ATƏT-in qərəzli hesabatına böyük etiraz

    ATƏT-in qərəzli hesabatına böyük etiraz


    13 Aprel 2018 İctimaiyyət və media təmsilçiləri növbəti bədnam kampaniyanı ifşa etdilər


    Dünən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkilərinin müşahidəsinin nəticələri ilə əlaqədar ilkin təəssüratlarını bölüşdülər. Müşahidə missiyasının rəhbəri Corien Jonker yekun hesabatın iki ay ərzində hazır olacağını bildirdi. Toplantıda vurğulandı ki, ATƏT DTİHB missiyasının 28 uzunmüddətli müşahidəçisi seçkiqabağı prosesləri izləmək üçün martın 9-dan Azərbaycana gəlib. Ölkənin bütün bölgələrini maksimum əhatə etmək üçün seçkiləri 350 beynəlxalq müşahidəçi izləyib. Diplomat seçki prosesində müşahidələrin aparılması üçün onlara yaradılan şəraitə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirdi. Müşahidə missiyasının rəhbəri bununla yanaşı, seçki günü bir sıra qanun pozuntularının olduğunu da iddia etdi. Bu isə hər zaman Azərbaycana qarşı qərəzli mövqe ilə seçilən ATƏT DTİHB-nin yenə də öz ampluasında qaldığını bir daha təsdiqlədi. Təəssüf ki, bu qurum Azərbaycanda keçirilən seçkilərlə bağlı əksər hallarda ya qərəzli, obyektivlikdən uzaq, ya da ikili yanaşmaları ilə yadda qalıb. Qurumun bu cür mövqeyinin əvvəlki aralıq hesabatı ilə üst-üstə düşməməsi məsələnin əsl mahiyyətini ortaya qoyur. Çünki müşahidə missiyasının aralıq hesabatında deyilirdi ki, seçki komissiyalarının tərkibi parlamentdəki siyasi qüvvələrin sayına əsasən təşkil olunub. Hesabata əsasən, məntəqə seçki komissiyalarına yaxşı treninq keçirilib. Missiyaya rəsmi qurumlardan məlumat verilib ki, səsvermə hüququna malik insanların qeydiyyatı tam aparılıb. Aralıq hesabatına əsasən, namizədlərə ayrılmış pulsuz efir vaxtı debatlar üçün istifadə olunur və ictimai yayımla efirə verilir. Qeyd olunur ki, məhkəmə və Mərkəzi Seçki Komissiyasına müşahidə dövrü ərzində heç bir şikayət daxil olmayıb. Aralıq hesabatında o da vurğulanırdı ki, bir sıra partiyalar bu siyasi kampaniyaya qoşulmayacağını, seçkiləri boykot edəcəklərini bildirirdi. Buna səbəb isə hazırlıq üçün kifayət qədər vaxtın olmadığı bəhanə gətirilirdi. Təbii ki, Azərbaycanın aqressiv müxalifətinin seçkiyə qatılmamasının əsl səbəbi hər kəsə bəllidir. Xalqın etimadını tamamilə itirmiş bu "qüvvələr” seçkilərdə məğlub olacaqlarını bildikləri üçün boykot qərarı ilə əvvəlcədən özlərini sığortalamağa çalışdılar, beynəlxalq qurumlara tamamilə yalnış məlumatlar, donoslar ötürdülər. Onların xaricdəki havadarları isə Azərbaycana qarşı çirkin kampaniya aparmağa başladılar. Antiazərbaycançı şəbəkə bunu ATƏT DTİHB-nin müşahidə missiyası vasitəsi ilə həyata keçirmək istədi. ATƏT DTİHB-nin dünənki mətbuat konfransı da bu məkrli kampaniyanın tərkib hissəsi idi. ATƏT DTHİB qərəzli mövqedə olduğunu bir daha təsdiqlədi. Məsələ bundadır ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının rəhbərinin fikirləri digər beynəlxalq təşkilatların təmsilçilərinin rəyləri ilə təzad yaradır. Çoxsaylı beynəlxalq müşahidəçilər və təşkilatlar Azərbaycanda seçkilərin ədalətli, şəffaf, beynəlxalq standartlara cavab verən, demokratik şəraitdə keçirildiyini bəyan etmişlər və hətta qonşu ölkələri bundan nümunə götürməyə səsləmişlər. Müşahidəçilər onu da bildirmişdilər ki, seçki administrasiyası bütün səviyyələrdə olduqca yaxşı təşkil və təmin olunmuşdu. Mərkəzi Seçki Komissiyası müntəzəm olaraq ictimai iclaslar keçirmişdir. Seçki Məcəlləsi ətraflı və yaxşı tərtib olunmuşdur. Mətbuat konfransında KİV təmsilçilərinin və ictimaiyyətin nümayəndələrinin etirazına səbəb olan da məhz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu müşahidə missiyasının Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı qərəzli mövqeyi idi. Məsələ bundadır ki, 2013-cü ildə keçirilən prezident seçkilərində də bu qurum eyni mövqedə olub. Bu məntiqlə yanaşdıqda 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində də missiyanın mövqeyinin dəyişməyəcəyi gözlənilən idi və ictimaiyyət bir daha şahid oldu ki, bəzi antiazərbaycançı dairələr ölkəmizin bütün uğurlarına kölgə salmaqla məşğuldurlar. Onların son çıxışlarından bir daha hiss olundu ki, iki ay müddətində hazırlanacaq hesabat qərəzliliyinə görə heç də əvvəlkilərindən fərqlənməyəcək. Onlara ən yaxşı cavab elə beynəlxalq müşahidə missiyalarının bəyanatlarıdır. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası və TÜRK PA da Azərbaycanda keçirilən seçkiləri yaxından izləyib. Seçki prosesində hər hansı bir qanun pozuntusuna rast gəlməyiblər. Bunu Türk Şurasının müşahidə missiyasının rəhbəri Ömər Kocaman müşahidələrin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib. Türkdilli ölkələrin Parlament Assambleyasının baş katibi Altınbek Mamaiusupov 2010-cu ildən etibarən təşkilat üzvlərinin müşahidə keçirdiyini bildirib. O, Azərbaycandakı prezident seçkilərinin azad və şəffaf təşkil olunduğunu qeyd edərək deyib ki, Azərbaycanın seçkilərdə zəngin seçki təcrübəsinin və ənənələrinin formalaşdığını müşahidə etdik. Missiyanın üzvü, Qazaxıstan parlamentinin deputatı Naziya Telmukhamedova Azərbaycanda keçirilən prezident seçkilərini tarixi hadisə adlandırıb. Onun sözlərinə görə, təşkilatçılıq beynəlxalq standartlara tam uyğun idi. Daha bir beynəlxalq missiyanın rəyinə nəzər salaq. Fransa parlamentinin müşahidə missiyası prezident seçkilərinin yekunu ilə bağlı aprelin 12-də hesabat xarakterli mətbuat konfransı keçirib. Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri Pyer Alan Rafan bildirib ki, apardığımız müşahidələr zamanı qanun pozuntusuna rast gəlmədik. Fransa Senatının fəxri müşaviri Mişel Laflandre isə qeyd edib ki, məntəqələrdə böyük seçici fəallığı müşahidə olunurdu. Seçkilər beynəlxalq standartlara tam cavab verirdi. MDB-nin müşahidəçilər missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev Azərbaycanda prezident seçkilərinin yekunlarına dair mətbuat konfransında Azərbaycan xalqını uğurlu seçkilər, Prezident İlham Əliyevi inamlı qələbə münasibətilə təbrik edib. O bildirib ki, müşahidəçilər missiyasında MDB-nin 8 ölkəsindən 221 müşahidəçi akkreditə olunub, 20 müşahidəçi uzunmüddətli əsasda işləyib. Missiya hesab edir ki, prezident seçkiləri Azərbaycan Konstitusiyasına, demokratik seçkilərin beynəlxalq standartlarına müvafiq şəkildə keçirilib. Budur, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasından fərqli olaraq, MDB-nin müşahidəçilər missiyasının ortaya qoyduğu mövqe: başlıca məqsəd ölkənin daxili işlərinə müdaxilə etməmək, onun qanunlarına ehtiramla yanaşmaqdır. MDB Parlamentlərarası Assambleyasından olan beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovun da fikirləri maraqlı olduğu qədər də realdır. Onun sözlərinə görə, Qafqazda platformanın və proqramın olması deyil, şəxsiyyətin nüfuzu əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti məhz belə bir nüfuzun sahibidir. Maraqlıdır, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası Azərbaycanda seçkiləri izləyən və öz mövqelərini ortaya qoyan digər beynəlxalq təşkilatlardan hansı demokratikliyi ilə fərqlənir? Belə çıxır ki, seçkilərlə bağlı mövqeyini ortaya qoymuş digər beynəlxalq qurumların fəaliyyətinin şəffaflığına da onlar kölgə salmaq istəyir. Bu qurumun qərəzli mövqeyini ölkəmizin ictimaiyyəti də anlayır və bunu qətiyyətlə pisləyir. Axı necə ola bilər ki, ölkəmizdə keçirilən prezident seçkilərini izləyən çoxsaylı müşahidəçilər bu prosesi yüksək dəyərləndirir, amma ATƏT DTHİB bunun tamam əksinə gedir. Deməli, qərəz göz qabağındadır. Əlbəttə ki, bu da ifşa edilməliydi və edildi də.
    Məhəmməd NƏRİMANOĞLU, 
    "Azərbaycan”

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 200


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Bakıda daha bir ərazidə sürüşmə: divar uçdu Adnan Oktarın villasından geriyə bu dağıntılar qaldı - Video Nəğmə dolu bir ürək. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tibbi aksiya keçirəcək Sərkisyan Paşinyanın istefasını qəbul etdi - Yeniləndi Q.Paşayeva MM-də "Uşaqların zərərli informasiyadan qorunması" üçün qurumlara çağırış edib “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan! Qarabağ qazisi Etimad Əsədov vəfat etdi Sumqayıtda aprel şəhidi Əbdülməcid Axundovun 25 illiyinə həsr edilmiş tədbir keçirildi Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video HEYDƏR ƏLİYEVLƏ BAĞLI ŞİRİNLİ-ACILI XATİRƏLƏR Mehriban Əliyevadan müəllim və tələbələrə təbrik - Məktubu +Fotolar Hərbi hissədə ağacəkmə kampaniyası-Fotolar Sürüşmə anının - Videosu Vətəndaşlar 11 min manat birdəfəlik ödəmənin verilməsini tələb edir - VİDEO Bakıda yeni dələduz peyda oldu - ''İnstagram''dan 35 nəfərə... (VİDEO) Tramp qızını bu vəzifəyə gətirmək istəyir On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi Minaya düşən sakinin vəziyyəti pisdir — Səhiyyə Nazirliyi Kolbasa və sosiska istehsal edən bəzi şirkətlərin fəaliyyətində nöqsanlar aşkarlandı Yenə leysan xəbərdarlığı edildi 11 oktyabr Beynəlxalq Qızlar günüdür Məmur oliqarxiyasının sonu yaxınlaşır - prezidentdən mühüm və sərt ismarışlar Restoran sahiblərinə sərt xəbərdarlıq Camal Qaşıqçının qaçırılma planını ABŞ kəşfiyyatı bilib - İddia Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində “Turetski xoru” qrupunun konsertini izləyib - FOTO Q.Paşayeva AŞPA-da Azad Demokratlar Qrupu adından çıxış edərək İslamafobiyanın artmasında Avropa ölkələrinin yanlış siyasətini tənqid edib. Şamaxı məktəb direktoru Gülnurə Babaşova : Təhsildə əldə edilmiş nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Rusiya Avropa Şurasından çıxarıla bilər Şəki sakinləri üçün oftalmolji müayinələr keçiriləcək Google istifadəçilərinə BƏD XƏBƏR - 2019-cu ildə bağlanacaq İçində miqrantların olduğu mikroavtobus yandı - Fotolar Bahar Muradovadan rusiyalı həmkarlarına çağırış "Neftçi İdman Klubu”nun cüdoçusu Vüqar Talıbov tarixi uğura imza atıb. “Nar” gənclərə fürsət yaratdı Eks-nazir Azərbaycana qayıda bilmir - SƏBƏB Bakı metrosunda həyəcan: Qatarlar boşaldıldı Qənirə Paşayeva Türkiyə əleyhinə yalanlara qarşı arqumentlərlə cavab verib "Mən qələt eləmişəm" - Qızını erməniyə verən diaspor sədri (VİDEO-FOTO) Hansı qida mədəmizdə nə qədər müddətə həzm olunur - SİYAHI “Savaşçı” serialının Azərbaycan bayrağı ilə başlaması bəyənildi – VİDEO Berluskoni Qara dəniz haqqında "yalan"ı BELƏ İFŞA ETDİ (FOTO) Nurməhəmmədov-Makqreqor döyüşünün və döyüşdən sonrakı davanın TAM VİDEOSU 19 yaşlı qızın cəsədi kanaldan tapıldı Nazirdən açıqlama: Neftin qiyməti və sanksiyalar... Sumqayıt təhsilini uçruma aparan yol-ARAŞDIRMA Aeroport yolunda növbəti qəza-Video+Foto ABŞ Konqresi Trampın namizədini Ali Məhkəmənin üzvü vəzifəsinə təsdiq edib –Səsvermə zamanı qalmaqal baş verib Sumqayıtda direktor müavini dayəni döyüb xəstəxanalıq etdi - Fotolar 160 saylı avtobus daha bir qəza törədib, yaralananlar var - VİDEO+FOTOLAR İTV KANALIN YENİ UĞURLU LAYİHƏSI Sağ-salamat doğulan körpə 2 gündən sonra xəstəxanada öldü - Azərbaycanda Göygöldə yük maşını aşdı - 2 nəfər öldü, 2 yaralı Hacıbala Abutalıbova yeni vəzifə tapşırıldı Bakıda özəl klinikada pasiyent öldü - Açıqlama Qənirə Paşayeva müəllimləri təbrik edib Xırdalanda piyadanı vurub qaçan sürücü saxlanılıb 2018-ci il üzrə Nobel sülh mükafatının qalibləri məlum olub Bakı sakini bacısının körpəsini 350 manata satıb Sabah hava belə olacaq – PROQNOZ Oqtay Şirəliyevin qızı ermənini özünə köməkçi təyin etdi Qatarla toqquşub, 2 nəfərin ölümünə səbəb olan avtobus sürücüsünün FOTOSU YAYILDI Çingiz Abdullayev: “Bunlar əclafdırlar!” - TƏXRİBAT Rusiya rəsmən dollardan imtina edir Mehdiyev göstəriş verdi, məsələ həllini tapdı “Biləsuvar cəngavərləri” kitabının təqdimat mərasimi keçirildi Pentaqonun başçısını da zəhərləmək istədilər “Nar”dan autizmli uşaqlara dəstək - FOTOLAR Xocavənd rayonunun işğalından 26 il ötür Rusiya Qarabağa görə Beynəlxalq Məhkəməyə verilə bilər! Q.Paşayeva MM-də qardaş Türk dövlət və toplumlarından gənclərin Azərbaycanda təhsili ilə bağlı təkliflərlə çıxış edib “Nar” yarımilin hesabatını və yenilənmiş brendinitəqdim etdi Leyla Əliyeva “İmmolatio”nun premyerasında - Foto İnsanda siçan virusu aşkarlandı – İlk dəfə İlham Əliyev Paşinyanla Qarabağdan danışdı - Rəsmi Qubada yük avtomobili dərəyə aşdı, sürücü yaralandı Azərbaycan nefti bahalaşıb Zibilə düşən it: İtin başı görün harda qaldı… - VİDEO Azərbaycanın qızıl-gümüş bazarı həftəni ucuzlaşma ilə başa vurdu Hindistanla Rusiya arasında 5,43 milyard dollarlıq razılaşma XəbərAl.az saytının 4 yaşı tamam oldu “Nar” yeni loqosunu təqdim etdi - Foto Təyyarə 36 sərnişinlə okeana düşdü - Foto “Altı nəfər vəzifədən azad olunub, 5-i isə...” - Zakir Qaralov “Nar” korporativmüştərilərlə növbəti görüşkeçirib Bakıda dəbdəbəli hind toyu - 4 gün davam etdi Qlobal cəmiyyətdə gender bərabərliyinə Azərbaycan telemekanından baxış. Səbail Rayon İcra Hakimiyyətindən açıqlama gəldi - 5 gündür küçələrdə gecələyən ailə ilə bağlı Baş nazir küçədə zibil yığdı -FOTOLAR Paşinyanın adamı Yerevan meri seçildi - Nəticələr məlum oldu Bakı bulvarında kişi meyiti tapıldı - 20-25 yaşlarında Bakı bulvarında kişi meyiti tapıldı - 20-25 yaşlarında Bakıda bəzi yollarda sürət həddi endirildi –Yağışa görə Bazarlarda qiymətlər necədir? - VİDEO Bakıya aylıq normadan artıq yağıntı düşüb Tovuzda gənc oğlan ağacdan yıxılaraq ayağını qırıb İndoneziyada zəlzələ oldu “Yağışın yaratdığı fəsadlar aradan qaldırılır” - “Azərişıq” Təbiət bir gecəyə Bakı üzrə “aylıq plan”ı doldurdu Bu gün Paşinyanla Sərkisyanın pərdəarxası döyüşü olacaq
    File engine/metagen.php not found.