ABŞ Ermənistan iqtidarı ilə savaşa başladı - xəbərdarlıq və ittiham

    ABŞ Ermənistan iqtidarı ilə savaşa başladı - xəbərdarlıq və ittiham


    Sərkisyan rejimini korrupsiya və inhisarçılıqda suçlayan Amerika səfiri: "Ermənistan gələcək siyasi taleyi, hərbi əlaqələri barədə özü, sərbəst qərar verməlidir”; hakim partiyanın rəsmisi isə ABŞ-ı korrupsiyada ittiham elədi - nonsens...

    Ermənistanda getdikcə daha da gərginləşən ABŞ-Rusiya münasibətlərindən dolayı təlaş artıb. Təlaşın əsas motivi də işğalçı ölkənin regionda Kremlin 1 nömrəli dayağı və hərbi qalası olmaqla bağlıdır. Aydındır ki, bu amil Qərbin aparıcı dövləti kimi Birləşmiş Ştatların Güney Qafqaza təsirini yaymaq önündə ciddi əngəl olaraq qalır.

    Okeanın o tayından bu reallıqları təbii ki, görməzlikdən gələ bilməzlər. İrəvanın əsas müttəfiqi Rusiya həmçinin qonşu Gürcüstanın ərazisinin bir hissəsini işğal altında saxlayır ki, buna görə Ermənistan da məsuliyyət daşıyır. O üzdən son vaxtlar Rusiyaya qarşı yönələn sanksiyalar haqda danışarkən Ermənistanın adı daha tez-tez hallanmaqdadır.

    *****

    ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz ile ilgili görsel sonucu

    Bu arada ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz 1 in.am erməni nəşrinə geniş müsahibə verib. Gözlənildiyi kimi, yuxarıda qeyd edilən tezislər müsahibədə "qırmızı xətt” kimi keçib. "Yeni Müsavat”ın məlumatına görə, diplomat işğalçı ölkədə hökm sürən korrupsiyadan, ədalətsiz rəqabət mühitindən də danışıb və Ermənistan hökumətinə xəbərdarlıq xarakterli mesajlar verib.

    Səfir bu xüsusda deyib: "Korrupsiyanın həyəcan doğuran və Amerika sərmayəsinin qarşısını alan bir forması da odur ki, onun nəticəsində bazarlar bağlanır, ədalətsiz rəqabət mühiti formalaşır. Məhz o zaman iqtisadi və siyasi əlaqələri olan nüfuzlu adamlar öz maraqlarını həyata keçirməkdən ötrü imkanlarını və rıçaqlarını işə salırlar. Nəticə etibarilə ədalətsiz mühit yaranır, hamı üçün bərabər oyun qaydaları bərqərar ola bilmir. Fikrimcə, korrupsiyanın bu tipi və hakimiyyətdən sui-istifadə Ermənistan üçün ən böyük bəla, ölkənin ticarət və investisiyalara açılması önündə ən böyük əngəl olaraq qalır”.

    Diplomat Rusiya amilindən də danışıb. "Biz Rusiyaya meydan oxuyan, dünyada Amerika təsirini azaltmağa çalışan dövlət kimi baxırıq. Bu ölkə təkcə Suriyada deyil, Avropada da təxribatçı hərəkətlər edib. Rusiyanın Gürcüstan ərazisinə soxulması, Ukrayna ərazilərinin işğalı, İkinci Dünya müharibəsindən sonra Avropanın təhlükəsizliyi üçün ən böyük hədədir”, - deyə səfir qeyd edib.

    kreml ile ilgili görsel sonucu

    Diplomat ABŞ-Rusiya münasibətləri fonunda Ermənistanın tutduğu mövqeyə, Moskva ilə ifrat yaxınlaşmağa diplomatik tərzdə etiraz edib: "ABŞ-la Rusiya arasında bütün cari problemlərə və çətinliklərə baxmayaraq, Amerika hökuməti anlayır ki, Ermənistan Rusiya ilə iqtisadi, diplomatik, mədəni və başqa sahələrdə yaxşı əlaqələrə malik olmalıdır. Biz Ermənistanı dilemma qarşısında qoymuruq, demirik ki, siz bizimlə Rusiya arasında seçim eləməlisiniz. Biz deyirik ki, ABŞ, Rusiya, Çin və Avropa Birliyi ilə əlaqələr bir-birinə zidd deyil. Birləşmiş Ştatların hədəfi odur ki, Ermənistan gələcəkdə siyasi olaraq necə inkişaf eləməsi, öz iqtisadiyyatını necə irəli aparması, kiminlə HƏRBİ ƏLAQƏLƏR QURMASI (seçdirmə bizimdir - ”YM") qurması ilə bağlı özü, suveren qərar versin. Biz sizə sərbəst qərarlar qəbul eləmək qədər müstəqıl olmağa kömək eləməyə hazırıq".

    Armenia ile ilgili görsel sonucu

    Rusiyaya qarşı Amerika sanksiyalarına toxunan Riçard Millz deyib: "Nəhayət, mən sizə bildirmək istəyirəm ki, ABŞ Konqresinin qəbul elədiyi sanksiyalar Rusiyanın özünü pis aparması, onun Ukraynaya təcavüzü, ABŞ-dakı prezident seçkilərinə və Avropadakı müttəfiqlərimizə qarşı davranışı əleyhinə yönəlib. Siyahı da Konqresin sifarişi əsasında tərtib olunub. Ora Putinin yaxın ətrafını təmsil edən adamlar, oliqarxlar, məmurlar daxildir. Və bu xəbərdarlıq Rusiya hökuməti və Rusiya şirkətləri ilə işi olan hər kəsə xəbərdarlıqdır. Əlbəttə ki, mən gələcək üçün zəmanət verə bilmərəm, amma əgər gələcəkdə bu strukturlardan biri ilə hansısa anlaşma olarsa, onlara qarşı da sanksiyalar tətbiq edilə bilər. Rusiyaya qarşı tətbiq olunan sanksiyalarda müddəalar var və orada deyilir ki, sanksiyalar Rusiya qaynaqlarından böyük həcmdə silah və döyüş sursatları alan hökumətlərə və ya təşkilatlara da şamil oluna bilər”.

    Ermənistan isə məlum olduğu kimi, ən ucuz qiymətə və kiçik faizli kreditlər hesabına Rusiyadan ən çox silah alan, öz işğalçı ordusunu müstəsna olaraq rus hərbi döyüş sistemləri və silah-sursatı hesabına komplektləşdirən bir təcavüzkar ölkədir...  

    *****

    Maraqlıdır ki, amerikalı diplomatın ittihamlarına rəsmi İrəvanın qəzəbli cavabı gecikməyib. "Yeni Müsavat” xəbər verir ki, parlamentdə çoxluqda olan hakim Respublikaçılar Partiyası fraksiyasının rəhbəri Vaqram Baqdasaryan deyib:"Məsələ Ermənistana yatırılacaq milyonlarda deyil, korrupsiya ilə mübarizə üçün siyasi iradədədir. Biz təəssüf edirik ki, korrupsiya haqda korrupsiya ilə üzləşmiş ölkələrin nümayəndələri danışır. Avropa ölkələrində nələr baş verdiyinə baxın. ABŞ-da da korrupsiya riskləri var. Mən əlbəttə ki, cənab Millzə minnətdaram ki, o, bizim ölkədəki vəziyyətə görə narahatdır. Aydındır ki, o, səfir olduğu müddətdə hansısa uğura çatmaq istəyir. Ancaq o başa düşməlidir: o ölkələr ki, korrupsiyadan danışır, onlar özləri korrupsiyanı azaltmalı və bununla nümunə olmalıdır”.

    Ermənistana Amerika sərmayələrinə qarşı korrupsiyanın səviyyəsinin və inhisarçılığın əngəl olması barədə diplomatın dediklərinə münasibət bildirən hakim partiya rəsmisi səfiri konkret faktlar göstərməyə çağırıb...

    *****

    Əlavə edək ki, az öncə səfir Riçard Millz Ermənistan hökumətini Rusiyaya qarşı sanksiyaların təsiri altına düşə biləcəyi barədə xəbərdar eləmişdi. Yeri gəlmişkən, ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Kouts dünən növbəti həftə ərzində Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdiriləcəyi anonsunu verib. Demək, işğalçı Ermənistan da öz payını götürməlidir...

    "Yeni Müsavat”ın analitik xidməti


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 172


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Qatil: “Etimad İsmayılovdan cəld tərpəndim”- Milyon dollarlıq mübahisə, AVM səhmləri, “Glock” tapançası... Məktəbli avtobusu qəzaya uğradı – Ölənlər var  İrandakı paradda terakt anı - Video/Foto Bakıdan KTMT-yə: Nikolun cəfəng açıqlamaları ilə tanış ol! "Gəncliyin rəngləri " adlı sərgi keçirilib-Fotolar ABŞ-da təyyarə qəzası baş verib, ölənlər var 20 yaşlı azərbaycanlı tələbə İsveçdə deputat seçildi - Fotolar Prezidentin bu çıxışı İrəvana layiqli cavab idi - Politoloq Binəli Yıldırım azərbaycanca DANIŞDI: “Azərbaycana soyuq dəysə, biz xəstələnərik” Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib “Nar” İsmayıllıda 4G şəbəkəsini qurdu Qayıq göldə batdı, 44 nəfər öldü "Frutti Freska"dan ibrətamiz addım-Fotolar Ağacdan yıxılan jurnalist dünyasını dəyişdi Azərbaycanda pambığın qiyməti 50 manat qalxdı Elnur Seyidovun şikayəti təmin olunmadı Ermənistandakı Rusiya aviasiyası döyüşə hazır vəziyyətə gətirildi Saçyoldu olayı baş verən məktəbin direktoru işdən AYRILDI “Nar”-ın dəstəyilə “Brain Ring” yarışları start götürdü "Xətai" metrosu bağlanır - 1 illik Sabirabadda kütləvi dava: 4 nəfər həbs edildi Ordumuzun təlimləri: döyüşə hazırlıq... - Video Fikrət Qocanın oğlunun qatili ilə bağlı – Son qərar Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına da daxil olur NATO-dan Azərbaycanla bağlı açıqlama Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimov qanunları saymır - ŞİKAYƏT Ülviyyə Namazova: "Afət Fərmanqızı, səndə onun tayısan!"-QALMAQAL! Cəlilabadda 6 yaşlı uşağı maşın vuraraq ağır yaralayıb Sumqayıtda avtobus "Kamaz"la toqquşdu - Yeniləndi Heydər Əliyev hərbi xidmətdə: bu gün and içdi FOTOLAR Bakıda “Beynəlxalq multidissiplinar xərçəng müalicəsi” mövzusunda beynəlxalq konfrans keçirilir- VİDEO Əgər təlimat verilsə, Rusiya belə bir helikopter istehsal edəcək Türkiyədə Bakının azad edilməsinin 100 illiyinə videoçarx hazırlandı - VİDEO ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı Bu, Ərdoğan və Əliyevin birgə mesajıdır Ərdoğan Azərbaycanda - Əliyevlə görüşdü+ Fotolar+ Yenilənib Bu gün Almaz balanın doğum günüdür Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi ölkəmizdədir Azərbaycanlı politoloqdan Ermənistan hərbi rəhbərliyinə məsləhət... Ərdoğan və Əliyevin iştirakı ilə bu gün... - Türkiyə XİN “Nar” 15 sentyabr– Bilik günü münasibətilə daha bir müsabiqə keçirir. “Nar”-dan 10 qəpiyəgünlük internet paketitəklifi Millət vəkili Q.Paşayeva “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu – 100” adlı gecədə Türk Dünyasına çağırış edib Bəbəlidə yanğın baş verib Gəncədə qadın 5-ci mərtəbədən yıxıldı Kaliforniyada atışma nəticəsində 6 nəfər ölüb Ağdaş sakini dəmir parçası ilə həmyerlisinə ağır xəsarət yetirib “Orta əsr təfəkkürü Paşinyana baha başa gələcək”-Aydın Mirzəzadə “Nar”-dan Türkiyəyə səfər edənlər üçün sərfəli rominq paketi 12 sentyabrda gözlənilən hava şəraiti Zəvvarları daşıyan avtobus aşdı - 50 nəfər öldü Bakının işğaldan azad edilməsinin 100-cü ildönümünə həsr edilən tədbir keçirildi Azərbaycanda bu analizin qiyməti 3 minə yaxındır Kağızdan hazırlanmış qeyri-adi sənət əsərləri - Fotolar İranın "Şiə qurşağı"na ağır zərbə - Şərh Qurban Qurbanov Malta uğursuzluğundan danışdı Q.Paşayeva Yeni Dərs İli öncəsi Tovuz kəndlərində müəllimlərlə görüşüb Salfet satmaqla günə 65 manat qazanan uşaq saxlanılıb Bakıda tarixi parada hazırlıq – Video Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddi təsdiqlənib Avstriyada baş verən qəzada 13 qadın xəsarət alıb Yaşlı insanların yaradıcılıq imkanlarının nümayiş etdirilməsi məqsədilə ədəbi –bədii tədbir keçirilib - Foto “Nar”-dan sosial şəbəkələrdə üstün müştəri xidmətləri Paşinyan bu gün Moskvada “məşhər ayağına” çəkiləcək ""Addım- addım"ın repertuarımda xüsusi yer tutacağına əminəm"-Aygün Aydın Gənc Kikboksçu qadın Günay Sun Moon Haciyeva niyə qəzəbləndi? Tamerlan Qarayev kim idi ki, onun əmri ilə vertolyot vurulsun? - ETİRAZ... Prezident böyrəyi səhvən götürülmüş uşağa ev bağışladı Yevlaxda baba 3 yaşlı nəvəsini öldürdü Azərbaycanda dünya çempionu HƏBS EDİLDİ - QAYINATASINI DÖYDÜYÜNƏ GÖRƏ (ÖZƏL-FOTO) Quzusunu xilas etmək istəyən fədakar çoban həyatından oldu -FOTO İranda 5,5 bal gücündə zəlzələ olub 08 sentyabrda gözlənilən hava şəraiti Türkiyə Prezidenti İranda səfərdədir Yevlaxda sürücü avtomobili aşırıb, sərnişin ölüb “Biz, bir millət iki dövlətik!”devizi altında ədəbi-bədii tədbir keçirilib Q.Paşayeva Tovuzda kənd xəstəxanalarını ziyarət edib və insanlarımızın tibbi maarifləndirilməsini gücləndirməliyik deyib Azərbaycan Prezidenti Braziliyanın dövlət başçısını təbrik edib Şimali Koreyada daşqınlar nəticəsində 76 nəfər ölüb, 800-dən çox bina dağılıb Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub Ukraynada uçot dərəcəsi artırılıb Lənkəranda gənc oğlan qayınatası tərəfindən bıçaqlanıb Son dəqiqə: Rusiya qırıcıları İdlibi vurdu – 4 milyona yaxın sakin təhlükədə Bu dərmanların istifadəsi QADAĞAN EDİLDİ - SİYAHI 11 mindən çox insanda bədxassəli şiş aşkarlandı - Azərbaycanda Şirkət aşağı qiymətə satılıb, araşdırma olacaq - Prokuror Qırmızı Körpüdə qəzada Azərbaycan hərbçisi öldü - Rəsmi İsmayıllıda dağlıq ərazidə yanğın baş verib Azərbaycan gimnastı Bolqarıstanda bürünc medal qazanıb İşədüzəlmə şirkətlərinə nəzarət başlayır Ucarda traktor velosipedçini vurub Rusiyada ilk qar yağdı 04 sentyabrda gözlənilən hava şəraiti Manafdan üzr istəyən şəxs efirdə başqa şeylər dedi: “Yalan danışıb, əlimdə faktlar var…” – VİDEO "İsti ocağımın soyuq küləyi"- Qocalar evindən son məktub 4 otaqlı ev yandı Qazaxda sürücü aşan kranın altında qaldı “Nar” korporativ müştərilər üçün yeni imkanlar açır TANINMIŞ PRODÜSSER MİNARƏ ƏSKƏROVA: "MƏNİ İKİNCİ DƏFƏ HƏYATA QAYTARDI". Deputata və oğluna şər atdılar - 90 min xərcə düşdülər
    File engine/metagen.php not found.