Salam Sarvan ölümlə hədələnir - QƏLƏM ƏHLİNİN SƏRT REAKSİYASI

    Salam Sarvan ölümlə hədələnir - QƏLƏM ƏHLİNİN SƏRT REAKSİYASI


    Tanınmış şair Salam Sarvanın sosial şəbəkədə yazdığı "Bu mental köpəklər, bu qurd köpəklər, Bu Turan köpəklər, bozqurd köpəklər...” statusu ciddi qalmaqala səbəb olub. Millətçi kəsim, bir çox ziyalılar onu tənqid edir, hədələyir, yazdıqlarının bütün türk dünyasına aid həqarət olduğunu ifadə edirlər. Şairi hətta ölümlə təhdid edənlər də var...

    Statusunun ajiotaja səbəb olduğunu görən Salam Sarvan onu sildi, sonra da müsahibə verdi. Bildirdi ki, əslində yazdıqları düzgün başa düşülməyib. Hədəfi yalnız bir qisim şəxs olub. Lakin gərginlik azalmayıb, onun linc edilməsi prosesi davm edir. 

    Bəs vəziyyətdən çıxış yolu nədir? Tanınmış şairin belə statusla çıxış etməsi nə dərəcədə başadüşüləndir? Ona edilən hücumlar adekvatdırmı?

    BakiPost.az məsələ ilə bağlı tanınmış qələm əhlinin fikirlərini öyrənib:

    BU, ŞAİRƏ YARAŞAN HƏRƏKƏT DEYİL

    Xalq şairi Sabir Rüstəmxanlı Salam Sarvanın belə bir status yazmasından təəssüfləndiyini bildirib:
     

     
    "Şair o səhvi etməməliydi. Amma sonradan səhvini başa düşübsə, bununla da məsələyə nöqtə qoymaq lazımdır. Ümumiyyətlə, o cür status yazmazlar. Salam şair olduğu üçün qəti şəkildə belə bir fikirlər yazmalı deyildi. Çünki bu, şairə yaraşan hərəkət deyil. Salam çox istedadlı şair və yaxşı insandır. Bizim də dostumuzdu. Düzü statusu oxumamışam, amma mən qətiyyən ondan belə bir status yazmasını gözləməzdim. Çünki bu bizim düşmənlərimizin ittihamlarından fərqli olmayan bir fikridir. Bozqurd türkün orta tarix boyu totemi, inanc yeri olmuş bir anlayış, xalqın təfəkküründə özünə yer yurd salmış məsələdir. Ona görə də belə bir məsələyə toxunmaq olmaz. Özü də təhqir formasında. 

    S.Rüstəmxanlı hesab edir ki, status silinibsə və yazdıqlanın səhv başa düşdüyünü deyibsə, məsələyə nöqtə qoymaq lazımdır: "Əgər Salam səhvini başa düdükdən sonra statusu silibsə, ona qarşı olan hücumları dayandırmaq lazımdır. Bütün hallarda insanlarımız qələm əhlinə, xüsusən də Salam Sarvan kimi istedadlı bir adama qarşı rəftarında diqqətli olmalı, ehtiyyala yanaşmalıdırlar”.

    SARVANI ƏZMƏK OLMAZ 

    Millət vəkili, yazıçı Aqil Abbas da hesab edir ki, məsələni uzatmaq lazım deyil:
     

     
    "Salam Sarvan çox istedadlı şairdir. Özü də türkdür. İnsan hansısa bir vəziyyətdə nəsə deyə bilər. Sonradan özü də açıqlama verib ki, bunu yalançı millətçilər və turançılar haqda deyib. Ona görə də bu məsələni uzatmaq düzgün deyil. 

    Ümumiyyətlə, onun kimi istedadlı bir şairi əzmək olmaz. Sonradan da səhvini və məsələnin doğru tərəfini deyib. Bir şairin hansısa bir ovqatda və ya zamanda dediyi sözə görə onun üstündə bu formada getməyi mən qəbul eləmirəm. İstedadlı şəxsləri və şairləri belə əzmək olmaz”. 

    Tanınmış jurnalist, yazar Zahir Əzəmət isə hesab edir ki, ilk növbədə qələm əhlinin sosial şəbəkələrdən uzaqlaşması lazımdır:
     

     
    "Bizim yazarların, ciddi şəxslərin və sənəd adamlarının bir az sosial şəbəkələrdən uzaq durması məsləhətdir. Çünki sosial şəbəkə bir sel kimidir. Burda kütlənin bütün təbəqələrinə çatarsan. 

    Sosial şəbəkələrdə bu qədər vaxt keçirmək, hamı ilə ünsiyyətdə olmağın sonu belə olur. Salam bəyin statusu ilə bağlı müxtəlif mövqelər var. Hesab edirəm ki, burda ən qəbul etməli olduğumuz məqam özünün mövqeyidir. O, açıqlama verib ki, statusunda hamının dediyi kimi bütün millətçiləri, turançıları və bozqurdları deyil, onlardan sui-istifadə edənləri nəzərdə tutub. Biz bu mövqeyi və açıqlamanı tutarlı hesab etməliyik”.

    Z.Əzəmət əlavə deib ki, şairə edilən təhdidlərlə bağlı hüquq mühafizə orqanlarına müraciət etmək zərurəti yaranıb: "Salam bəyə qarşı aparılan kampaniyada ona qarşı təhdidlər də hiss olunur. Hesab edirəm ki, belə məsələlərdə birbaşa hüquq mühafizə orqanlarına müraciət etmək daha məqsədəuyğun olar. Bu məsələləri status, fikir bildirmək və söz davası səviyyəsindən çıxartmaq lazımdır. Çünki məsələ saqqız kimi uzana bilər. Ən yaxşısı hüquq mühafizə orqanlarına müraciət etməkdir. Ona qarşı yönələn təhdidləri rəsmiləşdirmək lazımdır ki, hətta mənşəyi bilinməyən statusların, profillərin kimə aid olduğu və hardan qaynaqlandığı ortaya çıxsın. Ümumiyyətlə, son 10 ilin təcrübəsi göstərir ki, Azərbaycan insanı heç qızğın müzakirələrə, fikir müstəvisində sözlü atışmağa hazır deyil. Bizim insanlar sözdən daha çox bıçağa və ya baltaya meyli xalqdır. Bu mənada ən yaxşısı hüquq mühafizə orqanlarına müraciət etməkdir”. 

    SALAM HEÇ VAXT SƏBƏB OLMADAN NƏSƏ YAZMAZ
     
    Yazıçı Pərviz Cəbrayıl isə maraqlı bir fikirlə çıxış edib. Onun dediklərindən belə məlum olur ki, S.Sarvan statusu qəsdən yazıb:
     


    "Salam Sarvanla iç-içə olan bir adam kimi dəqiq bilirəm ki, o məlum iki misra statusa havadan çevrilməyib. Salam heç vaxt səbəb olmadan nəsə yazmaz. Deməli, ona qədər elə bir şey olub ki, şair o misraları yazıb. Üstəlik, həmin misralarda ideologiyaya, milliyyətə həqarət yoxdu. Salam türk oğlu türkdü, bunun özü çox şey deyir. Bəli, onun üçün milli ayrı-seçkilik yoxdu. Bununla belə, onun türklüyünə (soyuna-soyadına) dil uzadan olsa, yenə də çilədən çıxar və bənzər misralar yazar. Bildiyimə görə, məhz həmin o dil pəhləvanları, o daha arxalı zor qarşısında siçan deşiyi axtaran pafoslu "millətçilər, bozqurdlar, turançılar” onu ölümlə belə təhdid ediblər. Salam nə dil pəhləvanıdı, nə qol”.

    P.Cəbrayıl da hesab edir ki, şairə təhdidlərin edilməsiylə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanmalıdır: "Bütün hallarda iş qanunla həll edilməli, şair polisə rəsmi müraciət etməlidi. Ancaq onu da bilirəm ki, Salam həmişə problemi söz müstəvisində həll eləyən, polisdən-rəsmiyyətdən qaçan adam olduğuna görə bunu etməyəcək, hətta o tip adamların da incidilməyinə razı olmayacaq. Belə bir adama hədə-qorxu gəlmək, sübut edir ki, o, necə aşağı səviyyələrlə üz-üzə gəlib. Mənə görə, ona hədə biçmək bir türkün işi ola bilməz. Türk gücü artdıqca ədaləti artan qövmdü. Demək ki, onlar çox gücsüzdürlər. Gücləri sevgilərində yox, uzaq başı, qollarındadı. O qolları isə qanun rahatlıqla qandallaya bilər”.

    ONA HÜCUM EDƏNLƏR ELƏ QƏHRƏMƏNDIRLARSA, MƏNƏ MÜRACIƏT ETSINLƏR...

    Yazıçı Şərif Ağayar şair dostunu ifadələrində diqqətli olmağa səsləyib:
     

     
    "Salam Sarvan dəyərli qələm sahibidir. Ola bilsin ifadə tərzində bir az sərtlik, başqa cür yozulmağa imkan yaradan nüanslar olub, ancaq bu, qaragüruhun ona hücum etməsinə əsas verməməlidir. Salam yazısı bəlli, fikri bəlli, cəmiyyətə tənqidi-təqdiri münadibəti bəlli bir adamdır. Onu çox yaxşı tanıyır, hansı sözü nə üçün dediyini yaxşı bilirik. Ona hücum edənlər fikrindəki məcazı anlamayan, yaxud onu qəsdən kontestdən çıxaran insanlardır. Bir xalqa qarşı ən böyük ehtiram onun dilində ən gözəl əsərlər yaratmaqdır. Salam bu imtahandan keçmiş, xalq və toplumla bağlı ən sərt tənqidi fikirlər demək haqqı qazanmış şairdir. Ona hücum edənlər elə qəhrəməndırlarsa mənə müraciət etsinlər, bu vətənə Salamdan yüz min dəfə artıq əməli ziyan vuran adamları onlara tanıdım, qəhrəmanlıqları daha effektli olsun. Qələm adamın üstünə daş-qalaqla getməyin adını şükür allaha ki, məndən yaxşı bilirsiniz. Mən bu ifadəni işlətmək istəmirəm. Hamılıqla unudaq getsin. Qələm dostumuz da, istərdik ki, fikirlərinin ifadəsində daha korrekt olsun”.

    SÖZ-SÖHBƏTLƏRƏ "XİTAM VERMƏK” LAZIMDIR

    Şair Fərid Hüseyn deyib ki, şairin dediklərinin düzgün anlaşılmaması cəmiyyətin acınacaqlı durumundan xəbər verir:
     

     
    "Salam Sarvanın yazdığı şeir deyildi, o ifadələri şeir kimi təqdim eləmək avamlıqdı. Salamın özünəxas üslubuna bələdlər bunu yaxşı bilir. O fikir, sadəcə ironiyalı, tikanlı, gördüklərinə susmayan bir dildən qopan sözlər idi. Məsələni, bu qədər şişirtməyə ehtiyac yoxdur, söz-söhbətlərə "xitam vermək” lazımdır. Salam Sarvanın ruhu narahatlıqları onu belə danışdırır. Deyirlər, ən yaxşı vətənpərvərlik peşəkarlıqdı. Salam şairdi və şair kimi elədikləri - yazdıqlarıyla bu millətin mənəvi yatırını artırmaqla daha çox türkçü, daha çox millətçidi, daha çox insançıdı. Bəzi "kağız hər şeyə dözür” kəlamını bizə xatırladan, zəif nümunələrlə zövqsüzlüyə xitab edənlər, yaxud bəzi hardan baxasan ortabablar Salamı qınayır, yamanlayır. Yaraşmayandı... Düzü, isə Salam müəllimin belə şeylər yazmasını – bəzi ağızıboşların dişinin saqqızı, dilinin qınağı olmasını istəmirəm. Bir müddət əvvəl yaxşı, ürəkaçan şeir "dəsti” ilə həqiqi poeziya adamlarını çox sevindirmişdi. Əsl şairlərə, zənnimə aldanmıramsa, onsuz da, şeirdən başqa şeylərdə özünüifadə verilməyib... Salam müəllimə ruhi dinclik arzularımla...”

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 476


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    “Qarabağ Qaziləri” Amputant Futbol Federasiyası Fəxri Xiyabanda olub-VİDEO İKİ ƏSRİN ŞAİRİ:Nizami Muradoğlu “Nar” Azərbaycanda yaşıl enerji və aqrar texnologiyaların tətbiqini dəstəkləyir Ümummilli lider Heydər Əliyevin anım günüdür Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi - VİDEO Fransada “insan haqları”: aksiyaçılara divan tutulur… Prezident rektorlarla bağlı fərman verdi Bakıda məşhur parkdakı obyektlər sökülür - Eldar Əzizov əmr verdi - FOTOLAR Azərbaycanda vəzifəli şəxslər barəsində cinayət işi başlanıb "Bu münaqişənin həlli mümkün olmayacaq" - Paşinyan (VİDEO) “Nar” gənclərə karyera qurmaqda dəstək olur Fazil Məmmədov ölümdən döndü 4 uşaq anası dəm qazından boğularaq ölüb Leyla Əliyeva beynəlxalq forumda - Fotolar Heydər Əliyev atası ilə Rusiya lideri Vladimir Putinin birgə fotosunu paylaşıb. Ucarda ev yanıb Tofiq Musayev növbəti döyüşünə hazırlaşır Avropada etirazlar səngimir: Hollandiyada da başlandı - FOTO Yaxın gələcəkdə məhv olması ehtimal olunan ölkələr - SİYAHI Bakıda məktəblilərin qəzaya uğradığı avtobusun sürücüsü həbs edildi Deputatdan etiraz: Böyük vəsaitlərə salınan yollar tez bir zamanda sıradan çıxır Azərbaycanda bu kommunal xidmətin qiyməti 5 dəfə artırıla bilər Keçmiş deputatın oğluna cinayət işi açıldı - biznesini idarə edir... Samir Şərifovdan manat AÇIQLAMASI: "İndi bunu başqa cür yozurlarsa..." (VİDEO) Neft hasilatının azaldılması qərarını Azərbaycan da dəstəkləyib Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu - FOTO Xırdalan sakinlərinin nəzərinə! Bakıda yeni tikilən 20 mərtəbəli binada DƏHŞƏTLİ HADİSƏ – ÖLƏN VAR Şagirdlərin olduğu avtobus qəzaya düşdü - Yaralılar xəstəxanaya aparıldı Deputat özəl telekanalların bağlanmasını təklif etdi Orduxanla bağlı cinayət işi açıldı - Axtarış elan olundu Nazirdən Fəxrəddin Manafovun teatrdan getmə xəbərinə reaksiya — Araşdırma aparılır + VİDEO Azərbaycan və Rusiya arasında müzakirə: Hərbi sənayedə... “Nar” media nümayəndələrinə yeni məhsullarını təqdim etdi "Azərbaycanda heç bir devalvasiya gözlənilmir" — Deputatdan Samir Şərifovun fikirlərinə REAKSİYA Nazirdən Fəxrəddin Manafovla bağlı ciddi - Tapşırıq Natiq Məmmədov Aparat rəhbəri təyin olunacaq Bakıda şirkət əməkdaşına silahlı hücum edildi “Nar”-dan eşitmə və nitq məhdudiyyətli şəxslər üçün pulsuz video zənglər Ermənistanın hərbi təyyarəsi yoxa çıxdı – Təcili Bakıda havanı çirkləndirən şəxs 2500 manat cərimələndi Politoloq: “Gürcüstandakı mitinqlərdən inqilab qoxusu gəlmir” Bakıda binanın eyvanı uçdu - FOTO Kələmin qızıldan qiymətli faydaları... Ucarda iki maşın toqquşdu, biri yandı Erməni general ruslara yalvardı: “Xahiş edirəm, Qarabağ məsələsini müharibə ilə həll etməyin…” Türkmənistandan Xəzərin statusu ilə bağlı – Qərar Sadəcə pıçıldayıram: ayıb olsun! - Amaşov “Nar”“BakuTel-2018” sərgisində iştirak edəcək Zakir Qaralovdan YENİ TƏYİNAT Bakıda yerüstü metro tikiləcək Bakı metrosundan qızların davasına MÜNASİBƏT (VİDEO-YENİLƏNİB) Geomaqnit qasırğası olacaq – Xəbərdarlıq Ziya Məmmədovun zavodunda bülletenə çıxan rəis işindən kənarlaşdırıldı - VİDEO Azərbaycanlı tələbənin Qarabağ sualına Sərkisyanın cavabı “Nar”-daneşitmə və nitq məhdudiyyətli insanlara növbəti dəstək “Nar” 2018-ci ilin üçüncü rübünün nəticələrini açıqladı Azərbaycanda vəzifəli şəxs həbs olundu Bərdədə 140 nəfərin baltalı davası: qıza görə... - Təfərrüat Azərbaycan rəqsləri bəşəriyyətin mədəni irsi siyahısına salındı - VİDEO Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələnib "Təhsil sahəsində neqativ hallar var" - Əli Əhmədov “Əgər Paşinyan münaqişənin həllində maraqlı olsaydı...” - XİN-dən AÇIQLAMA Elmar Vəliyevin oğluna yüksək VƏZİFƏ VERİLDİ Milli Məclisin deputatları İrəvana getdilər Azərbaycanda TV və radio yayımı dayandırılacaq Bakıda dövlət xəstəxanasında BİABIRÇILIQ - Əməliyyat edilən xəstə iflic oldu Bakıda yaşayış evi partladı: iki nəfər… Tanınmış təhsil eksperti vəfat etdi Talıbov Gömrük sədrini vəzifədən azad etdi - Fərman AMEA-nın müxbir üzvü vəfat etdi Bakıda DƏHŞƏT: Qayın yeznəsini 7 yerindən bıçaqladı Paşinyan Belarusdan imtina etdi - Qalmaqal “Nar”-dan fiziki məhdudiyyətli insanlara karyera fürsəti Şabranda ikimərtəbəli ev yandı Azərbaycanda polis kapitanı balta ilə vuruldu İcma əsaslı social reabilitasiya mərkəzi Samux rayonunda sağlamlıq imkanları məhdud uşaqlara xidmət göstərir. Sürücülüyü öyrənmək istəyirsinizsə, peşəkara müraciət edin-MÜSAHİBƏ Şahin Tatlısəsdən növbəti ifa: "Yaralı kalbim..." Türkiyəli diplomatdan Azərbaycana birmənalı dəstək - ÖZƏL Azərbaycanda bu xəstəxananın cəmi bir həkimi var, o da 81 yaşında... - Video “Nar” 4G istifadəçilərinin sayı yarım milyon oldu BDU-nun tələbəsi itkin düşüb - FOTO Abel Məhərrəmovun səfir oğlu geri çağırılır? - XİN-dən AÇIQLAMA 27 yaşlı gənc itkin düşüb-Foto “Nar-ın sərfəli internet qiymətlərimüştəriloyallığıindeksiniartırır “Azərbaycan-Türkiyə” Dil və Mədəni Əlaqələri Beynəlxalq Simpoziumu başladı-Fotolar Lənkəranda çaqqallar kəndə hücum etdi: 4 nəfər... – Foto Nazir bu gənclərin taleyindən danışdı Sabah güclü külək əsəcək, QAR YAĞACAQ - XƏBƏRDARLIQ “Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir Millət vəkili Q.Paşayeva bir sıra xarici ölkələrin fəal xanımlar ilə Qarabağdan danışıb Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu - FOTO/VİDEO Pensiyalarla bağlı yeniliklərin detalları açıqlandı - VİDEO 160 saylı avtobusun başı bəlada: yenə toqquşdu - Video Fazil Məmmədov yenidən xəstəxanaya yerləşdirildi Abunəçilər “Nar”-ın Müştəri xidmətinin fəaliyyətini yüksək qiymətləndirir Lakı asetonsuz necə təmizləmək olar? - Bu üsullar sağlamlığa ziyan vermir Lakı asetonsuz necə təmizləmək olar? - Bu üsullar sağlamlığa ziyan vermir Azərbaycanda DƏHŞƏT: Ana körpəsinin göbəyini qayçı ilə...
    File engine/metagen.php not found.