“Şərq” bazarı köçürülür - sahibkarlar çarəsiz durumda

    “Şərq” bazarı köçürülür - sahibkarlar çarəsiz durumda


    Ticarət mərkəzinin paytaxtın yenidən qurulması layihəsi çərçivəsində plana düşdüyü və söküləcəyi deyilir
    Bakıda fəaliyyət göstərən ticarət mərkəzlərindən biri də "Şərq” bazarı kimi tanınan alış-veriş mərkəzidir. Bu ticarət mərkəzi paytaxtın ən qədim alış-veriş obyektlərindəndir. Müstəqilliyin ilk dövrlərində bura ən prestijli ünvanlardan sayılırdı. Sonralar Bakıda bir-birinin ardınca açılan ticarət mərkəzləri "Şərq”i xeyli zəiflətdi, arxa plana keçirdi. 2014-cü ildən sonra isə sözügedən ticarət mərkəzinin qara günləri artmağa başlayıb.

    İqtisadi böhran onsuz da bütün alış-veriş mərkəzlərini (AVM-ləri) "vurub”. İqtisadi böhrandan ilk növbədə kiçik sahibkarlar əziyyət çəkirlər. Düzdür, kriz başlayanda bundan hamının itkisi olur. Amma kiçik sahibkarları böhran alovunun dilimləri daha tez qarsır. Bu təbəqənin elə çox maddi ehtiyatı olmur, əlində-ovcunda saxladığı pul da böhran zamanı əriyib gedir. 
    Azərbaycanda 2015-ci ildə 10 ay içində bir-birinin ardınca iki devalvasiya yaşandı. Bu devalvasiyalarda da sahibkarlar, əsasən də xırda ticarətçilər ciddi itkilərə məruz qaldılar. Eləsi vardı ki, banklardan dollarla kredit götürüb, mala yatırmışdı. Devalvasiyada xeyli kiçik və orta sahibkar müflis olub, sıradan çıxdı.
                         
     
    Bir təhər başını dolandıran, ayaqdaqalmağa çalışanların da durumu o qədər ürəkaçan deyil. Bir yandan yuxarıda sadaladığımız amillər, digər yandan da bazar sahiblərinin öz itkilərini obyektlərində çalışan sahibkarların hesabına aradan qaldırmaq istəkləri vəziyyəti daha da mürəkkəbləşdirir. Deyilənə görə, "Şərq” bazarının rəhbərliyi icarə haqlarında güzəşt etmir. Əksinə, yerhaqlarını artırmaq istəyir. Bazarda çalışan bəzi ticarətçilər deyirlər ki, belə olsa, gərək yığışıb gedələr. Məlumata görə, bazar rəhbərliyi hələlik icarə haqlarını artırmaqla bağlı ticarətçilərə heç bir söz deməyib. Bu istiqamətdə müzakirələrin getdiyi, yaxın günlərdə qərar veriləcəyi bildirilir.

    "Şərq” bazarı ilə bağlı daha bir qanqaraldıcı xəbər də var. Son illər Bakıda aparılan tikinti-quruculuq işləri zamanı irili-xırdalı bir çox obyektlərin plana düşərək sökülməsi az qala adi hala çevrilib. Düzdür, yeni inşa edilən obyektlər hər baxımdan yaxşıdı, şəhərimizi gözəlləşdirir, müasir tələblərə cavab verir. Lakin bu prosesdə xeyli vətəndaş dolanışıqdan məhrum edilir. Onlar yeni obyektlərdə işləmək üçün tələb olunan şərtlərə ayaq uydura bilmirlər. Nəticədə yüzlərlə ailə gündəlik dolanışıqdan məhrum olur. Vaxtında qərar verən, yeni tikilən obyektlərdən dükan götürən ticarətçilər, şübhəsiz, udurlar, yaxud daha az itkiylə üzləşirlər.

    Musavat.com-a daxil olmuş məlumata görə, bu cür aqibətlə üzləşən ticarət mərkəzlərindən biri də "Şərq” bazarıdı. Bu ticarət mərkəzi şəhərin mərkəzi hissəsinə yaxındır. Ətrafında köhnə məhəllələr var. Yaşı az qala 100 ilə çatan köhnə, uçuq-sökük tikililər Bakının son illər gözəlləşən simasına xeyli zərər vurur. Ərazi artıq çoxdan plana düşüb. Sadəcə olaraq, yaşanan iqtisadi böhran bu projenin həyata keçməsini ləngidib. Gələn məlumatlara görə, yaxın aylarda Təbriz və Xətai küçələrindəki uyğunsuz binaların söküntüsünə başlanacaq. Ərazidə yerləşən əksər obyektlər, o cümlədən də "Şərq” bazarı böyük ehtimal, plana düşəcək. Düzdür, ərazidəki obyekt sahiblərinə dövlət tərəfindən kompensasiya ödəniləcək, onlar elə də böyük maddi itki ilə üzləşməyəcək. Bu prosesdə əsas ziyan kiçik və orta sahibkarlara dəyəcək.

                                     
     
    Bəs "Şərq” bazarı və ətrafında fəaliyyət göstərən mağazaların aqibəti necə olacaq? Bu qədər insan fəaliyyətlərini harda və necə davam etdirəcək? Bu sahibkarlar həm də vergi ödəyiciləridi. Hər il dövlət büdcəsinə milyonlarla manat xeyir verirlər. Dövlət özü bu təbəqənin sıradan çıxmasında maraqlı olmamalıdır.
                                       
    Məlumata görə, artıq bu məsələ də yoluna qoyulub. Musavat.com-un əldə etdiyi bilgilərdə deyilir ki, bugünlərdə Dərnəgüldə, Ziya Bünyadov prospektində yenicə istifadəyə verilmiş "İmperial” ticarət mərkəzi bu məsələdə sahibkarlara ciddi kömək ola bilər. Müasir üslubda tikilmiş "İmperial” genişliyi, müasir şərtlərə cavab verməsi ilə yanaşı, həm də şəhərin bütün istiqamətlərinə yaxındır. Ən əsası da, bu ticarət mərkəzində yer haqlarının xeyli sərfəli olduğu deyilir. Bir başqa üstünlüyü də "İmperial”a gələn müştərilərin maşınlarını park etmək problemi ilə üzləşməyəcəkləridi.


    Beləliklə, yaxın aylarda "Şərq” bazarının və ona yaxın olan mağazaların kütləvi şəkildə köçürülməsinin şahidi olacağıq. Sahibkarlar üçün isə alternativ var: "İmperial” ticarət mərkəzi. Bəs görəsən, bu ticarət mərkəzi yeni gələn sahibkarlara uyğun olacaqmı? Bunu isə zaman göstərəcək. 

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 410


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Q.Paşayeva 9-cu Beynəlxalq Buhara Medya Ödül mərasimində “Türk Dünyası Mədəniyyətinə Xidmət Ödülünə” layiq görülüb Azərbaycanda Konstitusiya günüdür İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib Almaniyadakı erməni mafiyası bütün ölkə boyu səpələnib - MDR televiziyası Altı nəfər ruhi xəstəni döyərək öldürdü - Şabranda dəhşət Beynəlxalq Mətbuat Mərkəzində Tanınmış müğənni Rza Zamanın "Gəl Ayrılaq" adlı klip təqdimatı keçirildi. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili”layihəsi çərçivəsində tədbir keçriləcək Bakıda qadının evindən tüfəng və patron tapıldı Azərbaycanlı biznesmen 80 min lirəni taksidə unutdu, sürücü pulu ... Ağdam İdman Klubunun Şəhidlərimizin xatirəsinə turnir keçiriləcək. Etibarlı Əllər Layihəsi «Bayrağımız – qürur mənbəyimizdir» adlı ədəbi-bədii tədbir keçirdi “Nar” Bayraq Günü ilə bağlı abunəçilərinə hədiyyə vəd edir Prezident Leyla Əliyevanı Şuraya üzv təyin etdi - Sərəncam Amaliya Pənahova vəfat etdi Turində dramatik oyun, Mançester və Plzendə darmadağın - YENİLƏNİB + VİDEO Bakıda qəza - Mərkəzi küçələrdə işıqforlar sıradan çıxdı+ Fotolar "Qazınızdan bir az alın, yarı yolda qalmamaq və bir də ..."-Vəfa Sərdar yazır Mehriban Əliyeva qızı ilə açılışda - Fotolar Bizimkilər - “Pəncərə”ni aparan oğlan: “Atam məni dünya çempionatından məhrum etdi” - MÜSAHİBƏ Yol polisindən kuryerlərə XƏBƏRDARLIQ - VİDEO “Nar” Göyçayda keçirilən festivalda aktiv iştirak etdi “Toxunmasınlar!” - Bəstəkarlar İttifaqının sədrindən himn məsələsinə reaksiya Himn müzakirəsində “başyarma”… - Fazil Mustafa Canlı təhlükə-Sahibsiz itlər insanlara qənim kəsilib Ucarda yaşayış binasında yanğın Aldadilmadan keyfiyyətli eynək hardan ala bilərsiniz?-Foto Azərbaycan nefti ucuzlaşıb- Qiymət Vəfa Sərdar Səfərova redaktor təyin edildi. “Heç kimin qoltuğunda deyiləm” - “Kobramedia”dan açıqlama Sərnişin qatarı yük avtomobili ilə toqquşdu: 20-dək adam... Lukaşenko ayaqqabısını çıxarıb Nazarbayevə göstərdi Ərdoğandan Qaşıqçının qətli ilə bağlı önəmli açıqlama Telefon şüası hansı xəstəliklərə səbəb olur? - Alimlərdən qorxunc xəbərdarlıq Qazaxda gənc oğlan bıçaqlandı İradə Əlilinin Tükiyədə kitablarının təqdimatı oldu-Foto “Nar” korporativ müştərilərinə xüsusi təkliflər təqdim edir Ukraynada keçirilən Kyokşin karate Çempionatlnda Azərbaycan komanda hesabı ilə birinci olub. Tanınmış Aktyor Sirac Agayevin özəl günüdür. Daha bir sənətkarımız dünyasını dəyişdi "Bizim psixoloqlara çox ciddi ehtiyacımız var" — Deputat “Nar”abunəçilərinə Göyçayda keçiriləcək Nar bayramında iştirak şansı verir Prezident nazirə iki müavin təyin etdi Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Avropa çempionatının gümüş medalını qazanmışdır Abşeronlu şagirdlər DTX-nin H.Əliyev adına Akademiyasında olublar Braziliyalı futbolçu qətlə yetirildi “Nar”-ın “Yerlim” tarifini seçənlərin sayı artmaqdadır Azərbaycanlı idmançı 4-cü Avrasiya oyunlarının qalibi olub Bakıda şirkətdə güclü YANĞIN: Çilingər faciəvi şəkildə öldü İlham Əliyev Şəkidə - YENİLƏNİB Q.Paşayevanın Kırıkkaledə Qarabağ parkı və Azərbaycan Şəhidləri abidəsinın açılması təklifini bələdiyyə başqanı dəstəkləyib Çaylarda suyun səviyyəsi dəyişdi Yağış, qar, duman... - Bu günün havası Bakının bu əraziləri susuz qalacaq... Jurnalist rektorun köməkçisi təyin olundu Deputatlar bahalı hədiyyələri Milli Məclisə təhvil verəcək Qubada ərinin əmisi oğlu ilə qaçan gəlin polisə aparıldı Ucarda maşın yol kənarındakı dirəyə dəydi - Ölənlər var “Məktəblilərin İKT yönümlü peşələrə istiqamətlənməsi üçün tədbirlərin keçirilməsi” adlı layihənin icrasını davam etdirir. Deputat: Enerji içkisi adlansa da, heç bir enerji vermir “Nar TV” tətbiqini yüklə, smartfonda sevdiyin kanallara bax “Dilçilik İnstitutunda oturanların qüsurlarını taparıq” - Müğənnilərdən REAKSİYA “Azəriqaz” sayğacların qiymətini qaldırdı Leyla Əliyeva gənclər sərgisində - FOTO MTN generallarının bəraət istədikləri məhkəmədə hakim kimdir -DOSYE "Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edildi "Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edilib Azərbaycanda “Aİ-92” markalı benzinlə bağlı - MÜHÜM QƏRAR Ticarət mərkəzində qadın ac akulalarla dolu hovuza düşdü - VİDEO Minik və yük maşını toqquşdu - Xəsarət alan var “Myshops” şirkəti öz mağazasında “Apple” şirkətin yeni məhsullarını təqdim edib İradə Əlili Turkiyənin Tokat şəhərinə 2 ci kitab festivalına dəvət aldı Türkiyədən gəlmiş aydınlar: "“Hər zaman Azərbaycanın yanındayıq!” " Q. Paşayeva: "Birliyimizi gücləndirməliyik!" Novruz Məmmədov iki şöbə müdirini işdən çıxardı Şamaxı rayon şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbində Müstəqəllik Gününə həsr edilmiş tədbir keçirildi. Rəsul Məmmədov: "Hər il Kombat Ciu-citsu üzrə Avropa və dünya çempionatlarında iştirak edərək uğurlar əldə etmişik" Eldar Əzizov bu qurumun fəaliyyətini DAYANDIRDI - BU SƏBƏBƏ GÖRƏ (ÖZƏL) Baş redaktorun doğum günüdür Fiziki aktivlik sağlam həyatın əsasıdır – ŞAMAXIDA MÜZAKİRƏ Roza Əliqızı:- Əsir və girovlarımız azad olunmalıdır Bakıda daha bir ərazidə sürüşmə: divar uçdu Adnan Oktarın villasından geriyə bu dağıntılar qaldı - Video Nəğmə dolu bir ürək. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tibbi aksiya keçirəcək Sərkisyan Paşinyanın istefasını qəbul etdi - Yeniləndi Q.Paşayeva MM-də "Uşaqların zərərli informasiyadan qorunması" üçün qurumlara çağırış edib “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan! Qarabağ qazisi Etimad Əsədov vəfat etdi Sumqayıtda aprel şəhidi Əbdülməcid Axundovun 25 illiyinə həsr edilmiş tədbir keçirildi Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video HEYDƏR ƏLİYEVLƏ BAĞLI ŞİRİNLİ-ACILI XATİRƏLƏR Mehriban Əliyevadan müəllim və tələbələrə təbrik - Məktubu +Fotolar Hərbi hissədə ağacəkmə kampaniyası-Fotolar Sürüşmə anının - Videosu Vətəndaşlar 11 min manat birdəfəlik ödəmənin verilməsini tələb edir - VİDEO Bakıda yeni dələduz peyda oldu - ''İnstagram''dan 35 nəfərə... (VİDEO) Tramp qızını bu vəzifəyə gətirmək istəyir On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi Minaya düşən sakinin vəziyyəti pisdir — Səhiyyə Nazirliyi Kolbasa və sosiska istehsal edən bəzi şirkətlərin fəaliyyətində nöqsanlar aşkarlandı
    File engine/metagen.php not found.