GHK eks-prezidenti Nicat Müslümov: “20 Yanvar biz gənclər və gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsidir”

    GHK eks-prezidenti Nicat Müslümov: “20 Yanvar biz gənclər və gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsidir”


    Azərbaycan gəncliyi vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, fəallığı, intellekti, müasirliyi ilə seçilir. Ümummilli məsələlərin həllində gənclər ön sırada Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvələri ilə ölkəmizin çiçəklənməsinə və tərəqqisinə öz dəyərli töhfələrini verirlər. Azərbaycan Prezidentinin gənclər siyasətinin başlıca məqsədləri gənclərin hərtərəfli inkişafını təmin etmək, onların sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şərait yaratmaqdır. Gənclərimiz bu sahədə dövlət tərəfindən atılan addımları çox yüksək qiymətləndirir. Elə müsahibimiz də ictimai-siyasi fəal gənclərdən biri, ” Gənc Heydərçilər Klubu ”-nun eks-prezidentI Nicat Müslümovdur.
    -Gənclərimiz Azərbaycan tarixi, dövlətçilik ənənələri və mədəni irsə nə dərəcədə bağlıdırlar?
    -Gənclərimizin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda davamlı inkişafı, cəmiyyətin ictimai-siyasi həyatında intellektual və yaradıcı potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrdə öz aktuallığı ilə diqqət çəkən və dövlətimizin xüsusi qayğısını tələb edən prioritet məsələlərdəndir.
    - 20 Yanvar hadisəsi xalqımız üçün nə dərəcədə qəhrəmanlıq nümunəsidir?
    - Sovet imperiya başçıları 1990-cı ildə xalq hərəkatını boğmaq, Azərbaycanın müstəqilliyə doğru gedən yolunu bağlamaq üçün müdhiş bir qırğın planı hazırlamışdılar. M.Qorbaçovun başçılıq etdiyi Sovet rəhbərliyi SSRİ-nin dağılmasının qarşısını almaq, azadlığını tələb edən başqa xalqlara da "dərs vermək” üçün bütün SSRİ ərazisində azadlıq hərəkatının ən güclü mərkəzi olan Bakını qan içində boğmaq qərarına gəlmişdi. "Hər kəs qəlbindən pay biçər” deyiblər babalarımız. Doğru deyiblər. Cəlladlar bizim şəhidlik şərəfimizdən xəbərdar deyildilər. Əliyalın, lakin sinəsində Azərbaycan sevgisi yaşayan yüzlərlə oğul və qızlarımız- 13 yaşlı İlqardan tutmuş, 73 yaşlı Vəfadar kişiyə kimi neçə-neçə insanımız şəhid oldu. Həmin gün düşmən gülləsinə tuş olan İlhamla bu ölümü qəbul etməyib özünə qəsd edən Fərizənin dastanı dillərə düşüb. Ulu öndər Heydər Əliyev deyib ki, 20 Yanvar hadisəsinə hüzn günü kimi deyil, qəhrəmanlıq günü kimi baxılmalıdır. Bu baxımdan, 20 Yanvar günü biz gənclər və gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsidir. Həmin günü insanlar əliyalın silahlı qüvvələrin qarşısına çıxıb və qan su yerinə axıdılıb. Lakin imperiya qanlı əməlləri ilə Azərbaycan xalqının azadlıq hərəkatını boğa bilmədi. Azərbaycan xalqı bu böyük faciədən ibrət dərsi aldı, daha da sıx birləşdi, müstəqilliyə gedən yolu yaxınlaşdırdı.
    - Gənclərdə vətənpərvərlik ruhu hansı səviyyədədir?
    - Vətənpərvərlik sözdə yox, əməldə olmalıdır. İnsanlar təkcə nəsil baxımından deyil, həm də vətənpərvərlik baxımından doğma olurlar. Azərbaycanın yeraltı sərvətləri bəllidir. Ölkəmizin yerüstü sərvətləri isə vətənpərvər insanlardır. Azərbaycan xalqının ən böyük sərvəti onun uğrunda canından keçən qəhrəman döyüşçüləridir. Bu, ona görədir ki, Azərbaycan xalqı hər zaman öz gəncini mübariz, vətənpərvər ruhda tərbiyə edib. Elə buna görə də, Azərbaycan gənci cəmiyyətimizə öz töhfəsini daha çox bu ruhda ortaya qoyur. Bu gün Azərbaycan gənci birləşməyi bacarmaq əzmindədir.
    -Azərbaycan gənci vətənpərvərlik baxımından cəmiyyətimizə öz töhfəsini verə bilirmi?
    - Vətənpərvərlik ruhu həm də genetik daşıyıcısı olduğumuz soy-kökümüzdən bəhrələnir. Azərbaycançılıq məfkurəsi, vətən-torpaq sevgisi gənclərin ideyalarının, arzularının qayəsini təşkil edir. Bu düşüncə və duyğunun sözlə ifadəsi bəzən çətin ola bilər. Amma hər bir Azərbaycan gəncinin ruhunda vətənə, torpağa sevgi sonsuzdur. Sözlə ifadəsi çətin olan hisslər çox vaxt daha qabarıq təzahür edir. Daha güclü rezonans effekti əks etdirir. Mübariz İbrahimov kimi! Bu gün Azərbaycan gənclərinin qəlbində eyni düşüncə mövcuddur - Azərbaycan sevgisi. Gənclərimizin beynində vətənpərvər ideyalar kök salıb. Müxtəlif sferalarda fəaliyyət göstərən, inkişafda olan gənclərimiz yüksək amallarla yaşayır. Onların prinsip və arzuları vətənpərvərlik ruhumuzdan bəhrələnir. Ordu, hərbi-müdafiə sahəsində və bütün sahələrdə vətənpərvər ruhla çalışan gənclərimiz fərəh doğurur. Elm, təhsil, mədəniyyət, incəsənət, ictimai-siyasi yöndə fəaliyyət göstərən gənclərimizlə fəxr edirik. Bu gün həmin işlər ölkəmizin hüdudlarından kənarda eyni ahənglə aparılır. Bu yöndə gənclərimizin rolu xüsusilə təqdirəlayiqdir. Milli-mənəvi dəyərlərin təbliğində gənclərimizin ciddi səyi yüksək qiymətləndirilir. Gənclərimiz dünyanın əhəmiyyətli ölkələrində müxtəlif təşkilat, birlik, qurumlar yaradır. Layiqincə təmsilçilik missiyası həyata keçirirlər. Belə fəaliyyət çox vaxt şəxsi təşəbbüs və öhdəlikdən qaynaqlanır. Bu ideyaların müəllifləri məhz gənclərimizdir. Diqqət çəkən, önəm verməli olduğumuz məqamlar çoxdur. Milli şüurun, vətənpərvərlik ruhunun artırılması yönündə atılan bütün addımlar mütləq qeyd olunmalıdır. Son 20 ildəki tarixi reallıqlar müasir gənclərin düşüncəsində xüsusi yer tutur. Bu gün gənclərimizin yüksək vətənpərvərlik ruhunu əks etdirən dəyərlər hamımızı sevindirir. Təlim-tərbiyə, təhsil, əxlaq, vətənpərvərlik ruhunun yüksəlişi son dərəcə vacibdir. Odur ki, hər birimiz bu istiqamətdə davamlı və ardıcıl işlər görməliyik.
    - Gənclərdə milli-mənəvi dəyərlərə, vətənə sevgi olması üçün hansı tədbirlər görülməlidir?
    -Birliyimizin təşkil etdiyi tədbirlərin mövzusundan asılı olmayaraq, vətənpərvərliklə bağlı müzakirələrimiz olur. Çünki vətənpərvərlik hər bir işdə əsas olmalıdır. Bu gün insanların vətənpərvərlik anlayışının düzgün formalaşması əsas məqsədlərdən biri olmalıdır. Qeyd etdiyim kimi sıralamanı düzgün aparmaq lazımdır. Öncə elm, təhsil sahəsində işimizi möhkəmləndirməliyik. Çünki biz vətən sevgisini əsasən siniflərdə, dərs sıralarında öyrənirik. Amma məktəbə qədər bu mövzuda elə də çox məlumatlandırılmırıq. Bu dövrə qədər olan zaman kəsiyi qısa olsa da çox önəmlidir. Valideyn düşünməməlidir ki, övladı hər şeyi məktəbdə öyrənməlidir. Uşaq məktəbdə elmə, biliyə yiyələnə bilər, amma vətənpərvərlik hissi ona anadan olduğu gündən aşılanmalıdır. Biz bu istiqamətdə ciddi maarifləndirmə işləri aparmalıyıq. Əgər uşaq dünyaya göz açanda bir qulağına azan, digərinə iqamə deyilirsə, təkrar-təkrar "Vətən” sözü də deyilməlidir. Sevindirici haldır ki, bu gün övladlarını milli, vətənpərvər ruhda tərbiyə edən ailələrimiz çoxdur. Artıq Azərbaycan elə dövrünü yaşayır ki, hər şey müsbətə doğru irəliləyir, mənfi hallar azalır. Bizə aid olan neqativ hallardan danışan zaman unutmayaq ki, bizim dostlarımızla bərabər düşmənlərimiz də var. Buna görə də hər bir mövzuda faktlara əsaslanaraq danışmaq düzgün olar. Bir məsələ həll olunacaqsa, bir problem çözüləcəksə bunu öz sərhədlərimiz daxilində həll edək. Hər kəsə bəlli olsun ki, bu torpağın hər qarışı toxunulmazdır, müqəddəsdir.
    -Vətənpərvərliyin artırılmasında azərbaycançılıq ideologiyası, milli adət-ənənələrimizin hansı rolu var?
    - Gənclərin müasir vətənpərvərlik ruhunun artırılması vacibdir. Təməl prinsipləri ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən azərbaycançılıq ideologiyası, eyni zamanda, xalqımızın milli-mənəvi dəyəri olmaqla yanaşı, gəncləri müasir dövrdə mənfi stereotiplərdən qorumağın mühüm vasitəsidir. Azərbaycançılıq ideologiyası həm də milli vətənpərvərliyimizin istinad yeridir. Vətənpərvərliyin artırılmasında milli adət-ənənələrimizin xüsusi yeri və rolu var. Adət-ənənələrimiz qlobal submədəniyyətlərlə inteqrasiya və milli dəyərlərimizin qorunması fonunda yeniləşən meyillərin müqayisəsi baxımından gənclərə öyrədilməlidir.
    Azərbaycançılıq xalqımızın milli mənlik və ümumxalq mədəniyyətinin qorunması üçün zəruri ideyalar toplusudur. Azərbaycançılıq ideologiyası milli həmrəylik mənbəyidir. Müasir dövrdə gənclərin vətənpərvərlik ruhunun artırılmasının özünəməxsus xüsusiyyətləri və üstünlükləri var. İqtisadi və siyasi sistemin dəyişdiyi, yeni ideologiyaların və dünyagörüşünün təşəkkül tapdığı, qloballaşmanın və ona qarşı mübarizənin genişləndiyi bir şəraitdə gənclərin şüur və düşüncə tərzində, hadisələri və prosesləri dəyərləndirmə meyarında, mədəniyyətə və ümumiyyətlə, həyata baxışında yeni meyillərin formalaşması müşahidə olunur. Azərbaycançılıq ideologiyası həm də milli vətənpərvərliyi artıran ümumi dəyərlər sistemidir. Bu ideologiyanın bazisində Azərbaycan mədəniyyətinin özülü dayanır.

    djb.az
    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 641


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Ermənistandakı Rusiya aviasiyası döyüşə hazır vəziyyətə gətirildi Saçyoldu olayı baş verən məktəbin direktoru işdən AYRILDI “Nar”-ın dəstəyilə “Brain Ring” yarışları start götürdü "Xətai" metrosu bağlanır - 1 illik Sabirabadda kütləvi dava: 4 nəfər həbs edildi Ordumuzun təlimləri: döyüşə hazırlıq... - Video Fikrət Qocanın oğlunun qatili ilə bağlı – Son qərar Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına da daxil olur NATO-dan Azərbaycanla bağlı açıqlama Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimov qanunları saymır - ŞİKAYƏT Ülviyyə Namazova: "Afət Fərmanqızı, səndə onun tayısan!"-QALMAQAL! Cəlilabadda 6 yaşlı uşağı maşın vuraraq ağır yaralayıb Sumqayıtda avtobus "Kamaz"la toqquşdu - Yeniləndi Heydər Əliyev hərbi xidmətdə: bu gün and içdi FOTOLAR Bakıda “Beynəlxalq multidissiplinar xərçəng müalicəsi” mövzusunda beynəlxalq konfrans keçirilir- VİDEO Əgər təlimat verilsə, Rusiya belə bir helikopter istehsal edəcək Türkiyədə Bakının azad edilməsinin 100 illiyinə videoçarx hazırlandı - VİDEO ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı Bu, Ərdoğan və Əliyevin birgə mesajıdır Ərdoğan Azərbaycanda - Əliyevlə görüşdü+ Fotolar+ Yenilənib Bu gün Almaz balanın doğum günüdür Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi ölkəmizdədir Azərbaycanlı politoloqdan Ermənistan hərbi rəhbərliyinə məsləhət... Ərdoğan və Əliyevin iştirakı ilə bu gün... - Türkiyə XİN “Nar” 15 sentyabr– Bilik günü münasibətilə daha bir müsabiqə keçirir. “Nar”-dan 10 qəpiyəgünlük internet paketitəklifi Millət vəkili Q.Paşayeva “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu – 100” adlı gecədə Türk Dünyasına çağırış edib Bəbəlidə yanğın baş verib Gəncədə qadın 5-ci mərtəbədən yıxıldı Kaliforniyada atışma nəticəsində 6 nəfər ölüb Ağdaş sakini dəmir parçası ilə həmyerlisinə ağır xəsarət yetirib “Orta əsr təfəkkürü Paşinyana baha başa gələcək”-Aydın Mirzəzadə “Nar”-dan Türkiyəyə səfər edənlər üçün sərfəli rominq paketi 12 sentyabrda gözlənilən hava şəraiti Zəvvarları daşıyan avtobus aşdı - 50 nəfər öldü Bakının işğaldan azad edilməsinin 100-cü ildönümünə həsr edilən tədbir keçirildi Azərbaycanda bu analizin qiyməti 3 minə yaxındır Kağızdan hazırlanmış qeyri-adi sənət əsərləri - Fotolar İranın "Şiə qurşağı"na ağır zərbə - Şərh Qurban Qurbanov Malta uğursuzluğundan danışdı Q.Paşayeva Yeni Dərs İli öncəsi Tovuz kəndlərində müəllimlərlə görüşüb Salfet satmaqla günə 65 manat qazanan uşaq saxlanılıb Bakıda tarixi parada hazırlıq – Video Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddi təsdiqlənib Avstriyada baş verən qəzada 13 qadın xəsarət alıb Yaşlı insanların yaradıcılıq imkanlarının nümayiş etdirilməsi məqsədilə ədəbi –bədii tədbir keçirilib - Foto “Nar”-dan sosial şəbəkələrdə üstün müştəri xidmətləri Paşinyan bu gün Moskvada “məşhər ayağına” çəkiləcək ""Addım- addım"ın repertuarımda xüsusi yer tutacağına əminəm"-Aygün Aydın Gənc Kikboksçu qadın Günay Sun Moon Haciyeva niyə qəzəbləndi? Tamerlan Qarayev kim idi ki, onun əmri ilə vertolyot vurulsun? - ETİRAZ... Prezident böyrəyi səhvən götürülmüş uşağa ev bağışladı Yevlaxda baba 3 yaşlı nəvəsini öldürdü Azərbaycanda dünya çempionu HƏBS EDİLDİ - QAYINATASINI DÖYDÜYÜNƏ GÖRƏ (ÖZƏL-FOTO) Quzusunu xilas etmək istəyən fədakar çoban həyatından oldu -FOTO İranda 5,5 bal gücündə zəlzələ olub 08 sentyabrda gözlənilən hava şəraiti Türkiyə Prezidenti İranda səfərdədir Yevlaxda sürücü avtomobili aşırıb, sərnişin ölüb “Biz, bir millət iki dövlətik!”devizi altında ədəbi-bədii tədbir keçirilib Q.Paşayeva Tovuzda kənd xəstəxanalarını ziyarət edib və insanlarımızın tibbi maarifləndirilməsini gücləndirməliyik deyib Azərbaycan Prezidenti Braziliyanın dövlət başçısını təbrik edib Şimali Koreyada daşqınlar nəticəsində 76 nəfər ölüb, 800-dən çox bina dağılıb Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub Ukraynada uçot dərəcəsi artırılıb Lənkəranda gənc oğlan qayınatası tərəfindən bıçaqlanıb Son dəqiqə: Rusiya qırıcıları İdlibi vurdu – 4 milyona yaxın sakin təhlükədə Bu dərmanların istifadəsi QADAĞAN EDİLDİ - SİYAHI 11 mindən çox insanda bədxassəli şiş aşkarlandı - Azərbaycanda Şirkət aşağı qiymətə satılıb, araşdırma olacaq - Prokuror Qırmızı Körpüdə qəzada Azərbaycan hərbçisi öldü - Rəsmi İsmayıllıda dağlıq ərazidə yanğın baş verib Azərbaycan gimnastı Bolqarıstanda bürünc medal qazanıb İşədüzəlmə şirkətlərinə nəzarət başlayır Ucarda traktor velosipedçini vurub Rusiyada ilk qar yağdı 04 sentyabrda gözlənilən hava şəraiti Manafdan üzr istəyən şəxs efirdə başqa şeylər dedi: “Yalan danışıb, əlimdə faktlar var…” – VİDEO "İsti ocağımın soyuq küləyi"- Qocalar evindən son məktub 4 otaqlı ev yandı Qazaxda sürücü aşan kranın altında qaldı “Nar” korporativ müştərilər üçün yeni imkanlar açır TANINMIŞ PRODÜSSER MİNARƏ ƏSKƏROVA: "MƏNİ İKİNCİ DƏFƏ HƏYATA QAYTARDI". Deputata və oğluna şər atdılar - 90 min xərcə düşdülər Millət vəkili yeni dərs ili öncəsi məktəbləri ziyarət edib, müəllimlərlə görüşdü Müğənnidən jurnalistə: "Saytlar reklam olar ki, mənim adım onların saytlarında hallansın" Afət Fərmanqızı Meyxanaçının musiqisini oğurladı -QALMAQAL! Azərbaycan neftinin qiyməti 79 dolları keçib Gündə 3 fincan qəhvə içmək bu xəstəliklərdən qoruyur Keyfiyyətli məktəbli geyimlərini haradan alaq – BTE-dən reportaj Manat və dolların bugünkü MƏZƏNNƏSİ ABŞ-da təyyarə qəzası - 4 ölü Lənkəranda 300 ev zəlzələdən zərər gördü Ziya Babayev bu şirkətə rəhbər təyin olundu İTV KANALINDA BİZİMLƏ ADDIM ADDIM "Film Media" ilə İCTİMAİ TELEVİZİYADA-fOTOLAR Samux rayonunda icma əsaslı reabilitasiya mərkəzi fəaliyyətini uğurla davam etdirir. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan 3 klubun adı müəyyənləşib Azərbaycanda qızıl və gümüş yenə bahalaşıb Ağcabədidə yol qəzası olub, yaralılar var
    File engine/metagen.php not found.