"Samirin bütün yalanlarını açacam" - Kamran Həsənli


    Müğənni Samir Piriyevlə aparıcı Kamran Həsənli arasındakı pul qalmaqalı uzun müddətdir davam edir.

     

    İcxeberler.info Axşam.az-a istinadən məlumatına görə, sənətçi K.Həsənlinin ondan 110 min dollar aldığını və illərdir geri qaytarmadığını bildirib. S.Piriyev məhkəməyə müraciət edib və K.Həsənliyə qarşı cinayət işi açılıb.

     

    Kamran Həsənli iddiaları uzun müddət cavabsız qoysa da, bu dəfə susqunluğunu pozub. O, saytımıza açıqlamasında müğənninin onun əleyhinə verdiyi açıqlamalara münasibət bildirib:

     

    "İki ildir Samir bu haqda danışır. Məhkəmənin heç bir qərarı yoxdur, iş polisdədir. Təhqirlər hələ də davam edir. Artıq mənim də danışmağım lazımdır. Burada bir çox yalanlar ortaya atılıb. Birincisi, Samirin bütün yalanları üzə çıxıb. İlk ərizəsində polisi aldadıb. Yazıb ki, mən Kamrana pul verdim, amma getdim gördüm ki, Türkiyədə obyekt yoxdur. Bunu guya aldatmışam. İstintaq zamanı ortaya çıxdı ki, obyekt var və Samir dəfələrlə orada olub, sahibi ilə də görüşüb. Pasportu yoxlanıldı və ölkəyə girişi-çıxışı görüldü. Özü də avtomobillə gedib-gəlib. Pulu da orada özü aparıb verib.

     

    250 min verməli idi, 115 min verib. Ərhan Yılmaz adlı adama verib pulu və bizlə şərik olub. Mən də orada şərikəm, 300 min avrom batıb, türkün isə 3 milyonu... Özü dələduzluq edib, polisi aldadıb.

     

    Deyir ki, ona 15 min pul qaytarmışam. Pulu mən yox, Ərhan Yılmaz qaytarıb. Ərizəsində əvvəl yazıb ki, 80 min pulu burada maşında mənə verib. İkinci dəfə ərizə yazıb ki, guya çay evində ondan pul almışam. İkinci yalanı da budur.

     

    Deyir Ərhan Yılmazı Türkiyədə həbs ediblər. Əksinə, Ərhan bezib özü Bakıya gəldi, polis idarəsində Samirlə üzləşdi. Dedi ki, Samir 115 mini Türkiyədə ona verib və Ərhanın sahib olduğu petrol şirkətinə yatırıb.

     

    Ərhanın ifadəsindən sonra bu gülməli istintaq işi bağlanmalı idi. Çox gülməli bir prosesdir. Bu mülkü işdir, cinayət deyil. Amma Samir müstəntiqlə əlbir olub, işi uzadır. Samir Ərhan Bakıya gələndən sonra iş bağlandığını görüb, yeni şahid tapıb. İddia edir ki, çay evində mənə pul verəndə bərbəri də yanında olub. Sabah manikür ustası, masaj edəni də tapıb gətirər, şahid kimi göstərər.

     

    2009-cu ildə çay evində çalışan şəxsi tapıb gətimişik. Deyir, otaqda pul vermişik. Amma ortaya çıxdı ki, özünün dediyi çay evində heç otaq yoxdur. Elariz Məmmədoğlu da işin içində idi, ifadə verdi. O da bizə şərik olmaq istəyirdi. Amma pulu bir il sonra gətirdi, dedim şirkət batır, vermə. Əgər mən dələduz olsaydım Elarizin də pulunu alardım.

     

    2009-cu ildə hadisə olub, niyə Samir 2016-cı ildə şikayət edib? Gedib obyekt görməyibsə, elə gəlib verərdi polisə də. Düşünür ki, Kamranı şikayət etsəm, qaça-qaça pulu gətirəcək. Bəs, mən itirdiyim 300 mini kimdən alım? Bu, biznesdir, pulu batırdıq. Burada itirərlər də, qazanarlar da. Qazansaydı, Samir gəlirindən mənə xeyir verəcəkdi?".

     

    K.Həsənli bildirib ki, mətbuat konfransı keçirəcək və orada bütün sualları cavablandıracaq:

     

    "Həftənin çərşənbə axşamı saat 12:00-da Nizami Kino Mərkəzində mətbuat konfransı edəcəm. Samirlə bağlı şok açıqlama verəcəm. Onun işi ora-bura ərizə yazmaqdır, insanları şərləməkdir.

     

    Bu qədər yalandan sonra iş hələ də bağlanmırsa, demək müstəntiq onun adamıdır, mənim yox".

     

    Şoumen S.Piriyevin onu müxalifətçi olmaqda günahlandırmsına da cavab verib:

     

    "Rəzil sözlər danışır. Guya mən müxalifətçiyəm. Bilmirəm, bunun pulla nə aidiyyatı var? Səbr kasamı daşırmasın. Milliyətçi biriyəm. Mən dövlət, müstəqillik uğrunda sovet imperiyasına qarşı vuruşanda Samir iməkləyirdi. Məni hamı tanıyır. Heç kimin bir qəpiyinə göz dikməmişəm. 90-cı illərin əvvəllərində mən sovet imperiyasına qarşı müstəqilik uğrunda küçədə savaşan olmuşam. 1990-cı ilin 20 Yanvar hadisələrində azadlığım uğrunda vuruşanda sovet imperiyası tərəfindən həbs edilmişəm".

     

    Xatırladaq ki, müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək K. Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib. Daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

     

     

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 109


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    İmkanlılar ehtiyacı olanlara şərait yaratsın - Prezident Məktəb direktoru: "Jurnalisti yıxıb, üstündə oturdum..." Olimpiada qaliblərinin imtahansız qəbulu... - Nazir Tramp Əliyevə məktub yazdı: “Sizinlə birgə işləməyi səbirsizliklə gözləyirəm” Millət vəkili işğalçı Ermənistanlın qətlə yetirdiyi körpələrdən danışıb. Kərə yağları ziyanlıdırmı? - Mütəxəssis açıqladı Çayrəsullu kəndinə sel ciddi ziyan vurub- Foto+Video Təyyarə təcili eniş etdi - 52 nəfər yaralandı “Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi Polisdə döyüldüyünü deyən qadının iddialarına DİN-dən CAVAB: ''O, hay-küy salaraq qəfil DYPB-yə daxil olub' Göbələkdən kütləvi zəhərlənmə: 15 nəfər ölüb – YENİLƏNİB Jurnalist Ülviyyə Həsənaqızına dəstək məqsədilə xeyriyyə aksiyası keçirilib-foto Q.Paşayeva Avstraliya Xarici İşlər naziri ilə görüşdə Qarabağdan danışıb “Nar” Ümumrespublika İnformatika Olimpiadasının qaliblərini mükafatlandırdı Q.Paşayeva Laosun Qadınlar Birliyinin nazir müavini Bouachanh Syhanath ilə görüşdə Qarabağdan danışıb Ermənistan XİN: “Münaqişənin sülh yolu ilə həlli vacibdir” Bakıda OĞURLUQ: Ödəmə aparatını kəsib, pulu apardılar - FOTO Valideynlər uşaqları elə həddə gətirirlər ki, iş hətta intihara sürüklənir Ərdoğan: “İsrailin zülmünə razılıq verməyəcəyik” “Yeni nazirlər hər şeyi ələ alıb buynuz göstərəcəklər” Şamaxıda dəhşətli intihar - 13 yaşlı şagird özünü asdı Jirinovski Böyük Azərbaycan xəritəsi yaydı – bu, nəyin mesajıdır? “Normal adam deyə bilməz ki, şəhidlər bizə görə şəhid olmayıblar...” Q.Paşayeva Banqladeşin baş naziri ilə görüşdə Qarabağdan danışıb Gözlər Türkiyə və İranda: islam dünyası birləşəcək? Mərhum jurnalistin bacısına mənzil verildi Qaloş... Sabunçuda əməliyyat - Narkotacir saxlanıldı “Nar” yeni “Avropa” paketini təqdim etdi Bakıda lift şaxtaya düşüb, 4 nəfər ağır xəsarət alıb “Koroğlu” MMC-də Eldar Mahmudov çetesinin izləri - sensasion faktlar Öd daşı nə zaman yaranır? İran üçün həyəcan təbili: İsraildən həlledici hücum Nazir üzr istədi, aksiyaya bir həftə fasilə verildi - Video Azərbaycanın “Qarabağ qaziləri” futbol komandası Gürcüstanın “Tblisi” komandasına qalib gəldi “Nar” mətbuat nümayəndələri ilə ənənəvi görüşünü keçirdi Q.Paşayevanın təklifini Sivas bələdiyyə başqanı dəstəkləyib İcra başçısı Lütvəli Babayev ictimai fəalı qondarma ittihamla şərləyib həbs etdirdi "Həyat Fondu”nun yaranmasından bir il ötür. Qənirə Paşayeva Efeler bələdiyyə başqanı ilə görüşüb və Qarabağla bağlı çağırış edib AMEA-da 9 yaşlı məktəbli ilə görüş keçirildi- Fotoıar Azərbaycanda azyaşlıların toyu oldu: Bəyin 12, gəlinin isə 14 yaşı var (FOTO) 5 nəfər həbs edildi (VİDEO) “Nar”ilə “WhatsApp” artıq pulsuzdur Səlim Müslümova daha bir zərbə - korrupsiya ittihamı rəsmiləşdi IDMANÇILAR ÜMUMMILLI LIDERIN MƏZARI ÖNÜNƏ ƏKLIL QOYUBLAR Q.Paşayeva Sivasın ən böyük parkı Azərbaycan-Qarabağ parkı və Şəhidlər abidəsinin açılışında iştirak edib. II Dünya Müharibəsində Tarixi Qələbənin Əldə Edilməsində Xalqimizin Qəhrəmanliği Heç Vaxt Unudulmayacaq İrəvanda etiraz aksiyası keçirilir - VİDEO Bu gün televizyalar abırsızlar,əxlaqsızlar yuvasına çevrilib Ulu Öndər Heydər Əliyev 95: Dünyaya Təqdim Olunan Yeni Azərbaycan “Heydər Əliyev irsi: multikulturalizm və müasir dövlət quruculuğu paradiqmaları” mövzusunda Beynəlxalq konfrans keçirilib. Q.Paşayeva Kocaeli Kitab Fuarında konfrans verib və Şuşadan danışıb Şuşanın işğalından 26 il ötür İcra başçısı dəhşətli qəzadan DANIŞDI: "Laped onların üstünə aşıb, boğulublar" Bakıda dərman mafiyasına qarşı əməliyyat: Həbslər var “Heydər Əliyev və Azərbaycanın inkişaf konsepsiyası” mövzusunda elmi-praktik konfrans keçirilib. Qənirə Paşayeva Malayziyanın tanınmış şəxsiyyətləri ilə Qarabağdan danışıb Millət vəkili Q.Paşayeva Malaziyada Azərbaycanla bağlı geniş məruzə ilə çıxış edib. Bineqedi rayonunda yaşayan gözəl bir ailənin vətənpərvər evladları, Əli və Zəhra. Tofiq Musayevdən növbəti möhtəşəm qələbə -Video “Nar”-dan 40 qəpiyə bütün istiqamətlərə günlük 20 dəqiqə Nazirlər Nazim İbrahimovun qızının toyuna qatılmadı - FOTO Yaşlı kişi marketin qarşısında öldü, yoxsa öldürüldü? - Göyçayda Qaradağ rayon Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş Cüdo növü üzrə Açıq Respublika Turniri keçirildi. Kiyevdə partlayış baş verib, ölən var Bakıda mikroavtobus yanıb Millət vəkili Q.Paşayeva Milli Məclisdə əlillərin hüquqları ilə bağlı təkliflərlə çıxış edib Ziya Məmmədovun oğlu 20 milyona bu ölkənin vətəndaşlığını aldı Aprel şəhidi Murad Məmmədov haqqında “Şərəfli ad” sənədli filmi təqdim olundu Nazir müavinindən əlilləri sevindirəcək AÇIQLAMA Misir Mərdanovun kürəkəni işdən çıxarıldı Abşeronda idman fənn aylığına yekun vuruldu Nazirlikdən 1 saylı körpələr evi ilə bağlı yayılan görüntülərlə bağlı AÇIQLAMA ŞİRVAN SAKİNİNDƏN NARKOTİK MADDƏ GÖTÜRÜLÜB I rübdə “Nar”ın mobil internetindən istifadə 68% artıb Mərhum jurnalistin bacısı kirayə haqqını ödəyə bilmir - PROBLEM FHN-in əməkdaşı kempo-karate döyüş növü üzrə dünya çempionatında ikinci yeri tutub Sevgi dolu bir dünya üçün dəyişək-Kəmalə Paşayeva Novruz Məmmədovdan daha bir qərar - Tütünlə bağlı yenilik "Bu ölkə 2025-ci ildə nüvə silahı hazırlaya bilər" - Ağ Ev Süpürgəçi zibil qutusunda qızıl külçələr tapdı Deputatı döyüb Bakıya qaçan kimdir? – VİDEO ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLDİ "Qarabağla bağlı heç bir güzəştdən söhbət gedə bilməz"-Paşinyan Bakıda tarixi binanın üzərində tikilən bu mənzil kimə məxsusdur? – AÇIQLANDI (FOTO) “Şəfa Broyler” şirkəti məhsullarının qiymətini 15 faiz qaldırdı - QİYMƏT CƏDVƏLİ Milli Məclisin plenar iclası başladı “Gilan Holdinq” vətəndaşın torpağını mənimsəyib? Bağça müəllimi dəcəllik edən uşağı dostlarına döydürtdü - FOTO+VİDEO “Oftalmologiyanın aktual problemləri” adlı beynəlxalq elmi-praktiki konfrans keçirildi-Video Qarabağ qazilərindən ibarət futbol komandası Gürcüstanın eyniadlı komandası ilə görüşəcək. Sabahdan ibtidai siniflər tətilə çıxır Qaçış başladı: Milyonçular Rusiyadakı əmlaklarını satır Sərnişinlərə şad xəbər: 17 marşrut xətti... Bələdiyyə məktəblərinin yaradılmasına məhdudiyyət qoyulmayacaq “Onlar etdikləri hər bir əmələ görə cavab verəcəklər” QHT “Yaşlı insanlar üçün sosial adaptasiya və dəstək proqramı” layihəsinin icrasına başlayıb Nə üçün axşam yumurta yemək olmaz? Bakıda üçmərtəbəli villa yandı
    File engine/metagen.php not found.