İrəvanda milli maarifçilik mühiti

    İrəvanda milli maarifçilik mühiti


    ADPU - nun professoru Cəfər Cəfərov və dosenti Cəlal Allahverdiyevin böyük tarixi əhəmiyyəti olan "İrəvanda Milli maarifçilik mühiti" adlı kitabı nəşr edilmişdir (Bakı: "Şərq- Qərb", 2017. 440 s.). Bu dəyərli kitabın elmi redaktorları: prof. Buludxan Xəlilov və tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı Nazim Mustafadır. Rəyçiləri, prof. Əjdər Ağayev, prof. Rüfət Hüseynzadə, prof.Mahirə Nağı qızı və pedaqoji elmlər doktoru Həsən Bayramoğludur.

    ADPU - da bu əsərin geniş təqdimat mərasimi keçirildi. ADPU -nun rektoru professor Cəfər Cəfərov kitab haqqında dəyərli fikirlər söylədi, kitabın geniş oxucu kütləsi arasında yayılmasını tövsiyə etdi.

    Dəyərli fakt və məlumatlar, tarixi mənbələr, arxiv sənədləri, foto sənədlər əsasında böyük zəhmət hesabına başa çatdırılmış bu qiymətli əsər - İrəvan maarifçilik mühiti milli təhsilimizin, maarif və mədəniyyətimizin inkişafında xüsusi yeri və əhəmiyyəti vardır. İrəvan maarifçilik mühitinin öyrənilməsi pedaqoji fikir tariximizi, təhsil tariximizi yeni bilik və məlumatlarla xeyli zənginləşdirir və dəyərli ensiklopedik mənbəyə çevrilir.

    Ümummilli liderimiz Heydər Əliyev haqlı olaraq deyirdi ki, gənc nəslimiz öz milli-mənəvi dəyərlərini öyrəndikcə, öz keçmişindən qürur duyur və onlarda öz soyuna, kökünə, millətinə bağlılıq daha da möhkəmlənir.

    Bu gün İrəvan maarifçilik mühiti ilə tanış olan müasir oxucu, xüsusilə gənclərimiz bizim qədim, ulu torpaqalrımızın Qərbi Azərbaycan dediyimiz məkanda, əzəli Azərbaycan torpaqlarında xalqımızın necə zəngin maarif və mədəniyyətə sahib olduğunun, necə dəyərli məktəblər, texnikumlar, ali məktəblər yaratdıqlarının, bu təhsil ocaqlarında necə fədakar, səriştəli, peşəkar pedaqoji kadrların, elm xadimlərinin yetişməsini öyrəndikcə milli iftixar hissi keçirir və qürur duyurlar.

    Ölkə Prezidenti cənab İlham Əliyev YAP-ın VI qurultayndakı nitqində demişdir: "Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq".

    Hələ XIX əsrin sonlarında pedqoji kadr hazırlığında Qori Müəllimlər Seminariyasının və İrəvan Müəllimlər Seminariyasının azərbaycanlı məzunlar yetişdirməsində böyük rolu olmuşdur. 1879 cu ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi yaradıldı ki, burada 40 il müddətində 300-ə qədər azərbaycanlı məzun təhsil almışdır. Onların arasında Nəriman Nərimanov, Firudin Bəy Köçərli, Rəşid Bəy Əfəndiyev, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Süleyman Sani Axundov, Səfərəli bəy Vəlibəyov, Məmmədli Sidqi Səfərov, Əli Səbri Qasımov, Fərhad Ağazadə və başqaları olmuşdur.

    XIX əsrin 1880-ci illərin əvvəllərində İrəvanda kadr hazırlayan üç böyük tədris müəssisəsi yaranıb fəaliyyət göstərmişdir. Onlardan biri 1881-ci ildə açılmış İrəvan Kişi Gimnaziyası, ikincisi yenə həmin il - 1881-ci ildə yaranmış İrəvan Müəllimlər Seminariyası və üçüncüsü 1884-cü ildə yaranmış İrəvan qız progimnaziyasıdır. İrəvan Müəllimlər Seminariyası 1881-ci ildə fəaliyyətə başlayıb. 37 il fəaliyyət göstərən bu təhsil ocağı 1918-ci il avqustun 6-da İrəvan gimnaziyası və Uluxanlı məktəbi ilə eyni vaxtda bağlanmışdır. 
    Qori Müəllimlər Seminariyasınl bitirənlərən məzunların bir çoxu İrəvan Müəlimlər Seminariyasında da dərs demişlər ki, onlardan Firudin Bəy Köçərlini, Cəlil Məmmədquluzadəni, İsmayıl bəy Şəfibəyovu və başqalarını göstərə bilərik. Ümumiyyətlə İrəvan Müəllimlər Seminariyasının müəllimlərindən aşağıdakıların adlarını çəkə bilərik: Məmmədbağır Qazızadə, Mixail Klopov, Axund Məmmədbağır Kazımzadə, Firidun bəy Köçərli, Mirzə Məmmədvəli Qəmərli, Rəhim Xəlilov, Məmməd Axundov, K.Şulgin, Mirzə Abbas Məhəmmədzadə, İsmayıl bəy Şəfibəyov, Cabbar Məmmədzadə.

     

    İrəvan Müəllimlər Seminariyasının məzunlarından isə aşağıdakıların adlarını çəkə bilərik: Həbib bəy Səlimov, Nəcəf bəy Vəzirov, Haşım bəy Vəzirov, Mirzə Abbas Məhəmmədzadə, Cabbar Məhəmmədzadə, İbadulla bəy Muğanlinski, Vahid Musabəyov, Həmid bəy Şahtaxtinski, Hüseynəli bəy Rüstəmbəyov, İbadulla bəy Muğanlinski, Tağı bəy Səfiyev, Mirzə Cəlil Şürbi, Eynəli bəy Sultanov, Sadıq Xəlilov, Vahid Musabəyov.

    XIX əsrin əvvəllərindən başlayaraq 1920-ci ilə qədər İrəvan sürətlə inkişaf etmiş və bu bölgə böyük mədəniyyət mərkəzlərindən biri olmuşdur. İrəvan şəhəri Bakı, Təbriz, Naxçıvan, Xoy və başqa şəhərlər kimi Azərbaycanın aparıcı elm və mədəniyyət mərkəzi olmuşdur. Buna görə də Şərq elmi tarixində xeyli "İrəvani” təxəllüslü məşhur şəxslərə rast gəlmək olur. Məsələn, Mirzə Qədim İrəvani (1825-1875) məşhur rəssam və nəqqaş olmuşdur. Hacı Sülеyman ibn Salman Qacar İrəvani - XVIII əsrdə yaşamış görkəmli Azərbaycan həkimi və alimi olmuşdur. Şeyxülislam Fazil İrəvani - XIX əsrdə Qafqazın Şeyxülislamı olmuşdur.

    Bu dəyərli əsərdən məlum olur ki, 1924-cü il, 15 oktyabrda İrəvan Türk Pedaqoji Texnikumu adi ilə fəaliyyətə başlayan texnikum 1949 cu ilə qədər fəaliyyət göstərmişdir. Qeyd edim ki, İstiqalal" ordenli, Əməkdar müəllim, dosent atam Lətif Hüseynzadə 1930 -cu illərdə bir müəllim, pedaqoq olaraq Azərbaycan dili və ədəbiyyatdan Azərbaycan Dövlət Universitetinin 1930 -cu il məzunu kimi təyinatla İrəvan pedaqoji məktəbində və daha sonralar isə İrəvan Pedaqoji İnstitunun Azərbaycan şöbəsində dərs demiş, pedaqoji kadrların hazırlığında dəyərli xidmətlər göstərmiş və İrəvan yazıçı və şairlərinin ədəbi orqanı olan "Ədəbi Ermənistan" almanaxının redaktoru vəzifəsində də çalışmışdır. İrəvan Pedaqoji Məktəbinin məzunları olmuş sonralar yüksək elmi dərəcələrə nail olmuş, uzun illər elm və təhsil sahəsində çalışmış, akademik Budaq Budaqov, akademik Zərifə Budaqova, prof. Əli Fərəcov, prof. Yusif Yusifov, prof. Cəfər Cəfərov, prof. Süleyman Məmmədov, prof. Nəriman Əliyev, prof. Fərhad Fərhadov, prof. Qasım Mustafayev, prof. Tapdıq Əmiraslanov, Əməkdar müəllim, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəcəf Nəcəfov, dosеnt Zəhra Əliyeva və ADPU-nun professoru olmuş Kövsər Tarıverdieva və başqaları da bu məktəbin fəal məzunları olmuş, xalqımızın fədakar, peşəkar müəllimləri, elm adamları, ictimai xadimləri kimi xalqa, vətənə ləyaqətlə xidmət etmişlər. Azərbaycanın bir çox görkəmli ziyalıları - Cəlil Məmmədquluzadə, Əli Nazim, Mir Cəlal Paşayev, Səməd Vurğun, Mikayıl Rəfili və başqaları bu pedaqoji məktəbdə olmuş, tələbələrlə görüşmüşlər.

    Kitabdan məlum olur ki, 1936 -cı ildə İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutu, 1937 -ci ildə iki illik Müəllimlər İnstitutu daha sonra isə 1945-1988 -ci illərdə isə İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsi fəaliyyət göstərmişdir. Bu qiymətli əsərdə burada dərs deyən müəllimlər haqqında oranın tələbələri, məzunları haqqında dəyərli məlumatlar verilmişdir.

    Bu kitabın müəllifləri hörmətli Cəfər müəllim və hörmətli Cəlal müəllim çox gərgin əmək, zəhmət sərf etmiş, diqqətlə araşdırmalar aparmış və çalışmışlar ki, heç kim, heç nə yaddan çıxmasın. Mən bu kitabda öz adıma da rast gələndə sevindim. Mən də İrəvan Pedaqoji İnstitutunda oxumuşam. Kitabda bu institutun adlı sanlı məzunlarının adları çəkilir:Akademik Zərifə Budaqova, prof. Mirəli Seyidov, prof. İbrahim Bayramov, prof. Hüseyn Əmirov, Zəhra Əliyeva, Aidə Salahova və başqaları.

    Bu İnstitutda dərs demiş Əkbər Yerevanlı, Lətif Hüseynzadə, Adil Süleymanov, Sabir Əsədov, İsrafil Məmmədov, Fərrux Rzayev, Hüseyn İsmayılov, Məhərrəm Hüseynov kimi tanınmış pedaqoq alimlər haqqında da maraqlı, elmi-pedaqoji əhəmiyyətli məlumatlar verilmişdir.

    Bu dəyərli kitabda İrəvan elmi, mədəni və pedaqoji mühitinin formalaşmasında, inkişafında Azərbaycanın görkəmli şəxsiyyətlərinin o cümlədən- M.S.Ordubadinin, M.Müşfiqin, Mehdi Hüseynin, Cəlil Məmmədquluzadənin, Mir Cəlal Paşayevin, Əziz Əliyevin, Səməd Vurğunun, Yusif Vəzir Çəmənzəminlinin, Əziz Şərifin, Hacı Kərim Sanılının və başqalarının xidmətləri ətraflı şərh olunur.

    Kitabda İrəvan Pedaqoji mühitinin yetişdirmələri olmuş, "Əməkdar müəllim" və digər fəxri titullara layiq görülmüş müəllim, ziyalılalrın, həmçinin 1930 -cu illərdə represiyaya məruz qalmış azərbaycanlı ziyalılarının siayhısı verilmişdir ki, bu da kitabın məlumatlılıq baxımından əhəmiyyətini xeyli artırmış və bir növ ensiklopedik xarakter daşımasına səbəb olmuşdur.

    İrəvan pedaqoji İnstitutunda dərs demək üçün müxtəlif illərdə Bakıdan da müəllimlər dəvət olunmuşdur: Prof. İnayət Bektaşi, prof. Firudin Hüseynov, prof. Əkbər Bayramov, prof. Əhməd Seyidov, prof. Hüseyn Əhmədov, prof. Xalid Əlmirzəyev, prof. Cəfər Cəfərov, prof. Abbas Zamanov, prof. Mürsəl Həkmov, prof. Nizami Xudiyev, prof. Cəlil Nağıyev, Bəxtiyar Vahabzadə və başqaları.

    Bu əsərdə verilən maraqlı xatirələr xüsusi yaradıcılıq məharəti ilə işlənmişdir ki, onların da tarixi əhəmiyyəti yüksəkdir. Burada professor Cəfər Cəfərovun İrəvan Pedaqoji məktəbində oxuyarkən tələbəlik illərindən xatirələri, tanınmış elm xadimləri professor Həsən Mirzəyevlə, professor Mirabbas Heydərov, professor Qasım Müstafayevlə, professor Budaq Budaqovla bağlı xatirələri elmi ictimaiyyətimiz üçün böyük maraq kəsb edir.

    Həmçinin kitabda İrəvan pedaqoji mühitinin yetişdirdiyi görkəmli elm xadimlərinin, tanınməş ziyalı alimlərimzin adları çəkilir ki, onların sirasında ADPU - nun Filologiya fakültəsinin dekanı professor Buludxan Xəlilov, tanınmış ictimai xadim Mehdi bəy İsmayılov, tanınmış aktyor Rza Şeyxzadə, Milli maarif və mədəniyyətimzin inkişafında böyük xidmətləri olan Əkbər Rzayevin və onun oğlu, sənətşünaslıq doktoru, Sabir Rzayevin və başqalarının adları böyük hörmətlə çəkilir onlar haqqında dəyərli tarixi məlumatlar verilərək ictimaiyyətə tanıtdırlır.

    Bu kitabın dəyərli cəhətlərindən biri də müxtəlif illər üzrə müəllim və tələbə kollektivinin venetkaları, dərs deyən, pedaqoji ictimayyətin nümayəndələrinin, İrəvan pedaqoji mühiti ilə bağlı olan şəxslərin foto şəkillərinin yer almasıdır.

    "İrəvanda milli maarifçilik mühiti" adlı kitab təhsil tariximiz, pedaqoji fikir tariximiz, maarif və mədəniyyətimiz inkişaf tarixi üçün dəyərli, ensiiklopedik əsərdir. Bu əsərin tələbə auditoriyalarında, pedaqoji tədqiqat sahələrində, maarif və mədəniyyət tariximizin tədqiqində davamlı öyrənilməsini xeyli faydalı və əhəmiyyətli hesab edirəm.

    Rüfət Lətif oğlu Hüseynzadə

    Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim

     


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 202


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Gömrükçülər ölkəyə xeyli sayda qanunsuz mobil telefon gətirilməsinin qarşısını alıb MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 67-ci iclası keçirilib Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edilib Millət vəkili Q.Paşayeva dünyanın nüfuzlu qadınlarını ölkəmizə dəvət edib. İcra başçısından tarlada zəhərlənənlərlə bağlı - Açıqlama Pərviz Şahbazov OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Vyana görüşündə iştirak edəcək Azərbaycandan Gürcüstana qaz ixracı 16,5% artıb Abşeron rayonunda reabilitasiya mərkəzi fəaliyyətini uğurla davam etdirir Dünya birjalarında neft ucuzlaşıb Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək Qızıl 26 dollardan çox ucuzlaşıb Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Dövlət Aqrar Ticarət Şirkəti” təsis edilib - EKSKLÜZİV Azərbaycan neftinin qiyməti azalıb. İcxeberler.info saytının rəhbərinə üzucü xəbər "BizimTV" -nin əməkdaşı üçün özəl gün-Təsisçidən ad günü təbriki Bu gün Azərbaycanda Milli Qurtuluş Günüdür Bu il Azərbaycanda qızıl istehsalı 19% artıb Azərbaycan Gürcüstanla sərhəddə yeni sərhəd keçid məntəqəsi inşa edəcək Hərbi əməliyyatlar başladı: 4 hərbçi HƏLAK OLDU “Nar”-dan Naxçıvan üçün xüsusi təklif Uşağı döydüyü üçün həbs edilən tərbiyəçi danışdı Gənc müğənni Aygün Surəzənin Ad günü partisi keçirildi. Bakının Xətai rayonunun bir hissəsində içməli suyun verilişində məhdudiyyətlər olacaq DGK: Azərbaycanda gömrük qanunvericiliyi təkmilləşdiriləcək Gədəbəyin dağlarından-Fotosessiya Dövlət Dəniz Agentliyinə direktor təyin edilib Bakının Nəsimi rayonunda içməli suyun verilişində məhdudiyyətlər olacaq AMB-nin valyuta məzənnələri Sabah TANAP-ın açılış mərasimi keçiriləcək ”Azərbaycan İnciləri” adı altında birləşib-Muğamı gələcək nəsillərə sevdirməliyik Millət vəkili: Naxçıvan qələbəsi digər işğalda olan torpaqlarımızın azadlığına aparan yoldur Bu gün sonuncu sınaq imtahanı keçiriləcək Mövqelərimiz pulemyotlardan atəşə tutulub Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq Dünya birjalarında qızıl bahalaşıb ELNARƏ RZAYEVA ÖZÜNÜ MEDİA QARŞISINDA OLDUĞU KİMİ TANITDI "REAL FAKTLAR AŞKAR OLUNDU" "Düşünən insan" jurnalı Ramazan ayı münasibətilə tədbir keçirib (FOTO) Buğdanın laboratoloji analizləri pulsuz aparılacaq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq AMB-nin valyuta məzənnələri Tovuzda strateji əhəmiyyətə malik bir neçə yol yenidən qurulur Gürcüstandan Azərbaycana mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb Təbriz küçəsində təmir işləri yekunlaşıb Şəmkir-Samux-Goranboy suvarma kanalının İpək yolu ilə kəsişmə qurğusunun və 4,95 km-lik hissəsinin açılışı olub Dövlət Gömrük Komitəsi elektron xidmətlərin sayını artıracaq Regionlarda növbəti startap turu Qubada keçiriləcək Bakıda neft hasilatı 1,4% artıb, qaz hasilatı 11% azalıb İqtisadiyyat nazirinə iki müavin təyin edilib Azərbaycanın Gürcüstandakı səfirliyi şəhid ailələri üçün iftar süfrəsi təşkil edib 1iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir kecirilib. Bütün sərvətini yoxsullara paylayan milyarder öldü Bu gün magistraturaya növbəti imtahan keçiriləcək Ucar-Zərdab körpüsü də çökür: sel hər saat 10 sm qalxır Göyçayda sel avtomobil körpüsünü sıradan çıxarıb, evlər uçma təhlükəsi ilə üzləşib - VİDEO Evlad acısı çəkən Ana fəryadı-" Allah xatirinə kömək əlinizi balamın üstündən əskik etməyin." Mehrim Məmmədova yeni mahnısını təqdim edib-“Adrinalin” - Video “Nar” Uşaqların beynəlxalq müdafiəsi günündə balacaları təbrik etdi "Etibarlı Əllər" və "Sizi tanıyaq" layihəsinin 1 İyun -Uşaqlar gününə həsr olunmuş konsert tədbiri keçirildi-Video+Fotolar Zaqatala-Balakən-Mazımçay yolunun bir hissəsi əsaslı şəkildə yenidən qurulur DGK 3 ölkənin gömrük xidməti ilə qarşılıqlı informasiya mübadiləsinə başlayıb Ağcabədidə mağaza yanıb Dünən yol qəzalarında 1 nəfər ölüb, 21 nəfər xəsarət aıb Qlobal istiləşmə dünyanın yaşamaq üçün daha əlverişli yer olmasına əngəldirmi? Məsumluğun- Fotosessiyası “Saxta əlillik təyinatlarının qarşısı alınmalıdır” - Nazir İtkin düşən müəlliməni qətlə yetirən həbs olundu BakuPress.Az saytına haker hücumu məqsədli olub QHT rəhbərləri milli geyimdə bayram yürüşü keçirib "Dəstək olaq" təşkilatı növbəti uğurlu tədbirinə imza atıb Aqil Acalov:"1918-ci illər Azərbaycan tarixində önəmli illərdən biri kimi yazılıb " “Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir İmkanlılar ehtiyacı olanlara şərait yaratsın - Prezident Məktəb direktoru: "Jurnalisti yıxıb, üstündə oturdum..." Olimpiada qaliblərinin imtahansız qəbulu... - Nazir Tramp Əliyevə məktub yazdı: “Sizinlə birgə işləməyi səbirsizliklə gözləyirəm” Millət vəkili işğalçı Ermənistanlın qətlə yetirdiyi körpələrdən danışıb. Kərə yağları ziyanlıdırmı? - Mütəxəssis açıqladı Çayrəsullu kəndinə sel ciddi ziyan vurub- Foto+Video Təyyarə təcili eniş etdi - 52 nəfər yaralandı “Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi Polisdə döyüldüyünü deyən qadının iddialarına DİN-dən CAVAB: ''O, hay-küy salaraq qəfil DYPB-yə daxil olub' Göbələkdən kütləvi zəhərlənmə: 15 nəfər ölüb – YENİLƏNİB Jurnalist Ülviyyə Həsənaqızına dəstək məqsədilə xeyriyyə aksiyası keçirilib-foto Q.Paşayeva Avstraliya Xarici İşlər naziri ilə görüşdə Qarabağdan danışıb “Nar” Ümumrespublika İnformatika Olimpiadasının qaliblərini mükafatlandırdı Q.Paşayeva Laosun Qadınlar Birliyinin nazir müavini Bouachanh Syhanath ilə görüşdə Qarabağdan danışıb Ermənistan XİN: “Münaqişənin sülh yolu ilə həlli vacibdir” Bakıda OĞURLUQ: Ödəmə aparatını kəsib, pulu apardılar - FOTO Valideynlər uşaqları elə həddə gətirirlər ki, iş hətta intihara sürüklənir Ərdoğan: “İsrailin zülmünə razılıq verməyəcəyik” “Yeni nazirlər hər şeyi ələ alıb buynuz göstərəcəklər” Şamaxıda dəhşətli intihar - 13 yaşlı şagird özünü asdı Jirinovski Böyük Azərbaycan xəritəsi yaydı – bu, nəyin mesajıdır? “Normal adam deyə bilməz ki, şəhidlər bizə görə şəhid olmayıblar...” Q.Paşayeva Banqladeşin baş naziri ilə görüşdə Qarabağdan danışıb Gözlər Türkiyə və İranda: islam dünyası birləşəcək? Mərhum jurnalistin bacısına mənzil verildi Qaloş... Sabunçuda əməliyyat - Narkotacir saxlanıldı “Nar” yeni “Avropa” paketini təqdim etdi
    File engine/metagen.php not found.