Şanlıurfada Xocalı soyqırımı ilə bağlı konfrans verilib

    Şanlıurfada  Xocalı soyqırımı ilə bağlı konfrans verilib


    Yüzlərlə insanın,  rəsmi şəxslər, QHT və KİV rəhbərlərinin iştirak etdiyi tədbirdə millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib.

    İcxeberler.info xəbər verir ki, Şanlıurfa Türk Ocaqlarının təşkil etdiyi konfransda təşkilatın rəhbəri Cemil Demir, Şanlıurfa bələdiyyəsinin rəhbərliyi, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova çıxış edərək Xocalı soyqırımı barədə məlumatlar veriblər və həqiqətlərin dünyaya daha geniş yayılmasında birliyin önəmini xüsusi vurğulayıblar. Türk dünyasının problemlərinin həlli üçün birliyin, bərabərliyin artmasının önəmini vurğuladıqları tədbirdə  geniş məruzəsində  millət vəkili Q.Paşayeva tədbirin təşkilatçılarına Qarabağa, Xocalı soyqımınına göstərdikləri duyarlılıqdan dolayı təşəkkürünü bildirib. Millət vəkili Xocalı Soyqırımı barədə geniş məlumat verdikdən sonra bu soyqırım zamanı valideynlərini itirən uşaqlar, onların yaşadığı acılardan danışıb və etnik kimliyindən, dinindən və inancından asılı olmayaraq insanlığın yanında olanlar və bu insanlıq əleyhinə cinayəti işləyənlərin ədalət qarşısında cavab verməsini istəyənlər Xocalıya ədalət deyənlərin yanında olmalıdır deyib. "Biz heç bir zaman, dünyanın heç bir yerində insanların öldürülməsinə tərəfdar olan bir cəmiyyət, millət olmadıq, amma yüzlərlə insan Ermənistan əsgərləri tərəfindən qətl edilərkən dünya susqun qaldı?Niyə səslərini heç eşitmədik? Ölənlər hansı millətdən olursa-olsun əvvəlcə insandı. Biz hələ də o səsləri yetəri qədəreşitmirik!Bu bir insanlıq utancıdır!Biz sadəcə olaraq ədalət istəyirik! Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Dünyanın insan haqları deyərək bar-bar bağıran təşkilatları, dövlətləri, 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulmasına səs çıxartmırlar! ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ABŞ, Fransavə Rusiyada bu istiqamətdə Ermənistana heç bir təzyiq və təsir göstərmirlər. Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Qondarma erməni soyqırımı iddiaları ilə millətimizə qarşı nələr edildiyi ortadadır. Mən belə bir şeyi həzm etmərəm, babalarıma da belə bir ləkə vurulmasını əsla qəbul etmərəm və biz hamımız bu yalanlara qarşı birgə mübarizə aparmalıyıq. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar.Biz Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik”. Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Türk gəncliyinin üzərinə bu məsələdə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan, Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. Gəncləri sosial mediyada daha da aktiv olmağa dünyanın müxtəlif ölkələrində yaşayan dostlarına tarixi gerçəkləri çatdrmaqda fəallığını artırmağa, sosial medianın verdiyi imkanlardan yüksək səviyyədə yararlanmağı məsləhət görən millət vəkili Qənirə Paşayeva çıxışını "inşallah gələn görüşümüzü birlikdə işğaldan azad edəcəyimiz Qarabağda və digər o gözəl bölgələrimizdə keçirək. İnanırıq ki, o gün uzaqda deyil”- deyərək bitirib.Şanlıurfa Türk Ocaqlarınırəhbəri Cemil Demir və Şanlıurfa bələdiyyəsinin rəsmiləri çıxış edərək millət vəkili Q.Paşayevaya verdiyi konfrans və geniş məruzə üçün təşəkkürlərini bildirib və bu cür konfransların gənclər üçün böyük önəmini xüsusi vurğulayıblar və ona təşəkkür plaketi və xatirə hədiyyəsi təqdim ediblər. Millət vəkili Q. Paşayeva tədbir iştirakçılarına Türkiyədə yeni çapdan çıxmış kitabları "Turan yolçusu” və "Aşk yolçusu”nu və həmmüəllifi olduğu "Qarabağ hikayeleri” kitabını imzalı hədiyyə edib. Konfransdan sonra millət vəkili Q.Paşayeva Şanlıurfanın yerli QHT, KİV rəhbərləri, qadın və gənclər təşkilatları rəhbərləri ilə görüşüb, geniş fikir mübadiləsi olub. Q.Paşayeva həmçinin yerli KİV-lərə Azərbaycanla bağlı, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş müsahibələr verib.


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 618


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Nazirlər Kabinetinin yeni tərkibi - Sərəncam Türkiyədən bu üç ölkəyə sərt reaksiya: Riyakarlıq "Qarabağ qaziləri"komandası Abşeron Olimpiya İdman Komleksində məşq təlimlərinə başlayıb. Ürəklərdə yaşayan nəğməkar şair. Tramp: Zirvə görüşümüzü dörd gözlə gözləyirik! Elmar Məmmədyarov nazir postunu itirir - XİN başçısı yeni hökumətdə olacaqmı? Fəzail Ağamalı: “Andiçmə mərasimi çox vəsait tələb etməyən, çox sadə formada keçirildi” Kim Çen İn nüvə sınaqlarından imtina etdi “Nar”dan autizmli uşaqlara dəstək... - Foto Qazilərdən ibarət futbol komandası yaradıldı-Foto Qənirə Paşayeva cəmiyyətə şəhid və şəhid ailələrimizlə bağlı çağırış edib. İraq Respublikası Vətəndaşı prezidentə müraciət etdi- Foto “Nar” ADA Universiteti ilə əməkdaşlığı genişləndirir Cəlilabadda məktəbli intihar edib Yaşayış binaları nədən yanır? – ARAŞDIRMA İrəvana xüsusi dəstə yeridildi: zor tətbiqi başladı - Video Ər arvadını bıçaqladı Azərbaycan ordusu dünyanın ən güclülərinin - Siyahısında Mərhum jurnalistin bacısı Prezidentə müraciət etdi -"Mənə kömək edin..." Ucarda 2 gündə 2 intihar Xərçənglə mübarizədə immunoterapiyanın ilk uğurları – VİDEO Yer kürəsinin yaxınlığından nəhəng asteroid keçib Azərbaycanda bu gün istefa verəcək nazirlərin – Siyahısı Ucar rayon sakini intihar edib. "İdmançılarımız hiss edirlər ki, onların arxasında güclü ve etibarli dövlət rəhbəri durub" Rusiya Qərbə cavab zərbəsi hazırlayır – Hücum əməliyyatı Vergilər Nazirliyi banklara yoxlama aləti təqdim edib Toy karvanını avtoşouya çevirdilər – VİDEO Yaşayır, işləyir amma ölü kimi qeydiyyatdadır – VİDEO Tanınmış jurnalist Bakı Slavyan Universitetində tələbə jurnalistlərlə görüşüb ” Kikboksinq üzrə Ağdam idman klubunun möhtəşəm turniri “ Türk ordusu şəhidlərin qisasını aldı - Yeniləndi BAAU-da “Türkiyə Günləri Həftəsi”nin açılış mərasimi keçirildi-Foto+Video “Nar” NETTY-2018 milli internet mükafatının keçirilməsinə dəstək oldu Pentaqon: Heç bir raketimiz və təyyarəmiz vurulmayıb ABŞ-dan Suriya ilə bağlı qəti açıqlama: Çıxmayacağıq! Qəbələ və İsmayıllı ağ rəngə büründü - Video ABŞ yoxsa RUSİYA, HANSI DAHA GÜCLÜDÜR!-Fotolar Millət vəkili Q.Paşayeva və “Aprel 2016” Şəhid ailələrinə dəstək İB Qobustan və Şamaxıda Aprel döyüşlərinin qəhrəman şəhidlərinin ailələrini ziyarət ediblər Sabah yağış yağacaq, günün ikinci yarısında hava mülayimləşəcək Avropa Olimpiya Komitələrinin prezidenti İlham Əliyevi təbrik etdi ABŞ rus bazalarına görə Suriyanı vurdu? - Şərh Azərbaycan nefti 1 dollar bahalaşıb Sabirabad sakinindən silah götürülüb Kuril adaları yaxınlığında 5,0 bal gücündə zəlzələ olub Mey və Makron Suriyadakı vəziyyəti müzakirə ediblər Misirdə fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb ATƏT-in qərəzli hesabatına böyük etiraz Əfqan Baxışov Beynəlxalq mükafatlandırma proqramının finalçısı olub Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb, qayğı və problemləri ilə maraqlanıb Parlament seçkilərinin 1 il qabağa çəkiləcəyi xəbərinə POLİTOLOQ ŞƏRHİ... “İslahatlar həyata keçirən hökumət...” - Etibar Məmmədov da seçkidən danışdı Qızına 400 minlik toy edən məmurun keçmiş qudası: “Araşdırın, görün milyonları necə yeyib” “Ermənistan Qafqaz üçün bəladır və bu gerçəyi hər bir region dövləti görməlidir” Q.Paşayeva və "Aprel 2016" Şəhid ailələrinə dəstək İB Xızı, Xaçmaz və Neftçalada Aprel döyüşlərinin qəhrəman şəhidlərinin ailələrini ziyarət ediblər. Temperatur 7 dərəcə enəcək - Leysan olacaq "Yeganə silahımız informasiyadir"- İradə Əlilinin 6-cı kitabı 4 dildə-Fotolar “Səslərin sayılması peşəkarcasına aparılıb” - ECR missiyası Dünya çempionu gənclərə səsləndi. Zabilin qələmi yazmasa da, qələmlər ondan yazacaq İbrahim Cəbizadə 50kq çəki dərəcəsində qələbə qazanaraq 1-ci yeri tutdu Asiya.info saytının nəzdində yeni layihə fəaliyyətə başladı-Video+Foto “Nar” bölgələrdə LTE şəbəkəsini genişləndirməyə davam edir Q.Paşayeva Qusarda şəhid qəhrəman Əmiraslan Xeyirbəyovun anım tədbirində və xatirəsinə Şəhid Bulağın açılışında Ali Baş Komandanımızın ətrafında daha sıx birləşməliyik çağırışı edib “Nar” mobil internet istifadəçilərinin sayındakı artım tempinə görə ən yüksək nəticə göstərib 2-ci qrup əlilin gileyini eşidən yoxdur - Göyçayın başçısından narazılıq Turabi Ergün mavini ilə Azərbaycanın qonağı oldular. "19-cu Bahar" kitabın təqdimatı keçirildi Sabah havanın temperaturu 23 dərəcəyə çatacaq Moskvada yaşayış binasında yanğın olub, xəsarət alanlar var Macarıstanda parlament seçkiləri keçirilir Sabunçuda xəstəxanada yanğın olub Q.Paşayeva qadınlara qarşı zorakılıqla mübarizədə cəmiyyətin səyləri artmalıdır deyib və çağırış edib Səhv buraxıb, sonra jurnalistləri qarğıyan vəzifəlilər... DOĞUM GÜNÜN MÜBARƏK, YUSİF İMRAYILOĞLU! Ağdam klubunun açılışı olacaq. İmişlidə 11 yaşlı uşağı maşın vurub Çempionlar Liqasında həftənin ən yaxşısı müəyyənləşib Baş katib: "ATƏT-in Bakı ofisini yenidən açmağı planlaşdırmırıq" - MÜSAHİBƏ Яндекс.Директ Bakıda II Alman-Azərbaycan Neyroradioloji simpoziumu keçiriləcək Türkiyə parlamenti Azərbaycanda seçkiləri müşahidə edəcək Səbinə Mirzəyeva dəfn edildi - Fotolar Q.Paşayeva Sumqayıtda qəhrəman şəhidlərimiz Raquf Orucov və Murad Məmmədovun anım tədbirində çıxış edib, Türkiyə və ABŞ Rusiyanı dəhşətli terrordan xilas edib General Hikmət Həsənov: “Növbəti dəfə düşmənə daha sarsıdıcı zərbə vurulacaq” "Qiymətlərlə bağlı razılığa gəldik"- Putindən “S-400” AÇIQLAMASI Q.Paşayeva Aprel Zəfəri şəhidlərimizi anım tədbirində çıxış edib BAHAR GƏLMƏDİ BAĞRI YARALI QARABAĞIMA...- İradə Əlili “Full” stendinə gəl, “Nar”-dan “Samsung Galaxy S8” və ya “Ipad Pro” qazan! Millət vəkili Q.Paşayeva Dünya Autizm Günü ilə bağlı tədbirdə cəmiyyətə çağırış edib Tanınmış Dünya Avropa çempionunun doğum günüdür. Bakıda “VAZ” “Mercedes“lə toqquşaraq yanıb, sürücüsü xəsarət alıb ABŞ və Cənubi Koreya birgə irimiqyaslı hərbi təlimlərə başlayıb Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilir Hindistanda bina uçub, 10 nəfər ölüb Aİ ölkələri hava çirkləndirilməsinə görə cərimələnə bilər Tarixin yazdığı dastan-Türkiyə Azərbaycan! Q.Paşayeva Bakı Slavyan Universitetində 31 Mart soyqırımı ilə bağlı çıxış edib 1918-ci il Mart soyqrımın qisasını alan Borçalı bəyi İsrafil bəy Acalov 31 mart soyqırımının qanlı ideologiyası
    File engine/metagen.php not found.