AzNews.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub, iqtisadi-ticarət sahəsində əlaqələrinin inkişafında olan irəliləyişlər xüsusilə qeyd olunub.

Səfir C.Kutillo diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

E.Məmmədyarov səfir C.Kutilloya gələcək fəaliyyətində uğurlar arzu edib.