Elçin dünyasına səyahət-Sevindik Nəsiboğlu yazır...

    Elçin dünyasına səyahət-Sevindik Nəsiboğlu yazır...


    2019-cu ilin 22 noyabr günü mənim üçün çox tarixi bir gün oldu. Səbəbini deyəcəyəm.
    19-20 noyabr Milli Kitabxananın direktor müavini, dəyərli Ədibə xanımın qızı Fidan xanım məni xalq yazıçısı Elçinin yeni nəşr edilmiş 4 kitabının ("Daha dərin qatlara”,”45”,”Baş”,”Mənə niyə gülürlər””) təqdimat mərasiminə dəvət etdi. Mən çox sevindim və dərhal da dəvəti qəbul etdim. Çox həyəcanlanırdım. Elçin müəllimlə,tədbirdə iştirak edəcək bir çox tanınmış ziyalılarla əyani olaraq görüşəcəkdim. Bu arzular çoxdanın arzuları idi. Hələ 6 yaşımdaykən  başlayan arzular...
    6 yaşımdan mən İlyas Əfəndiyevi, eləcə də, Elçini, Timuçini, Yalçını və Turalı qiyabi tanıyırdım və onlar barədə məlumatlı idim. Elçinlə daha çox maraqlanmış, dəfələrlə onun məşhur "Baladadaşın ilk məhəbbəti”, " Ox kimi bıçaq və ya Arxadan vurulan zərbə”, "Sahilsiz gecə”, ”Əllər və rənglər”, ”Hökmdarın taleyi”, "Gözlə məni”, "Mahmud və Məryəm” filmləri ilə yanaşı, maraqlı cizgi filmi olan "Humayın yuxusu”na da baxmışam. Hamısı sənətkar qələmindən çıxıb, lakin, ən sevdiyim filmi "Mahmud və Məryəm” filmidir. Filmin "Mahmud”u Araz Bulud Eynəmli indi Türkiyənin ən tanınmış gənc aktyorudur.
    Gələk tədbirə.Tədbirdə iştirak edənlər o qədər ziyalı və tanınmışlar idilər ki, onlara baxanda çox həyəcanlanır və onların yanında olduğum üçün fəxr hissi duyurdum. Bir də ,Mədəniyyət Nazirimiz cənab Əbülfəs Qarayevin yanında "Kredo” qəzetinin ictimai müxbiri kimi təmsil olunduğuma  görə fəxr hissi duyurdum.
    Bu hiss məni nəinki tədbirdə, heç tədbirdən sonra da tərk etmədi. Mən Elçin müəllimin üzündəki müdrikliyi artıq canlı şəkildə görür və sezirdim.Onun kimi ziyalının tədbirində olmaq məni qürurlandırırdı.Tədbirdə gah 6 yaşımdakı hisslərim, duyğularım  arasında itir,  gah da bu günümdə tapılırdım. Bilsəydim, İlyas Əfəndiyevə yazdığım pyesimi də ona,o, gözəl insana təqdim edərdim. Qismət, evdə qalmışdı. 6 yaşımda itirdim, orada Elçin müəllimin də iştirak etdiyi "Bizim qəribə taleyimiz” sənədli filminə baxıb İlyas Əfəndiyev haqqında məlumat toplayırdım. 6 yaşımda itirdim, orada Elçin müəllimin   senarisini yazdığı bütün filmlərə və tamaşalara baxırdım. 6 yaşımda itirdim, Yalçın Əfəndiyevi "Üzeyir ömrü” filmində görürdüm. Və nəhayət 6 yaşımda itib Elçin müəllimlə görüşmək arzumun başladığını görürdüm.

    İndi isə Elçin müəllim qarşımdadır.Artıq mən onunla görüşmüşəm.Onu canlı-canlı görmüşəm.


    Tədbirdə xalq yazıçısı Anar, akademik Qəzənfər Paşayev, Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, xalq yazıçısı Çingiz Abdullayev, Ədəbiyyat Fondunun direktoru Əjdər Ol, dəyərli yazıçımız Afaq Məsud və təbii ki, Respublika Milli Kitabxanasının direktoru Kərim müəllim Tahirov, eləcə də xalq yazıçısı, təkcə yeni nəşr edilmiş 4 kitabın yox, neçə-neçə şah əsərlərin müəllifi Elçin Əfəndiyev də var idi. Onlara da söz verildi.


    Çixış barədə xəbərdar edilməsəm də qeyd etdiyim kimi bu tədbirə 6 yaşımdan hazırlıqlı idim. Əgər mənə orada söz verilsəydı və ya utancaqlıq etməyib özüm təşəbbüs göstərsəydim ürəyimi elə boşaldardım ki...Elçin müəllimin əsərləri, filmləri və tamaşaları haqqında ürək dolusu danışardım. Bu da Elçin müəllimə böyük pərəstiş etməyimdən irəli gəlir ki, belə sinədəftər danışa bilirəm.


    Çingiz Abdullayev məsləki yönündə çıxış etdi. Elçin müəllimin həm də dedektiv yazılar ustası olduğunu, bunun sübutu da "Ox kimi bıçaq” əsərinin olduğunu dedi.
    Afaq Məsud Elçin müəllimin hər yazısının, publisistik və ya sənədli də olsa, bədii mənalı çıxdığını dedi.
    Akademik Nizami Cəfərov isə araya zarafat da qatdı. O,Elçin müəllimin ”zəhminə” və "tənqidçiliyinə” görə yazılarını yazdıqdan sonra 1 ay müddətinə Elçin müəllimlə "uzaqlaşdığını” dedi. Afaq Məsudun fikrinə əlavə olaraq Elçin müəllimin hər yazısının dərslik olduğunu dedi və dərsliyə salınmasını xahiş etdi.
    Xalq yazıçımız Anar Elçin müəllimlə dostluğundan danışdı.
    Mən bir sözü də əlavə edərdim ki,Elçin müəllimlə Anar müəllim bir-birlərinə yazı da həsr etmişlər.
    Kərim müəllim Tahirov xalq yazıçısı Elçinin Milli Kitabxanaya olan köməyindən danışdı.
    Sonra Rübabə xanım Elçin müəllimə həsr olunmuş elektron məlumat bazasını təqdim etdi.Bu bazada Elçinin ilk kitabından tutmuş bu axarıncı 4 kitabına qədər biblioqrafiya,haqqında yazılanlar,onun haqqında çəkilənlər,onun çəkdiyi,Onun çəkdirdiyi şəkillər və s.mövzular var idi.
    Nəhayət,son söz müəllif və xalq yazıçısı Elçinə verildi.Elçinin  təbirincə desək, bu soyuq, yağışlı havada Elçinsevərlərin onun tədbirinə gəldiyinə görə təşəkkür və minnətdarlığını bildirdi.

    Tədbir sona çatdı. Mən Çingiz Abdullayevlə, Anarla və ən əsası Elçin müəllimlə görüşdüm. Onlara öz barəmdə  məlumat verdim. Çingiz müəllimə onun qələminin məhsulu olan "Dronqo” kitabını oxuduğumu və sevdiyimi dedim. Anarla görüşdüm və onunla görüşmək arzusunda olduğumu dilə gətirərək 2 şeir kitabımı Anar müəllimə təqdim etdim
    Sonda Elçin müəllimlə görüşdüm. Çox həyəcanlı idim. Zarafat deyil, belə bir ədəbi, siyasi və ictimai sahələrdə iz buraxmış, cığır salmış nəhənglə görüşürdüm.  Nəhayət yaxınlaşıb özümü təqdim etdim: "Elçin müəllim, mən gənc yazaram, 6 yaşımdan yazıram və 6 yaşımdan Sizinlə görüşmək arzusunda olmuşam. Sizin çoxlu filmləriniz var ki, mən həmin filmlərə dəfələrlə baxmışam. "Hərdən uçmaq istəyirəm” adlı şeir kitabimda dərc edilmiş "Füzuli” şerimdə İlyas Əfəndiyevin adını çəkmişəm.Hələ İlyas Əfəndiyevə yazdığım 5 pərdəlik pyesim də var . İndi isə burada "Kredo” qəzetini ictimai müxbiri kimi təmsil olunuram. Sizinlə görüşüm həmin qəzetdə və Asiya.ws -də dərc olunacaq. İstərdim ki, hər iki şeir kitabımı sizə təqdim edim.


    Elçin müəllim mənə səmimiyyət göstərdi, məmnunluqla kitablarımı qəbul etdi və hökmən oxuyacağını bildirdi.  Onun mənə "dost” dediyini heç vaxt yadımdan çıxartmaram.
    Hələ sonra Elçin müəllim mənə İlyas Əfəndiyevə həsr etdiyi  "Baş” adlı  tarixi kitabına avtoqraf yazmaqla hədiyyə etdi.
     


    Mən "Baş” romanını oxuyar-oxumaz Elçin müəllimin və İlyas Əfəndiyevin "Hökmdarın taleyi” filmi ilə müqayisə edəcəyəm.
    Bir söz də deyim, Elçin müəllim heç vaxt atasının yaradıcılığını unutmur. Atasının əsərlərinin motivləri əsasında çəkdiyi "Gözlə məni” və "Hökmdarın taleyi” filmləri buna sübutdur. Necə ki, S.Vurğunun "Komsomol” poeması əsasında Yusif Səmədoğlu "Yeddi oğul istərəm” filmini çəkmişdi.
    Elçin müəllimə həyatında ən mühüm olan can sağlığı, uzun ömür, yaradıcılığında yeni-yeni uğurlar və yeni-yeni kitablar çap etdirməyi arzu edirəm!
    Sevindik Nəsiboğlu.
    22.11.2019. saat 15:53.

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 460


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Q.Paşayeva MM-də çətin vəziyyətə düşən insanlarla bağlı şirkətlərə, imkanlı şəxslərə çağırış edib. Qənirə Paşayeva Tovuz rayonundakı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə bayram sovqatı göndərib Bakıda əhaliyə daha bir qadağa Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir COVID-19-dan qoruyan məhsulların siyahısı AÇIQLANDI Koronavirusa yoluxanlar: onları diqqətlə dinləyin – VİDEO Hazırda ən pis böhranla üz-üzəyik – Baş nazir “Tunel-Metro İnşaat“ MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 000 AZN yardım göstərmişdir. "Biz birlikdə güclüyük"!- Milli QHT Forumu ölkə ictimaiyyətinə müraciət etdi Gürcüstanda 5 uşaq koronavirusa yoluxdu Ucarda 60 yaşlı kişi qonşusunu "lapatka" ilə öldürdü Ermənistanda hərbçilər koronavirusa yoluxdu İşçiləri ixtisar edənlərə qarşı ciddi tədbirlər görüləcək - Nazirlik rəsmisi İtaliyada koronaviruslu xəstələrin olduğu xəstəxanadan görüntülər - VİDEO Hökumət dəstək tədbirlərini müəyyən edərkən hansı sahibkarlara üstünlük verəcək? Ceyhun Bayramov #TəmizƏllər kampaniyasına qoşuldu - VİDEO Karantin rejimini pozan yaşlıları hansı cəza gözləyir? — DİN-dən AÇIQLAMA Karantin rejimində vəziyyət necə olacaq – Bütün sualların cavabı bu yazıda Şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti dayandırılıb Koronavirusun yeni simptomları meydana çıxdı Nazirlər Kabineti Azərbaycan vətəndaşlarına xəbərdarlıq etdi - RƏSMİ Teledərslərə yenidən start verilir: Sabahın cədvəli “Nar”dan möhtəşəm dəstək: 500 min ianə, pulsuz rabitə... Fərman: ödədiyiniz məbləğin bu hissəsi geri qayıdacaq Almaniyada koronavirusa yoluxanların sayı 22 mini ötdü Azərbaycan jurnalistlərinə koronavirusla bağlı MÜRACİƏT Koronavirusa yoluxan futbolçudan açıqlama - “Gözlərim alışırdı” Azərbaycanda Yoluxucu Xəstəliklər Xəstəxanasında dörd yaşlı uşaq öldü Koronovirus üçün ayrılmış 1 milyard necə xərclənəcək? Azərbaycanda polisə aparılan 70 yaşlı kişi keçindi Çində güclü zəlzələ: Tələfat və dağıntı... Əgər elan olunan qaydalara kimsə əməl etməsə... – İlham Əliyev Koronaya yoluxan türk general öldü Ucarda 4 uşaq atası özünü güllələdi “Nar+” tətbiqini yüklə və hədiyyə qazan! Mehriban Əliyeva koronavirusla bağlı xalqa müraciət etdi Mənsimov cəza evindən açıqlama yaydı: Aclıq elan etdi... - Video Karantin rejimlərini pozanlara sərt cəzalar veriləcək Millət vəkili Qənirə Paşayeva ictimai təhlükəsizliyə təhdid yaradan informasiyalarla mübarizə istiqamətində vacib təkliflərlə çıxış edib. İtaliyada bu gün 349 nəfər dünyasını dəyişdi Türkiyədə bu gecədən bütün məkanlar bağlanır “Nar”abunəçilərinin internetdən istifadəsi 65% artıb Prezident Sahil Babayevi qəbul etdi Deputat Ermənistanla həmsərhəd olan ərazilərdə iqtisadi zonaların yaradılmasını təklif etdi Universitetlərə sənəd qəbulunun vaxtı dəyişdirildi Xaricdəki azərbaycanlılar bir-birinə belə dəstək oldu-Video Şəmkirdə azyaşlını maşın vurub. “Amerika iqtisadiyyatı asqıranda, Avropa iqtisadiyyatı sətəlcəm olur” - Elman Rüstəmov Faiz dərəcəsi ciddi şəkildə endirildi - Dollarla bağlı yeni xəbər Nigeriyada neft borusunda partlayış: çoxlu sayda ölənlər var – VİDEO Türkiyədə bütün əyləncə mərkəzləri bağlanacaq Qaydaları pozan restoranların fəaliyyətinə qadağa qoyuldu - RƏSMİ Operativ Qərargah vətəndaşlara növbəti dəfə müraciət etdi Qazaxıstanda da fövqəladə vəziyyət elan olundu İranın vitse-prezidenti sağaldı Muxtar Babayev yeni rəis təyin etdi Azərbaycanlı gənc o universitetə qəbul oldu - Məzunu 88 min maaş alır “Azəriqaz”dan xəbərdarlıq: Bu ərazilərdə xidmətlər məhdudlaşdırılacaq Koronavirusa görə əhali üçün bu xidmət işə salınır Hüseynqulu Bağırov həbs ediləcək Süni görüşləriniz də iyrənib sizdən, üzünüzə sillə vurur artıq. İrəvanın qorxulu röyası - Azərbaycan işğalçını Türk silahları ilə vuracaq İtaliyada koronavirusdan ölənlərin sayı 1266 nəfərə çatıb Deputat sayı artırıla, seçki sistemi dəyişə bilər – Sensasiya ABŞ-da koronavirusa yoluxanların sayı 2 mini ötdü 8-ci böyük böran gəlir: Bu ölkədən başlayacaq Dərslər yenə təxirə salına bilər` Azərbaycanda soyqırım haqqında qanunun qəbul edilməsi təklif olunur Ərdoğan xarici səfərləri təxirə salıb Hər bir deputat ayda 2 dəfədən az olmayaraq seçicilərin görüşünə gedəcək - ÖZƏL Tərtər, Ağdam, Füzuli rayonlarında mövqelərimiz atəşə tutuldu Milli Məclis bu gün toplaşır – Deputatlara vəsiqə veriləcək Baş nazirdən QƏRAR - Onlar 10 il müddətinə vergidən azad edildilər İspaniyada daha bir nazirdə koronavirus tapıldı Azərbaycanda gənc qız burun əməliyyatı zamanı öldü Qənirə Paşayeva “Beynəlxalq Mahmud Kaşqari Mükafatı” ilə təltif edilib. Uşaqların düzgün qidalanmaması nələrə səbəb ola bilər? Q.Paşayeva Milli Qəhrəman ailələri ilə görüşüb Daha 3 ölkə Rusiyaya neft müharibəsi elan etdi Vaşinqtonda fövqəladə vəziyyət elan edildi Sahibə Qafarovadan spiker kimi ilk AÇIQLAMA Əli Əsədov dollarla bağlı əhaliyə çağırış etdi Polşada da məktəblər koronavirusa görə bağlandı Bakıda Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılacaq - SƏRƏNCAM Toylar da təxirə salınacaq? - VİDEO Qənirə Paşayeva Mədəniyyət komitəsinin sədri oldu MM-in komitə sədrləri məlum oldu - Tam siyahı Bu gün Yel çərşənbəsidir YAP-çı və bitərəf deputatlar toplandı: MM rəhbərliyi bilinəcək Fransada nazir koronavirusa yoluxdu Azərbaycanlı tələbədən təsirli şeir: "Duyğularım əzik-əzik..." Tibbi maskaları baha qiymətə satan bir neçə dəstə saxlanıldı - Fotolar Bu həftə yeni çağırış Milli Məclis ilk iclasına toplanacaq ABŞ-da yeniyetmələr qızı vəhşicəsinə döydü - VİDEO Türkiyə sərhədində dəhşət yaşanır: yüzlərlə yaralı... "Real" "Betis"ə uduzdu Nigeriyada futbolçu oyun zamanı dünyasını dəyişdi – VİDEO Hindistanda insanlar viruslardan qorunmaq üçün peyin vannaları qəbul edir – VİDEO ABŞ Polşaya 100 milyonluq silah yerləşdirəcək Mingəçevirdə məcburi köçkünlərin binasında yanğın - Video
    File engine/metagen.php not found.