İcra başçıları üçün kritik son ay - dekabrda kimlər gedir?

    İcra başçıları üçün kritik son ay - dekabrda kimlər gedir?


    Prezident İlham Əliyevin Nazirlər Kabinetinin geniş müşavirəsində icra başçılarına verdiyi konkret müddət dekabrın 15-də bitir; pambıq yığımında bir neçə rayon geridə qalıb; oliqarxlar da özlərinə yaxın icra başçılarına "qoruna bilməyəcəkləri” barədə xəbərdarlıq edib

    İki il əvvəl Azərbaycan iqtisadiyyatının neft gəlirlərdən asılılığını aradan qaldırmaq üçün qeyri-neft sektorunun inkişafına dair tədbirlər planı hazırlandı və xüsusilə də aqrar rayonların icra başçıları qarşısına bununla bağlı xüsusi tapşırıqlar qoyuldu. Xüsusilə  büdcəni rayonlara ayrılan dotasıyadan və "yeyintilərindən” azad etmək üçün kənardan investisiya cəlb edilməsinə xüsusi diqqət ayrıldı. Ötən müddətdə pambıqçılığın, üzümçülüyün, fındıqçılığın və digər kənd təsərrüfatı sahələrinin inkişafına dair xeyli işlər görülsə də, bu sahədə problemlər qalmaqdadır.

    Prezident İlham Əliyev bu ilin iyul ayının 12-də Nazirlər Kabinetinin geniş müşavirəsində ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılmasının vacibliyi haqda danışaraq icra başçıları qarşısında konkret müddət qoydu. 

    Prezident çıxışında demişdi ki, özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar: "Xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var”.

    Image result for prezidentdən xəbərdarlıq

    Dövlət başçısı konkret olaraq icra başçılarına vaxt da vermişdi. "İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək”, deyə, prezident xəbərdarlıq etmişdi.

    Hələ bu müşavirədən əvvəl "Yeni Müsavat” yazmışdı ki, iki-üç rayon istisna olmaqla, əksər icra başçıları prezidentin bölgələrə investisiya cəlb edilməsi ilə bağlı tapşırığı yerinə yetirə bilməyib. Fərqlənən rayon icra başçıları isə yalnız şəxsi əlaqələr hesabına Rusiyanın vilayətləri ilə əməkdaşlıq müqavilələri imzalayıb, qarşılıqlı biznes mühitini canlandırmağa çalışıblar. Əksər icra başçıları isə ənənəvi "kabinet siyasətindən” əl çəkməyiblər. İddialara görə, ötən müddət ərzində də bu sahədə xüsusi irəliləyiş nəzərə çarpmayıb.   

    Bildirilirdi ki, rayona sərmayə cəlb etmək, yeni iş yerləri açmaq, yerli əhalinin problemlərinə daha həssas və çevik münasibət göstərmək əvəzinə, bəzi rayonlarda yenə ciddi irəliləyiş yoxdur .

    Image result for Pambıq yığımı

    Yayılan məlumatlara görə, pambıq yığımı başa çatar-çatmaz hakimiyyətin bəzi icra başçıları ilə yollarının ayrılacağı gözlənilir.

    Pambıq yığımı ilə bağlı Statistika Komitəsinin oktyabrın 31-də açıqladığı rəsmi məlumatda da "başı üzərində qara buludlar” olan icra başçılarının olduğu təsdiqlənib (statistika ilə bu lingə tanış olmaq olar https://az.trend.az/business/2679263.html ttps://az.trend.az/business/2679263.html).  Ölkə ərazisində 31 oktyabra qədər 44 min tondan artıq pambıq tədarük edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə artım demək olsa da, Ağsu, Göyçay, Hacıqabul, Cəlilabad, Füzuli kimi rayonlar pambıq yığımında ən aşağı məhsuldarlıq alıb. O cümlədən Ucar, Sabirabad, Zərdab (sonuncu yerdədir)  və Yevlax kimi pambıqçılıq rayonları bu yarışdan xeyli kənarda qalıb. 

    Image result for nazirlər kabineti

    İstiqlal.az saytı isə yazır ki, Sabirabadın və Kürdəmirin icra başçılarının vəziyyətini ağırlaşdıran başqa səbəblər də var. Belə ki, Sabirabadın icra başçısı Nazim İsmayılov ləğv edilmiş MTN-in istintaq idarəsinin rəisi işləmiş Mövlan Şıxəliyevin, Kürdəmirin icra başçısı Ceyhun Cəfərov isə ləğv edilmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalovun yaxın qohumudur. Hər iki icra başçısının bu qohumlarının sayəsində vəzifə karyerası qurmaları da sirr deyil. İndi isə onların "krişa”ları müxtəlif cinayətlərdə ittiham olunub.

    mensur.JPG (22 KB)

    Məlumata görə, adıçəkilən icra başçıları ilə yanaşı, sabiq nazir Ziya Məmmədovun qohumlarının da vəziyyətləri ürəkaçan deyil. Ona görə Ucar (Mənsur Məmmədov) və Zərdabın (Lütvəli Babayev) icra başçıları da postları ilə vidalaşmalı olacaqlar.

    Image result for Lütvəli Babayev

    Dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəsiz xərclənməsi, mənimsənilməsi faktları da var ki, bu məlumatlar PA-da toplanaraq təftiş edilir.  Məlumatlarda o da deyilir ki, Hesablama Palatası da  büdcə vəsaitlərinin aidiyyəti üzrə xərclənməsi üçün apardığı yoxlamalarda 14 rayonun icra hakimiyyətində külli miqdarda yeyinti faktları aşkar edib ki, bunlar da ilin son ayında icra başçıları üçün həlledici olacaq. İddia olunur ki, həm prezidentin qətiyyətli tapşırığı, həm yaxınlaşmaqda olan seçki ili  bu dəfə kimsəyə bağışlanılmaq şansı verməyəcək. O cümlədən oliqarxlar da özlərinə yaxın icra başçılarına  "qoruna bilməyəcəyəkləri” barədə xəbərdarlıq edib.  İcra başçıları üçün kritik ay başlayıb. Dekabrın 15-nə isə sayılı günlər qalır...

    "YM”


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 251


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    MMA üzrə bir çox qələbələrə imza atan idmançılarımızdan qürur verici xəbər gəldi Millət vəkili Q.Paşayeva Ərkivan qəsəbəsində “Gənclər zərərli vərdişlərə YOX deyir” tədbirində gənclərə çağırış edib. Qənirə Paşayeva, Yazgül Abdıyeva və Arzu Bağırova xanım jurnalistləri təbrik etdi "Kim nə deyir desin biz elə bizik" Rəşad Kəsəmənlidən gözəl rəsm əsəri-Foto Bahalaşan və ucuzlaşan məhsulların - Siyahısı Adnan Oktarın evindən çıxanlar - Video Millət vəkili Qənirə Paşayeva Masallıda Kitab Günündə çıxış edərək gənclərə çağırış edib-Fotolar Təbiətə ziyan vuranlar Baş Prokurorluğa verildi Metro tikintisi Bakıda yolu çökdürdü - FOTO Adnan Oktarın villasına basqın anı - Video Ömrün sonuncu günəşi- əbədi işıq... Q.Paşayeva Ağdamda qəhrəman şəhidimiz Raquf Orucovun xatirəsinə həsr olunmuş anım tədbirində çıxış edib Goranboyda traktor aşdı - 4 yaralı Adnan Oktarın aylıq qazancı nə qədər olub? Android istifadəçilərinə təhlükəli virus hücum edib İsti havada buz kimi su içmək çox təhlükəlidir - bunu mütləq bilin! Fərəc Quliyev: “Onların kökünü birdəfəlik kəsmək lazımdır” Gədəbəydə tibbi aksiya keçirildi-Fotolar “Dövlətimiz əmin əllərdədir” İstirahət günlərində 7 yol qəzası olub - 4 ölü, 11 yaralı Neft bahalaşıb Gəncə sakini bıçaqlanıb Qarabağ icması Ağdərə ilə bağlı bəyanat yaydı Ermənilərdən növbəti təxribat: Yanğın “Nəsimi dünyası” adlı ustad Nəsimiyə həsr olunmuş gecə böyük maraqla və alqışlarla qarşılandı Gəncədə açılan güllələr? İŞİD İZİ “Nar”Bakı Biznes Universitetində keçirilmiş əmək yarmarkasında iştirak etdi KİTAB DA İNSAN KİMİDİR... Ərdoğan Azərbaycana gəlir Q.Paşayeva AŞPA-da Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları ilə bağlı çıxış edib və Ermənistan heyətinə sərt cavab verib. “Nar” korporativ müştərilərlə görüş keçirib Azərbaycan Ordusunun ilk hərbi operatoru vəfat etdi Q.Paşayeva AŞPA-da Nazirlər Komitəsini Ermənistanın törətdiyi vandalism aktlarına seyriçi qalmamağa çağırıb “Türk Ulduzları” Bakı səmasında uçuşlar edib Hərbi parad başladı - Zakir Həsənov Ali Baş Komandana raport verdi (YENİLƏNİB) “Ərdoğanın digər özəlliyi odur ki, terrorçuları dəstəkləyən qüvvələrin üzərinə gedir” Ramin Quluzadə Qusarda vətəndaşlarla görüşəcək Dövlət Baytarlıq Nəzarəti Xidməti və Dövlət Fitosanitar Nəzarəti Xidmətinin adları dəyişdirilib Hospitaldan Hacının palatasına poni gətirilməsi ilə bağlı açıqlama: "Ağır xəstənin kiçik arzusunu yerinə yetirmək savabdı.." Ərdoğan 52.6 faiz səs toplayıb - Yekun nəticə açıqlandı Daşkəsəndə təbii fəlakət - Evlər, körpülər dağıldı Qobustan-Poladlı avtomobil yolu yenidən qurulur İraqın neft naziri yaxın vaxtlarda Azərbaycana səfərə gələcək Böyük skandal : İngilis mediası seçki günü müxalifəti Ərdoğanı devirməyə çağırdı – “Ərdoğan dünya üçün təhdiddir, onu devirin” Ərdoğan nəvələri ilə birlikdə səs verdi - Video Millət vəkili Q.Paşayeva Braziliya, Çin və İndoneziyanın fəal qadınları ilə Qarabağdan danışıb “Nar”-dan “Samsung” smartfonu al, telefonun dəyərinin bir hissəsi balansına qayıtsın! "Düşməni hədəfə alaq, hərəmiz bir güllə ataq" devizi altında kiçik çaplı odlu silahdan təlim atışları təşkil edildi Ukraynada "Azərbaycan Ticarət Evi" açılıb Qəssab: “Bakıda ətin kilosu 15 manata qalxacaq” Xaçmazda yeni gömrük-keçid məntəqəsi inşa olunacaq Zəyəm və Böyük Kəsik stansiyalarının baş yolları əsaslı təmir olunur Nazir: "Pambıqçılıqla məşğul olan fermerlər təhlükəsizlik qaydalarına ciddi riayət etməlidirlər” Qanunsuz süni balıq gölləri yaradan şəxslər 85 min manat cərimə edilib AMB-nin valyuta məzənnələri Gömrükçülər ölkəyə xeyli sayda qanunsuz mobil telefon gətirilməsinin qarşısını alıb MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 67-ci iclası keçirilib Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edilib Millət vəkili Q.Paşayeva dünyanın nüfuzlu qadınlarını ölkəmizə dəvət edib. İcra başçısından tarlada zəhərlənənlərlə bağlı - Açıqlama Pərviz Şahbazov OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Vyana görüşündə iştirak edəcək Azərbaycandan Gürcüstana qaz ixracı 16,5% artıb Abşeron rayonunda reabilitasiya mərkəzi fəaliyyətini uğurla davam etdirir Dünya birjalarında neft ucuzlaşıb Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək Qızıl 26 dollardan çox ucuzlaşıb Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Dövlət Aqrar Ticarət Şirkəti” təsis edilib - EKSKLÜZİV Azərbaycan neftinin qiyməti azalıb. İcxeberler.info saytının rəhbərinə üzucü xəbər "BizimTV" -nin əməkdaşı üçün özəl gün-Təsisçidən ad günü təbriki Bu gün Azərbaycanda Milli Qurtuluş Günüdür Bu il Azərbaycanda qızıl istehsalı 19% artıb Azərbaycan Gürcüstanla sərhəddə yeni sərhəd keçid məntəqəsi inşa edəcək Hərbi əməliyyatlar başladı: 4 hərbçi HƏLAK OLDU “Nar”-dan Naxçıvan üçün xüsusi təklif Uşağı döydüyü üçün həbs edilən tərbiyəçi danışdı Gənc müğənni Aygün Surəzənin Ad günü partisi keçirildi. Bakının Xətai rayonunun bir hissəsində içməli suyun verilişində məhdudiyyətlər olacaq DGK: Azərbaycanda gömrük qanunvericiliyi təkmilləşdiriləcək Gədəbəyin dağlarından-Fotosessiya Dövlət Dəniz Agentliyinə direktor təyin edilib Bakının Nəsimi rayonunda içməli suyun verilişində məhdudiyyətlər olacaq AMB-nin valyuta məzənnələri Sabah TANAP-ın açılış mərasimi keçiriləcək ”Azərbaycan İnciləri” adı altında birləşib-Muğamı gələcək nəsillərə sevdirməliyik Millət vəkili: Naxçıvan qələbəsi digər işğalda olan torpaqlarımızın azadlığına aparan yoldur Bu gün sonuncu sınaq imtahanı keçiriləcək Mövqelərimiz pulemyotlardan atəşə tutulub Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq Dünya birjalarında qızıl bahalaşıb ELNARƏ RZAYEVA ÖZÜNÜ MEDİA QARŞISINDA OLDUĞU KİMİ TANITDI "REAL FAKTLAR AŞKAR OLUNDU" "Düşünən insan" jurnalı Ramazan ayı münasibətilə tədbir keçirib (FOTO) Buğdanın laboratoloji analizləri pulsuz aparılacaq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq AMB-nin valyuta məzənnələri Tovuzda strateji əhəmiyyətə malik bir neçə yol yenidən qurulur Gürcüstandan Azərbaycana mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb Təbriz küçəsində təmir işləri yekunlaşıb Şəmkir-Samux-Goranboy suvarma kanalının İpək yolu ilə kəsişmə qurğusunun və 4,95 km-lik hissəsinin açılışı olub
    File engine/metagen.php not found.