Bu barədə AzNews.az-a xalq artisti Ramiz Məlik bildirib. Xalq artistinin sözlərinə görə, Məleykə Əsədovanın ona qarşı qaldırdığı iddia ərizəsi üzrə məhkəmə prosesi başa çatıb:

"İddialar təmin edilmədi. Bununla da məhkəmə başa çatdı. İndi Məleykə xanım özü bilər, istəsə apellyasiya məhkəməsinə verər. Sağ olsun, Nəsimi Məhkəməsinin hakimi Natavan Tağıyevanı, o, bu işə ədalətlə yanaşdı, vəssalam”.

Qeyd edək ki, M.Əsədova ilə həmkarı R.Məlik arasında qalmaqal yaranıb. Nəticədə Məleykə Əsədova onun təhqir olunduğunu əsas gətirərək həmkarından 200 min manat məbləğində təzminat tələb edib. Həmçinin Ramiz Məlik də qarşı tərəfə 300 min manatllıq iddia qaldırıb.