"Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov AzNews.az-a açıqlamasında sosial şəbəkələrdə yazılan məlumatları əsassız adlandırıb:

"Konsert çox yaxşı keçib. Bunu yazan səviyyəsiz adamdır. Sosial şəbəkədə kim nə istəyir yazır. Amma biz heç kimə fikir vermirik. Bu gün də konsertin davamı olacaq. İki aydır konsertin reklamı gedir. Bu, necə ola bilər ki, konsertə bilet satılmasın? Allah eləsin, bizi elə həmişə müzakirədə etsinlər. Müzakirə olunmamağımız o deməkdir ki, "Bu şəhərdə”nin sonudur. Bir vaxt vardı ki, hamı "Rəfaellə Çoşqun avrad paltarı geyinir”, "reytiniqləri yoxdur” və "onlar Bakıdakı konsertləri zamanı zalı süni yolla doldururlar” deyə müzakirə edirdilər. Hər bir konsertin özünün xərci var. Bəzi insanların gözü götürmür, paxıllıq edir. Onlar bunu bilsinlər ki, Heydər Əliyev Sarayında ən çox konsert verən "Bu şəhərdə” olub.

Qeyd edək ki,"Bu şəhərdə”nin Lənkəranda baş tutan konsert proqramında məktəblilərə məcburi bilet satıldığı barədə xəbər yayılıb. Şəhər məktəblərində çalışan bir neçə müəllim sosial şəbəkədə paylaşım edərək məlumatın doğru olduğunu qeyd ediblər. Biletlərinin qiymətinin 40 manat olduğu da vurğulanıb.