Qızına 400 minlik toy edən məmurun keçmiş qudası: “Araşdırın, görün milyonları necə yeyib”

    Qızına 400 minlik toy edən məmurun keçmiş qudası: “Araşdırın, görün milyonları necə yeyib”


    Nərimanov Rayon Məhkəməsində Qüdrət Şükürovun keçmiş kürəkəninin işi üzrə məhkəmə başlayır; Elşən Əsgərlinin atası "baş liftçi”nin korrupsiya əməllərini araşdırmağa çağırıb.

    Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun adını yenidən mətbuatın gündəminə qaytaracaq məhkəmə prosesi başlanır. Aprelin 13-də Nərimanov Rayon Məhkəməsində hakim İslam Qurbanovun sədrliyi ilə Qüdrət Şükürovun kürəkəni Elşən Əsgərli və dostları Azər Nəsibov, Nuray Bayramlının işi üzrə hazırlıq iclası keçiriləcək.

    İttiham aktında yazılanlara inansaq, Elşən Əsgərli keçmiş arvadı, Aysel Şükürovanın indiki əri Oktay Əhmədova qarşı xuliqanlıq edib. İttiham aktında yer alan məlumatlara görə, o, xuliqanlıq edərkən dostları Azər Nəsibov və Nuray Bayramlı yanında olublar. 7 yanvar 2017-ci il tarixdə Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində yerləşən avtomobil dayanacağında baş verən mübahisə zəminində Oktay Əhmədova zor tətbiq edildiyi qeyd olunur.

    Elşən Əsgərlinin atası Rafael Əsgərov deyir ki, əslində döyülən də, iş üzrə təqsirləndirilən şəxs statusuna gətirilən də onun oğludur. Sadəcə, Qüdrət Şükürov əldə etdiyi milyonların hesabına indiki kürəkənini zərərçəkənə, onun oğlunu, yəni keçmiş kürəkənini isə təqsirləndirilən şəxsə çevirə bilib:”Mənim oğluma qarşı 3 dəfə cinayət törədilib. Elşən Qüdrət Şükürovun qızı ilə boşanandan sonra öz uşağı ilə görüşmək istəyərkən onu bağa çağırmışdılar. Ona demişdilər ki, uşaq bağdadır. Elşən bağa gedəndə isə gözətçini öyrədib, ona hücum etdirmişdilər. Onda da gözətçini cəzalandırmaq əvəzinə, Elşəni günahlandırıb 500 manat cərimə etdilər. İkinci dəfə Oqtay və onun dəstəsi oğlum Elşəni metronun ”Gənclik” stansiyasının yanına guya danışığa çağırıb onu beysbol bitası ilə döydülər. Sonra da maşının nömrələrini qopardıb aparmışdılar. Şikayət etdikdən sonra Oqtay maşının nömrələrini yol polisinə təhvil vermişdi. Amma indiyə qədər Nəsimi rayonu ərazisində baş verən hadisənin şahidləri dindirilməyib. Hadisənin baş verdiyi yerdə olan kameraların görüntüləri ortaya qoyulmayıb. İşi Pərviz adlı müstəntiq aparırdı. Ondan soruşuruq ki, niyə hadisə yerində olan kameraların görüntüləri ortaya qoyulmur? Deyir ki, guya kameralar işləməyib. Həmin işi faktiki olaraq dayandırıblar. Qüdrət Şükürov mənə özü deyib ki, Elşəni həbs etdirəcəyəm. Bu adam açıq-aşkar deyir ki, sizdən qisas alacağam. Çünki siz mətbuatda mənim haqda danışandan sonra korrupsiya idarəsi məndən 10 milyon pul alıb. Bunun qisasını sizdə qoymayacağam”.

    Elşən Əsgərlinin vəkili Ceyhun Yusifov "Yeni Müsavat”a açıqlamasında deyib ki, Nəsimi və Nərimanov rayonları ərazisində müvəkkilinə qarşı 2 ayrı-ayrı cinayət törədilib: "Tərəflər arasında Nərimanov rayonu ərazisində qarşılıqlı mübahisə olub. Elşən Əsgərli əslində hər dəfə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Elşənlə Oktay mübahisə edərkən onun dostları yolla keçirmişlər. Tanımadıqları şəxsin Elşənin üstünə yeridiyini görüblər. Onlar tərəfləri sakitləşdiriblər. Bu gün həmin şəxslər də Elşənlə bərabər istintaqa cəlb edilib və məhkəmə qarşısına çıxarılırlar. Əslində Elşən bu gün məhkəmə qarşısına təqsirləndirilən şəxs qismində deyil, zərərçəkən qismində çıxarılmalıdır. Nəsimi rayonu ərazisində Elşən Əsgərlini vəhşicəsinə döyüblər. Onu döyənlərə Qüdrət Şükürovun indiki kürəkəni Oqtay Əhmədov rəhbərlik edib. Maşınının nömrə nişanlarını belə açıb özləri ilə aparıblar. Lakin Baş Polis İdarəsinin İstintaq İdarəsində işə obyektiv yanaşılmayıb. Nəsimi rayonu ərazisində Elşən Əsgərlinin döyülməsindən sonra məhkəmə tibb ekspertizası onun bədəni üzərindəki xəsarətləri fiksə edib və dərəcəsi haqda istintaq orqanına müvafiq rəy verib. Çox təəssüf ki, bu günə qədər həmin işin icraatı heç bir əsaslı səbəb olmadan dayandırılıb. Elşən Əsgərli həmin iş üzrə zərərçəkən olduğu bir vaxtda Nərimanov rayonu ərazisində Oktay Əhmədov yenidən onunla qarşılaşıb və xəsarət yetirib. Hesab edirəm ki, məhkəmə işə obyektiv baxacaq və hazırlıq iclasında işi ibtidai istintaqa qaytaracaq”.

    Elşən Əsgərlinin atası Rəfael Əsgərov Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək Qüdrət Şükürovun korrupsiya əməllərini araşdırmağa çağırıb. Rafael Əsgərov özünün və ailə üzvlərinin məmur özbaşınalığının qurbanı olduğunu bildirərək, hüquq-mühafizə orqanları və ölkə rəhbərliyindən kömək istəyir.

    Rafael Əsgərov deyir ki, rəsmi maaşı cəmi 510 manat olan Qüdrət Şükürovun Bakıda, İstanbulda, Dubayda dəyəri milyonlarla ölçülən varidatı var. Onun sözlərinə görə, Bakı Lift İdarəsi dövlət büdcəsindən bu quruma ayrılan 15 milyon manatın təqribən yarısını mənimsəyib. Qüdrət Şükürov bunun üçün Moskvada Markaryan adlı bir erməni ilə işbirliyinə gedib. Rafael Əsgərov bildirib ki, Qüdrət Şükürov liftlərin qiymətini "şişirdərək” rəsmiləşdirir və dövlət büdcəsindən milyonlarla manatı ələ keçirir. Ucuz qiymətə keyfiyyətsiz liftlər alınaraq Bakıda binalarda quraşdırılır: "Qüdrət Şükürov erməni Markaryanla birləşərək Azərbaycanın milyonlarla pulunu mənimsəyib. Dövlət büdcəsində milyonlarla manat lift istehsalçısının hesabına köçdükdən sonra, Qüdrət Şükürov oradan ”otkat” alır. Mən özüm onun "Azəriqazbank”ın filialı vasitəsilə bu "otkatı” necə aldığının şahidi olmuşam. İstintaqa dəvət olunsam, bu haqda ətraflı məlumat verəcəyəm”

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 95


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    İmkanlılar ehtiyacı olanlara şərait yaratsın - Prezident Məktəb direktoru: "Jurnalisti yıxıb, üstündə oturdum..." Olimpiada qaliblərinin imtahansız qəbulu... - Nazir Tramp Əliyevə məktub yazdı: “Sizinlə birgə işləməyi səbirsizliklə gözləyirəm” Millət vəkili işğalçı Ermənistanlın qətlə yetirdiyi körpələrdən danışıb. Kərə yağları ziyanlıdırmı? - Mütəxəssis açıqladı Çayrəsullu kəndinə sel ciddi ziyan vurub- Foto+Video Təyyarə təcili eniş etdi - 52 nəfər yaralandı “Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi Polisdə döyüldüyünü deyən qadının iddialarına DİN-dən CAVAB: ''O, hay-küy salaraq qəfil DYPB-yə daxil olub' Göbələkdən kütləvi zəhərlənmə: 15 nəfər ölüb – YENİLƏNİB Jurnalist Ülviyyə Həsənaqızına dəstək məqsədilə xeyriyyə aksiyası keçirilib-foto Q.Paşayeva Avstraliya Xarici İşlər naziri ilə görüşdə Qarabağdan danışıb “Nar” Ümumrespublika İnformatika Olimpiadasının qaliblərini mükafatlandırdı Q.Paşayeva Laosun Qadınlar Birliyinin nazir müavini Bouachanh Syhanath ilə görüşdə Qarabağdan danışıb Ermənistan XİN: “Münaqişənin sülh yolu ilə həlli vacibdir” Bakıda OĞURLUQ: Ödəmə aparatını kəsib, pulu apardılar - FOTO Valideynlər uşaqları elə həddə gətirirlər ki, iş hətta intihara sürüklənir Ərdoğan: “İsrailin zülmünə razılıq verməyəcəyik” “Yeni nazirlər hər şeyi ələ alıb buynuz göstərəcəklər” Şamaxıda dəhşətli intihar - 13 yaşlı şagird özünü asdı Jirinovski Böyük Azərbaycan xəritəsi yaydı – bu, nəyin mesajıdır? “Normal adam deyə bilməz ki, şəhidlər bizə görə şəhid olmayıblar...” Q.Paşayeva Banqladeşin baş naziri ilə görüşdə Qarabağdan danışıb Gözlər Türkiyə və İranda: islam dünyası birləşəcək? Mərhum jurnalistin bacısına mənzil verildi Qaloş... Sabunçuda əməliyyat - Narkotacir saxlanıldı “Nar” yeni “Avropa” paketini təqdim etdi Bakıda lift şaxtaya düşüb, 4 nəfər ağır xəsarət alıb “Koroğlu” MMC-də Eldar Mahmudov çetesinin izləri - sensasion faktlar Öd daşı nə zaman yaranır? İran üçün həyəcan təbili: İsraildən həlledici hücum Nazir üzr istədi, aksiyaya bir həftə fasilə verildi - Video Azərbaycanın “Qarabağ qaziləri” futbol komandası Gürcüstanın “Tblisi” komandasına qalib gəldi “Nar” mətbuat nümayəndələri ilə ənənəvi görüşünü keçirdi Q.Paşayevanın təklifini Sivas bələdiyyə başqanı dəstəkləyib İcra başçısı Lütvəli Babayev ictimai fəalı qondarma ittihamla şərləyib həbs etdirdi "Həyat Fondu”nun yaranmasından bir il ötür. Qənirə Paşayeva Efeler bələdiyyə başqanı ilə görüşüb və Qarabağla bağlı çağırış edib AMEA-da 9 yaşlı məktəbli ilə görüş keçirildi- Fotoıar Azərbaycanda azyaşlıların toyu oldu: Bəyin 12, gəlinin isə 14 yaşı var (FOTO) 5 nəfər həbs edildi (VİDEO) “Nar”ilə “WhatsApp” artıq pulsuzdur Səlim Müslümova daha bir zərbə - korrupsiya ittihamı rəsmiləşdi IDMANÇILAR ÜMUMMILLI LIDERIN MƏZARI ÖNÜNƏ ƏKLIL QOYUBLAR Q.Paşayeva Sivasın ən böyük parkı Azərbaycan-Qarabağ parkı və Şəhidlər abidəsinin açılışında iştirak edib. II Dünya Müharibəsində Tarixi Qələbənin Əldə Edilməsində Xalqimizin Qəhrəmanliği Heç Vaxt Unudulmayacaq İrəvanda etiraz aksiyası keçirilir - VİDEO Bu gün televizyalar abırsızlar,əxlaqsızlar yuvasına çevrilib Ulu Öndər Heydər Əliyev 95: Dünyaya Təqdim Olunan Yeni Azərbaycan “Heydər Əliyev irsi: multikulturalizm və müasir dövlət quruculuğu paradiqmaları” mövzusunda Beynəlxalq konfrans keçirilib. Q.Paşayeva Kocaeli Kitab Fuarında konfrans verib və Şuşadan danışıb Şuşanın işğalından 26 il ötür İcra başçısı dəhşətli qəzadan DANIŞDI: "Laped onların üstünə aşıb, boğulublar" Bakıda dərman mafiyasına qarşı əməliyyat: Həbslər var “Heydər Əliyev və Azərbaycanın inkişaf konsepsiyası” mövzusunda elmi-praktik konfrans keçirilib. Qənirə Paşayeva Malayziyanın tanınmış şəxsiyyətləri ilə Qarabağdan danışıb Millət vəkili Q.Paşayeva Malaziyada Azərbaycanla bağlı geniş məruzə ilə çıxış edib. Bineqedi rayonunda yaşayan gözəl bir ailənin vətənpərvər evladları, Əli və Zəhra. Tofiq Musayevdən növbəti möhtəşəm qələbə -Video “Nar”-dan 40 qəpiyə bütün istiqamətlərə günlük 20 dəqiqə Nazirlər Nazim İbrahimovun qızının toyuna qatılmadı - FOTO Yaşlı kişi marketin qarşısında öldü, yoxsa öldürüldü? - Göyçayda Qaradağ rayon Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş Cüdo növü üzrə Açıq Respublika Turniri keçirildi. Kiyevdə partlayış baş verib, ölən var Bakıda mikroavtobus yanıb Millət vəkili Q.Paşayeva Milli Məclisdə əlillərin hüquqları ilə bağlı təkliflərlə çıxış edib Ziya Məmmədovun oğlu 20 milyona bu ölkənin vətəndaşlığını aldı Aprel şəhidi Murad Məmmədov haqqında “Şərəfli ad” sənədli filmi təqdim olundu Nazir müavinindən əlilləri sevindirəcək AÇIQLAMA Misir Mərdanovun kürəkəni işdən çıxarıldı Abşeronda idman fənn aylığına yekun vuruldu Nazirlikdən 1 saylı körpələr evi ilə bağlı yayılan görüntülərlə bağlı AÇIQLAMA ŞİRVAN SAKİNİNDƏN NARKOTİK MADDƏ GÖTÜRÜLÜB I rübdə “Nar”ın mobil internetindən istifadə 68% artıb Mərhum jurnalistin bacısı kirayə haqqını ödəyə bilmir - PROBLEM FHN-in əməkdaşı kempo-karate döyüş növü üzrə dünya çempionatında ikinci yeri tutub Sevgi dolu bir dünya üçün dəyişək-Kəmalə Paşayeva Novruz Məmmədovdan daha bir qərar - Tütünlə bağlı yenilik "Bu ölkə 2025-ci ildə nüvə silahı hazırlaya bilər" - Ağ Ev Süpürgəçi zibil qutusunda qızıl külçələr tapdı Deputatı döyüb Bakıya qaçan kimdir? – VİDEO ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLDİ "Qarabağla bağlı heç bir güzəştdən söhbət gedə bilməz"-Paşinyan Bakıda tarixi binanın üzərində tikilən bu mənzil kimə məxsusdur? – AÇIQLANDI (FOTO) “Şəfa Broyler” şirkəti məhsullarının qiymətini 15 faiz qaldırdı - QİYMƏT CƏDVƏLİ Milli Məclisin plenar iclası başladı “Gilan Holdinq” vətəndaşın torpağını mənimsəyib? Bağça müəllimi dəcəllik edən uşağı dostlarına döydürtdü - FOTO+VİDEO “Oftalmologiyanın aktual problemləri” adlı beynəlxalq elmi-praktiki konfrans keçirildi-Video Qarabağ qazilərindən ibarət futbol komandası Gürcüstanın eyniadlı komandası ilə görüşəcək. Sabahdan ibtidai siniflər tətilə çıxır Qaçış başladı: Milyonçular Rusiyadakı əmlaklarını satır Sərnişinlərə şad xəbər: 17 marşrut xətti... Bələdiyyə məktəblərinin yaradılmasına məhdudiyyət qoyulmayacaq “Onlar etdikləri hər bir əmələ görə cavab verəcəklər” QHT “Yaşlı insanlar üçün sosial adaptasiya və dəstək proqramı” layihəsinin icrasına başlayıb Nə üçün axşam yumurta yemək olmaz? Bakıda üçmərtəbəli villa yandı
    File engine/metagen.php not found.