“Azərenerji”ni toxunulmaz edən səbəblər

    “Azərenerji”ni toxunulmaz edən səbəblər


    Hesablama Palatası niyə aşkarladığı faktlara adekvat addım atmır?

    Hesablama Palatasının yenidən "Azərenerji” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditini apararaq xeyli nöqsanlar aşkarlayıb.

    Qurumun məlumatına görə, "Azərenerji” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətində gəlirlər və xərclər smetalarının aidiyyəti dövlət qurumları ilə razılaşdırılması, rentabelliyə mənfi təsir etməklə zərəri artıran amillərin qismən aradan qaldırılması imkanlarından istifadə olunması, aktivlərin, debitor və kreditor borcların uçotunun və hesabatlılığının təşkili, daxili audit sisteminin formalaşdırılması sahəsində bir sıra nöqsanlar aşkar olunub.

    Həmçinin elektrik enerjisinin satışı üzrə debitor borcların artması, müxtəlif mənbələr hesabına həyata keçirilən kapital qoyuluşlarından səmərəli istifadə olunmaması halları müşahidə olunub.

    Maraqlıdır ki, Hesablama Palatasının Kollegiyası aşkarlanmış nöqsanlar barədə məlumat və qərarı "Azərenerji” ASC-nin özünə göndərib. Qurum bunu yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırılması ilə əsaslandırıb. ASC-yə qalan nöqsanların qısa müddət ərzində aradan qaldırılması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi tövsiyə olunub.

    Onu da qeyd edək ki, Hesablama Palatası 2015-ci ildə də "Azərenerji” ASC-də yoxlama apararaq ciddi pozuntular aşkarlamışdı. Həmin ilin dekabrında Palatanın rəsmi saytında yayılan məlumatda həyata keçirilmiş audit tədbirlərinin  "Azərenerji”yə ayrılan büdcə vəsaitlərinin xərclənməsində ciddi pozuntular üzə çıxardığı vurğulanırdı. Bildirilirdi ki, "Azərenerji” ASC tərəfindən dövlət əsaslı vəsait qoyuluşu üçün tələb olunan büdcə vəsaitlərinin proqnozlaşdırılması zamanı sahə üzrə dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri tərtib edilməyib. Birbaşa layihə-smeta sənədlərinin hazırlanması, layihənin texniki iqtisadi əsaslandırılması və qiymətləndirilməsi aparılmayıb. Tikinti layihələri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması, həmin tikinti obyektlərinə ayrılmış vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsi üçün ekspertizadan keçirilməyib. Habelə müvafiq qaydaların tələblərinə uyğun olaraq tikintilərin cari qiymətlər səviyyəsində ehtimal olunan dəyəri müəyyən edilməyb.

    Auditor bir neçə halda paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması layihəsi üzrə obyektlərin layihə-smeta sənədlərinin podratçı təşkilatın sifarişinə əsasən hazırlandığını müəyyən edib. Həmçinin layihə-smeta sənədlərinin hazırlanması xərclərinin podrat müqaviləsinə daxil edildiyini, işlərin yerinə yetirilməsi zamanı podratçıya artıq vəsait ödənildiyini üzə çıxarıb.

    Image result for Hesablama Palatası

    Yoxlamalar nəticəsində müəyyən olunub ki, "Azərenerji” ASC işlərin və xidmətlərin satın alınması zamanı bəzi hallarda satınalma proseduru tətbiq edilmədən podratçılarla birbaşa müqavilələr bağlayıb.Hesablama Palatası həmçinin müəyyən edib ki, bir neçə obyektin tikintisi başa çatdırılsa da, Dövlət qəbul Komissiyası tərəfindən istismara qəbul edilməyib. Ancaq həmin obyektlərin dəyərinin ASC-nin maliyyə hesabatlarında aktivlərə aid edildiyi üzə çıxıb.

    Bütün bu ciddi pozuntulara baxmayaraq, 2015-ci ildə də Hesablama Palatası "Azərenerji”də aparılmış yoxlamaların nəticəsini tədbir görülmək üçün hüquq-mühafizə orqanlarına göndərmək əvəzinə ASC-yə tövsiyə edib ki, bu pozuntuları aradan qaldırsın və belə hallara gələcəkdə yol verməsin.

    Hesablama Palatasının "Azərenerji” ASC-yə qarşı bu qədər humanist davranmağının səbəbi nədir? Nədən Palata aşkarlanan nöqsanlarla bağlı məlumatı ASC-nin özünə göndərməklə kifayətlənir?

    Image result for İqtisadçı-ekspert Rəşad Həsənov

    İqtisadçı-ekspert Rəşad Həsənov belə halların olmasının əsas səbəbi kimi Hesablama Palatasının səlahiyyətlərinin məhdudluğunu önə çəkir: "Bir çox hallarda Palatanın üzə çıxardığı nöqsanlarla bağlı daha kəskin qərarların qəbul olunmadığını müşahidə edirik. Bəzi hallarda isə buna Palatanın səlahiyyətlərinin məhdudluğu imkan vermir. Buna görə də biz təklif etmişik ki, Palatanın səlahiyyətləri artırılsın, ona bəzi hallarda birbaşa olaraq cinayət işi haqqında qərar vermək hüququ verilsin. Bu gün Azərbaycanda Vergilər Nazirliyinin istintaq hüququ var, Hesablama Palatasınınsa bənzər hüququ yoxdur. Düzdür, aidiyyəti qurumlara, hüquq-mühafizə orqanlarına araşdırılmaq üçün materiallar göndərə bilir. Lakin göndərdiyi materiallar üzrə zəruri hesab etdiyi qərarların qəbuluna təsir imkanları yoxdur”.

    Hesablama Palatası haqqında yeni qanun layihəsinin hazırlandığına dair məlumatların yayıldığını deyən ekspert sənəddə qurum üçün əksini tapmalı olan səlahiyyətləri sadaladı: "Biz bilmirik ki, yeni qanunda hansı səlahiyyətlər nəzərdə tutulur. Lakin fakt odur ki, Azərbaycanda Hesablama Palatası tam müstəqil qurum deyil. Bu müstəqillik ilk öncə ölkə Konstitusiyasında əksini tapmalıdır. Palata ilə bağlı digər məqam orada çalışanların həyat təhlükəsizliyinin təmin olunmasıdır. Digər məsələ Palata üzvlərinin səlahiyyət müddətidir. Bir çox ölkələrdə Palata üzvləri üçün uzunmüddətli səlahiyyət dövrü müəyyənləşdiriblər. Bu isə onların müstəqilliyini təmin edən başlıca faktorlardandır. Məsələn, ABŞ-da Palata üzvlərinin 15 illik fəaliyyət dövrü var. Buna görə də onlar parlamentdən asılı olmurlar. Yəni parlamentin Palata üzərində təzyiq imkanı olmur.  Bizdə isə bu müddət 5 ildir, bu isə üzvlərin Milli Məclisdən asılılığını yaradır”.

    Konkret "Azərenerji” ilə bağlı məqama gəlincə, ekspertin fikrincə, həm Hesablama Palatası, həm də digər qurumların açıqlmalarından ASC-də ciddi pozuntu və nöqsanların olduğu açıq hiss olunur: "Lakin məlum olmayan səbəblərdən bu qurumla bağlı daha ciddi tədbirlər görülmür. Burada həm obyektiv, həm də subyektiv səbəblər ola bilər. Daha dəqiq cavabları yəqin ki, yoxlamanı həyata keçirən qurumlar verə bilərlər”.

    Musavat.com


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 37


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Binəqədinin bitməyən problemləri: Alternativ yol beləmi olur? – Reportaj – FOTOLAR Generalın oğluna hökm oxunacaq – Müşavirə Q. Paşayeva Belçika, Yunanıstan və Portuqaliyanın tanınmış qadın təşkilat rəhbərləri ilə Qarabağdan danışıb "Mən Klounam” filminin təqdimatı keçirilib 78 yaşlı kişi körpüdən keçərkən su kanalına düşdü “Nar” abunəçiləri üçün xüsusi endirimli smartfon fürsəti İran prezidenti İslam dünyası üçün əsas prioriteti açıqlayıb Azərbaycanda yeni qurum yaradıldı Bərdədə diri-diri yanan 6 yaşlı qızın anası da öldü Yol polisi ilə dalaşan şəxs özünü belə yandırdı - ŞOK VİDEO Q. Paşayeva Avstraliya, Kanada və İsveçrənin tanınmış qadın təşkilat rəhbərləri ilə Qarabağdan danışıb Biznesmen qızının toyundan möhtəşəm görüntülər-3 milyonluq tort-VİDEO DƏHŞƏT - Yediyimiz toyuğun içinə nə doldurulur? - VİDEO Buz bağlayan yollarda qəza oldu - 5 nəfər xəsarət aldı Yol polisində 37 vakant yer var –İşləmək istəyənlər üçün şərtlər açıqlandı Ata ilə oğlu efirdə qarşı-qarşıya gəldi - Xəlil Rzaya görə Rafael İsgəndərov əməliyyat olundu - Video Ziya Məmmədovu həbsə göndərmək istəyirlər – keçmiş ortağından şok açıqlamalar Gənc ana iki uşağını ataraq evdən qaçdı - Video Nazirliyin aparat rəhbəri rayon şöbəsinin müdürinə hələdə "krışalıq" edir-Prezidentə müraciət! Bakıdakı dəbdəbəli toyun sahibi kimdir? - Yenilənib “İntiharlara səbəb metrodursa, bağlayaq” - Hadisə baş verən yerdən video İnsan alveri qurbanlarının sayı açıqlandı - İclas Q.Paşayeva Argentina və Perunun tanınmış təşkilat rəhbərləri ilə Qarabağdan danışıb Mirşahin yeni televiziya açır - ANS-çilər orda Ağır cinayətlərin artması ölüm hökmünü labüd edir? - ekspert rəyləri Valideynlərə xəbərdarlıq: Bu epidemiya sürətlə yayılır - Video Türk ordusu hazırdır: Haubitsalar Rasulaynı vura bilər Azərbaycanlı biznesmen Murat Boza 400 min dollar verdi - Toya gəlməsi üçün ... Təranə Muradova keçmiş ərini polisə verdi - MÜLK DAVASI “MEN KLOUNAM” filmi 2-gündən sonra 16 Yanvar 2018-ci il tarixundə "İmax da " QALA gecəsi olacaq. “Bordo Bereli” əsgərlərin xüsusi təlim görüntüləri yayıldı - VİDEO Saatlıda faciə: kişinin qolu pambıqtəmizləyən qurğuda qaldı Rusiya Fələstinlə bağlı bəyanat yaydı Bakıda sərnişinlər üçün mühüm yenilik Erməni silahlı bölmələri Ağdamın kəndini atəşə tutub Xaçmazda 7 otaqlı evdə yanğın olub Azərbaycan tarixi yenidən yazılır Paytaxtda "VAZ" yol kənarına aşıb, yaralanan var Fazil Məmmədovun nazir müavini qudası rəsmən işdən çıxarıldı - Sərəncamı verildi Kürəkən qayınanasını boğaraq öldürdü - Bakıda "Qanlı göl"də... Sirkdə xoşagəlməz hadisə: fil tamaşaçıların üzərinə yıxıldı - VİDEO Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Azərbaycan Milli Elmlər Akademiyasında humanitar aksiya keçirib. Astanada siçanlar bankomata soxularaq pulları yeyiblər - Video Q.Paşayeva təşkilat rəhbərləri ilə görüşdə Qarabağdan danışıb “Sağlam və həmrəy azərbaycanlılar!” adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. “Muğam Dünyası” klubu 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirdi-Fotolar Venesuelada üç günlük matəm elan olunub Ermənilər atəşkəs rejimini 128 dəfə pozublar İlham Əliyev bu nazirliyin strukturunu dəyişdirdi Səhiyyə Nazirliyi adına saxta internet saytı yaradaraq... Dərman reklam edirlər Bakıda avtobus zolağını ödənişli dayanacağa çevirdilər - Video “İlin Könüllüsü 2017” mükafatına ərizə qəbulu davam edir. Q.Paşayeva Malayziya, Yeni Zelandiya və Avstraliyanın tanınmış təşkilat rəhbərləri ilə görüşdə beynəlxalq təşkilatları ikili standartlarda ittiham edib. Ordumuz sınaq atışlarına başladı - Foto Lənkəranda mikroavtobus aşıb, 10 sərnişin xəsarət alıb - SİYAHI - YENİLƏNİB-2 - FOTO DİQQƏT: bu şəxslərin maaşları artırıldı Bakıda silahlı şəxs tutuldu - Foto Bakı metrosunda DƏHŞƏT: Yaşlı kişi özünü qatarın altına atdı Xırdalanda yataqxana yanır Cəmiyyətə icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş-təqdimat verilib. Alpinistlərin axtarışından nəticə yoxdur - 17 gün keçdi... Baş nazirdən orta ixtisas təhsili ilə bağlı – Dəyişiklik ResTv yeni ilə yeniliklərlə addım atdı-Video ABŞ Dövlət Departamenti vətəndaşlarını Dağlıq Qarabağa səfər etməməyə çağırıb Atəşkəs rejimi 125 dəfə pozulub ABŞ səfirliyinin müvəqqəti işlər vəkili də Türkiyə XİN-ə çağırıldı Astana aeroportu güclü qar səbəbindən bağlanıb Zaqatalada keçmiş polis əməkdaşı qəzaya düşdü Uşağınızın qızdırması var? - DİQQƏT! Bunu bilməlisiniz... Azərbaycan böyük dövlətlərin yolunu gedir - Ekspert Cümhuriyyət nazirinin Nərimanovun həbsi barəsində sərəncamı - Arxiv faktı Aysel Mamedovanın ekskluziv foto və video görüntülərini VETENPERVERLER.AZ təqdim edir. Aprel şəhidinin atası Rayon İcra Hakimiyyətinin Başçısı Lütfəli Babayevdən şikayətçidir. Qorxaqlığın və ondan da o yananın pik nöqtəsi... Azərbaycan və Avropa kardioloqlar Asosasiyasının uzvü, ilin gənc kardioloqu Dr. Nurlana Əliyeva: Biz gənclər, Dövlət başçımız və Mübariz Mənsimov kimi xalqını sevən igidləri ilə fəxr edirik Q.Paşayeva Hindistan, Banqladeş və Nepalın tanınmış təşkilat rəhbərləri ilə görüşdə Qarabağdan danışıb Azərbaycanda 9 şirkət bu departamenti məhkəməyə verdi Prezident İlham Əliyev Gürcüstanın Azərbaycandakı ilk səfirinin vəfatı ilə əlaqədar başsağlığı verib Millət vəkili Q.Paşayeva Hindistan, Banqladeş və Nepalın tanınmış təşkilat rəhbərləri ilə görüşüb Pakistan ABŞ-la əlaqələri dayandırır: Kəşfiyyat Qəbul imtahanlarının vaxtı gələn həftə məlum olacaq Tanınmış aşıq vəfat etdi Ermənistanın müdafiə naziri istefaya göndərilir İlham Əliyev 2018-ci ili“Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi Bir qrup jurnalist alpinistlər üçün Xınalığa yollandı Azərbaycanda məşhur iş adamı dələduzluqda ittiham edilir Qənirə Paşayeva Mavritaniyanın prezidenti Ameenah Gurib ilə görüşüb İntihar edən şairin dəhşətli statusları... - 1 saat əvvəl dənizdən şəkil paylaşdı Bazarlarda saxta nehrə yağı satılır? - DİQQƏTLİ OLUN (VİDEO) Yaşlı kişi ikinci mərtəbədən yerə yıxıldı Ölməyə deyil, yaşamağa səbəb axtarın. Layihələri AXC-ni dünyanın ən güclülərindən birinə çevirəcəkdi - Cümhuriyyətin ən kasıb naziri Mərdlik,səxavət hər imkanlı insana xas olan dəyər deyil-Q.Paşayeva Q.Paşayeva Mərakeş,Bəhreyn,Livan və Misirin tanınmış təşkilat rəhbərləri ilə görüşdə Qarabağdan danışıb Orta məktəb mühafizəçisi iş yerində ölü tapıldı Kadırov Gədəbəydə tapılan qadınla bağlı tapşırıq verdi - “Vacib deyil hardandır” “Məleykə Əsədovanın iddiası təmin edilmədi” - Ramiz Məlik 300 manata satılan ayaqqabı, endirimlə 370 manata - "Hotiç"də şok "endirim" Kimyəvi maddə içərək özünü öldürdü - Şabranda faciə
    File engine/metagen.php not found.