AzNews.az xəbər verir ki, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov dövlətimizin başçısına məlumat verdilər ki, jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzil var. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Binada 9 bir otaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı mənzil var. Binanın həyətində idman meydançası yaradılıb, geniş abadlıq işləri görülüb.

Sonra Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.

Dövlət başçısı mərasimdə nitq söyləyib.

***

"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev, "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İnformasiya Proqramları Studiyasının direktoru Mehriban Məmmədova və Mətbuat Şurasının sədri Əflatun Amaşov media nümayəndələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edibər.

Daha sonra Prezident İlham Əliyev binanın istifadəyə verilməsini bildirən rəmzi lenti kəsib.

Dövlət başçısı binadakı üç və dördotaqlı mənzillərdə yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, mənzillərin hamısı müasir tələblər səviyyəsində təmir edilib, sürətli internet, İPTV və fərdi isitmə sistemləri ilə təchiz olunub.