Q.Paşayeva:"Mən müvafiq qurumları bu istiqamətdə addımlar atmağa çağırıram".

    Q.Paşayeva:


    Millət vəkili Qənirə Paşayeva MM-də Türkiyədə vəfat etmiş Cümhuriyyət qurucularımızın xatirəsinin əbədiləşdirilməsi üçün məsələ qaldırıb

    İcxeberler.info bildirir ki, Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bügünki iclasında Sovet işğalı nəticəsində qardaş Türkiyəyə mühacirət etmək məcburiyyətində qalan Cümhuriyyət qurucularımızdan və fəallarından danışıb və onların qardaş Türkiyədə xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atmalıyıq deyib: "Hər zaman getdiyimiz hər yerdə fəxrlə deyirik ki, bütün müsəlman şərqində ilk parlamentli demokratik respublikanı - Azərbaycan Xalq Cümhuriyyətini Azərbaycan xalqı qurub. Xalq Cümhuriyyətinin qurucuları və bir sıra fəalları Sovet işğalı nəticəsində qardaş Türkiyəyə mühacirət edib, orada yaşayıb mübarizələrini davam etdiriblər. 3 gün əvvəl İstanbulda Feriköy məzarlığını ziyarət etdik. Orada cümhuriyyətiminzin qurulmasında böyük xidmətləri olmuş bir çox böyük şəxsiyyətlərimiz yatır. Orada Difai təşkilatını quraraq ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən amansız cinayətlərə qarşı mübarizə aparan böyük şəxsiyyət Əhməd Ağaoğlu və onun ailəsi yatır. Orada 20-ci əsrin əvvəllərində Qarabağda və ətraf bölgələrdə ermənilərin xalqımıza qarşı törətdiyi dəhşətli cinayətləri durdurmaq, qarşısını almaq üçün Xosrov bəy Sultanov yatır. Orada ömrünü Azərbaycan mübarizəsinə həsr etmiş ilk milli təhlükəsizlik nazirimiz Nağı bəy Şeyxzamanlı və ailəsi yatır. Orada böyük işlər görmüş Xəlil bəy Xasməmmədov kimi cümhuriyyət nazirlərimiz, Hüseynqulu bəy Xoyski kimi böyük şəxsiyyətlərimiz yatır. Orada gələn il 100 illik yubileyini qeyd edəcəyimiz Azərbaycan parlamentinin o zamankı millət vəkillərindən biri, özünü Azərbaycan mübarizəsinə həsr edən Mehmet Sadıq Aran kimi millət vəkillərimiz və Mir Yaqub Mehdi də daxil olmaqla bir sıra ziyalılarımız yatır. Amma bu tarixi qəbiristanlığın girişində belə orada Azərbaycan Xalq Cümhuriyyətinin bəzi qurucularının, fəallarının məzarlarının yerləşməsi barədə bir məlumat lövhəsi belə yoxdur. Gələn il - 2 ay sonra dövlət səviyyəsində Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd edəcəyik. Cümhuriyyətimizlə bağlı cənab Prezidentin imzaladığı sənədlər var və bunlar çox vacib və önəmlidir. Çox vacibdir ki, tarixi Feriköy məzarlığının girişində orada məzarı olan cümhuriyyət qurucuları və fəalları ilə bağlı bir abidə qurulsun və orada yatan bütün böyük şəxsiyyətlərimizlə bağlı məlumatlar verilsin. Eyni zamanda çox vacibdir ki, o böyük şəxsiyyətlərin məzarlarının üzəri yüksək səviyyədə düzəldilsin, xüsusi lövhələrdə hər bir şəxsiyyətimiz barəsində məlumatlar qeyd edilsin ki, ziyarət edənlər orada nə qədər böyük şəxsiyyətlərin məzarı olduğunu bilsinlər. Eyni zamanda bu böyük dövlət adamlarının məzarlarının üzərində Azərbaycan və Türkiyə bayraqlarının bərabər əks olunması çox vacibdir. Türkiyədəki səfirliyimiz, İstanbuldakı baş konsulluğumuz və Mədəniyyət nazirliyimizin xətti ilə Feriköy məzarlığı ilə bərabər qardaş Türkiyənin digər məzarlıqlarında dəfn olunmuş bütün Cümhuriyyət qurucularımızın və fəallarının yatdığı məzarlıqlarda da bu işlərin görülməsinə, onların qəbirüstü abidələrinin yüksək səviyyədə düzəldilməsinə, məlumat lövhələrinin yerləşdirilməsinə və onların qəbirlərinin üzərində Azərbaycan və Türkiyə bayraqlarının bərabər əks olunmasına böyük ehtiyac var. Hər kəs bilməlidir ki, orada yatan çox böyük şəxsiyyətlərdir və onların qəbirlərinin üzərində Azərbaycanımızın bayrağının əks olunması çox vacib məsələdir. Nəzərə alsaq ki, Cümhuriyyətimizin 100-cü ildönümü ilə bağlı tədbirlər artıq başlayıb, çox vacib məsələdir ki, Cümhuriyyət qurucularımızın və fəallarının bir çoxunun məzarının qardaş Türkiyədə yerləşdiyini nəzərə alaraq burada bu kimi vacib məsələlər qısa zamanda həyata keçsin və mən müvafiq qurumları bu istiqamətdə addımlar atmağa çağırıram."


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 473


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Azərbaycanlı ana və qızı Moskvada birincilik qazandı-Video Deputat qaz limitinin ləğvinə qarşı çıxdı “Nar” NETTY-2019 milli internet mükafatının əsas tərəfdaşı seçildi Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada qanvermə aksiyası keçirilib Həbsxanadan kütləvi qaçış: silahlar ələ keçirildi Azərbaycanın yeni iqtisadi modeli hazırlanır - Əli Həsənov Leyla Əliyeva Elinaya şeir həsr etdi Bərdədə əməliyyat zamanı xəstənin qarnında yad cisim unuduldu - FOTO/VİDEO Elinanın ölümü haqda ŞOK: Qanını yuyub, direktorun otağına aparıblar (AUDİO) “Kim nə deyir desin, biz elə bizik” – “Acı həqiqət” serialı Əli Həsənov Prezidentin qələbə qazanmasının səbəbini AÇIQLADI Breyn Rinq” izlə, “Nar”-dan hədiyyə qazan! Qənirə Paşayeva: "Bizim ölkələr Avropa qitəsinin enerji təhlükəsizliyinə bundan başqa hansı töhfə verə bilərlər?" Zakir Qaralov Ucarda sakinlərlə görüşəcək Buraxılış imtahanlarının sualları sosial şəbəkələrdə yayıldı – “Nəticələri ləğv olunacaq” Rusiya və Çin ABŞ-ı vurmağa hazırlaşır ABŞ Ali Məhkəməsi müsəlman və buddist məhkuma münasibətdə ikiüzlülük göstərdi... Ərdoğan Kremldə bu addımı ilə ABŞ-ı qızışdırdı Leyla Əliyevadan qızı Əminəyə ad günü təbriki - Fotolar Cəbrayıl Həsənov: Bu yarışda yenidən çempion olmağı çox arzulayırdım Efir nəzarətsiz qalanda belə fəsadlar yaşanır - Professor Hesabalama Palatası ən çox nöqsanı 3 nazirlikdə AŞKARLADI "20 il qüsursuz xidmət etmiş hərbi qulluqculara mənzillərin verilməsindən məhrum olmuşuq!"-Şikayət "Ermənistan rəhbərliyi Azərbaycanın girovluqda olan mülki şəxslərinin hüquqlarını pozmaqda davam edir"-Millət vəkili AŞPA-da çağırış etdi BEŞQAT DÜNYA ÇEMPİONU FUAD ZEYNALOVUN DEDİKLƏRİ Millət vəkili Q.Paşayeva Türk Dünyasından gəlmiş sənətçi, ziyalılar və təşkilat rəhbərləri ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb "Bir oyuncaq da sən ver!" adlı layihə fəaliyyətə başlayır Gəncədə 44 yaşlı kişi bıçaqlanıb Parisdə güclü yanğın olub, xəsarət alanlar var Hamı qəhrəman ola bilməz. Ancaq hamının bir qəhrəmanı vardır. Azərbaycan nefti bahalaşdı Sabah yağış yağacaq, külək əsəcək Millət vəkili Q.Paşayeva İsraildə Qarabağ, Xocalı soyqırımı həqiqətlərindən danışıb 316 Nömrəli Tam Orta məktəbdə Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib-Video+Foto İçindən qum çıxan uşaq qidasını ölkəyə “Veysəloğlu” gətirib - AÇIQLAMA Millət vəkili Q.Paşayeva Aprel zəfərini bizə yaşadan qəhrəman şəhidlərimizdən Ə.Axundov haqqında film təqdimatında televiziyalara, məktəblərə, cəmiyyətə çağırış edib “Kazbek” meyxanasını oxuyanın CƏZASI BİLİNDİ Ərdoğan əleyhinə yeni partiya qurulur – Keçmiş nazirlərdən gözlənilməz həmlə “Nar” paytaxtda növbəti rəsmi mağazasını təqdim etdi - FOTO MŞ-dən əxlaqsız video ilə bağlı - Bəyanat Azərbaycanlı iş adamının Türkiyədə keçirilmiş seçkilərlə bağlı maraqlı jesti-VİDEO Yeni ayın ilk gününə olan - Hava proqnozu Solomon adalarında 5.4 bal gücündə zəlzələ qeydə alınıb Azərbaycanlılara qarşı soyqırımdan 101 il ötür Bakıda kafedə yanğın oldu “Danışıqlar prosesi nəticəyə yönəldilməlidir” - Prezidentin TASS-a müsahibəsi Bu məlhəm ciyərləri bəlğəmdən təmizləyir - RESEPT Prezidenti İlham Əliyev Avstriyanın Federal Kansleri ilə görüşüb - FOTO TANINMIŞ PRODÜSER-REJİSSOR MİNARƏ ƏSKƏROVA ƏMƏLİYYATDAN SONRA ... -MÜSAHİBƏ-VİDEO Q.Paşayeva ön cəbhədə əsgərlərlə görüşüb Vüqar Bağırov:: "Bu turnirlər bizim üçün təcrübədir və vacibdir" Şirvanda narkotiklə saxlanilan şəxslərin oğurluq etdikləri də məlum olub Uşaqlara qazlı su içirtməyin! Avtomobillər qar uçqunu altında qaldı Novruz tətilindən sonrakı ilk iş gününün hava PROQNOZU Diqqət! Yaddaş pozulması xərçəngin simptomu ola bilər Gəncədə intihar – Özünü asdı Müəllim qəza törədib, 14 yaşlı yeniyetmə ölüb Əli Həsənovun əsəri bu ölkədə nəşr edildi Balakən rayonunda güclü yanğın oldu Bakıda güclü yanğın: Helikopter havaya qaldırıldı - Video İmişlidə maşın aşdı - XƏSARƏT ALANLAR VAR Mart ayı üzrə sosial yardımlar tam ödənilib Sabahın hava proqnozu açıqlandı - Yağış, külək... Kürdəmirdə 28 yaşlı qadın intihar etdi Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər Yasamalda avtomobil yandı Putin Nazarbayevin istefasını əvvəldən bilirdi - Peskov DAHA BİR KORRUPSİYA LAYİHƏSİ SIRADAN ÇIXIR – Milyonları “əridən” əbədi mühərrik Hərbçilərimiz Pakistanda “Yaşasın Azərbaycan” şüarı ilə qarşılandı - Video Türk Dünyası Birinci Qurultayı işə başladı Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı... 100-ə yaxın insan can verdi: faciənin ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO Cocuq Mərcanlıda Novruz şənliyi təşkil edildi-Fotolar Neftçalada yol qəzası olub, xəsarət alan var Əli Həsənov: “Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək” Samuxda ər arvadını bıçaqlayıb Azərbaycana yaz fəsli gəldi Göyçayda 7 yaşlı uşağı maşın vurub Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi Bakıda Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı xaricdən gəlmiş tanınmış insanların iştirakıyla maraqlı tədbir keçirib Bu şəxslərin maaşları artırılacaq - Qanunda dəyişiklik İlham Əliyevdən xalqa Novruz TƏBRİKİ Manat və dolların sabahkı MƏZƏNNƏSİ Martın 21-dən havanın temperaturu yüksələcək “Nar” nömrə ilə xaricdə Wi-Fi pulsuzdur Ceyranbatan qəsəbəsində "Opel" yanıb Yüksək təzyiqdən əziyyət çəkirsinizsə, bu meyvələri yeyin İstanbulda fabrik yanır 19 martda gözlənilən hava şəraiti Konqoda qatar aşıb, 24 nəfər ölüb, 31 nəfər yaralanıb Göyçayda maşın 7 yaşlı uşağı vurdu Orxan Nərimanlı: “Yerli məhsul bir çox dövlətlərin istehsalını geridə qoyur!”-Müsahibə 16 martda gözlənilən hava şəraiti Sumqayıtda ağır qəza - Ölənlər var Yaşamaq istəyirsinizsə broylerdən uzaq durun: Pediatrdan "ağ ölüm"lə bağlı qara xəbər... QOŞQAR TƏHMƏZLİ ELDAR MAHMUDOVUN ODİOZ BANDASI İMİCİNDƏ- DƏHŞƏTLİ İDDİALAR.. Millət vəkili Q.Paşayeva MM-də vərəm xəstələrinə və onların ailələrinə dəstəyin artırılması ilə bağlı təkliflərlə çıxış edib Ölkədə qızıl-gümüş bahalaşıb
    File engine/metagen.php not found.