyə nazirliyinin xüsusi şöbəsi var orda görünəcək və sərfiyat kimə nə qədər dərman preparatı ayrılıbsa orda açıq aydın bəlli olacaq.

    Cəmiyyətdə qadın izi.Qadın imzası.Bu dünən də olub.Bu gün də var, gələcəkdə də olacaq.

    Fəxriyyə Lilpar İsayeva

    BXA-nın doktorantı, telejurnalist

     

     

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 277


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Millət vəkili Q.Paşayeva bir sıra xarici ölkələrin fəal xanımlar ilə Qarabağdan danışıb Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu - FOTO/VİDEO Pensiyalarla bağlı yeniliklərin detalları açıqlandı - VİDEO 160 saylı avtobusun başı bəlada: yenə toqquşdu - Video Fazil Məmmədov yenidən xəstəxanaya yerləşdirildi Abunəçilər “Nar”-ın Müştəri xidmətinin fəaliyyətini yüksək qiymətləndirir Lakı asetonsuz necə təmizləmək olar? - Bu üsullar sağlamlığa ziyan vermir Lakı asetonsuz necə təmizləmək olar? - Bu üsullar sağlamlığa ziyan vermir Azərbaycanda DƏHŞƏT: Ana körpəsinin göbəyini qayçı ilə... Magistral su kəmərində qəza baş verdi - Bakının bu ərazisi... Nazir gəncləri nazirliyə işə çağırdı “Söz” müstəqil ədəbi-publisistik jurnalının 25 illiyi qeyd edilib “Gəncə hadisələrinə görə 5 nəfər məhv edilib” - Mədət Quliyev “Real”ın yeni baş məşqçisi təsdiqləndi “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi "9 NOYABR- DÖVLƏT BAYRAĞI GÜNÜ"NDƏ AZƏRBAYCAN BAYRAĞI POLŞADA YÜKSƏLDİ “Nar”-danADA Universitetinin Təqaüd Proqramına dəstək Q.Paşayeva MM-də 2019-cu il büdcə müzakirələri zamanı seçicilərin bir sıra problemlərini qaldırıb Arzu Bağırova Ankarada keçirilən 9-cu Beynəlxalq Buhara Medya Ödül mərasimində mükafata layiq görülüb Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Azərbaycan Gözdən Əlillər Cəmiyyətində tibbi aksiya və seminar keçirəcək. Gənclər bayrağımızın 100 illiyi münasibətilə maraqlı layihə hazırlayıb Q.Paşayeva 9-cu Beynəlxalq Buhara Medya Ödül mərasimində “Türk Dünyası Mədəniyyətinə Xidmət Ödülünə” layiq görülüb Azərbaycanda Konstitusiya günüdür İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib Almaniyadakı erməni mafiyası bütün ölkə boyu səpələnib - MDR televiziyası Altı nəfər ruhi xəstəni döyərək öldürdü - Şabranda dəhşət Beynəlxalq Mətbuat Mərkəzində Tanınmış müğənni Rza Zamanın "Gəl Ayrılaq" adlı klip təqdimatı keçirildi. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili”layihəsi çərçivəsində tədbir keçriləcək Bakıda qadının evindən tüfəng və patron tapıldı Azərbaycanlı biznesmen 80 min lirəni taksidə unutdu, sürücü pulu ... Ağdam İdman Klubunun Şəhidlərimizin xatirəsinə turnir keçiriləcək. Etibarlı Əllər Layihəsi «Bayrağımız – qürur mənbəyimizdir» adlı ədəbi-bədii tədbir keçirdi “Nar” Bayraq Günü ilə bağlı abunəçilərinə hədiyyə vəd edir Prezident Leyla Əliyevanı Şuraya üzv təyin etdi - Sərəncam Amaliya Pənahova vəfat etdi Turində dramatik oyun, Mançester və Plzendə darmadağın - YENİLƏNİB + VİDEO Bakıda qəza - Mərkəzi küçələrdə işıqforlar sıradan çıxdı+ Fotolar "Qazınızdan bir az alın, yarı yolda qalmamaq və bir də ..."-Vəfa Sərdar yazır Mehriban Əliyeva qızı ilə açılışda - Fotolar Bizimkilər - “Pəncərə”ni aparan oğlan: “Atam məni dünya çempionatından məhrum etdi” - MÜSAHİBƏ Yol polisindən kuryerlərə XƏBƏRDARLIQ - VİDEO “Nar” Göyçayda keçirilən festivalda aktiv iştirak etdi “Toxunmasınlar!” - Bəstəkarlar İttifaqının sədrindən himn məsələsinə reaksiya Himn müzakirəsində “başyarma”… - Fazil Mustafa Canlı təhlükə-Sahibsiz itlər insanlara qənim kəsilib Ucarda yaşayış binasında yanğın Aldadilmadan keyfiyyətli eynək hardan ala bilərsiniz?-Foto Azərbaycan nefti ucuzlaşıb- Qiymət Vəfa Sərdar Səfərova redaktor təyin edildi. “Heç kimin qoltuğunda deyiləm” - “Kobramedia”dan açıqlama Sərnişin qatarı yük avtomobili ilə toqquşdu: 20-dək adam... Lukaşenko ayaqqabısını çıxarıb Nazarbayevə göstərdi Ərdoğandan Qaşıqçının qətli ilə bağlı önəmli açıqlama Telefon şüası hansı xəstəliklərə səbəb olur? - Alimlərdən qorxunc xəbərdarlıq Qazaxda gənc oğlan bıçaqlandı İradə Əlilinin Tükiyədə kitablarının təqdimatı oldu-Foto “Nar” korporativ müştərilərinə xüsusi təkliflər təqdim edir Ukraynada keçirilən Kyokşin karate Çempionatlnda Azərbaycan komanda hesabı ilə birinci olub. Tanınmış Aktyor Sirac Agayevin özəl günüdür. Daha bir sənətkarımız dünyasını dəyişdi "Bizim psixoloqlara çox ciddi ehtiyacımız var" — Deputat “Nar”abunəçilərinə Göyçayda keçiriləcək Nar bayramında iştirak şansı verir Prezident nazirə iki müavin təyin etdi Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Avropa çempionatının gümüş medalını qazanmışdır Abşeronlu şagirdlər DTX-nin H.Əliyev adına Akademiyasında olublar Braziliyalı futbolçu qətlə yetirildi “Nar”-ın “Yerlim” tarifini seçənlərin sayı artmaqdadır Azərbaycanlı idmançı 4-cü Avrasiya oyunlarının qalibi olub Bakıda şirkətdə güclü YANĞIN: Çilingər faciəvi şəkildə öldü İlham Əliyev Şəkidə - YENİLƏNİB Q.Paşayevanın Kırıkkaledə Qarabağ parkı və Azərbaycan Şəhidləri abidəsinın açılması təklifini bələdiyyə başqanı dəstəkləyib Çaylarda suyun səviyyəsi dəyişdi Yağış, qar, duman... - Bu günün havası Bakının bu əraziləri susuz qalacaq... Jurnalist rektorun köməkçisi təyin olundu Deputatlar bahalı hədiyyələri Milli Məclisə təhvil verəcək Qubada ərinin əmisi oğlu ilə qaçan gəlin polisə aparıldı Ucarda maşın yol kənarındakı dirəyə dəydi - Ölənlər var “Məktəblilərin İKT yönümlü peşələrə istiqamətlənməsi üçün tədbirlərin keçirilməsi” adlı layihənin icrasını davam etdirir. Deputat: Enerji içkisi adlansa da, heç bir enerji vermir “Nar TV” tətbiqini yüklə, smartfonda sevdiyin kanallara bax “Dilçilik İnstitutunda oturanların qüsurlarını taparıq” - Müğənnilərdən REAKSİYA “Azəriqaz” sayğacların qiymətini qaldırdı Leyla Əliyeva gənclər sərgisində - FOTO MTN generallarının bəraət istədikləri məhkəmədə hakim kimdir -DOSYE "Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edildi "Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edilib Azərbaycanda “Aİ-92” markalı benzinlə bağlı - MÜHÜM QƏRAR Ticarət mərkəzində qadın ac akulalarla dolu hovuza düşdü - VİDEO Minik və yük maşını toqquşdu - Xəsarət alan var “Myshops” şirkəti öz mağazasında “Apple” şirkətin yeni məhsullarını təqdim edib İradə Əlili Turkiyənin Tokat şəhərinə 2 ci kitab festivalına dəvət aldı Türkiyədən gəlmiş aydınlar: "“Hər zaman Azərbaycanın yanındayıq!” " Q. Paşayeva: "Birliyimizi gücləndirməliyik!" Novruz Məmmədov iki şöbə müdirini işdən çıxardı Şamaxı rayon şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbində Müstəqəllik Gününə həsr edilmiş tədbir keçirildi. Rəsul Məmmədov: "Hər il Kombat Ciu-citsu üzrə Avropa və dünya çempionatlarında iştirak edərək uğurlar əldə etmişik" Eldar Əzizov bu qurumun fəaliyyətini DAYANDIRDI - BU SƏBƏBƏ GÖRƏ (ÖZƏL) Baş redaktorun doğum günüdür Fiziki aktivlik sağlam həyatın əsasıdır – ŞAMAXIDA MÜZAKİRƏ
    File engine/metagen.php not found.