Ünvanlı sosial yardımla bağlı nazirlik rəsmisindən ilginc açıqlama...

    Ünvanlı sosial yardımla bağlı nazirlik rəsmisindən ilginc açıqlama...


    Sosial yardımların təyinatının rayon və şəhərlər üzrə statistikasını təhlil edərkən onların fərqli demoqrafik göstəricilərə və sosial-iqtisadi reallıqlara malik olduqlarını unutmaq lazım deyil.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. Onun sözlərinə görə, Azərbaycanda aztəminatlı ailələrin dövlət sosial yardım sistemindən rahat və şəffaf şəraitdə faydalanmaları üçün hər hansı məmur müdaxiləsi mümkün olmayan avtomatlaşdırılmış və mükəmməl infrastrukturun yaradılması ümumən ölkəmizdə elektron texnologiyaların geniş tətbiqi sahəsində mühüm nailiyyətlərdən biridir.

    Lakin son vaxtlar hansısa subyektiv ambisiyalardan qaynaqlanan əsassız iddialarla bu nailiyyəti gözdən salmağa hesablanan yazılara rast gəlinməsi, bu mümkün olmadıqda növbəti mənasız cəhd kimi sosial yardım alan ailələrin ölkənin şəhər və rayonları üzrə fərqli statistikası barədə diletant mövqedən fikirlər yayımlanması yalnız təəssüf hissi doğurur. Ölkəmizdə ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrin respublikanın şəhər və rayonları üzrə fərqli statistikasının mövcud olması barədə yayımlanan yazıda bunun təəccüblə qarşılanması özü həmin müəllifin yanaşmasına təəccüb etməyə əsas verir:

    “Qeyd edim ki, müvafiq sahədə şəffaflığın və ictimai nəzarətin təmin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkə üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrin siyahıları nazirliyin rəsmi saytının ön səhifəsində “ÜSY alanların siyahısı” adı altında yerləşdirilir və bu bölmə hər bir kəsə açıqdır. Həmin bölməyə istinad edərək “araşdırmanın nəticəsi” kimi sosial yardım alan ailələrin ölkənin şəhər və rayonları üzrə fərqli statistikasını sensasiya səviyyəsində təqdim edilməsi, bu stastikanın fərqliliyinin əsasında ilk növbədə hər bir rayonun özünəməxsus demoqrafik və sosial-iqtisadi reallıqlarının durduğunu bilərəkdən “unudulğunu” göstərir. Məsələn, ünvanlı sosial yardım alan ailələrin sayının ən çox Lənkəran rayonunda olduğu, bu sayın Xocalı rayonu üzrə xeyli az olduğu diqqətə çatdırılan “araşdırmada” nədənsə Xocalı rayon əhalisinin sayı (27,8 min nəfər) ilə Lənkəran rayon əhalisinin sayı (223,1 min nəfər) arasında kifayət qədər böyük fərqin olduğu göstərilmir. Eyni zamanda nəzərə almaq lazımdır ki, respublikamızın cənub bölgəsində, o cümlədən Lənkəran, Masallı rayonlarında çoxuşaqlı ailələr ölkənin digər bölgələri ilə müqayisədə daha çoxdur. Məlumdur ki, ailə üzvlərinin ehtiyac meyarının məcmusu onların ümumi gəlirlərinin cəmindən yüksək olduqda sosial yardımların təyinatına hüquqi əsas yaranır. Və ailədə uşaqların sayının çox olması həmin ailənin üzvlərinin ümumi ehtiyac meyarı göstəricisinin də artmasına səbəb olur. Hazırda ölkədə ünvanlı sosial yardım alan ailələrin əhəmiyyətli bir hissəsini də məhz 3 və daha çox uşağı olan ailələr təşkil edir və sosial yardım təyin olunmuş ailələrdəki ailə üzvlərinin də təqribən yarısı uşaqlardır”.

    E.Babayev deyib ki, Xocalı rayonu üzrə cəmi 43 ailənin ünvanlı sosial yardım almasına gəlincə, unutmaq lazım deyil ki, bu 43 ailə hazırda Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış Xocalı rayon əhalisinə aid göstəricidir və rayonun əhalisinin bir hissəsi hazırda ayrı-ayrı rayonlarda da məskunlaşıb. Həmin rayonlar üzrə ünvanlı sosial yardımla təmin olunanların sırasında da Xocalı rayonundan olan ailələr var ki, onları da əlavə etdikdə bu rəqəmin daha da artdığını görərik. Bunu hazırda işğal altında olan digər rayonlara da aid etmək olar: “Sosial yardım alan ailələrin sayının daha çox Lənkəran rayonunda olduğu qeyd edilən “araşdırmada” az sonra bu fikir unudularaq paytaxtın bəzi rayonlarında sosial yardım alanların sayının bölgələrdəkindən çox olduğu bildirilir. Həm də bu zaman Bakının böyük əhali kontingentinin yaşadığı rayonlarla əhalisinin sayı 16,4 min nəfər olan Xızı rayonunun, 43,1 min nəfər olan Oğuz rayonunun və s. rayonların müqayisə olunması hansı obyektiv yanaşmaya əsaslanır?! Əhalisinin sayı cəmi 16,4 min nəfər olan Xızı rayonunda sosial yardım alanların sayının deyək ki, Bakının əhalisinin sayı 260 min nəfər olan Binəqədi rayonundakından xeyli az olmasında təəccüblü nə var?! Bölgələrdə əksəriyyətin pay torpağının olmasının sosial yardımın imtina olunmasına əsas yaratdığının qeyd olunması da ünvanlı sosial yardım barədə qanunvericilikdən xəbərsizliyin nəticəsidir. Belə ki, ailənin pay torpağının olmasına görə deyil, bu pay torpağından əldə edilən gəlirin ailənin ehtiyac meyarının məcmusundan yüksək olduğu hallarda sosial yardımın təyin edilməsindən imtina qərarı verilir”.

    Şöbə müdiri onu da bildirib ki, aqrar sahənin inkişafına yönələn kompleks stimullaşdırıcı tədbirlər son illərdə bölgələrdə pay torpaqlarından səmərəli istifadəyə, kənd sakinlərinin bu torpaqlardan gəlir əldə etmə imkanlarının da artmasına səbəb olub. Bunun nəticəsində kənd əhalisinin sosial yardım üçün müraciətlərinin azalması müsbət məqam kimi qeyd olunmalı idi. Lakin nədəncə yazı müəllifi bunu az qala kədərlə ifadə edir: “Bundan başqa, yazıda bölgələrdə sosial yardımla bağlı müraciətlərin azalmasına digər səbəb kimi müraciət edilməsindən ötrü bölgələrdə komputer və internetə əlçatanlığın olmadığının qeyd edilməsi də əsassızdır. Bir daha qeyd edirik ki, həm şəhərlərdə, həm də kənd rayonlarında elektron müraciət etməkdə hər hansı çətinliklə üzləşən vətəndaşlar üçün alternativ variant kimi poçt şöbələrində də sosial yardımın alınması üçün elektron qaydada müraciət etmək imkanı yaradılıb. Bu məqsədlə elə ilk vaxtlardan poçt şöbələrində komputer və vətəndaşlara müvafiq texniki köməklik göstərilməsi üçün əməkdaş ayrılıb”.
    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 452


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Məktəblilər üçün Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib 8-ci km bazarında əhaliyə iyrənc ət satılırmış - Agentlik reyd keçirdi – Fotolar Leyla Əliyevanın iştirakı ilə Atatürk parkına 10 tutuquşu buraxıldı - FOTO Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin hesabat verib QHT sədri "Nur" uşaq evində qonaq oldu “Biz qapını açaq, onlar gəlsin, biz də gedək orada deyək-gülək, bunların tərəfdarı deyiləm!"-Azər Həsrət. Tiflisdə genişmiqyaslı mitinq: Parlament mühasirəyə alındı Məşhur aparıcı televiziyadan getdi — VİDEO Leyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı - FOTO Fransada zəlzələ: 30 ev tamamilə dağıldı - Video Mehriban Əliyevadan Azərbaycan xalqına təbrik Moskvadan Bakının notasına cavab: Hər hansı görüş olmayıb Abşeronda 10 minə yaxın insanın iştirakı ilə Dövlət Bayrağı Günü qeyd edildi Sevindik Nəsiboğlu görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə şeir həsr etdi-Video Məşhurlar ağır vəziyyətdə niyə Türkiyəyə göndərilir? Ağ Şəhər genişlənməli, şəhər boşaldılmalıdır – Təklif KÜRDƏMİRDƏ OĞURLUQ EDƏN “ZOBU” LƏQƏBLİ ŞƏXS SAXLANILIB "Rəngli dünya yaradaq" layihəsinin yekun sərgisi Maştağa Mədəniyyət Evində keçirildi. Oqtay Gülalıyev Türkiyəyə özəl təyyarə ilə aparılacaq - Mehriban Əliyevadan tapşırıq Müsabiqəyə qoşul və Nar Festivalında iştirak et! "Çıxış Yolu"nun daha bir uğuru: Möhtəşəm Xeyriyyə toyu baş tutdu-Fotolar İşçi uçan evin altında qaldı - Dəhşətli anların VİDEOSU “Binə” ticarət mərkəzi su altında qaldı - FOTOLAR Tanınmış, araşdırmaçı jurnalist Qafar Çaxmaqlı Ankarada tədbir keçirib “Nar” gənclərə uğurlu karyera qurmaları üçün fürsət yaratdı "ABŞ Konqresinin Nümayəndələr Palatasının bu qətnaməsi açıq siyasi xarakter daşıyır!"-Q.Paşayeva Prezident İlham Əliyev: “Bəzi hallarda dözülməz vəziyyətlə bağlı mediadan xəbər tuturam” Ağsuda Bələdiyyə Sədri Vətəndaşların Ailəsini Dağıdır - İDDİA Şəxsiyyət vəsiqəsi itib-Elan Bağırovadan TV-lərə: Bu təbliğatı dayandırın - Video Çavuşoğlu Qarabağdan danışdı: Daha çox səy göstərəcəyik Leyla Əliyeva Nəsiminin heykəlinin açılışında 73 nəfər qatarda yanaraq öldü - Video+ Yenilənib Yuxulu sürücü maşınını “Nərimanov” metro stansiyasının girişindəki köşkə çırpdı - FOTO/VİDEO Bu ölkə "Türk axını"nda maraqlı olarsa... - Putin “Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq” yarışı davam edir Ərdoğandan Avropanı lərzəyə salan çıxış Hava kəskin soyuyur: qar yağacaq, sel gələcək - XƏBƏRDARLIQ Bakı Avrasiya Universitetinin tələbəsindən nümunəvi addım Leyla Əliyeva Moskvada beynəlxalq sərginin açılışında - Fotolar Bakıda gəmidə PARTLAYIŞ: 3 neftçi yandı - (ADLAR-ÖZƏL) BDU-dan açıqlama: Yayılan məlumatlar həqiqəti əks etdirmir Daha bir məktəb direktoruna töhmət verildi, müavini işdən çıxarıldı Pozneri susduran azərbaycanlı: Sözümü kəsməyə cəhd etsə də, fikrimi səsləndirdim - MÜSAHİBƏ İlham Əliyev Qəbələ rayonuna səfərə gəlib İŞİD-in yeni liderinin adı məlum oldu Tibetdə güclü zəlzələ Azərbaycanlı qız ABŞ-da ermənipərəst jurnalisti belə susdurdu - Video Ermənistana ciddi zərbə: Zirvə Görüşündə 120 dövlət tərəfindən işğalçı ölkə kimi tanındı 6-cı sinif şagirdi Sevindik Nəsiboğluna İctimai müxbir vəsiqəsi təqdim olundu Şadlıq sarayları əhalini aldadır - AQTA məlumat yaydı Bakıda məktəbin stadionu hasarlanıb, bina tikilir Şamaxıda yol qəzası - 2 ölü, 3 yaralı Çayın dəmini qətiyyən atmayın! — FAYDALARI SABİRABAD SAKİNİNDƏN SİLAH GÖTÜRÜLÜB “Nar” fiziki məhdudiyyətli idmançılara dəstək olur Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi Prezidentdən sərt sözlər: Zəli kimi yapışırlar... - Video Trampdan Ərdoğana xoş sözlər: Görüşə bilərik... İlham Əliyev Ramiz Mehdiyevi vəzifəsindən azad etdi “Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin VII regional konfransı” və “Azərbaycan Gənc Oftalmoloqların XIII elmi-praktiki konfransı” keçiriləcək “Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb Vergilər Nazirliyi ləğv edildi - Bu qurumlar birləşdirildi Əli Əsədov köməkçiləri Natiq Əzizov və Tofiq Sarıcalinskini vəzifəsindən azad etdi. Putin Ərdoğanla Suriyadakı vəziyyəti müzakirə edəcək Qazax döyüşçü topuğu ilə erməni rəqibini diz çökdürdü - VİDEO 3 azərbaycanlını öldürən rusiyalı ələ keçdi - 17 ildən sonra Bakıda Müstəqillik günü konserti - Fotolar Çilidə metro qiymətlərinin qalxmasına qarşı etiraz: 10 nəfər öldü, yüzlərlə yaralı var “Zəngəzur Azərbaycanın ayrılmaz hissəsidir, bu tarixi səhvi düzəltmək lazımdır”- RUSİYADAN ERMƏNİLƏRƏ ÇAĞIRIŞ Qidalar soyuducuda necə saxlanılmalıdır? - DİQQƏT! Mətbuat Şurasından jurnalistlərə və polislərə - Müraciət Əli Həsənov geniş məqalə ilə çıxış etdi: 5 Tezis… (TAM MƏTN) Bakı-Sumqayıt yolunda zəncirvari qəza-Video “Nar”İT sahəsində fərqlənən tələbələrə dəstək oldu Millət vəkili Q.Paşayevaya “Fəxri diplom” təqdim edilib. Putin Ərdoğanın bu sualına cavab vermədi "AZPOLT" MMC: "GET HARA İSTƏYİRSƏN, ŞİKAYƏT ELƏ..." - GİLEY “Türkdilli yox, Türk dövlətləri deyək” – Nazarbayevdən Bakıda TARİXİ TƏKLİF Azərindən mehmetçikləri duyğulandıran VİDEO ABŞ Türkiyənin üç nazirini sanksiya siyahısına əlavə edib "Sizi Tanıyaq" layihəsi çərçivəsində istedadlı gənclərlə növbəti görüş keçirilib-Video “Sabahın bünövrəsini birlikdə quraq” layihəsi çərçivəsində müəllimlər üçün təşkil olunmuş "Robotiks" təlimlərinə start verildi. Azərbaycanın veteran cüdoçuları dünya çempionatında daha 2 medal qazanıb - FOTO Yaponiyada "Haqibis" qasırğası 14 nəfərin ölümünə səbəb olub - FOTO - YENİLƏNİB-2 “Azərbaycan Türkiyənin terrorla mücadiləsinin yanındadır” – Azay Quliyevdən dəstək mesajı Öd kisəsi çıxarıldıqdan sonrakı həyat - Əməl olunmalı 3 qayda... Sabahın hava proqnozu: külək, yağış, duman Oğul anasını traktorla vurub öldürdü Üç avtobusun yolu dəyişdiriləcək Bakıda ara məsafəsini gözləməyən sürücü qəza törədib - FOTO “Bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməlisiniz” - İlham Əliyev Paşinyanı susdurdu 15 kənd azad edildi, 399 terrorçu isə məhv edildi Övladlığagötürmə ilə bağlı yeniliklər - Prezident Milli Məclisə layihə təqdim etdi Bu,Kredo qəzetidir!Kredo-20. KÜRDƏMİR SAKİNİNDƏN KÜLLİ MİQDARDA NARKOTİK GÖTÜRÜLÜB Əli Həsənov: "Bakı ilə Moskva arasındakı münasibətlər yüksəlişdədir" Türk komandosların hücum öncəsi videosu yayıldı “Nar”ın “Full” paketləri ilə qalıq bonusları növbəti ayda istifadə et! Prezidentin məcburi köçkünlərlə görüşündən maraqlı - Fotolar
    File engine/metagen.php not found.