Üç oliqarxla bağlı bankın bağlanmasındakı böyük müəmma...

    Üç oliqarxla bağlı bankın bağlanmasındakı böyük müəmma...


    Xəbər verildiyi kimi, bir neçə gün öncə Maliyyə Bazarlarına Nəzarət Palatası "Dəmirbank” ASC-nin lizensiyasını ləğv edib. Xatırladaq ki, bu bankın əsas səhmdarları 25 faizlə Avropa Yenidənqurma və İnkişaf Bankı və 10 faizlə Hollandiya Maliyyə Şirkəti hesab edilir. Bununla belə, bir neçə iri məmur-oliqarxın "Dəmirbank”la sıcaq ilişkisinin olduğu da bəllidir. Bu barədə bir qədər sonra. 

    Hələliksə onu deyək ki, "Dəmirbank” 2017-ci il 3-cü rübün yekunlarına əsasən, aktivlərinin həcminə görə 31 bank arasında 15-ci, kredit portfelinə görə 12-ci, depozit portfelinə görə 20-ci yerdə qərarlaşıb. 9 ayın yekunlarına görə, bankın fəalliyyətində 20 milyon manatdan artıq zərər yaranıb, balans kapitalı minimum normativdən təxminən 2 dəfə az olub. Aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün 53 milyon manata yaxın ehtiyat yaradılıb ki, bu bankın hazırkı öhdəliklərinin 10%-dən bir az çoxdur. Onu da yada salmaq yerinə düşər ki, "Dəmirbank” ölkənin ən uzunömürlü banklarından biri idi. Onun yaranma tarixi 6 oktyabr 1989-cu il, lisenziya alma tarixi 23 noyabr 1992-ci il göstərilir. Rəqəmlərdən görünür ki, devalvasiyaya qədər bank xeyli güclənibmiş. 2010-2015-ci illərdə bankın aktivlərinin həcmi 73% artaraq 589 milyona çatsa da, son 2 ildə 30%-ə yaxın azalmaqla 429 milyon manata enib.

    Böyük neft pulları dövründə – bankın aktivlərinin qısa müddətdə az qala 2 dəfə genişləndiyi dövrdə bank, əsasən, istehlak kreditləşməsinə üstünlük verib. 2015-ci ilin yekunlarına görə bankın 428 milyon manatlıq kredit portfelinin 63.3%-ni (270 milyon manat) istehlak kreditləri təşkil edib. Ancaq son iki ildə bankın işləri qaydasında getməyib və o qəfildən ləğv olunub.

    "Unikal” qəzetinin əldə etdiyi məlumatlarda bankın bağlanma ehtimalının hətta onun yüksək vəzifəli işçiləri üçün də gözlənilməz olduğu bildirilir. Bu iddianı təsdiqləyən məqamlardan biri isə "Dəmirbank”ın bağlandığı gün gündüz saatlarında vakansiya elan etdiyi barədə iqtisadiyyat saytlarına düşən elandır. Elə həmin axşam bankın lisenziyası ləğv edildi... Bundan başqa, o da maraqlıdır ki, iqtisadçı ekspertlərin bağlanmasını proqnozlaşdırdığı banklar arasında "Dəmirbank”ın adına demək olar, rastlanmırdı. Deyilənləri nəzərə aldıqda bankın bir andaca ləğvi həqiqətən maraq doğurur.

    Yuxarıda qeyd etdik ki, bu bankın üç məmur-oliqarxla müəyyən yaxınlığı var idi. Bunlar Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov, baş nazirin müavini Abid Şərifov və Sumqayıtın keçmiş icra başçısı Şakir Abuşovdur. Belə ki, bankın İdarə Heyətinin sədri postunu sonuncunun oğlu Fərid Abuşov tutur.

    Bankın mərkəzi filiallarından birinə - Nəsimi rayon filialına isə ölkənin baş bankirinin qardaşı rəhbərlik edir.

    O ki, qaldı Müşahidə Şurasının sədri Rəhman Hacıyevə, onun baş nazir müavini Abid Şərifovun yerlisi (hər ikisi Şəki rayonundadır) olmaqla bərabər, həm də yaxın adamı olduğu deyilir.

    Beləliklə, bu üç kifayət qədər nüfuzlu və imkanlı məmurla bağlılığa malik bir bankın çoxlarının gözləmədiyi, hətta proqnozlaşdırmadığı şəkildə ləğvi diqqət çəkəndir. Daha bir maraqlı məqam isə bankın bağlanmasından sonra 28 milyon manat dəyərində əmanətin sahiblərinə qaytarılmayacağı barədə məlumatdır. Bunun səbəbi odur ki, həmin əmanətlər sığortalanmayıb. Əlbəttə, burada əmanət sahibləri ilə bərabər, bankın da davranışı maraq doğurur. "Dəmirbank” rəhbərliyi bu qədər böyük vəsaitin sığortalanmamasına niyə laqeyd yanaşıb? Ən əsası isə, həmin 28 milyon manatın sonrakı aqibəti necə olacaq? Bu pullar kimlərinsə işinə yarayacaq, ya yox?! Başqa bir maraqlı detal isə bankın İdarə Heyəti sədrinin bağlanma ilə bağlı xəbərə çox qısa münasibət bildirməsidir. Üstəlik, bu "qısa münasibət”də də yaranmış suallara hər hansı konkret cavab yoxdur. 

    Sitat: "Bununla (bankın lisenziyasının ləğvi – red.) bağlı yanaşma müxtəlif ola bilər. Bu qərarın tələsik və yaxud gecikmiş olduğu deyilə bilər, yəni hər şey nisbidir. Amma hər halda mövcud vəziyyət belə bir qərarın qəbul edilməsinə səbəb oldu. Başqa heç bir şərh vermək istəmirəm”. Və sitatın sonu!

    Göründüyü kimi, Fərid Abuşovun açıqlaması nəinki ictimaiyyətdəki suallara hər hansı aydınlıq gətirir, hətta əlavə suallar doğurur. Məsələn, İdarə Heyəti sədrinin "başqa heç bir şərh vermək istəməməsi” əslində "şərh verilməli olan məsələlərin” varlığınımı göstərir?!

    Beləliklə, "Dəmirbank”ın bağlanması neçə gündür gündəmdən düşmür, ancaq görünən odur hələ bir müddət də mətbuatın əsas müzakirə mövzusu olaraq qalacaq. Çünki bu bank ətrafında yaşananlarda həqiqətən aydınlıq gətirilməsi vacib olan xeyli sual, bir çox qaranlıq mətləb var. Ən azı bu yazıda toxunduğumuz məqamlar belə düşünməyə əsas verir...


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 308


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    "Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edildi "Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edilib Azərbaycanda “Aİ-92” markalı benzinlə bağlı - MÜHÜM QƏRAR Ticarət mərkəzində qadın ac akulalarla dolu hovuza düşdü - VİDEO Minik və yük maşını toqquşdu - Xəsarət alan var “Myshops” şirkəti öz mağazasında “Apple” şirkətin yeni məhsullarını təqdim edib İradə Əlili Turkiyənin Tokat şəhərinə 2 ci kitab festivalına dəvət aldı Türkiyədən gəlmiş aydınlar: "“Hər zaman Azərbaycanın yanındayıq!” " Q. Paşayeva: "Birliyimizi gücləndirməliyik!" Novruz Məmmədov iki şöbə müdirini işdən çıxardı Şamaxı rayon şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbində Müstəqəllik Gününə həsr edilmiş tədbir keçirildi. Rəsul Məmmədov: "Hər il Kombat Ciu-citsu üzrə Avropa və dünya çempionatlarında iştirak edərək uğurlar əldə etmişik" Eldar Əzizov bu qurumun fəaliyyətini DAYANDIRDI - BU SƏBƏBƏ GÖRƏ (ÖZƏL) Baş redaktorun doğum günüdür Fiziki aktivlik sağlam həyatın əsasıdır – ŞAMAXIDA MÜZAKİRƏ Roza Əliqızı:- Əsir və girovlarımız azad olunmalıdır Bakıda daha bir ərazidə sürüşmə: divar uçdu Adnan Oktarın villasından geriyə bu dağıntılar qaldı - Video Nəğmə dolu bir ürək. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tibbi aksiya keçirəcək Sərkisyan Paşinyanın istefasını qəbul etdi - Yeniləndi Q.Paşayeva MM-də "Uşaqların zərərli informasiyadan qorunması" üçün qurumlara çağırış edib “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan! Qarabağ qazisi Etimad Əsədov vəfat etdi Sumqayıtda aprel şəhidi Əbdülməcid Axundovun 25 illiyinə həsr edilmiş tədbir keçirildi Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video HEYDƏR ƏLİYEVLƏ BAĞLI ŞİRİNLİ-ACILI XATİRƏLƏR Mehriban Əliyevadan müəllim və tələbələrə təbrik - Məktubu +Fotolar Hərbi hissədə ağacəkmə kampaniyası-Fotolar Sürüşmə anının - Videosu Vətəndaşlar 11 min manat birdəfəlik ödəmənin verilməsini tələb edir - VİDEO Bakıda yeni dələduz peyda oldu - ''İnstagram''dan 35 nəfərə... (VİDEO) Tramp qızını bu vəzifəyə gətirmək istəyir On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi Minaya düşən sakinin vəziyyəti pisdir — Səhiyyə Nazirliyi Kolbasa və sosiska istehsal edən bəzi şirkətlərin fəaliyyətində nöqsanlar aşkarlandı Yenə leysan xəbərdarlığı edildi 11 oktyabr Beynəlxalq Qızlar günüdür Məmur oliqarxiyasının sonu yaxınlaşır - prezidentdən mühüm və sərt ismarışlar Restoran sahiblərinə sərt xəbərdarlıq Camal Qaşıqçının qaçırılma planını ABŞ kəşfiyyatı bilib - İddia Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində “Turetski xoru” qrupunun konsertini izləyib - FOTO Q.Paşayeva AŞPA-da Azad Demokratlar Qrupu adından çıxış edərək İslamafobiyanın artmasında Avropa ölkələrinin yanlış siyasətini tənqid edib. Şamaxı məktəb direktoru Gülnurə Babaşova : Təhsildə əldə edilmiş nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Rusiya Avropa Şurasından çıxarıla bilər Şəki sakinləri üçün oftalmolji müayinələr keçiriləcək Google istifadəçilərinə BƏD XƏBƏR - 2019-cu ildə bağlanacaq İçində miqrantların olduğu mikroavtobus yandı - Fotolar Bahar Muradovadan rusiyalı həmkarlarına çağırış "Neftçi İdman Klubu”nun cüdoçusu Vüqar Talıbov tarixi uğura imza atıb. “Nar” gənclərə fürsət yaratdı Eks-nazir Azərbaycana qayıda bilmir - SƏBƏB Bakı metrosunda həyəcan: Qatarlar boşaldıldı Qənirə Paşayeva Türkiyə əleyhinə yalanlara qarşı arqumentlərlə cavab verib "Mən qələt eləmişəm" - Qızını erməniyə verən diaspor sədri (VİDEO-FOTO) Hansı qida mədəmizdə nə qədər müddətə həzm olunur - SİYAHI “Savaşçı” serialının Azərbaycan bayrağı ilə başlaması bəyənildi – VİDEO Berluskoni Qara dəniz haqqında "yalan"ı BELƏ İFŞA ETDİ (FOTO) Nurməhəmmədov-Makqreqor döyüşünün və döyüşdən sonrakı davanın TAM VİDEOSU 19 yaşlı qızın cəsədi kanaldan tapıldı Nazirdən açıqlama: Neftin qiyməti və sanksiyalar... Sumqayıt təhsilini uçruma aparan yol-ARAŞDIRMA Aeroport yolunda növbəti qəza-Video+Foto ABŞ Konqresi Trampın namizədini Ali Məhkəmənin üzvü vəzifəsinə təsdiq edib –Səsvermə zamanı qalmaqal baş verib Sumqayıtda direktor müavini dayəni döyüb xəstəxanalıq etdi - Fotolar 160 saylı avtobus daha bir qəza törədib, yaralananlar var - VİDEO+FOTOLAR İTV KANALIN YENİ UĞURLU LAYİHƏSI Sağ-salamat doğulan körpə 2 gündən sonra xəstəxanada öldü - Azərbaycanda Göygöldə yük maşını aşdı - 2 nəfər öldü, 2 yaralı Hacıbala Abutalıbova yeni vəzifə tapşırıldı Bakıda özəl klinikada pasiyent öldü - Açıqlama Qənirə Paşayeva müəllimləri təbrik edib Xırdalanda piyadanı vurub qaçan sürücü saxlanılıb 2018-ci il üzrə Nobel sülh mükafatının qalibləri məlum olub Bakı sakini bacısının körpəsini 350 manata satıb Sabah hava belə olacaq – PROQNOZ Oqtay Şirəliyevin qızı ermənini özünə köməkçi təyin etdi Qatarla toqquşub, 2 nəfərin ölümünə səbəb olan avtobus sürücüsünün FOTOSU YAYILDI Çingiz Abdullayev: “Bunlar əclafdırlar!” - TƏXRİBAT Rusiya rəsmən dollardan imtina edir Mehdiyev göstəriş verdi, məsələ həllini tapdı “Biləsuvar cəngavərləri” kitabının təqdimat mərasimi keçirildi Pentaqonun başçısını da zəhərləmək istədilər “Nar”dan autizmli uşaqlara dəstək - FOTOLAR Xocavənd rayonunun işğalından 26 il ötür Rusiya Qarabağa görə Beynəlxalq Məhkəməyə verilə bilər! Q.Paşayeva MM-də qardaş Türk dövlət və toplumlarından gənclərin Azərbaycanda təhsili ilə bağlı təkliflərlə çıxış edib “Nar” yarımilin hesabatını və yenilənmiş brendinitəqdim etdi Leyla Əliyeva “İmmolatio”nun premyerasında - Foto İnsanda siçan virusu aşkarlandı – İlk dəfə İlham Əliyev Paşinyanla Qarabağdan danışdı - Rəsmi Qubada yük avtomobili dərəyə aşdı, sürücü yaralandı Azərbaycan nefti bahalaşıb Zibilə düşən it: İtin başı görün harda qaldı… - VİDEO Azərbaycanın qızıl-gümüş bazarı həftəni ucuzlaşma ilə başa vurdu Hindistanla Rusiya arasında 5,43 milyard dollarlıq razılaşma XəbərAl.az saytının 4 yaşı tamam oldu “Nar” yeni loqosunu təqdim etdi - Foto Təyyarə 36 sərnişinlə okeana düşdü - Foto “Altı nəfər vəzifədən azad olunub, 5-i isə...” - Zakir Qaralov
    File engine/metagen.php not found.