YENİ ƏMƏLİYYAT VƏ SAVAŞ MEYDANI – KİBERMƏKAN:Estoniya hakerlərlə mübarizədə NATO-ya necə kömək edir? - ARAŞDIRMA

    YENİ ƏMƏLİYYAT VƏ SAVAŞ MEYDANI – KİBERMƏKAN:Estoniya hakerlərlə mübarizədə NATO-ya necə kömək edir? - ARAŞDIRMA


    Yuriy Onişenko

    "Yevropeyskaya pravda”, Ukrayna

     

    Artıq kiberməkan əvvəllər su, hava və quruda olduğu kimi, döyüş meydanına çevrilib. Çoxları üçün görünməz olan təhdidlər, əslində, adi silah istifadəsindən daha çox və sürətli problem yarada bilər. 

    NATO rəsmi olaraq kiberməkanı əməliyyat mühiti kimi tanıyıb və beləliklə, onda mövcud olan təhdidləri hərbi təhdidlərlə bərabərləşdirib. Alyansda yeni təhdidlər nəzərə alınmaqla, müdafiə strategiyasına yenidən baxılır. Bunun üçün noyabrın əvvəlində Kiberəməliyyatlar Mərkəzinin yaradılması qərara alınıb və Rusiya təhdidiylə bağlı olaraq, komanda strukturunda artıq islahat aparılıb.

    ABŞ, Böyük Britaniya, Almaniya, Norveç, İspaniya, Danimarka və Hollandiya artıq öz hərbçiləri üçün kibermüharibə şəraitində fəaliyyət mexanizmlərini işləyib hazırlayır və ümid edirlər ki, ümumi kibertəhlükəsizlik doktrinası 2019-cu ildə işləməyə başlayacaqdır.

     

    Estoniya kibermüdafiənin ağzında

     

    Avropanın kibermüdafiəsinin möhkəmləndirilməsində Estoniya aparıcı rol oynayır. Bu kiçik Baltik ölkəsi İnformasiya Texnologiyaları (İT) sferasında bütün kontinent ölkələri arasında, demək olar ki, ən qabaqcılıdır. Burada elektron hökumət fəaliyyət göstərir, seçkilərdə elektron səsvermə keçirilir, onlayn olaraq göstərilən çoxsaylı xidmətlər mövcuddur. Estonlar zarafatla deyirlər ki, onların ölkəsində onlayn mümkün olmayan yalnız iki şey vardır – boşanmaq və öz ölümü haqqında məlumat vermək.

    NATO-nun Kibermüdafiə üzrə qabaqcıl texnologiyalar birləşmiş mərkəzinin (CCDCOE) Tallindəki mənzil-qərargahı

     

    Təəccüblü deyil ki, bu gün Avropa kibertəhlükəsizliyinin flaqmanı olan, NATO-nun Kibermüdafiə üzrə Qabaqcıl Texnologiyalar Birləşmiş Mərkəzi (NATO Cooperative Cyber ​​Defence Centre of  Excellence – CCDCOE) məhz Tallində yaradılıb. NATO-da formal olaraq komanda strukturuna daxil edilmədən akkreditasiya olunan bu Mərkəz alyansın kibertəhdidlərdən müdafiə üzrə fəaliyyətinə böyük təsir göstərir. Mərkəzi 7 ölkə təsis edib, ancaq bu gün onların sayı 20-yə çatıb –  17-si NATO üzvü, 3-ü isə tərəfdaş dövlətlərdir.

    Mərkəzin Tallinin ətrafındakı mənzil-qəragahı mühafizənin rejim obyekti hesab etdiyi hərbi bazaya heç oxşamır. Daş divarlarının qalınlığı 1 metrdən çox olan, bir neçə iki mərtəbəli bina. Və heç bir Wi-Fi şəbəkəsi, yalnız müdafiə olunan rabitə kanalları.

    Mərkəzin unikallığı ondadır ki, orada hərbçilər, mülki şəxslər və hökumət nümayəndələri bir yerdə işləyirlər. Mərkəzin işi üç əsas istiqamətə yönəlib: tədqiqat, təlimlər və tədris.

    Qeyd etmək lazımdır ki, bu, hakerlərlə mübarizə üzrə əməliyyat hissəsi deyil. Xeyr, onlar müxtəlif ölkələrdən olan, sonradan milli kibertəhlükəsizliyi təmin edən mütəxəssisləri məşq etdirir, həmçinin NATO və tərəfdaşlarla informasiya mübadiləsi edirlər.

    Ən pis kibertəhdid tipi haqqındakı suala Mərkəzin direktoru Merle Mayqre birmənalı cavab verir: bu, dövlət səviyyəsində dəstəklənən hücumlardır.

    Mayqre qeyd edir ki, "İnfrastruktura və hərbi obyektlərə yönəlik ciddi və uzunmüddətli hücumlar üçün yalnız böyük ölkələr yetərli ehtiyatlara malikdir”. O, konkret ölkə adı çəkməkdən imtina edir. Yeri gəlmişkən, Böyük Britaniyanın Baş naziri Tereza Meyin bu yaxınlardakı, "Rusiya kimi düşmən ölkələrin hərəkətlərinə göz açmağa” çağıran kəskin bəyanatını xatırlamaq kifayətdir. İki həftə bundan əvvəl Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi Rusiyanı Britaniya KİV-lərinə, enerji və telekommunikasiya sektoruna hücumda ittiham etdi, britaniyalılarsa CCDCOE-nin iştirakçılarıdır.

    Mərkəz hər il kibermüdafiə sahəsindəki ekspertlərə dünyada ən böyük "Locked Shields” kibertəlimi keçirir. Mahiyyətcə bu, əfsanəyə görə, düşünülmüş ölkənin haker hücümüna qarşı mübarizə aparan komandaların yarışıdır. Fiziki olaraq, bütün komandalar öz ölkələrində qalırlar, mərkəzdə yalnız müşahidəçilər olur. Onların vəzifəsi – real zamanda kiberhücümü dəf etmək və həyati mühüm olan ifrastrukturu müdafiə etməkdir. Təlimlərdə real obyektlərə hücüm modullaşdırılır və həqiqi hücum zamanı tətbiq edilən protokollar işə salınır.

    Mərkəzin səylərilə, hücum zamanı ölkələrin əməl edəcəyi, kibermüdafiə üzrə doktrina – vahid hərəkət alqoritmi işlənib hazırlanır. Ən başlıcası odur ki, doktrinada əks-tədbirlər mexanizmi də yazılacaqdır. Gözlənilir ki, NATO bu doktrinanı 2019-cu ildə qəbul edəcək.

     

    Müdafiədən hücuma

     

    2007-ci ildə Estoniya dünyada Rusiyanın dövlət səviyyəsində dəstəklədiyi hakerlərin hücumuna məruz qalan ilk ölkə oldu. Təəccüblü deyil ki, kibermüdafiə artıq Müdafiə Nazirliyinin əsas iş istiqamətlərindən biridir. Bu il Estoniyada NATO-nun miqyaslı hərbi kibertəlimi – "Cyber ​​Сoalition” keçirildi. Onlar "Locked Shields” təlimindən onunla fərqlənirlər ki, ilk növbədə ölkələrin qarşılıqlı əlaqəsi və təsiri üçün nəzərdə tutulurlar.

    Təlimlərin direktoru general-leytenant Andres Kuusk izah edir: "Bu, nə haker marafonu, nə də yarışdır. Bizim əsas vəzifəmiz – ölkələri qarşılıqlı əlaqəyə və təhdidlərə birgə cavab verməyə məcbur etməkdir”.

    Bu il təlimlərdə 20 NATO ölkəsi, 5 tərəfdaş ölkə, həmçinin NATO və ilk dəfə AB strukturları iştirak etdilər. İştirakçılara 6 ssenari təklif edilir, onlar bunlardan istənilən birini və ya hamısını birdən seçə bilərlər. Əfsanələrdən biri Estoniyada qeyd edilən, tamamilə real vəziyyət olan, Müdafiə Nazirliyi əməkdaşlarının ağıllı telefonlarının "sındırılması”dır. Təlimlər zamanı iştirakçılar yalnız təhdidlə mübarizə etməməli, eyni zamanda müəyyən etməlidirlər ki, digər ölkələrlə informasiya mübadiləsi etməlidilərmi.

    Kuusk qeyd edir: "Şəbəkədə baş verən insidentlər çox həssas məsələdir, heç də hər kəs, hətta həllini tapsa da, informasiyanı bölüşmək istəmir. Hər gün dünyada kritik infrastruktur obyektlərinə onlarla kiberhücum olur və bizim vəzifəmiz onlara hazırlaşmaqdır”.

    Kibersilahdan istifadə problemi Avropada həssas məsələdir, belə ki, demokratik hökumətlər avtoritar rejimlərin istifadə etdiyi eyni metodlardan istifadə etmək istəmirlər. Hələlik, NATO mütəxəssisləri öz diqqətlərini şəbəkələrin müdafiəsinə və məlumatların oğurlanması və ya onlarla manipulyasiya edilməsi cəhdlərinin qarşısının alınmasına cəmləyirlər. Ancaq ayrı-ayrı ölkələr yalnız müdafiəyə hazırlaşmırlar. ABŞ, Böyük Britaniya, Hollandiya, Almaniya və Fransa öz silahlı qüvvələri tərkibində artıq kiberkomandanlıq – kiberhücumlarla mübarizə üçün, eyni zamanda cavab zərbəsi endirmə qabiliyyəti olan xüsusi hissələr yaradıblar.

    Estoniya 2020-ci ildə əks-tədbirlər üçün kibersilahının da olacağını nəzərdə tutaraq, oxşar hissəni növbəti ildə istifadəyə vermək niyyətindədir. Estoniya Müdafiə Nazirliyinin nümayəndəsi Erki Kodar qeyd edir: "Siz kiberməkanda yalnız müdafiə ilə məhdudlaşa bilməzsiniz”.

    Şərq tərəfdaşlarının təhlükəsizliyi

     

    Estoniya kibertəhlükəsizlik sahəsində şərq tərəfdaşları ilə, o cümlədən Ukraynavə Gürcüstanla əməkdaşlığa da diqqət ayırır. Birgə iş əsasən personalın hazırlanmasından, texniki məsləhət və avadanlığın verilməsindən ibarətdir. Bu ilin aprelində Estoniya Müdafiə nazirliyi general Valeri Saarı Ukraynada müdafiə texnologiyaları və innovasiyaları üzrə nümayəndə təyin etdi. Estoniya həmçinin, Ukraynanın kibertəhlükəsizliyinin dəstəklənməsi üçün NATO-nun müvafiq fonduna 100 min avro ayırdı.

    Kodar qeyd edir: "Biz Ukraynanın Müdafiə Nazirliyi, mülki sektoru və sənayesilə əməkdaşlıq edirik. Ukraynada kiberagentliyin yaradılması təşəbbüsü də var, biz onu dəstəkləyirik”.

    Ukrayna hərbçiləri kibertəlimlərdə hələ iştirak etmirlər, ancaq Estoniyada qeyd edirlər ki, yeni iştirakçıları qəbul etməyə hazırdırlar. Axı Rsusiya kibertəhdidinin Ukraynadan keçməklə, Avropaya da asanlıqla zərər vura biləcəyini anlayırlar. "Petya.A" kompüter virusu bu yaxınlarda buna inanmaq imkanı yaradıb artıq…

    Tərcümə Strateq.az-ındır


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 141


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    “Gəncə hadisələrinə görə 5 nəfər məhv edilib” - Mədət Quliyev “Real”ın yeni baş məşqçisi təsdiqləndi “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi "9 NOYABR- DÖVLƏT BAYRAĞI GÜNÜ"NDƏ AZƏRBAYCAN BAYRAĞI POLŞADA YÜKSƏLDİ “Nar”-danADA Universitetinin Təqaüd Proqramına dəstək Q.Paşayeva MM-də 2019-cu il büdcə müzakirələri zamanı seçicilərin bir sıra problemlərini qaldırıb Arzu Bağırova Ankarada keçirilən 9-cu Beynəlxalq Buhara Medya Ödül mərasimində mükafata layiq görülüb Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Azərbaycan Gözdən Əlillər Cəmiyyətində tibbi aksiya və seminar keçirəcək. Gənclər bayrağımızın 100 illiyi münasibətilə maraqlı layihə hazırlayıb Q.Paşayeva 9-cu Beynəlxalq Buhara Medya Ödül mərasimində “Türk Dünyası Mədəniyyətinə Xidmət Ödülünə” layiq görülüb Azərbaycanda Konstitusiya günüdür İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib Almaniyadakı erməni mafiyası bütün ölkə boyu səpələnib - MDR televiziyası Altı nəfər ruhi xəstəni döyərək öldürdü - Şabranda dəhşət Beynəlxalq Mətbuat Mərkəzində Tanınmış müğənni Rza Zamanın "Gəl Ayrılaq" adlı klip təqdimatı keçirildi. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili”layihəsi çərçivəsində tədbir keçriləcək Bakıda qadının evindən tüfəng və patron tapıldı Azərbaycanlı biznesmen 80 min lirəni taksidə unutdu, sürücü pulu ... Ağdam İdman Klubunun Şəhidlərimizin xatirəsinə turnir keçiriləcək. Etibarlı Əllər Layihəsi «Bayrağımız – qürur mənbəyimizdir» adlı ədəbi-bədii tədbir keçirdi “Nar” Bayraq Günü ilə bağlı abunəçilərinə hədiyyə vəd edir Prezident Leyla Əliyevanı Şuraya üzv təyin etdi - Sərəncam Amaliya Pənahova vəfat etdi Turində dramatik oyun, Mançester və Plzendə darmadağın - YENİLƏNİB + VİDEO Bakıda qəza - Mərkəzi küçələrdə işıqforlar sıradan çıxdı+ Fotolar "Qazınızdan bir az alın, yarı yolda qalmamaq və bir də ..."-Vəfa Sərdar yazır Mehriban Əliyeva qızı ilə açılışda - Fotolar Bizimkilər - “Pəncərə”ni aparan oğlan: “Atam məni dünya çempionatından məhrum etdi” - MÜSAHİBƏ Yol polisindən kuryerlərə XƏBƏRDARLIQ - VİDEO “Nar” Göyçayda keçirilən festivalda aktiv iştirak etdi “Toxunmasınlar!” - Bəstəkarlar İttifaqının sədrindən himn məsələsinə reaksiya Himn müzakirəsində “başyarma”… - Fazil Mustafa Canlı təhlükə-Sahibsiz itlər insanlara qənim kəsilib Ucarda yaşayış binasında yanğın Aldadilmadan keyfiyyətli eynək hardan ala bilərsiniz?-Foto Azərbaycan nefti ucuzlaşıb- Qiymət Vəfa Sərdar Səfərova redaktor təyin edildi. “Heç kimin qoltuğunda deyiləm” - “Kobramedia”dan açıqlama Sərnişin qatarı yük avtomobili ilə toqquşdu: 20-dək adam... Lukaşenko ayaqqabısını çıxarıb Nazarbayevə göstərdi Ərdoğandan Qaşıqçının qətli ilə bağlı önəmli açıqlama Telefon şüası hansı xəstəliklərə səbəb olur? - Alimlərdən qorxunc xəbərdarlıq Qazaxda gənc oğlan bıçaqlandı İradə Əlilinin Tükiyədə kitablarının təqdimatı oldu-Foto “Nar” korporativ müştərilərinə xüsusi təkliflər təqdim edir Ukraynada keçirilən Kyokşin karate Çempionatlnda Azərbaycan komanda hesabı ilə birinci olub. Tanınmış Aktyor Sirac Agayevin özəl günüdür. Daha bir sənətkarımız dünyasını dəyişdi "Bizim psixoloqlara çox ciddi ehtiyacımız var" — Deputat “Nar”abunəçilərinə Göyçayda keçiriləcək Nar bayramında iştirak şansı verir Prezident nazirə iki müavin təyin etdi Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Avropa çempionatının gümüş medalını qazanmışdır Abşeronlu şagirdlər DTX-nin H.Əliyev adına Akademiyasında olublar Braziliyalı futbolçu qətlə yetirildi “Nar”-ın “Yerlim” tarifini seçənlərin sayı artmaqdadır Azərbaycanlı idmançı 4-cü Avrasiya oyunlarının qalibi olub Bakıda şirkətdə güclü YANĞIN: Çilingər faciəvi şəkildə öldü İlham Əliyev Şəkidə - YENİLƏNİB Q.Paşayevanın Kırıkkaledə Qarabağ parkı və Azərbaycan Şəhidləri abidəsinın açılması təklifini bələdiyyə başqanı dəstəkləyib Çaylarda suyun səviyyəsi dəyişdi Yağış, qar, duman... - Bu günün havası Bakının bu əraziləri susuz qalacaq... Jurnalist rektorun köməkçisi təyin olundu Deputatlar bahalı hədiyyələri Milli Məclisə təhvil verəcək Qubada ərinin əmisi oğlu ilə qaçan gəlin polisə aparıldı Ucarda maşın yol kənarındakı dirəyə dəydi - Ölənlər var “Məktəblilərin İKT yönümlü peşələrə istiqamətlənməsi üçün tədbirlərin keçirilməsi” adlı layihənin icrasını davam etdirir. Deputat: Enerji içkisi adlansa da, heç bir enerji vermir “Nar TV” tətbiqini yüklə, smartfonda sevdiyin kanallara bax “Dilçilik İnstitutunda oturanların qüsurlarını taparıq” - Müğənnilərdən REAKSİYA “Azəriqaz” sayğacların qiymətini qaldırdı Leyla Əliyeva gənclər sərgisində - FOTO MTN generallarının bəraət istədikləri məhkəmədə hakim kimdir -DOSYE "Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edildi "Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edilib Azərbaycanda “Aİ-92” markalı benzinlə bağlı - MÜHÜM QƏRAR Ticarət mərkəzində qadın ac akulalarla dolu hovuza düşdü - VİDEO Minik və yük maşını toqquşdu - Xəsarət alan var “Myshops” şirkəti öz mağazasında “Apple” şirkətin yeni məhsullarını təqdim edib İradə Əlili Turkiyənin Tokat şəhərinə 2 ci kitab festivalına dəvət aldı Türkiyədən gəlmiş aydınlar: "“Hər zaman Azərbaycanın yanındayıq!” " Q. Paşayeva: "Birliyimizi gücləndirməliyik!" Novruz Məmmədov iki şöbə müdirini işdən çıxardı Şamaxı rayon şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbində Müstəqəllik Gününə həsr edilmiş tədbir keçirildi. Rəsul Məmmədov: "Hər il Kombat Ciu-citsu üzrə Avropa və dünya çempionatlarında iştirak edərək uğurlar əldə etmişik" Eldar Əzizov bu qurumun fəaliyyətini DAYANDIRDI - BU SƏBƏBƏ GÖRƏ (ÖZƏL) Baş redaktorun doğum günüdür Fiziki aktivlik sağlam həyatın əsasıdır – ŞAMAXIDA MÜZAKİRƏ Roza Əliqızı:- Əsir və girovlarımız azad olunmalıdır Bakıda daha bir ərazidə sürüşmə: divar uçdu Adnan Oktarın villasından geriyə bu dağıntılar qaldı - Video Nəğmə dolu bir ürək. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tibbi aksiya keçirəcək Sərkisyan Paşinyanın istefasını qəbul etdi - Yeniləndi Q.Paşayeva MM-də "Uşaqların zərərli informasiyadan qorunması" üçün qurumlara çağırış edib “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan! Qarabağ qazisi Etimad Əsədov vəfat etdi Sumqayıtda aprel şəhidi Əbdülməcid Axundovun 25 illiyinə həsr edilmiş tədbir keçirildi Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video HEYDƏR ƏLİYEVLƏ BAĞLI ŞİRİNLİ-ACILI XATİRƏLƏR
    File engine/metagen.php not found.