Müzakirə: alimlər nələrdən narazı qaldı? - Foto

    Müzakirə: alimlər nələrdən narazı qaldı? - Foto


    Azərbaycan Dil Qurumu (ADQ) İctimai Birliyi "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi ilə bağlı dəyirmi masa keçirib.

    Kult.az xəbər verir ki, toplantını ADQ başqanı, xalq şairi Sabir Rüstəmxanlı açaraq, "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsinə münasibət bildirib.

    "AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı "Azərbaycan dilinin drfoqrafiya qaydaları” layihəsinin ictimai müzakirəyə verilməsi lüğətçilik tarixində yeni hadisədir. Mən bu hadisəni müsbət dəyərləndirirəm. Düzdür, layihədəki qaydaların içərisində mübahisə doğuranlar var, amma qaydaların əksəriyyəti mübahisə yaratmır. Layihə ətrafında gedən mübahisələr, fikir ayrılıqları müstəqillik dövründə ana dilinin yüksələn rəsmi və beynəlxalq statusunun, Konstitusiya ilə təsbit edilmiş hüquqlarının qorunması zərurəti ilə bağlıdır. Azərbaycan dünya dövlətləri arasında yerini möhkəmləndirdikcə ana dilimiz də əlaqələrini genişləndirir, yeni siyasi, ictimai, ədəbi-mədəni vəzifələri yerinə yetirməli olur”, - S.Rüstəmxanlı qeyd edib.

    AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, İnstitutda orfoqrafiya lüğəti ilə bağlı yaradılan İşçi Qrupunun üzvü Şahlar Göytürk "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsindəki qaydaların sayının artırıla biləcəyini istisna etməyib:

    "Orfoqrafiya lüğətinin layihəsi ictimaiyyətə təqdim ediləndən sonra geniş müzakirələrə səbəb olub. İşçi Qrupunun üzvləri təklif verənlərin mövqeyindən asılı olmayaraq, bütün təkliflərə obyektiv yanaşırlar. Bütün təkliflər pasportlaşdırılacaq. Təkliflərin içində çox dəyərliləri var. Onların üzərində işlənilir, ola bilsin ki, layihədəki təkliflərin sayı artsın (Hazırda Layihədə 69 qayda var – red.) Həmin təkliflər seçilərək müzakirələrə təqdim olunacaq. Bəlkə də qaydaların sayı 80-ə qaldırıldı. İşçi Qrupu layihə üzərində çox ciddi işləyir. Bütün yazılara ayrı-ayrı baxılır. Orfoqrafiya yalnız bir şəkilçi, bir işarədən ibarət deyil, çox ciddi məsələdir. Orfoqrafiya dilin yox, dilçiliyin problemidir. Dilin müzakirəsi ilə qaydaların müzakirəsi fərqlidir. Bu səbəbdən də mütəxəssis rəyinə ehtiyac var. Bizim üçün dil məsələsi hər şeydən vacibdir”.

    Filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmli "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsində əks olunan qaydaların 90 faizi çox faydalıdır:

    "Ancaq üç maddədə müəyyən problemlər var. Layihənin 37-ci qaydası, ümumiyyətlə, qaydaların ruhuna ziddir. "Y" hərfinin ixtisarında bir məntiq olmalıdır. Niyə məhz "y" hərfi, onda qoşa "s"dan da birini ixtisar etməl reallığı ilə üz-üzə qalırıq. 37-ci qayda gələcək üçün təhlükədir, çünki bütün lüğət bazamızda köklü dəyişikliklər lazım gələr. Biz başqa dillərə əsaslanmalı deyilik. Hər dilin öz qaydası var. Bizim dildə isə "y" hərfini ixtisar etməyə ehtiyac yoxdur. Dilin yazılış qaydasının danışığa uyğunlaşdırılması dili bəsitliyə aparacaq”.

    AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov vurğulayıb ki, "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsinin bir çox bəndi keçmiş qaydaların təkrarından ibarətdir:

    "Layihədə ciddi ziddiyyətlər mövcuddur. Məsələn, 22-ci bənddə mənbə dil əsas götürüldüyü halda, 37-ci və 9-cu bəndlərdə başqa məntiqdən çıxış edilir. Ona qalsa, gərək "Gülsüm" sözünü "Külsüm" yazaq. Bu söz də ərəb dilindən bizə keçib, "k" ilə yazılır və ya eyni məntiqlə istisna kimi göstərilən "mühüm" sözünü gərək "mühim" kimi yazaq.

    37-ci bənddə heç bir ciddi əsas göstərilmədən, mənbə dilin xüsusiyyətlərini nəzərə almadan, "iyyat", "iyyət" və "iyyə" şəkilçilərindəki qoşa "ye"dən biri ixtisar edilir. Bu şəkilçilərlə digər sözlərin tərkib elementi sayılan "iyat", "iyə" və "iyət" morfem-leksem kombinasiyaları səhv salınır və elə zənn olunur ki, bunlar eyni şeydir. Üstəlik, bu dəyişikliyə səbəb kimi fonetik prinsip göstərilir. Bu məntiqə qalsa, onda "müəllim" sözünü "məllim", "təəssüf" sözünü "təsüf", "müəyyən" sözünü "məyyən" kimi yazaq. Bu bəndəki çatışmazlıqları xülasə etsək, istisna kimi göstərilən səyyah, səyyar, səyyarə, təyyar kimi sözlərin tərkibində qoşa "ye" elementli hissə və qoşa "ye" elementli "iyyat", "iyyət" "iyyə" şəkilçiləri ayrı-ayrı qrammatik hadisələri ifadə edir. Birincisi əgər sözün əsasını əmələ gətirən morfem-leksem kombinasiyasıdırsa, ikincilər şəkilçilərdir. Odur ki, yuxarıdakı sözlərin istisna kimi təqdim edilməsi səhvdir.

    Deyilir ki, fonetik prinsipə əsasən "ye" hərflərindən biri ixtisar olunmalıdır. Söhbət hansı prinsipdən gedir? "Tələffüzə uyğun yazmaq" prinsipindənmi? Orfoqrafiya və orfoepiya qaydalarını bir-birinə qatmaq anormal dil hadisəsinin meydana çıxması ilə nəticələnə bilər. Həmçinin bu prinsip əsas götürülürsə, gərək eyni formada işlədilən "hədiyyə" və "məziyyət" morfemlərini "hədiyə" və "məziyət", "Səriyyə" adını da "Səriyə" kimi yazaq. Unutmayaq ki, orfoqrafik forması dəyişdirilməsi istənən sözlər bizim dilimizdə yüz illərdir işlənir, yüz ilə yaxındır ki, konkret maddi qabığa sahibdir, özü də dil hadisələrini uğurlu şəkildə əks etdirən qabığa! Yeni qaydaların təşəbbüskarları bir çox ərəbmənşəli sözlərdəki "iyyat" şəkilçisini "iyat", "iyyə/iyyət" şəkilçilərini isə "iyə" və ya "iyət" kimi dəyişdirmək mövqeyindən çıxış edirlər. Onlar nəzərdən qaçırırlar ki, bu morfemlər ərəbmənşəli sözlərin tərkibində işlədilir və heç də zənn edildiyi kimi eyni dil hadisəsinin müxtəlif təzahürləri deyildir; əksinə, hər biri ayrı dil hadisəsidir. Dilimizdə ərəbmənşəli sözlərin sonunda yazılan "iyyat" suffiks olub, cəm bildirir. Məsələn, təbiyyət, riyaziyyat, mənəviyyat, iqtisadiyyat və s. Hərfən: təbii olan hər şey, riyazi olan hər şey, mənəvi olan hər şey, iqtisadi olan hər şey. "Ehtiyat” sözündəki "iyat" isə suffiks və ya digər şəkilçi deyildir, söz kökünün amorf (bölünməz) elementidir, kök samitlərindən ibarət morfdur. Bu baxımdan "ehtiyat" sözündə cəm bildirən "iyyat" şəkilçisi yoxdur, odur ki, bir "y" ilə yazılır. Eyni şeyi "iyyət" və ya "iyyə" şəkilçiləri haqqında da demək olar. Bu şəkilçilər ərəb mənşəlidir, mücərrədlik ifadə edir, isimdüzəldici, bəzən də (birləşmələrin tərkibində) sifətdüzəldici xüsusiyyətə malikdir: hədiyyə, cərrahiyyə, mədhiyyə. "İyə" isə şəkilçi olmayıb, sözlərin tərkib elementidir, bölünməz morfdur: təziyə, tədiyə, mərsiyə, təxliyə, tərbiyə, təhkiyə, tövsiyə, nahiyə və s. "İyyə" element deyil, şəkilçidir, "iyə" isə amorf hissədir, leksem-morfem kombinasiyasıdır.

    Biz məhz bu fərqli dil hadisələrini eyni fonetik qəlibə təhkim etməyin əleyhinəyik. Dil nəhənglərimiz, həm də ərəb dilini bildiklərindən ərəbmənşəli sözləri müvafiq olaraq "iyyat", "iyyət və iyyə" , "iyat" və "iyə" ilə yazmışlar. Odur ki, Azərbaycan dilində işlədilən ərəbmənşəli sözlərin orfoqrafik xüsusiyyətlərinə bələd olmaq üçün ərəb dilini bilmək şərtdir. Bu səbəbdən orfoqrafiya qaydalarında yenidəntəsis işi aparılarkən ərəbşünas-dilçilərin rəyləri də nəzərə alınmalıdır”.

    Onun sözlərinə görə, yeni layihənin ən böyük qüsuru onun "fonetik prinsip" əsasında hazırlanmasıdır:

    "Ana dildəki söz vahidlərini tələffüzə uyğun şəkildə yazmaq ciddi səhvdir. Bu barədə ciddi akademik müddəalar mövcuddur. Ümumiyyətlə, "söz necə tələffüz edilirsə, o cür də yazılmalıdır" prinsipi əsas götürülsə, müxtəlif vaxtlarda saysız-hesabsız fərdi orfoqrafiyalar meydana çıxacaq. Unutmaq olmaz ki, sözlərin deyilişi ilə tələffüzü arasında tam eyniyyət mövcud deyildir. Keçmiş SSRİ-də 60-cı illərdə orfoqrafiya problemləri ətrafında gedən qızğın müzakirələrdə dilçilərdən biri N.Rojdestvenski belə bir fikir səsləndirmişdi. Buna orfoqrafiya sahəsində aparılacaq heç bir islahat ilə nail olmaq mümkün deyil. Yazı tələffüzü əks etdirən güzgüyə çevrilə bilməz, tələffüz də yazını eynilə kopya etməyə qadir deyil. Sovet dilçi-alimi O.S.Axmanova haqlı şəkildə qeyd edirdi ki, bir sıra hallarda sözün bu və ya digər elementi şifahi nitqdə itib-silinə bilir. Orfoqrafiya bu elementləri qoruyub-saxlamaqda, hətta bərpa etməkdə müəyyən rol oynayır. Böyük metodist alim Əziz Əfəndizadə yazırdı: "Səslə hərf arasında eyniyyət olmadığını, onların bir-birindən əsaslı surətdə fərqləndiyini nəzərə almadan a) dilin fonetik sistemini həqiqi şəkildə müəyyənləşdirmək, b) orfoqrafiya və orfoepiya məsələlərini elmi əsasda tədqiq etmək ... mümkün deyildir”. Yəni orfoqrafiya orfoepiyadan fərqli olaraq bir dilin morfoloji vahidlərinin strukturu haqqında aydın təsəvvür yaradır, morfem-leksem kombinasiyasının düzgün şəkildə "hissə"lərə ayrılmasını təmin edir".

    Tədbirdə həmçinin Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Qəzənfəroğlu, əməkdar jurnalist Azər Həsrət, şair-publisist Rasim Qaraca, Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Çaxmaqlı və başqaları çıxış edərək, "Azərbaycan dilinin Orfoqrafiya qaydaları” layihəsinə münasibət bildiriblər.

    Toplantının yekununda Azərbaycan Dil Qurumunun bəyanatı qəbul edilib. Bəyanatda deyilir ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təqdim etdiyi qaydalar bütövlükdə Azərbaycan türkcəsinin yüz illər ərzində formalaşmış mükəmməl qrammatik normalarına, yazı prinsiplərinə və lüğətçilik təcrübəsinə əsaslanır, dilçilər arasında mübahisə yaradan bəzi məqamlara baxmayaraq, küll halında etibarlı bir nəzəri mənbə sayıla bilər. Qaydalar bir daha göstərir ki, azərbaycan dilinin orfoqrafiyası, yəni sözlərin yazılış şəkli, daha çox "deyilən kimi yazmaq” prinsipinə əsaslanır və şübhəsiz, gələcəkdə də alınma sözlərə münasibətdə bu xətt qorunacaq. Bu yanaşma ana dilimizin həm yazı, həm də nitq özəlliyini və təmizliyini qoruyur, onun gücünü göstərir. Qaydaların ADQ-də də etiraz doğuran bir neçə maddəsi nəzərə alınmasa, digər maddələri dövrün tələblərindən və dilimizin inkişaf səviyyəsindən doğur və qəbul edilməlidir.

    Sonda vurğulanıb ki, ADQ AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun müzakirə materiallarını və mütəxəssis rəylərini diqqətlə gözdən keçirəcəyinə ümid edir.


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 175


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Sumqayıtda iki qrup arasında kütləvi DAVA Evi təmir etmək istədi, elektrik cərəyanı vurdu 98 yaşlı qadın yıxılaraq xəstəxanalıq oldu Türkiyədə 30 nəfər qidadan zəhərlənib Odun ,Ocağin İşiği-‘’Əli Rza Xələfli-65’’-Sevindik Nəsiboğlu yazır... BMT-dən ŞOK SƏNƏD - Dağlıq Qarabağ müstəqil respublika kimi təqdim olundu - FOTOFAKT Gəncədə 75 yaşlı qadın hovuzda boğulub Putin İlham Əliyevi parada dəvət etdi Azərbaycanda 4 bal zəlzələ olub Bakıda ilk: Akrobatika üzrə dünya çempionatı keçiriləcək Taxta bazarındakı yanğından geriyə qalanlar - FOTO/VİDEO Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib Nazirlikdən "İşsizin DOSTU" proqramı ilə bağlı AÇIQLAMA ATƏT: XİN başçıları həmsədrlərin himayəsi altında yaxın vaxtlarda görüşmək barədə razılığa gəlib Bakıda “Range Rover” parka belə girdi - VİDEO ABŞ-dan Çinə qarşı sərt - Bəyanat “Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır Əslində “Relax”da insdentə səbəb nə olub?- “Söyüş” Faciə!-Uşağı vurub qaçdı, başqası xəstəxanaya apararkən qəzaya düşdü - İkisi də öldü İsrail ordusu yanlışlıqla öz təyyarəsinə atəş açdı “İnanırdıq ki, Rəşad qayıdacaq” - Həyat yoldaşı+Foto Yer kürəsi boyda yeni planet tapıldı Millət vəkili Q.Paşayeva bir sıra xarici ölkələrin fəal təşkilatları, QHT və KİV rəhbərləri ilə Azərbaycan həqiqətlərindən danışıb Pilotumuz son mənzilə belə yola salındı - FOTOLAR Leyla Əliyeva müalicə olunan uşaqlarla görüşdü - Foto Son uçuşları cənnət olan pilotlarımız... - Fotolar Rəşad Atakişiyevin nəşi tapıldı - Yenilənib Vaxtı keçmiş qəndləri yenidən emal edən sex bağlandı - FOTO Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb Azərbaycanlı aktyor beyin insultu keçirdi Millət vəkili Q.Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüşüb, Azərbaycanla bağlı geniş məlumatlar verib "Sizi Tanıyaq" layihəsinin Sezon Final çəkilişi baş tutdu-Video İqbal Məmmədov "Relax”dakı davadan DANIŞDI 19 avqust - Beynəlxalq Humanitar Yardım Günüdür Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun son oyunu keçiriləcək Ürək xəstəliklərinin səbəbi bəlli oldu Daha bir ölkədə milyonlarla müsəlman üçün həbs düşərgələri qurulacaq- SOS!..-FOTOLAR “Bu kimi xəbərlər gülüş doğurur” - Müdafiə Nazirliyi Şirvanda binanın eyvanı uçub, 1 nəfər xəsarət alıb - FOTO Bərdədə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib Yanğınsöndürənlər huşunu itirmiş ev sahibini xilas ediblər Göyçayda toy karvanında baş verən qəzanın videosu yayıldı - YENİLƏNİB + FOTO\VİDEO Asfaltı mavi rəngə boyadılar - Maraqlı təcrübə Daha bir sex bağlandı: təbii adı ilə quru süddən istifadə edirdilər - FOTO Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – VİDEO Göyçay, Ucar və Zərdabda qaz olmayacaq Otel yandı – AZI 8 NƏFƏR ÖLDÜ… – FOTO 10 yaşlı uşaq ailəsinin gözü qabağında parçalandı - DƏHŞƏT VİDEO Q.Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri, millət vəkilləri və fəal qadınları ilə Qarabağ həqiqətlərindən danışıb. Baş Prokurorluq intiharlarla bağlı KİV-ə çağırış etdi, mediadan dəstək gəldi ABŞ-da təyyarə qəzaya uğradı: ölənlər var - VİDEO “Bavariya” qalib gələ bilmədi Pakistanlı diplomat: "Pakistan Kəşmir probleminin sülh yolu ilə həllinə hazırdır" “Nar”-ınsürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda! Manatın bugünkü məzənnəsi... Xətaidə 2 avtomobil toqquşub - yaralılar var Sevindik Nəsiboğlu-10 Sabahdan ali təhsil müəssisələrinə qeydiyyat başlayır Leyla Əliyevanın təşəbbüsü ilə daha iki ictimai çimərlik yaradıldı - FOTOLAR “Məmməd Əmin Rəsulzadə” gəmisi qəzaya düşdü - Video 4 yaşlı uşaq binadan yıxılıb, vəziyyəti ağırdı Jirinovski müdafiə nazirinin təyyarəsinə yaxınlaşan NATO qırıcılarına sərt reaksiya verib - VİDEO Güləşçimiz erməniyə qalib gələrək medal qazandı Novruz Məmmədov bağçalarla bağlı qərar verdi - artıq uşaq götürülməyəcək! Putin Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif etdi Ermənistan əsgərinin Azərbaycana qaçması haqda - Məlumat yaydı İran xəbərdarlıq etdi – MÜHARİBƏ OLACAQ! İngiltərədə cütlük akvariumdan zəhərlənib 28 türkiyəli zəvvar vəfat edib Bakıda sərnişin avtobusu qəza törədib, xəsarət alan var Erməni vandalları təbiətimizə böyük ziyan vurur - Video Nardaran çimərliyində bacı-qardaş və iki bacı batıb Bərdədə “Opel”lə VAZ toqquşdu: bir nəfər öldü Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilib Paşinyanın Xankəndi ritorikası: regionu faciəyə sürükləmək riski Yataqxana binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB Güləşçimiz erməni dünya çempionunu məğlub etdi və... İsmayıllıda ağır qəza: ölən var Yenidən güclü külək əsəcək - Nazirlik İlham Əliyev Azərbaycan xalqını təbrik etdi Yaponiyada güclü zəlzələ: 6.2 bal 11 yaşlı şairin şeirləri mütəxəssis tərəfindən təhlil olundu Şəxsiyyət vəsiqəsi itib-Elan Bölgədə gərginliyin yeganə səbəbi işğalçı Ermənistandır - XİN-dən açıqlama Millət vəkili onları sərt etiraza çağırdı-Qarabağ, Xocalı soyqırımı... İdmançımız dünya çempionatının finalına yüksəldi İlham Əliyev sərəncam imzaladı Gürcüstan parlamentinin sədri Marneulidə azərbaycanlılarla görüşdü Göyçayda yük maşını qoyun sürüsünü vuraraq tələf edib - FOTO Millət vəkili çinli xanım fəallarla görüşdü - Foto Qənirə Paşayeva Kanadanın tanınmış təşkilat rəhbərləri ilə görüşdü - FOTOLAR 9 abituriyentin qiymətində dəyişiklik edildi İşçilərin sayını və maaşını gizlədənlərə - XƏBƏRDARLIQ Zakir Həsənov əməliyyatla bağlı təcili qərargaha getdi Polisdən XƏBƏRDARLIQ: Bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırıldı İki uşaq atası xalqımızdan kömək istəyir Habil Şınıxlının rəhbərliyi ilə incəsənətlə bağlı kurslar təşkil olunub “Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib” Bir qrup tanınmış media nümayəndələri ilə görüş keçirilib. ABŞ-ın yeni silahı: İlk dəfə İrana qarşı tətbiq edildi
    File engine/metagen.php not found.