"Narahatlıq doğuran budur ki..." - Erməni politoloqdan maraqlı ŞƏRH


    Erməni politoloq Sarqis Artsruni ölkəsinin xarici siyasətində məntiq olmamasını etiraf edib.

     "Azərtac”ın yazdığına görə, o, "Первый армянский информационный” saytında dərc edilmiş "Bakı və Tbilisi əməkdaşlığı kimə qarşı dərinləşdirir?” sərlövhəli analitik məqaləsində bu barədə yazıb. Həmin məqalənin yazılmasına səbəb Gürcüstan Müdafiə Nazirliyinin rəhbəri Levan İzoriyanın Bakıya səfəri zamanı Azərbaycan və Gürcüstan müdafiə nazirlikləri arasında 2018-ci il üçün hərbi əməkdaşlıq proqramının imzalanması olub.

    Bununla əlaqədar, S.Artsruninin diqqətini cəlb edən məqam bu olub ki, Gürcüstanın müdafiə naziri azərbaycanlı həmkarı ilə görüşdə üçtərəfli formatda – Türkiyənin iştirakı ilə əməkdaşlığı da yüksək qiymətləndirib. Müəllif bu baxımdan Azərbaycanın təşəbbüsü ilə formalaşmış Azərbaycan-İran-Rusiya və Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq formatlarını ətraflı təsvir edir. Artsruni vurğulayır ki, Azərbaycanın əsas məqsədi Ermənistanı qlobal regional layihələrdən kənarlaşdırmaqdır.

    "Azərbaycan ardıcıl olaraq Ermənistanın təcrid edilməsi siyasətini həyata keçirir”, - deyən müəllif qeyd edir ki, bu məqsədlə ikitərəfli və çoxtərəfli imkanlardan istifadə olunur.

    Qəzet yazır ki, erməni jurnalist bu etirafı ilə, Amerika kəşf etməyib. Azərbaycanda ölkə rəhbərliyi səviyyəsində dəfələrlə aydın şəkildə bəyan edilib ki, Ermənistan işğal altında saxladığı əraziləri azad etməyincə bu ölkə bütün regional layihələrdən kənarda qalacaq. Lakin erməni jurnalisti xüsusilə narahat edən səbəb – yeni, dördtərəfli Azərbaycan–Türkiyə-Gürcüstan-İran əməkdaşlıq formatının yaranmasıdır. O yazır: "Dördtərəfli format Bakıda Ermənistanın təcrid edilməsi faktını bəyan etmək üçün növbəti səbəbdir”.

    Erməni analitik gileylənir: "... həqiqətən narahatlıq doğuran budur ki, Ermənistan bütün mümkün regional inteqrasiya layihələrindən kənarda qalıb. Belə düşünmək olar ki, Ermənistanın xarici siyasətində heç bir məntiq yoxdur”.

    Onun fikrincə, bütün bəla ondadır ki, Ermənistanın öz qonşuları Gürcüstan və İran ilə münasibətləri ikitərəfli formatla məhdudlaşır, regional komponent kənarda qalır. Artsruni yazır: "Ermənistanın xarici siyasəti cari problemlərlə məhdudlaşır, Bakıda isə bundan bacarıqla istifadə edirlər”.

    Qəzet Artsruni fikirlərinə cavan olaraq yazır: "Bəli, istifadə edirlər. Özü də Ermənistanın xarici siyasətində strateji baxışın, qlobal yanaşmanın, ümumiyyətlə konstruktiv tərkib hissəsinin olmaması əsla Bakının təqsiri deyil. Ermənistandan fərqli olaraq Azərbaycan öz xarici siyasətini dürüst formalaşdırır, qarşıya konkret məsələlər qoyur və onların həllinə nail olur, beynəlxalq səviyyədə maraq doğuran genişmiqyaslı layihələr və yeni əməkdaşlıq formatları barədə təşəbbüslər irəli sürür. Bu məsələdə Azərbaycan yalnız öz imkanlarına, səmərəli iqtisadiyyatı, tarazlaşdırılmış xarici siyasəti sayəsində yaranmış böyük potensialına güvənir.

    Artsruni öz ölkəsinin hökumətinə regiona əməkdaşlığın yeni formatlarının yaradılması barədə düşünməyi tövsiyə edir, onun fikrincə, "belə formatlar Azərbaycanın siyasətinin nəticələrini neytrallaşdırmağa imkan verər”. Xeyri yoxdur. Ermənistan regionda zəif bənddir və həmin ölkədən olan analitiklər bu faktı etiraf etməlidirlər. Əməkdaşlıq isə imkanların bərabər olmasını nəzərdə tutur. Yarımdilənçi vəziyyətdə, iqtisadiyyatı bərbad hala düşmüş, üstəlik başqa dövlətdən vassal asılılığında olan və müəllifin qeyd etdiyi kimi, Rusiyanın "balaca anbarı” sayılan bir ölkə ilə bağlanmağa kimin həvəsi olar? Həm Türkiyənin, həm İranın, həm də Gürcüstanın siyasi elitasında üstünlük təşkil edən praqmatiklər məsələyə sayıqlıqla yanaşır, onlar bilirlər ki, Azərbaycan ilə əməkdaşlıq həmin ölkələrə Ermənistanla müqayisəyəgəlməz dərəcədə artıq fayda gətirir və gətirəcək”.

    Məqalə müəllifinin haqlı olaraq qeyd etdiyi kimi, "Yerevanın qeyri-adekvat siyasəti Ermənistana marağı zəiflədir”, həm də ona görə ki, İran-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlığı sayəsində Tehran tezliklə Avropa bazarlarına çıxış imkanı əldə edəcək. Özünü çıxılmaz vəziyyətə salmış Ermənistan isə İrana bu cür imkanlar yarada bilməz. "Bu, lap dəqiqdir. Ermənistanın acınacaqlı vəziyyətə düşməsində təqsirkar özüdür. Qonşu ölkələrin yarısına ərazi iddiaları irəli sürməklə, onlara qarşı təcavüzkar siyasət yürütməklə səmərəli və vicdanlı tərəfdaş reputasiyası qazanmaq mümkün deyil”.

    Müəllifin öz məqaləsinə başlıq kimi seçdiyi "Bakı və Tbilisi əməkdaşlığı kimə qarşı dərinləşdirir?” sualına gəlincə, qəzet belə cavab verib: "Kiməsə qarşı yox, öz ölkələrinin rifahı naminə. Azərbaycan dəfələrlə bəyan edib ki, o kiminləsə dostluq edirsə, bunu kiməsə qarşı etmir. Azərbaycan dövlətinin rəhbərliyi regional layihələri həyata keçirərkən, başqa ölkələrlə qarşılıqlı-faydalı əməkdaşlığı inkişaf etdirərkən yalnız öz vətəndaşları haqqında, ölkənin gələcəyi haqqında düşünür. Əsl həqiqət isə budur ki, əgər Ermənistan rəhbərliyi ölkənin və onun vətəndaşlarının rifahı barədə düşünsəydi, təcavüzkar siyasətdən əl çəksəydi, münasibətləri "kiməsə qarşı dostluq etmək”, "kiminsə təsirini neytrallaşdırmaq” prinsipləri əsasında deyil, xeyirxahlıq və konstruktivlik əsasında qursaydı, onda regional əməkdaşlığın müxtəlif formatlarında bu ölkəyə də yer tapılardı. Beləliklə, Artsruni bir məsələdə haqlıdır: Ermənistanın siyasətində heç bir məntiq yoxdur”.

     


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 136


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    “Qarabağ Qaziləri” Amputant Futbol Federasiyası Fəxri Xiyabanda olub-VİDEO İKİ ƏSRİN ŞAİRİ:Nizami Muradoğlu “Nar” Azərbaycanda yaşıl enerji və aqrar texnologiyaların tətbiqini dəstəkləyir Ümummilli lider Heydər Əliyevin anım günüdür Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi - VİDEO Fransada “insan haqları”: aksiyaçılara divan tutulur… Prezident rektorlarla bağlı fərman verdi Bakıda məşhur parkdakı obyektlər sökülür - Eldar Əzizov əmr verdi - FOTOLAR Azərbaycanda vəzifəli şəxslər barəsində cinayət işi başlanıb "Bu münaqişənin həlli mümkün olmayacaq" - Paşinyan (VİDEO) “Nar” gənclərə karyera qurmaqda dəstək olur Fazil Məmmədov ölümdən döndü 4 uşaq anası dəm qazından boğularaq ölüb Leyla Əliyeva beynəlxalq forumda - Fotolar Heydər Əliyev atası ilə Rusiya lideri Vladimir Putinin birgə fotosunu paylaşıb. Ucarda ev yanıb Tofiq Musayev növbəti döyüşünə hazırlaşır Avropada etirazlar səngimir: Hollandiyada da başlandı - FOTO Yaxın gələcəkdə məhv olması ehtimal olunan ölkələr - SİYAHI Bakıda məktəblilərin qəzaya uğradığı avtobusun sürücüsü həbs edildi Deputatdan etiraz: Böyük vəsaitlərə salınan yollar tez bir zamanda sıradan çıxır Azərbaycanda bu kommunal xidmətin qiyməti 5 dəfə artırıla bilər Keçmiş deputatın oğluna cinayət işi açıldı - biznesini idarə edir... Samir Şərifovdan manat AÇIQLAMASI: "İndi bunu başqa cür yozurlarsa..." (VİDEO) Neft hasilatının azaldılması qərarını Azərbaycan da dəstəkləyib Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu - FOTO Xırdalan sakinlərinin nəzərinə! Bakıda yeni tikilən 20 mərtəbəli binada DƏHŞƏTLİ HADİSƏ – ÖLƏN VAR Şagirdlərin olduğu avtobus qəzaya düşdü - Yaralılar xəstəxanaya aparıldı Deputat özəl telekanalların bağlanmasını təklif etdi Orduxanla bağlı cinayət işi açıldı - Axtarış elan olundu Nazirdən Fəxrəddin Manafovun teatrdan getmə xəbərinə reaksiya — Araşdırma aparılır + VİDEO Azərbaycan və Rusiya arasında müzakirə: Hərbi sənayedə... “Nar” media nümayəndələrinə yeni məhsullarını təqdim etdi "Azərbaycanda heç bir devalvasiya gözlənilmir" — Deputatdan Samir Şərifovun fikirlərinə REAKSİYA Nazirdən Fəxrəddin Manafovla bağlı ciddi - Tapşırıq Natiq Məmmədov Aparat rəhbəri təyin olunacaq Bakıda şirkət əməkdaşına silahlı hücum edildi “Nar”-dan eşitmə və nitq məhdudiyyətli şəxslər üçün pulsuz video zənglər Ermənistanın hərbi təyyarəsi yoxa çıxdı – Təcili Bakıda havanı çirkləndirən şəxs 2500 manat cərimələndi Politoloq: “Gürcüstandakı mitinqlərdən inqilab qoxusu gəlmir” Bakıda binanın eyvanı uçdu - FOTO Kələmin qızıldan qiymətli faydaları... Ucarda iki maşın toqquşdu, biri yandı Erməni general ruslara yalvardı: “Xahiş edirəm, Qarabağ məsələsini müharibə ilə həll etməyin…” Türkmənistandan Xəzərin statusu ilə bağlı – Qərar Sadəcə pıçıldayıram: ayıb olsun! - Amaşov “Nar”“BakuTel-2018” sərgisində iştirak edəcək Zakir Qaralovdan YENİ TƏYİNAT Bakıda yerüstü metro tikiləcək Bakı metrosundan qızların davasına MÜNASİBƏT (VİDEO-YENİLƏNİB) Geomaqnit qasırğası olacaq – Xəbərdarlıq Ziya Məmmədovun zavodunda bülletenə çıxan rəis işindən kənarlaşdırıldı - VİDEO Azərbaycanlı tələbənin Qarabağ sualına Sərkisyanın cavabı “Nar”-daneşitmə və nitq məhdudiyyətli insanlara növbəti dəstək “Nar” 2018-ci ilin üçüncü rübünün nəticələrini açıqladı Azərbaycanda vəzifəli şəxs həbs olundu Bərdədə 140 nəfərin baltalı davası: qıza görə... - Təfərrüat Azərbaycan rəqsləri bəşəriyyətin mədəni irsi siyahısına salındı - VİDEO Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələnib "Təhsil sahəsində neqativ hallar var" - Əli Əhmədov “Əgər Paşinyan münaqişənin həllində maraqlı olsaydı...” - XİN-dən AÇIQLAMA Elmar Vəliyevin oğluna yüksək VƏZİFƏ VERİLDİ Milli Məclisin deputatları İrəvana getdilər Azərbaycanda TV və radio yayımı dayandırılacaq Bakıda dövlət xəstəxanasında BİABIRÇILIQ - Əməliyyat edilən xəstə iflic oldu Bakıda yaşayış evi partladı: iki nəfər… Tanınmış təhsil eksperti vəfat etdi Talıbov Gömrük sədrini vəzifədən azad etdi - Fərman AMEA-nın müxbir üzvü vəfat etdi Bakıda DƏHŞƏT: Qayın yeznəsini 7 yerindən bıçaqladı Paşinyan Belarusdan imtina etdi - Qalmaqal “Nar”-dan fiziki məhdudiyyətli insanlara karyera fürsəti Şabranda ikimərtəbəli ev yandı Azərbaycanda polis kapitanı balta ilə vuruldu İcma əsaslı social reabilitasiya mərkəzi Samux rayonunda sağlamlıq imkanları məhdud uşaqlara xidmət göstərir. Sürücülüyü öyrənmək istəyirsinizsə, peşəkara müraciət edin-MÜSAHİBƏ Şahin Tatlısəsdən növbəti ifa: "Yaralı kalbim..." Türkiyəli diplomatdan Azərbaycana birmənalı dəstək - ÖZƏL Azərbaycanda bu xəstəxananın cəmi bir həkimi var, o da 81 yaşında... - Video “Nar” 4G istifadəçilərinin sayı yarım milyon oldu BDU-nun tələbəsi itkin düşüb - FOTO Abel Məhərrəmovun səfir oğlu geri çağırılır? - XİN-dən AÇIQLAMA 27 yaşlı gənc itkin düşüb-Foto “Nar-ın sərfəli internet qiymətlərimüştəriloyallığıindeksiniartırır “Azərbaycan-Türkiyə” Dil və Mədəni Əlaqələri Beynəlxalq Simpoziumu başladı-Fotolar Lənkəranda çaqqallar kəndə hücum etdi: 4 nəfər... – Foto Nazir bu gənclərin taleyindən danışdı Sabah güclü külək əsəcək, QAR YAĞACAQ - XƏBƏRDARLIQ “Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir Millət vəkili Q.Paşayeva bir sıra xarici ölkələrin fəal xanımlar ilə Qarabağdan danışıb Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu - FOTO/VİDEO Pensiyalarla bağlı yeniliklərin detalları açıqlandı - VİDEO 160 saylı avtobusun başı bəlada: yenə toqquşdu - Video Fazil Məmmədov yenidən xəstəxanaya yerləşdirildi Abunəçilər “Nar”-ın Müştəri xidmətinin fəaliyyətini yüksək qiymətləndirir Lakı asetonsuz necə təmizləmək olar? - Bu üsullar sağlamlığa ziyan vermir Lakı asetonsuz necə təmizləmək olar? - Bu üsullar sağlamlığa ziyan vermir Azərbaycanda DƏHŞƏT: Ana körpəsinin göbəyini qayçı ilə...
    File engine/metagen.php not found.