Azərbaycan müharibə hazırlığı içində - Türk generalların Bakı səfərləri intensivləşir

    Azərbaycan müharibə hazırlığı içində - Türk generalların Bakı səfərləri intensivləşir


    Türkiyə ordu generalının ardınca general-leytenant Yavuz Türkgencinin başçılıq elədiyi nümayəndə heyəti bu gün ölkəmizə gəlir; erməni təxribatlarına ən layiqli cavab Azərbaycan-Türkiyə hərbi müttəfiqliyini ən yüksək səviyyəyə çatdırmaqdır...

    Dekabrın 5-də Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayacaq. Müdafiə Nazirliyindən "Yeni Müsavat”a verilən məlumata görə, iclasda nümayəndə heyətləri işçi qruplarda ikitərəfli münasibətlərin cari vəziyyətini nəzərdən keçirəcək və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər.

    İclasın Azərbaycan tərəfindən həmsədri müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfindən isə Baş Qərargahın Plan, Prinsiplər Baş İdarəsinin rəisi general-leytenant Yavuz Türkgencidir. Hərbi dialoq çərçivəsində müzakirələrə dekabrın 7-də yekun vurulacaq.

    *****

    "Yeni Müsavat” qeyd edir ki, sonuncu 9-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası 2016-cı ilin dekabrında Ankarada keçirilib. Ötən həftə isə Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüzün başçılıq elədiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdu. Xəbər verdiyimiz kimi, nümayəndə heyətinin müdafiə naziri Zakir Həsənovla görüşü zamanı iki qardaş ölkə arasında hərbi-texniki və təhlükəsizlik sahələri üzrə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq barədə razılıq əldə edilib.

    Söhbət həm də Azərbaycan ordusunun döyüş hazırlığını daha da artırmaq üçün türkiyəli hərbi mütəxəssislərin potensialından geniş istifadə olunmasından, ortaq hərbi təlimlərin sayının artırılmasından, xüsusən də qardaş ölkənin hərbi-hava qüvvələri sahəsində malik olduğu böyük təcrübəni bölüşməkdən gedir. Bu isə dağlıq ərazi olan Qarabağda uğurlu hərbi əməliyyatlar üçün mühüm önəm kəsb edir. Türkiyə ordu generalı habelə Azərbaycan Hərbi Hava Qüvvələrinin aviabazalarını ziyarət etmişdi.

    Image result for Dağlıq Qarabağda

    Ondan az öncə isə Türkiyənin müdafiə naziri Nurəddin Canikli və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar paytaxtımızda olmuşdular. Beləcə, son bir neçə ayda  Türkiyə generaliteti rəsmilərinin ölkəmizə intensivləşən səfərləri diqqət çəkməkdədir. Bundan əlavə, Azərbaycan Türkiyə və Gürcüstanla birgə üçlü hərbi əməkdaşlıq formatında da təmsil olunub.

    Yeri gəlmişkən, bu ilin oktyabrında Tiflisdə keçirilən üçtərəfli sammit çərçivəsində də Zakir Həsənov Hulusi Akarla bir araya gəlmişdi. Həmin üçtərəfli görüşün yekun bəyannaməsində Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün toxunulmazlığı və suverenliyi qəti şəkildə müdafiə edilib, erməni və rus işğal pislənib. Eyni zamanda üç ölkə arasında hərbi və hərbi texniki əməkdaşlığı gücləndirmək, ortaq təlimlərin sayını artırmaq qərara alınıb.

    *****

    Təbii ki, türkiyəli hərbçilər, generallar ölkəyə boşuna səfər eləmirlər. Bu cür səfərlərdə əsas mesaj isə əlbəttə ki, işğalçı Ermənistana və onun arxasında duran gizli-açıq havadarlaradır. Eyni zamanda təzəcə oğrun yolla Dağlıq Qarabağda olmuş Ermənistanın cani prezidenti Serj Sərkisyan və dəstəsinə xəbərdarlıqdır, onun son qanunsuz səfərinin təbliğati əhəmiyyətini sıfırlayan olaydır. Həmçinin Türkiyənin, türk generallarının artıq işğal altındakı Dağlıq Qarabağdan, işğalçı qüvvələrdən uzaqda olmadığı haqda aydın bir mesajdır.

    Image result for Dağlıq Qarabağda

    Bu, həm də onu anonsudur ki, iki qardaş ölkə arasında hərbi sahədə də əlaqələr yüksələn xətlə gedir və yəqin ki, tezliklə ən yüksək həddə çatacaq. Söhbət həm də son vaxtlar yenidən aktuallaşmış Türkiyə-Azərbaycan yeni müttəfiqlik sazişindən və Naxçıvanda Türkiyə hərbi bazasının yaradılmasından gedir.

    Bunlar reallaşarsa, o zaman Qarabağ konflikti ətrafında yeni bir situasiyanın yarandığını söyləmək olar. Ən azı o baxımdan ki, Naxçıvan sarıdan arxayın olan Azərbaycan öz hərbi maşınını arxayın şəkildə 20% ərazimizdəki işğalçı qüvvələrə yönəldə biləcək - təbii ki, əlverişli siyasi şərtlər yetişəndə.  Bu mənada generalların Bakı səfərlərini ön müharibə hazırlıqları kimi də qiymətləndirmək mümkündür.                                    

    *****

    Qarabağla bağlı Azərbaycan üçün daha bir müsbət tendensiya kimi İspaniyada Kataloniya hadisələrindən sonra Avropada ərazi bütövlüyü məsələsinin ön plana keçməsi və buna həssaslıqla yanaşılmasını qeyd eləmək olar. Hansı münasibəti ki, Avropa Birliyinin son Brüssel sammitinin yekun bəyannaməsində gördük: bütün tərəfdaş ölkələr kimi, Azərbaycanın da ərazi bütövlüyü və suverenliyi dəstəkləndi, erməni diplomatiyası uğursuzluğa düçar oldu.

    Image result for Elxan Şahinoğlu

    "Bütün bunlar Ermənistan hakimiyyətini ciddi narahat edir”. Bu sözləri politoloq Elxan Şahinoğlu Sərkisyanın işğal altındakı bölgələrimizə səfərinin səbəblərini şərh edərkən deyib. Onun sözlərinə görə, səfərdə məqsəd erməni tərəfinin keçirdiyi narahatlıqdan qaynaqlanır: "Çünki son vaxtlar beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü məsələsi xüsusi vurğulanır. Bunlardan biri Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə sammiti idi. Hansı ki, Sərkisyan da orada iştirak edirdi. Bu sammitdə üzv və tərəfdaş dövlətlərin ərazi bütövlüyü məsələsi birmənalı olaraq vurğulandı və Ermənistan prezidenti də burada qəbul olunan bəyannaməyə imza atdı. Onun bu bəyannaməyə imza atmamaq şansı yox idi. Çünki Ermənistan Avropa Birliyi ilə həmin gün saziş imzalamalı idi. Ermənistan bəyannaməyə imza atmasaydı, böyük ehtimalla, Brüssel də İrəvanla imzalayacağı sazişdən imtina edə bilərdi”.

    Related image

    Politoloq İrəvan üçün ikinci analoji neqativ fakt kimi Kiyevdə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assembleyasının konfransında Azərbaycanın və digər üzv dövlətlərin ərazi bütövlüyünün birmənalı təsdiqlənməsini göstərib: "Bu isə Rusiya və Ermənistanda böyük qıcıq yaratdı. Rusiya, ümumiyyətlə, həmin tədbirə dəvət almamışdı. Ermənistan isə tədbiri yarımçıq tərk etmişdi. Ona görə, o, təxribat xarakterli addımlar atır, işğal altında olan bölgələrdə keçirilən təlimlərdə iştirak edir”.

    Sülh danışıqlarının artıq dalana dirəndiyini söyləyən Şahinoğlu hesab edir ki, status-kvonu uzatmaq üçün Ermənistan Rusiyadan dəstək alır. "Ona görə bölgədə hərbi toqquşma ehtimalının artacağını düşünürəm. Əgər sülh danışıqlarında nəticə yoxdursa, biz öz gücümüzü göstərmək məcburiyyətində qalacağıq”, - deyə o əlavə edib.

    *****

    Bu güc isə ən əvvəl Azərbaycanın Türkiyə ilə siyasi və hərbi müttəfiqliyindədir. Bu müttəfiqliyi daha yüksək səviyyəyə qaldırmağın zamanı çatıb. Türk generallarının intensivləşən Bakı səfərlərində əsas hədəf də düşünürük ki, məhz budur. Çünki düşmən açıq-aşkar sülhdən qaçır. Sülhdən qaçırsa, demək, haqq etdiyi müharibəyə tuş gələcək, bədəlini ödəyəcək.     

    Siyasət şöbəsi

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 119


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Yeni ilin ən böyük HADİSƏSİnə az qalıb... “ABŞ DÜNYANI DİNİ MÜHARİBƏYƏ SÜRÜKLƏYİR” – “Bu prosesin Qüdsdən başlanması daha da təhlükəlidir” Türkiyə Şərqi Qüdsdə öz səfirliyini açacaq Minik avtomobili aşdı - yaralılar var Türkiyədən Ermənistana sərt cavab – “Azərbaycan torpaqları işğaldan azad edilməyincə, protokollar təsdiq edilməyəcək, Xocalı Soyqırımının hesabını verin” Yol polisi Azərbaycan yığmasının velosipedçilərini saxladı - Video DJB.AZ informasiya portalının təsisçisi TƏŞƏKKÜRNAMƏ ilə təltif olunub Zərraf Təhməzoğlunun “Gorumuza sarı gedək!” adlı kitabının təqdimat mərasimi keçirildi Mehriban Əliyeva ordenlə təltif olundu Gəncədə evdə partlayış -14 yaşlı oğlan yaralandı Sürücü: And olsun bu sükana, xaşla vurmuşam – Video Əmək kitabçaları tarixə qovuşur – VİDEO Göyçayda intihar hadisəsi baş verib. Kanallarımızın başı çalıb-oynamağa elə qarışıb ki... Metroda qadınların davası faciə ilə bitdi - Video Bələdiyyə vergilərinin toplanılmasını necə asanlaşdırmaq olar? Rusiya telekanalında azərbaycanlı və erməni ekspertlər əlbəyaxa oldu Kurikulum sistemində böyük dəyişiklik – Müəllimlər, DİQQƏT Dollar bu gün neçəyədir? Fələstinin İnformasiya nazirinin müavini Mahmoud Khalefa Azərbaycana təşəkkürünü bildirib. Oqtay Rza ilə görüş keçirildi Bu gün Milli Məclis 39 məsələyə baxacaq Tovuzda 52 yaşlı kişi spirtli içkidən komaya düşdü “Oxu!”yanlarla “Oxu!”mayanlar Birini maşın vurdu, digəri isə hıçqıraraq ağladı – HƏR KƏS BU İTDƏN DANIŞIR (VİDEO) “Zərrab 2”: ABŞ daha bir türk iş adamını həbs etdi Şəhidimiz var - CƏBHƏDƏN ACI XƏBƏR Göldə balıq tuturdu, “tok” vurub öldürdü "Loğman" Qaçınlara dayaq Mərkəzi ictimai birliyinin təşkilatçllığı ilə Kənan Balaya gözəl xeyriyyə tədbiri kəçirildi. Alpaqut döyüş sənətinin qurucusu “Dostluq medalı” ilə təltif edilib. O baxışlar gözlərimi, oradan keçərək qəlbimi yandırdı-Q.Paşayeva “Nar” abunəçiləri həftə sonlarında pulsuz danışır Tələbələr 15 il bu hüquqlarından istifadə edə biləcəklər- Təhsil Nazirliyi Dəm qazından boğulub öldü- Göygöldə Bakı Yeni ilə hazırlaşır - REPORTAJ 14 dekabrda gözlənilən hava şəraiti BMT-nin iclasında bu qətnamə qəbul edilib Dolların sabaha olan məzənnəsi Bakıda qəza: Prospekt iflic oldu – FOTO Fələstin İsraillə bütün sazişləri ləğv etdi Azərbaycanda uşaq kürəyində cinsiyyət orqanı ilə doğuldu – FOTO Bir günə məşhurlaşan ağdamlı müəllim-tələbə - Video Q.Paşayeva İraq hökumət və parlament üzvləri ilə görüşdə Xocalı soyqırımı ilə bağlı rəsmi mövqe bildirməyə çağırış edib. Fazil Məmmədovun əmlakları əlindən alınmağa başlandı – TƏFƏRRÜAT Trampın təklifini Moskva qəbul etmədi - Tillerson Keçmiş polis rəisinin müavini bir çox gizlinlərin üstünü açıb “Fəxr edirəm ki,Heydər Əliyevin siyasi kursunun fəal təbliğatçısıyam” Son Dəqiqə! İsrail Qəzzanı Vurdu: 2 Fələstinli Həyatını İtirib Dayə 1 yaşlı uşağı vəhşicəsinə döydü - Video Q.Paşayeva Bağdadda İraq Türkman Qardaşlıq Ocağını ziyarət edib, Qarabağ həqiqətlərindən danışıb və əməkdaşlığı artırmalıyıq deyib İranda 6,2 bal gücündə zəlzələ olub. Göyçayda sərnişin mikroavtobusu aşıb, xəsarət alanlar var Avstriyada qaz kəmərində partlayış baş verib “Heydər Əliyevi aeroportdan yola saldıq...” - Məhərrəm Əliyev Prezident və ailəsi Heydər Əliyevin məzarını ziyarət etdi Qafqaz Müsəlmanları İdarəsi Qüds şəhəri ilə bağlı BƏYANAT verdi Məşhur akrobat 62-ci mərtəbədən yıxılaraq can verdi — VİDEO Heydər Əliyevlə indiyədək dərc olunmamış - Müsahibə Vergilər Nazirliyində bütün əməliyyatlar dondurulub Messi daha bir rekorda imza atdı Elxan Şahinoğlu: “Bu adam nə edirsə, Azərbaycan əleyhinə edir” Fazil Məmmədovun işdən çıxarılması ilə bağlı 4 milyardlıq oğurluq iddiası Liderlərin İstanbul sammiti - Ərdoğan və Əliyevdən sərt mövqe "Toyota Land Cruiser"lə qəza törədən İcra Hakimiyyətinin məsul işçisidir - ÖLƏN VƏ YARALANAN VAR Ərdoğandan Trampa Sərt Cavab: "Ey Tramp, Tək Başına Əmlakmı Alıb Satırsan!" Umuxanım Hüseynzadə: "Zaman birlik və həmrəy olmaq vaxtıdır!" Bakının ən böyük yolkası qurulur: Bulvarda yeniliklər olacaq – VİDEO Xocalıda 4 yaşında əsir düşən Mehdi evləndi - FOTO Balakəndə avtomobilin vurduğu 61 yaşlı qadın ölüb “Bakı Metropoliteni”ndə ixtisarlar başladı - İşçilər etiraz edir Kredit borcu olanlara şad xəbər – VİDEO "K.FABUEL"Modalar evinin açlışı oldu. Beynəlxalq sülh mükafatına namizəd kimi Azərbaycan və Türkiyə prezidentləri İRƏLİ SÜRÜLDÜ - FOTO Müğənni Ülkər Quliyevanın döğum günüdür Çiskin, duman olacaq - SABAHIN HAVASI Azərbaycan nefti 2% bahalaşıb Avtomobil avtobus dayanacağına çırpıldı - 5 nəfər öldü Səhiyyə Nazirliyi uşaq intiharlarının səbəblərini açıqlayıb Dünya tarixinə yön verən 5 türk imperiyası – Axar TV Goranboy Icra Hakimiyyətində gecə saat 9-da iclas olub Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı həbsxana rejiminə keçirilib- Məhkəmə qərarı Onlar əməlli-başlı ev iti olublar, artıq hürmürlər” -Qulu Məhərrəmli Orta məktəblərdə riyaziyyat fənni düzgün tədris olunur? Onkoloji xəstələr: “Pullu müalicə və pulsuz ağrıkəsicilər…” Saakaşvili aclıq aksiyasına başladı Xoşbəxtlik istəyənlər üçün... – Video Qarabağ döyüşçüsü iştirakçılıq vəsiqəsini alabilmir: "AZƏRBAYCAN MİLLİ KARATE FEDERASİYASI" və "ARPAÇAY KARATE KLUBU" nun təşkilatçılığı ilə “Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı Q.Paşayevanın Düzce Universitetində Qarabağ həqiqətləri ilə bağlı tədbirlərin artması təklifini rektor dəstəkləyib "Camaat acından qırılır, siz "Şaxta baba" hayındasınız" - BŞİH rəsmisi İnsan komediyası.. Bayram süfrəsi neçəyə başa gələcək? Gədəbəyin icra başçısı yolkəsənlik edir - qonşunun yolunu kəsib, sahibkarın obyektinə yol açır – QALMAQAL, VİDEO Daha bir universitetdə rektorla tələbə arasında qalmaqal Əminliklə deyirəm: İsraili qanlı savaş gözləyir - Kadırov Atabəylərin sikkəsi tapıldı: üstünəki yazı... “Azerfon”​ yeni baş icraçıdirektorun təyinolunduğunuelan edir Vahid Əhmədov: “Hansısa oliqarxın rayonlara ”krışa"lıq etməsi düzgün deyil" Britaniya mətbuatı: Zərrab məsələsi Türkiyəyə milyardlarla dollar ziyan vura bilər
    File engine/metagen.php not found.