"Mənzillərin bölgüsünə vicdanlı yanaşılıb" - Əflatun Amaşov


    "Son günlər jurnalistlərin mənzil bölgüsü ətrafında söz-söhbətlər, mülahizə və fikirlər dolaşmaqdadır. Əlbəttə, düşüncələrdəki müxtəliflik müəyyən mənada təbiidir. Axı söhbət jurnalistika ilə bağlı prosesdən gedir”.

    AzVision.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov "Facebook" səhifəsində yazıb: 
    "Arzu edərdim ki, deyilənlər heç bir halda ümumi işə kölgə salmasın. Çünki jurnalistlərin mənzil təminatı məsələsi asan başa gəlməyib. Razılaşaq ki, sıravi media təmsilçisinin özünə mənzil alması çox çətindir. Ümumən yaşadığımız dövrdə mənzil məsələsi hər bir vətəndaş üçün aktualdır. İnsanlar dövlət ipoteka kreditləşməsi və digər üsullarla uzunmüddətli ödənişlər hesabına mənzil sahibinə çevrilirlər”.

    Ə.Amaşov qeyd edib ki, bu çətinliyə və jurnalistikanın spesifik sahə olduğuna görədir ki, həmkarlarımızın mənzillərlə təminatı məsələsi gündəmə gəlib:

    "Yaxşı yadımdadır, Mətbuat Şurasının fəaliyyətinin ilk illərində ayrı-ayrı media birlikləri mövcud istiqamətdə təkliflər irəli sürmüşdülər. Bu təkliflərdə jurnalistlərin təmirli mənzillə, özü də heç bir ödəniş etmədən təminatı nəinki nəzərdə tutulmurdu, heç ağla belə gətirilmirdi. Yalnız müəyyən güzəştlərin edilməsi üzərində dayanılırdı.

    2010-cu ilin iyulun 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏliyevMətbuat Şurasının yeni binasının açılışında iştirak etdi, Şuranın İdarə Heyətinin üzvləri ilə görüş keçirdi. Jurnalistika ilə əlaqədar baxışlarını bölüşən ölkə başçısı bir sıra problem və çətinliklərə özü diqqət çəkdi, vəziyyətlə geniş şəkildə maraqlandı.

    Görüşdə jurnalistlərin xeyli hissəsinin kirayədə yaşadığı, bəzilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacın duyulduğu müzakirə edildi. Cənab İlham Əliyev məsələyə olduqca həssas yanaşdı, çıxışında konkret görüləcək işləri sadaladı.

    Cənab İlham Əliyev həmin gün "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncam imzalamaqla media ictimaiyyətinin çoxdankı arzusunu yerinə yetirdi. Məlum olduğu kimi, sözügedən Sərəncam jurnalistlər üçün yaşayış binasının inşasını nəzərdə tutdu. Bu o demək idi ki, vaxtilə hansısa güzəştli şərtlərlə mənzil sahibi olmağa razılaşan media təmsilçiləri heç bir ödənişsiz, tam təmirli mənzillərlə təmin ediləcəklər. Təmin edildilər də”.

    MŞ sədrinin sözlərinə görə, Prezidentin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 22 iyul 2013-cü il tarixli Sərəncamı əsasında inşa edilmiş növbəti bina artıq hazırdır: 

    "Mənzillərin bölgüsünü həyata keçirmək məqsədi ilə namizdələrdən sənədləri qəbul etmək üçün yaradılmış komissiya işini başa vurub. Komissiya daşıdığı missiyaya tam məsuliyyətlə yanaşıb. Hər bir namizəd barədə ən xırda detallar belə nəzərdən keçirilib. Artıq mənzil sahibi olacaq 254 nəfərin siyahısı məlumdur. Onların adları tezliklə açıqlanacaq”.

    "Bütün bunları vurğulamaqda məqsədim odur ki, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasının Azərbaycan dövləti, şəxsən cənab Prezident İlham Əliyev üçün mühüm əhəmiyyət daşıdığını bir daha diqqətinizə çatdırım. Yenə də deyirəm, mənzillərin bölgüsü ilə bağlı müxtəlif fikirlər və mülahizələr səslənməkdədir. Onların təfərrüatına varmaq istəməzdim. Onu da qəbul edirəm ki, hər kəsin haqq-ədalət anlayışına baxışı fərqlidir. Kimsə kimisə jurnalistika baxımından özündən daha zəif görə, özünü daha layiqli saya bilər.

    Ancaq hesab edirəm ki, hər bir məsələyə münasibətdə ortaq nöqtələri müşahidə etmək mümkündür. Əgər niyyət və məram saflığından irəli gələn ortaq nöqtələr çoxdursa, demək ki, vicdanlı yanaşma var. Sizi əmin edirəm ki, jurnalistlər üçün mənzillərin bölgüsünə prinsip etibari ilə tam ədalətli və vicdanlı yanaşılıb. Bu yanaşma cənab Prezidentin iradəsindən irəli gələn müstəsna tələbdir. Bu yanaşma ölkə rəhbərinin başçılığı ilə Azərbaycan dövlətinin media siyasətinin mühüm göstəricisidir. Nəzərə alaq ki, dünyanın heç bir yerində jurnalistlərin dövlət hesabına mənzillə təmin edilməsinə dair ölkəmizdəki kimi təcrübə yoxdur. Bu təcrübənin qüsursuzluğu, faydalılığı və nümunəviliyi mütləqdir”.

    Ə.Amaşov vurğulayıb ki, iyulun 21-də mənzil sahibinə çevriləcək jurnalistlər başqaları deyillər, onlar bizlərdəndir: "Özünüz də bunun şahidi olacaqsınız. Tam qətiyyətlə bildirirəm ki, jurnalistlərin mənzil siyahısı Azərbaycan jurnalistikasının palitrasını əks etdirəcək. Orada qələminə sədaqəti ilə seçilənləri, peşəsinin təəssübünü çəkənləri, jurnalistika sahəsində xidmətləri olanları, illərdir zəhmətə qatlaşanları görəcəyik"

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 232


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib “Nar” Azərbaycanın rəqəmsal inkişafına öz töhfəsini verməyə davam edir Bakıda küçənin ortasında dava - “Beş bıçaq vurdu” + Video Pensiyalar yenə artacaq - Nazir tarixi açıqladı Şamaxıda 18 yaşlı qız xlor içib Azərbaycan neftinin qiyməti enib –0,86 dollar/barel Milli Kitabxanada Gənc yazar Sevindik Nəsiboğlunun kitablarının təqdimatı olub-Fotolar Nigeriyada silsilə partlayışlarda 17 nəfər ölüb Bakıda peyda olan sirli dondurma satanlar – Onlar haqqında hər şey niyə gizli tutulur? REPORTAJ Mehriban Əliyeva Elçibəyin xanımının yas mərasimi xərclərini öz üzərinə götürdü Bu gün Qurtuluş günüdür "Son zəng"i qeyd edən məzunlar qəzaya düşdü “Sağlamlığın Qorunması” İctimai Birliyi Gədəbəy rayonunda “QİÇS-ə birlikdə qalib gələk” adlı tədbir həyata keçirəcək. İCTİMAİ KANALDA "YADİGARLAR"VERİLİŞİNİN 5 İLLİK YUBİLEYİ QEYD ETDİLƏR-Fotolar Azərbaycan jurnalist Fuad Abbasova görə Rusiyaya nota verib Bakıda yanğın - 1 yaşlı körpə öldü “1 sentyabrda başlasın, 25 mayda bitsin” - Deputatlar dərs ili haqda DANIŞDILAR “1 sentyabrda başlasın, 25 mayda bitsin” - Deputatlar dərs ili haqda DANIŞDILAR Bakı-Quba yolu dağılıb - “Səhvə yol verilib” + Video Ruslan Yusubov itkin düşdü - yanacaqdoldurma məntəqəsinin qarşısından “Nar” tələbələrin karyera qurmalarına dəstək olmaqda davam edir Ehram Məcidova haqsızlıq və düzgün aparılmayan İstintaq... -Təhlil Energetika Nazirliyində energetika sektorunda islahatların sürətləndirilməsinə dair kollegiya iclası keçirilib Bakıda qadın küçənin ortasında bıçaqlandı - özünü tanımadığı həyətə salıb, can verdi 3 yaşlı Zəhra tapıldı-Foto+Video Yardımsevərlər fiziki məhdudiyyətli insanlar üçün möhtəşəm tədbir təşkil etdi-Fotolar Ucar rayonunda yoxsul ailələrə bayram sovqatı paylanıldı. "Darıxıram Sənsiz.."-Mehrim Məmmədovadan yeni bəstələr Şirvan sakinindən narkotik maddə götürülüb “Nar” bir çox xidmətlər və məhsullar üzrə yeniliklər edəcək Q.Paşayeva gənc alimlərə çağırış səsləndirib Azərbaycanda Respublika Günüdür - Cümhuriyyətin 101 ili Leyla Əliyeva “Tarixin şah əsərləri” ilə tanış oldu - FOTO “Nar”“Youth Speak” Forumunda iştirak edib Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Qobustandan olan Aprel şəhidlərinin ailələri ilə görüş keçirilib Leyla Əliyeva cizgi filminin təqdimatında - Fotolar “Nar”aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur Tovuzda şəhid Orxan Hümmətova həsr olunmuş "Qızılqaya qartalı" kitabının təqdimatı keçirilib "28 May Respublika günü"-nə həsr olunmuş " Vətən" Kikboksinq klubunun açıq brinciliyi keçirilib. - FOTO MƏNASIZ SÖZ DAVASI BARƏDƏ SADƏ BİR MÜHAKİMƏ Milli Oftalmologiya Mərkəzinin Masallı filialının həkimləri Lənkəranda tibbi aksiya keçirəcək “Nar TV” istifadəçilərinin sayı 117% artıb "Qızlar oğlanlara nisbətən daha məntiqlidir!-Müsahibə 17 mayda gözlənilən hava şəraiti Gəncədə 15 yaşlı oğlanı maşın vurdu "Sizi Tanıyaq" layihəsinin 1 illik hesabat konsert tədbiri keçirildi-Video “Nar”“Facebook”səhifəsinə daxil olmuş müraciətləri 100% cavablandırıb Millət vəkilinin dəstəyi ilə Tovuz Gənclər Evində möhtəşəm təqdimat Millət vəkili Q. Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib 15 mayda gözlənilən hava şəraiti Şəkəri yüksələn sürücünün avtomobili körpüdən aşdı 5-ci sinif şagirdi Ulu Öndərə şeir həsr etdi Millət vəkili Q.Paşayeva və Türkiyənin təsəvvüf araşdırmaçısı-yazar Camalnur Sarqut seminar verib Faşizm üzərində qələbənin 74-cü ili tamam olur Yaralılar Dəniz Vağzalına gətirildi: 3 nəfərin vəziyyəti ağırdır...(YENİLƏNİB -1) QHT “Ahılların asudə vaxtının səmərəli təşkili” layihəsinin icrasına başlayıb 3 vacib sənəd itib-Elan “Nar”dilerlərlə birgə ötən ilin nəticələrini müzakirə edib Şəki-Zaqatala bölgəsində 3708 nəfər onkoloji müayinədən keçirilib Almaniyada şirlər heyvanat parkının işçisinə hücum edib Sürücülərin NƏZƏRİNƏ: Bu yollar bağlanır Rusiyada Leyla Əliyevanın təşəbbüsü ilə marafon keçirildi Həbsxana rəisi işdən çıxarıldı Millət vəkili Q.Paşayeva “Döyüşə qızlar gedir” filmin təqdimatında döyüşçü qadınlarımızı gənclərin daha yaxından tanıması üçün KİV-lərə çağırış edib “Maddi dünya uğur deyil, həyatda ən vacib olan...” - Leyla Əliyeva “Qarabağ” komandası 2018-2019-cu il mövsümünün qalibi olub- VIDEO+fOTO Millət vəkili Q.Paşayeva IV Buktreyler Festivalında çıxış edərək gənclər arasında mütaliənin gücləndirilməsi üçün qurumlara və ictimaiyyətə çağırış edib Ucarda 11 yaşlı oğlanı it dişləyib II qrup əlildən prezidentə: “Karvan”ın haqsızlığına susmayın” – Video ““Azəriqaz” insanlara problemlər yaradır” - Prezident Qazın yeni limiti belə hesablanacaq “100 yaşlı Tovuz futbolu” kitabının təqdimatı və Tovuz futbolunun 100 illiyi ilə bağlı tədbir keçirilib Kərəm Həsənov jurnalistin probleminin həlli üçün göstəriş verdi Manatın bugünkü məzənnəsi Limit ləğv edilməlidir -DEPUTAT DANIŞDI Prezident xanımı ilə “Formula 1” yarışlarını izləyir Əli Həsənov “feyk” məlumat yayanlardan yazdı - “Cəhdləri iflasa uğradı” “Nar” 2019-cu ilin birinci rübünün nəticələrini açıqladı Aprelin 28-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirə günüdür. Azərbaycanlı ana və qızı Moskvada birincilik qazandı-Video Deputat qaz limitinin ləğvinə qarşı çıxdı “Nar” NETTY-2019 milli internet mükafatının əsas tərəfdaşı seçildi Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada qanvermə aksiyası keçirilib Həbsxanadan kütləvi qaçış: silahlar ələ keçirildi Azərbaycanın yeni iqtisadi modeli hazırlanır - Əli Həsənov Leyla Əliyeva Elinaya şeir həsr etdi Bərdədə əməliyyat zamanı xəstənin qarnında yad cisim unuduldu - FOTO/VİDEO Elinanın ölümü haqda ŞOK: Qanını yuyub, direktorun otağına aparıblar (AUDİO) “Kim nə deyir desin, biz elə bizik” – “Acı həqiqət” serialı Əli Həsənov Prezidentin qələbə qazanmasının səbəbini AÇIQLADI Breyn Rinq” izlə, “Nar”-dan hədiyyə qazan! Qənirə Paşayeva: "Bizim ölkələr Avropa qitəsinin enerji təhlükəsizliyinə bundan başqa hansı töhfə verə bilərlər?" Zakir Qaralov Ucarda sakinlərlə görüşəcək Buraxılış imtahanlarının sualları sosial şəbəkələrdə yayıldı – “Nəticələri ləğv olunacaq” Rusiya və Çin ABŞ-ı vurmağa hazırlaşır ABŞ Ali Məhkəməsi müsəlman və buddist məhkuma münasibətdə ikiüzlülük göstərdi... Ərdoğan Kremldə bu addımı ilə ABŞ-ı qızışdırdı Leyla Əliyevadan qızı Əminəyə ad günü təbriki - Fotolar Cəbrayıl Həsənov: Bu yarışda yenidən çempion olmağı çox arzulayırdım Efir nəzarətsiz qalanda belə fəsadlar yaşanır - Professor
    File engine/metagen.php not found.