AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Liu Jieyi , Koreya Yarımadasında qarşıdurma ya da döyüşə qarşı olduqlarını bildirib. O, əlavə edib ki, Şimali Koreya və ABŞ öz öhdəliklərini yerinə yetirməzsə, Çin, nə edirsə etsin, səyləri nəticə verməyəcək: "Əsas məsuliyyət Çinə deyil, bu iki ölkəyə aiddir".

Ballistik raket sınaqları səbəbi ilə Şimali Koreya ilə ABŞ arasında artan gərginliyi qiymətləndirən Liu, hədəflərinin Şimali Koreyanın nüvə silahsızlanması olduğunu və bu hədəfə də dialoq və müzakirələrlə çatmağın lazım olduğunu vurğulayıb.