Bakıdan Cocuq Mərcanlıya gedən KÖÇ

    Bakıdan Cocuq Mərcanlıya gedən KÖÇ


    Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə tikilən yeni qəsəbəyə ilk mərhələdə 4 ailə köçürülüb.

    Bu barədə Modern.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat evrilib.

    Bildirilib ki, Cocuq Mərcanlıdan olan məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın üzvlərinin və Cəbrayıl Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə iyulun 5-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki su təsərrüfatı idarəsinin həyətində və ətraf kənddə məskunlaşmış 4 məcburi köçkün ailəsi yola salınıb.

    Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev qeyd edib ki, Cocuq Mərcanlı hələ 1994-cü ildə uğurlu Horadiz əməliyyatı ilə işğaldan azad olunub. Lakin yaxınlıqdakı Lələtəpə yüksəkliyi düşmənin nəzarətində olduğundan kənddə yaşamaq qeyri-mümkün idi. 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi mövcud təhlükəni aradan qaldırdı. Bundan dərhal sonra Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam imzaladı. İlkin olaraq, 50 mənzil və 100 yerlik məktəb binası tikildi, müvafiq infrastruktur yaradıldı.

    "Bu gündən Cocuq Mərcanlıya qayıdışa start verilir. İlk növbədə, 4 ailə köçürülür. Ümumilikdə isə Cocuq Mərcanlıya 25 ailə Bakıdan, 25 ailə digər rayonlardan olmaqla, 50 ailə köçürüləcək. Sakinlər orada öz təsərrüfatlarını yaradacaq, kənd işləri ilə məşğul olacaqlar. Yeni salınan qəsəbədə bunun üçün hər cür şərait yaradılıb. Bildiyiniz kimi, Cocuq Mərcanlıda tikilən evlər qəsəbədə yaşayacaq məcburi köçkünlər arasında püşkatma yolu ilə paylanılıb və köçürülmə işləri bu həftənin sonunadək başa çatdırılmalıdır”, - deyə Arif Fərzəliyev bildirib.

    Məlumat verilib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Cocuq Mərcanlı kəndində əlavə 100 ev, uşaq bağçası, həkim məntəqəsi, digər zəruri sosial və infrastruktur obyektləri tikiləcək. Bu məqsədlə Prezidentin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9 milyon manat ayrılıb.

    Kiçik yaşlarında Cocuq Mərcanlıdan valideynləri ilə birlikdə məcburi köçkün düşən, bu gün isə doğma kəndə qayıdan Şahin Hüseynov sevinc hisslərini bizimlə bölüşərək deyib: 

    "Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz ötən ilin aprelində torpaqlarımızın bir hissəsini düşməndən azad etdi və bizim doğma ata-baba torpaqlarımıza qayıtmaq imkanımız yarandı. Mən Cocuq Mərcanlıda salınan yeni qəsəbəyə, orada yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığımı bildirmək istəyirəm. Biz 1993-cü ildən Biləcəri qəsəbəsində məskunlaşmışıq. Ailəmiz 5 nəfərdir. Cocuq Mərcanlıda artıq bizim 3 otaqlı evimiz var. Kəndimizdə əkin-biçinlə, heyvandarlıqla məşğul olub, öz təsərrüfatımı yaratmaq istəyirəm. Gün o gün olsun ki, işğal altındakı digər ərazilərimiz də azad olunsun, məcburi köçkünlərin hamısı öz torpaqlarına qayıtsın”.

    Yükləri maşına yığmaqda valideynlərinə kömək edən Nurlan və Hüseyn qardaşlarının sevinci də üzlərindən oxunurdu. Böyük qardaş Nurlan bildirib ki, doğma kəndlərinə həvəslə gedir: 

    "Bilirəm ki, kəndimizə başqa uşaqlar da köçəcək, yeni dostlarım olacaq. Onlarla birgə məktəbə gedəcəyəm, futbol oynayacağam. Böyüyəndə isə əsgər olub, torpaqlarımızı qorumaq istəyirəm”. 

    Nurlan bəlkə də bütün məcburi köçkün uşaqların arzusunu dilə gətirib. Onun valideynləri düşmənin işğalçılıq siyasəti nəticəsində yurd-yuvalarından didərgin düşüb, özü isə Bakıda anadan olub, indiyədək doğma kəndini görməyib.

    Yük maşının gənc sürücüsü Anar Salmanov məcburi köçkündür. O da Hüseynovlar ailəsinin sevincinə şərik çıxaraq, doğma yurdu Laçına qayıdacağı günün həsrəti ilə yaşayır: 

    "Qarabağa qayıdışın başlanğıcı olan ilk məcburi köçkün karvanının sürücüsü olmağım bəlkə də bir təsadüfdür. Bu qayıdışda iştirak etdiyim üçün özümü xoşbəxt sayıram. Bu ailələrin sevinci hamımızın sevincidir. İnanıram ki, tezliklə biz də doğma Laçınımıza qayıdacağıq”.

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən ayrılmış yük avtomobilləri artıq yola çıxmağa hazır idi. Hüseynovlar ailəsi qonum-qonşu ilə sağollaşdıqdan sonra avtomobillərə əyləşərək, Cocuq Mərcanlıya doğru yola çıxıblar.


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 162


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Bakı bulvarında kişi meyiti tapıldı - 20-25 yaşlarında Bakı bulvarında kişi meyiti tapıldı - 20-25 yaşlarında Bakıda bəzi yollarda sürət həddi endirildi –Yağışa görə Bazarlarda qiymətlər necədir? - VİDEO Bakıya aylıq normadan artıq yağıntı düşüb Tovuzda gənc oğlan ağacdan yıxılaraq ayağını qırıb İndoneziyada zəlzələ oldu “Yağışın yaratdığı fəsadlar aradan qaldırılır” - “Azərişıq” Təbiət bir gecəyə Bakı üzrə “aylıq plan”ı doldurdu Bu gün Paşinyanla Sərkisyanın pərdəarxası döyüşü olacaq "Kamal Abdullanın bu addımı sözün yaxşı mənasında bir "ilk" oldu" İlham Zəkiyevə yeddinci dan qara kəmər verildi - Foto Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq Qatil: “Etimad İsmayılovdan cəld tərpəndim”- Milyon dollarlıq mübahisə, AVM səhmləri, “Glock” tapançası... Məktəbli avtobusu qəzaya uğradı – Ölənlər var  İrandakı paradda terakt anı - Video/Foto Bakıdan KTMT-yə: Nikolun cəfəng açıqlamaları ilə tanış ol! "Gəncliyin rəngləri " adlı sərgi keçirilib-Fotolar ABŞ-da təyyarə qəzası baş verib, ölənlər var 20 yaşlı azərbaycanlı tələbə İsveçdə deputat seçildi - Fotolar Prezidentin bu çıxışı İrəvana layiqli cavab idi - Politoloq Binəli Yıldırım azərbaycanca DANIŞDI: “Azərbaycana soyuq dəysə, biz xəstələnərik” Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib “Nar” İsmayıllıda 4G şəbəkəsini qurdu Qayıq göldə batdı, 44 nəfər öldü "Frutti Freska"dan ibrətamiz addım-Fotolar Ağacdan yıxılan jurnalist dünyasını dəyişdi Azərbaycanda pambığın qiyməti 50 manat qalxdı Elnur Seyidovun şikayəti təmin olunmadı Ermənistandakı Rusiya aviasiyası döyüşə hazır vəziyyətə gətirildi Saçyoldu olayı baş verən məktəbin direktoru işdən AYRILDI “Nar”-ın dəstəyilə “Brain Ring” yarışları start götürdü "Xətai" metrosu bağlanır - 1 illik Sabirabadda kütləvi dava: 4 nəfər həbs edildi Ordumuzun təlimləri: döyüşə hazırlıq... - Video Fikrət Qocanın oğlunun qatili ilə bağlı – Son qərar Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına da daxil olur NATO-dan Azərbaycanla bağlı açıqlama Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimov qanunları saymır - ŞİKAYƏT Ülviyyə Namazova: "Afət Fərmanqızı, səndə onun tayısan!"-QALMAQAL! Cəlilabadda 6 yaşlı uşağı maşın vuraraq ağır yaralayıb Sumqayıtda avtobus "Kamaz"la toqquşdu - Yeniləndi Heydər Əliyev hərbi xidmətdə: bu gün and içdi FOTOLAR Bakıda “Beynəlxalq multidissiplinar xərçəng müalicəsi” mövzusunda beynəlxalq konfrans keçirilir- VİDEO Əgər təlimat verilsə, Rusiya belə bir helikopter istehsal edəcək Türkiyədə Bakının azad edilməsinin 100 illiyinə videoçarx hazırlandı - VİDEO ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı Bu, Ərdoğan və Əliyevin birgə mesajıdır Ərdoğan Azərbaycanda - Əliyevlə görüşdü+ Fotolar+ Yenilənib Bu gün Almaz balanın doğum günüdür Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi ölkəmizdədir Azərbaycanlı politoloqdan Ermənistan hərbi rəhbərliyinə məsləhət... Ərdoğan və Əliyevin iştirakı ilə bu gün... - Türkiyə XİN “Nar” 15 sentyabr– Bilik günü münasibətilə daha bir müsabiqə keçirir. “Nar”-dan 10 qəpiyəgünlük internet paketitəklifi Millət vəkili Q.Paşayeva “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu – 100” adlı gecədə Türk Dünyasına çağırış edib Bəbəlidə yanğın baş verib Gəncədə qadın 5-ci mərtəbədən yıxıldı Kaliforniyada atışma nəticəsində 6 nəfər ölüb Ağdaş sakini dəmir parçası ilə həmyerlisinə ağır xəsarət yetirib “Orta əsr təfəkkürü Paşinyana baha başa gələcək”-Aydın Mirzəzadə “Nar”-dan Türkiyəyə səfər edənlər üçün sərfəli rominq paketi 12 sentyabrda gözlənilən hava şəraiti Zəvvarları daşıyan avtobus aşdı - 50 nəfər öldü Bakının işğaldan azad edilməsinin 100-cü ildönümünə həsr edilən tədbir keçirildi Azərbaycanda bu analizin qiyməti 3 minə yaxındır Kağızdan hazırlanmış qeyri-adi sənət əsərləri - Fotolar İranın "Şiə qurşağı"na ağır zərbə - Şərh Qurban Qurbanov Malta uğursuzluğundan danışdı Q.Paşayeva Yeni Dərs İli öncəsi Tovuz kəndlərində müəllimlərlə görüşüb Salfet satmaqla günə 65 manat qazanan uşaq saxlanılıb Bakıda tarixi parada hazırlıq – Video Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddi təsdiqlənib Avstriyada baş verən qəzada 13 qadın xəsarət alıb Yaşlı insanların yaradıcılıq imkanlarının nümayiş etdirilməsi məqsədilə ədəbi –bədii tədbir keçirilib - Foto “Nar”-dan sosial şəbəkələrdə üstün müştəri xidmətləri Paşinyan bu gün Moskvada “məşhər ayağına” çəkiləcək ""Addım- addım"ın repertuarımda xüsusi yer tutacağına əminəm"-Aygün Aydın Gənc Kikboksçu qadın Günay Sun Moon Haciyeva niyə qəzəbləndi? Tamerlan Qarayev kim idi ki, onun əmri ilə vertolyot vurulsun? - ETİRAZ... Prezident böyrəyi səhvən götürülmüş uşağa ev bağışladı Yevlaxda baba 3 yaşlı nəvəsini öldürdü Azərbaycanda dünya çempionu HƏBS EDİLDİ - QAYINATASINI DÖYDÜYÜNƏ GÖRƏ (ÖZƏL-FOTO) Quzusunu xilas etmək istəyən fədakar çoban həyatından oldu -FOTO İranda 5,5 bal gücündə zəlzələ olub 08 sentyabrda gözlənilən hava şəraiti Türkiyə Prezidenti İranda səfərdədir Yevlaxda sürücü avtomobili aşırıb, sərnişin ölüb “Biz, bir millət iki dövlətik!”devizi altında ədəbi-bədii tədbir keçirilib Q.Paşayeva Tovuzda kənd xəstəxanalarını ziyarət edib və insanlarımızın tibbi maarifləndirilməsini gücləndirməliyik deyib Azərbaycan Prezidenti Braziliyanın dövlət başçısını təbrik edib Şimali Koreyada daşqınlar nəticəsində 76 nəfər ölüb, 800-dən çox bina dağılıb Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub Ukraynada uçot dərəcəsi artırılıb Lənkəranda gənc oğlan qayınatası tərəfindən bıçaqlanıb Son dəqiqə: Rusiya qırıcıları İdlibi vurdu – 4 milyona yaxın sakin təhlükədə Bu dərmanların istifadəsi QADAĞAN EDİLDİ - SİYAHI 11 mindən çox insanda bədxassəli şiş aşkarlandı - Azərbaycanda Şirkət aşağı qiymətə satılıb, araşdırma olacaq - Prokuror
    File engine/metagen.php not found.