Azərbaycanın səfiri Ukraynanın baş prokuroru ilə görüşdü: narahatlıqlar dilə gətirildi

    Azərbaycanın səfiri Ukraynanın baş prokuroru ilə görüşdü: narahatlıqlar dilə gətirildi


    Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ölkənin baş prokuroru Yuri Lutsenko ilə görüşüb.

    Teleqraf.com Azərtac-a istinadla xəbər verir ki, görüşdə Azər Xudiyevi Ukraynada səfir təyin edilməsi münasibətilə təbrik edən baş prokuror ölkələrimizin müstəqilliklərinin bərpasından sonra bir sıra istiqamətlərlə yanaşı, hüquq mühafizə sahəsində də səmərəli əməkdaşlığın olduğunu bildirib, bu əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

    Azər Xudiyev son illər Azərbaycanda bir çox sahələrdə, o cümlədən hüquq mühafizə sistemində həyata keçirilən köklü islahatlar haqqında ətraflı məlumat verib. Diplomat hər iki ölkənin Baş prokurorluqları arasında faydalı əməkdaşlığın genişləndirilməsinin, beynəlxalq terrorizmə və cinayətkarlığa qarşı birgə mübarizə aparılmasının önəmini diqqətə çatdırıb, bu istiqamətdə istintaq işinin səmərəliliyinin artırılması məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsinin zəruriliyini qeyd edib.

    Son iki ildə Ukraynada azərbaycanlı iş adamlarına qarşı həyata keçirilən sui-qəsd və cinayət hadisələrinin artmasından narahatlığını bildirən səfir Azər Xudiyev Yuri Lutsenkodan bu hadisələrin istintaqının ciddi nəzarətə götürülməsini xahiş edib.

    Səfir cinayət hadisələrinin üstünün açılması üçün ikitərəfli istintaq qrupunun yaradılması təklifini irəli sürüb.

    Söhbət zamanı Azərbaycan Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsi, polis polkovniki Şahin Qocayev 2014-cü ildən indiyədək bu ölkədə azərbaycanlılara qarşı həyata keçirilmiş cinayət hadisələri ilə bağlı konkret faktlarla məlumat verib.

    Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev və Konqresin ali məclisinin sədri Akif Gülməmmədov baş vermiş cinayət hadisələri barədə narahatlıqlarını ifadə edərək, Ukrayna Daxili İşlər Nazirliyinə və digər aidiyyəti orqanlara dəfələrlə rəsmi müraciət olunduğunu, lakin bununla bağlı ciddi ölçü götürülmədiyini diqqətə çatdırıblar.

    Baş prokuror Yuri Lutsenko son illər bir sıra cinayətkar qruplaşmaların Ukraynada baş verən iqtisadi-siyasi böhrandan, ölkənin şərqindəki silahlı münaqişədən yararlandığını və buna qarşı ciddi mübarizə tədbirlərinin həyat keçirildiyini bildirib. Baş prokuror azərbaycanlılara qarşı törədilmiş cinayət hadisələrinin araşdırılması və bu məsələnin ciddi nəzarətə götürülməsi üçün prokurorluğun görüşdə iştirak edən operativ istintaq qrupuna ciddi tapşırıqlar verib.

    Azərbaycanın baş prokuroru Zakir Qaralov tərəfindən rəsmi səfərə dəvət olunduğunu diqqətə çatdıran Yuri Lutsenko Ukraynada azərbaycanlılara qarşı törədilmiş cinayət hadisələrinin üstü açıldıqdan sonra Bakıya səfər edəcəyini vurğulayıb, cinayətkarların tezliklə yaxalanacağına əminliyini bildirib.

    Görüşdə iki ölkənin prokurorluq orqanları arasında əlaqələrin möhkəmləndirilməsi və birgə istintaq qrupunun yaradılması məsələləri müzakirə olunub.
    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 257


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Leyla Əliyeva gənclər sərgisində - FOTO MTN generallarının bəraət istədikləri məhkəmədə hakim kimdir -DOSYE "Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edildi "Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edilib Azərbaycanda “Aİ-92” markalı benzinlə bağlı - MÜHÜM QƏRAR Ticarət mərkəzində qadın ac akulalarla dolu hovuza düşdü - VİDEO Minik və yük maşını toqquşdu - Xəsarət alan var “Myshops” şirkəti öz mağazasında “Apple” şirkətin yeni məhsullarını təqdim edib İradə Əlili Turkiyənin Tokat şəhərinə 2 ci kitab festivalına dəvət aldı Türkiyədən gəlmiş aydınlar: "“Hər zaman Azərbaycanın yanındayıq!” " Q. Paşayeva: "Birliyimizi gücləndirməliyik!" Novruz Məmmədov iki şöbə müdirini işdən çıxardı Şamaxı rayon şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbində Müstəqəllik Gününə həsr edilmiş tədbir keçirildi. Rəsul Məmmədov: "Hər il Kombat Ciu-citsu üzrə Avropa və dünya çempionatlarında iştirak edərək uğurlar əldə etmişik" Eldar Əzizov bu qurumun fəaliyyətini DAYANDIRDI - BU SƏBƏBƏ GÖRƏ (ÖZƏL) Baş redaktorun doğum günüdür Fiziki aktivlik sağlam həyatın əsasıdır – ŞAMAXIDA MÜZAKİRƏ Roza Əliqızı:- Əsir və girovlarımız azad olunmalıdır Bakıda daha bir ərazidə sürüşmə: divar uçdu Adnan Oktarın villasından geriyə bu dağıntılar qaldı - Video Nəğmə dolu bir ürək. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tibbi aksiya keçirəcək Sərkisyan Paşinyanın istefasını qəbul etdi - Yeniləndi Q.Paşayeva MM-də "Uşaqların zərərli informasiyadan qorunması" üçün qurumlara çağırış edib “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan! Qarabağ qazisi Etimad Əsədov vəfat etdi Sumqayıtda aprel şəhidi Əbdülməcid Axundovun 25 illiyinə həsr edilmiş tədbir keçirildi Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video HEYDƏR ƏLİYEVLƏ BAĞLI ŞİRİNLİ-ACILI XATİRƏLƏR Mehriban Əliyevadan müəllim və tələbələrə təbrik - Məktubu +Fotolar Hərbi hissədə ağacəkmə kampaniyası-Fotolar Sürüşmə anının - Videosu Vətəndaşlar 11 min manat birdəfəlik ödəmənin verilməsini tələb edir - VİDEO Bakıda yeni dələduz peyda oldu - ''İnstagram''dan 35 nəfərə... (VİDEO) Tramp qızını bu vəzifəyə gətirmək istəyir On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi Minaya düşən sakinin vəziyyəti pisdir — Səhiyyə Nazirliyi Kolbasa və sosiska istehsal edən bəzi şirkətlərin fəaliyyətində nöqsanlar aşkarlandı Yenə leysan xəbərdarlığı edildi 11 oktyabr Beynəlxalq Qızlar günüdür Məmur oliqarxiyasının sonu yaxınlaşır - prezidentdən mühüm və sərt ismarışlar Restoran sahiblərinə sərt xəbərdarlıq Camal Qaşıqçının qaçırılma planını ABŞ kəşfiyyatı bilib - İddia Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində “Turetski xoru” qrupunun konsertini izləyib - FOTO Q.Paşayeva AŞPA-da Azad Demokratlar Qrupu adından çıxış edərək İslamafobiyanın artmasında Avropa ölkələrinin yanlış siyasətini tənqid edib. Şamaxı məktəb direktoru Gülnurə Babaşova : Təhsildə əldə edilmiş nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Rusiya Avropa Şurasından çıxarıla bilər Şəki sakinləri üçün oftalmolji müayinələr keçiriləcək Google istifadəçilərinə BƏD XƏBƏR - 2019-cu ildə bağlanacaq İçində miqrantların olduğu mikroavtobus yandı - Fotolar Bahar Muradovadan rusiyalı həmkarlarına çağırış "Neftçi İdman Klubu”nun cüdoçusu Vüqar Talıbov tarixi uğura imza atıb. “Nar” gənclərə fürsət yaratdı Eks-nazir Azərbaycana qayıda bilmir - SƏBƏB Bakı metrosunda həyəcan: Qatarlar boşaldıldı Qənirə Paşayeva Türkiyə əleyhinə yalanlara qarşı arqumentlərlə cavab verib "Mən qələt eləmişəm" - Qızını erməniyə verən diaspor sədri (VİDEO-FOTO) Hansı qida mədəmizdə nə qədər müddətə həzm olunur - SİYAHI “Savaşçı” serialının Azərbaycan bayrağı ilə başlaması bəyənildi – VİDEO Berluskoni Qara dəniz haqqında "yalan"ı BELƏ İFŞA ETDİ (FOTO) Nurməhəmmədov-Makqreqor döyüşünün və döyüşdən sonrakı davanın TAM VİDEOSU 19 yaşlı qızın cəsədi kanaldan tapıldı Nazirdən açıqlama: Neftin qiyməti və sanksiyalar... Sumqayıt təhsilini uçruma aparan yol-ARAŞDIRMA Aeroport yolunda növbəti qəza-Video+Foto ABŞ Konqresi Trampın namizədini Ali Məhkəmənin üzvü vəzifəsinə təsdiq edib –Səsvermə zamanı qalmaqal baş verib Sumqayıtda direktor müavini dayəni döyüb xəstəxanalıq etdi - Fotolar 160 saylı avtobus daha bir qəza törədib, yaralananlar var - VİDEO+FOTOLAR İTV KANALIN YENİ UĞURLU LAYİHƏSI Sağ-salamat doğulan körpə 2 gündən sonra xəstəxanada öldü - Azərbaycanda Göygöldə yük maşını aşdı - 2 nəfər öldü, 2 yaralı Hacıbala Abutalıbova yeni vəzifə tapşırıldı Bakıda özəl klinikada pasiyent öldü - Açıqlama Qənirə Paşayeva müəllimləri təbrik edib Xırdalanda piyadanı vurub qaçan sürücü saxlanılıb 2018-ci il üzrə Nobel sülh mükafatının qalibləri məlum olub Bakı sakini bacısının körpəsini 350 manata satıb Sabah hava belə olacaq – PROQNOZ Oqtay Şirəliyevin qızı ermənini özünə köməkçi təyin etdi Qatarla toqquşub, 2 nəfərin ölümünə səbəb olan avtobus sürücüsünün FOTOSU YAYILDI Çingiz Abdullayev: “Bunlar əclafdırlar!” - TƏXRİBAT Rusiya rəsmən dollardan imtina edir Mehdiyev göstəriş verdi, məsələ həllini tapdı “Biləsuvar cəngavərləri” kitabının təqdimat mərasimi keçirildi Pentaqonun başçısını da zəhərləmək istədilər “Nar”dan autizmli uşaqlara dəstək - FOTOLAR Xocavənd rayonunun işğalından 26 il ötür Rusiya Qarabağa görə Beynəlxalq Məhkəməyə verilə bilər! Q.Paşayeva MM-də qardaş Türk dövlət və toplumlarından gənclərin Azərbaycanda təhsili ilə bağlı təkliflərlə çıxış edib “Nar” yarımilin hesabatını və yenilənmiş brendinitəqdim etdi Leyla Əliyeva “İmmolatio”nun premyerasında - Foto İnsanda siçan virusu aşkarlandı – İlk dəfə İlham Əliyev Paşinyanla Qarabağdan danışdı - Rəsmi Qubada yük avtomobili dərəyə aşdı, sürücü yaralandı Azərbaycan nefti bahalaşıb Zibilə düşən it: İtin başı görün harda qaldı… - VİDEO Azərbaycanın qızıl-gümüş bazarı həftəni ucuzlaşma ilə başa vurdu Hindistanla Rusiya arasında 5,43 milyard dollarlıq razılaşma XəbərAl.az saytının 4 yaşı tamam oldu “Nar” yeni loqosunu təqdim etdi - Foto
    File engine/metagen.php not found.