Q.Paşayeva Kocaeli Kitab Fuarında konfrans verib və Şuşadan danışıb

    Q.Paşayeva Kocaeli Kitab Fuarında konfrans verib və Şuşadan danışıb


    Millət vəkili Q.Paşayeva Kocaeli Kitab Fuarında konfrans verib və Şuşadan danışıb

    İcxeberler.info bildirir ki, Türkiyənin Kocaeli Böyükşəhər bələdiyyəsinin təşkil etdiyi 10-cu Kocaeli Kitab Fuarı çərçivəsində millət vəkili,siyasi elmləri doktoru Qənirə Paşayeva "Türk dünyası problemlərinin çözümündə aydınların rolu”adlı konfrans verib. Kocaeli bölgəsinin əsmilərinin, ziyalıların, KİV-in və QHT təmsilçilərinin və gənclərin iştirak etdiyi konfransda millət vəkili Q.Paşayeva Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları, qədim Şuşa, qondarma "erməni soyqırımı” ilə bağlı geniş məruzə ilə çıxış edib. Çoxlu sayda tələbələrin, KİV nümayəndələrinin iştirak etdiyi konfransda millət vəkili Q.Paşayeva Şuşanın dünyada yaşayan bütün azərbaycanlıların, türklərin mədəniyyət evi olduğunu bildirib və tədbir iştirakçılarının əksəriyyətinin Şuşada olmamasına baxmayaraq, Şuşanın hər birimiz üçün doğma şəhər olduğunu qeyd edib: "Biz inanırıq ki, Şuşanın işğaldan azad olduğu gün çox tezliklə gələcək və biz oranı ziyarət edəcəyik”. Çıxış edən millət vəkili Qənirə Paşayeva qeyd edib ki, Şuşanın qədim tarixi var. Şuşa əsrlər boyu Azərbaycan və türk tarix və mədəniyyətinin beşiyi olub. Mədəniyyətə əvəzsiz töhfələr verən dahi şəxsiyyətlər orada yetişib: "Hər bir Türk insanı Şuşanı tək bu gün deyil, hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Hər birimiz Şuşanı doğma şəhər kimi sevməliyik, xatırlamalıyıq ki, Şuşamız işğal altındadır. Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və tarixi abidələri məhv edirlər və dünya buna göz yumur”. Şuşanın 26 ildir Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bunları söyləyib: "Şuşada yaşananlara bütün dünyanın gözü bağlıdır. Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatların Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları var. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı siyasi təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik”.
    Millət vəkili çıxışında Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat da verib. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. "Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi, Şuşa acısı tək Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir” – QənirəPaşayeva deyib. Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirib "Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır. Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşür. Türk gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” ruhunda böyüdülməlidir. Millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”. Millət vəkili Azərbaycanın qondarma "erməni soyqırımı” iddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib. O deyib ki, qondarma "erməni soyqırımı”na qarşı mübarizə hər bir Türk insanının vəzifəsidir. Q.Paşayeva Türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini qeyd edib: "Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir. İnşallah gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”. Tədbirin sonunda millət vəkili Q.Paşayeva tədbir iştirakçılarını maraqlandıran suallarını cavablandırıb və onlara imzalı kitablarını hədiyyə edib.

    Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz.



    Q.Paşayeva Kocaeli Kitab Fuarında konfrans verib və Şuşadan danışıb
    Q.Paşayeva Kocaeli Kitab Fuarında konfrans verib və Şuşadan danışıb

     

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 301


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Qoşqar Təhməzli xaricdəki biznesindən danışdı: "İş adamı olmaq qəbahətdir?" “Nar” sosial şəbəkələrdən abunəçilərinə müştəri xidmətləri göstərir Manatın bugünkü məzənnəsi Masallıda zəlzələ oldu Eldar Əzizov töhmət verdiyi baş direktoru İŞDƏN ÇIXARDI (ÖZƏL) Uşağın çəkisi niyə artmır? — 3 səbəb Yük maşını az qala körpüdən aşacaqdı... - Bakıda Energetika Nazirliyində Asiyaİnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib Tovuzda qəza baş verib, iki nəfər yaralanıb Qaradağlı qətliamından 27 il ötür Vüqar Rəhimzadəyə ağır itki Azərbaycanda yenə vulkan püskürdü Bakıda 18 yaşlı qız itkin düşdü Azərbaycan nefti bahalaşır Şəmkirdə 26 yaşlı gənc bıçaqlandı Azərbaycan çaylarında son durum... Çeçen nazir Əli Həsənovun açıqlamasına cavab verdi - Video Vəzifəli şəxslərə güzəştlər tətbiq edilib - Baş nazirdən QƏRAR “Nar” müştəri məmnuniyyəti üzrə yüksək artım nümayiş etdirib Əli Həsənova ağır itki üz verib Pensiyaların artırılacağı məbləğ açıqlandı Bakıda baş vermiş faciəvi yol qəzasının videogörüntüləri yayımlandı - VIDEO Xalq artisti iynədən şoka düşdü (VİDEO) Klubun vitse-prezidenti istefaya göndərildi Penitensiar Xidmət Taleh Bağırovla bağlı məlumat yaydı Bölgələrdə kəndlilərin adına kredit götürən təşkilat rəhbəri həbs edilmədi Erməni general dövlətin 1 milyarddan çox pulunu “yeyib” Ərdoğanla Ruhani Soçidə görüşdü Əhalinin Paşinyana ümidi itir - Tandilyan Pensiyalar ötən ayın artımı ilə birlikdə veriləcək - Video Biznesin inkişafı üçün “Nar”-dan korporativ müştərilərə yenilənmiş təkliflər Bir aya 70 nəfər qızılcadan ölüb Q.Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğıları ilə maraqlanıb Türkiyənin Azərbaycanda yeni hərbi attaşesi təyin edildi Ermənistan hərbçisi mobil telefona görə güllələndi... Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzində bu işləri görəcək... Rusiyada kriminal avtoritet saxlanıldı Baş nazirdən ali təhsillə bağlı qərar Manat və dolların sabahkı MƏZƏNNƏSİ Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü “Laçın”ın sahibinin oğlu imiş... Kimlərin maaşı artacaq? - RƏSMİ SİYAHI Ramiz Mehdiyev sərəncam verdi Ermənistanın Müdafiə Nazirliyini ifşa edən ölüm faktı Nigeriyada yanacaq tankeri partladdı - 7 nəfər öldü İsveçrədə müsəlman qadınlara qadağa Qaşıqçının öldürülməsi əmrini kim verib? - Nazir İradə Gülməmmədova Görədil kəndidə növbəti səyyar qəbul keçirdi Deputatlardan baş nazirin “giləmeyvə cəriməsi” qərarının ləğvinə reaksiyalar Daha üç Azərbaycan çempionu bəlli oldu Əmək pensiyalarının sığorta hissəsi artırıldı - SƏRƏNCAM Ayağına dəmir düşdü, iki həftə sonra öldü 08 fevralda gözlənilən hava şəraiti Manat və dollar sabah hansı MƏZƏNNƏDƏ olacaq? İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda olub “Nar” Gəncədə yeni rəsmi mağazasını təqdim etdi Millət vəkili Q.Paşayeva Tovuzda uşaqlar üçün “Kitab Günü” təşkil edib Bakıda betonqarışdıran maşın 3 metr hündürlükdən xəndəyə düşdü, sürücü öldü Spiker elə ilk gün deputatlara xəbərdarlıq etdi Elman Rüstəmov: “Manatın devalvasiyasından danışmaq qeyri-ciddilikdir” Mebel fabrikində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - Azərbaycanda “Nar”-ın “Qutu”təklifindən istifadə edənlərin sayı 2 dəfə artıb 31 yanvarda gözlənilən hava şəraiti Azərbaycanda “möcüzə həkim” - Təsadüfən rastlaşdığı imkansız qadını belə xilas etdi... İmişli rayonunda qanunsuz silah saxlayan şəxslərə qarşı əməliyyat həyata keçirilib Qənirə Paşayeva: "Axıska türkləri bizim qardaş-bacılarımızdı və onların problemi bizim də problemimizdir" Rus alim xəritə yaydı: İrəvan Azərbaycan ərazisidir – Video Bakıda ağır qəza: Avtobus şirkətin hasarına çırpıldı - FOTO “Nar” Zərdabda yeni rəsmi mağazasını təqdim etdi “Nar” daha bir intellektual yarışadəstək oldu "Düşmən texnikasını və canlı qüvvəsini sıradan çıxarır"-Şəhidimizin anım günüdür... Bakıda xəstəxananın adında gülünc yanlışlıq - Foto Abşeronda 20 yanvar hadisələri 29 cu il dönümü qeyd olunub-Video Çilidə güclü zəlzələ olub — 6,8 bal Miqrantları daşıyan gəmi qəzaya uğradı - 117 itkin 20 Yanvar faciəsindən 29 il ötür İradə Gülməmmədovanın Xırdalan sakinləri ilə səyyar qəbulu keçiriləcək Q.Paşayeva MM-in Səhiyyə komitəsində əhalinin sağlamlığı ilə bağlı bir sıra vacib təkliflərlə çıxış edib Çarukyan deputatları təhdid etdi: Hər şeyi açıb-tökərəm! “Nar”-ın “Full” paketlərindən istifadə edən abunəçilərin sayı sürətlə artır Nazir 2 rəisi işdən çıxartdı, 7 rəisin yerini dəyişdi – Rəsmi “Kitabların oxunması məcburiləşdirilməlidir” - Əflatun Amaşov ŞİRVANDA OĞURLUQ EDƏN ŞƏXSLƏR SAXLANILIB “Nar” paytaxtda yeni rəsmi mağazasını təqdim etdi “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır İctimai kanalın prodüsseri Türkiyədə xəstəxanadadır-Foto "Heç bir informasiyanı rəsmi mənbəyə istinad olmadan ortaya çıxarmıram"-Ekspertdən direktora cavab! Leyla Əliyevanın məşhur şeiri hamını kövrəltdi - VİDEO Qubada ağır qəza: ölənlərin sayı artdı Vergilər Nazirliyi SOCAR-ı niyə yoxlayır? - Rəsmən aydınlıq gətirildi Paşinyanı çətin günlər gözləyir - Rusiyadan müharibə xəbərdarlığı Dilqəm Əsgərovun oğlu bütün Azərbaycana SƏSLƏNDİ: "Atamdan xəbər yoxdu..." Suriyadan çəkilmə qərarı alan ABŞ-dan yeni açıqlama: Trampın qərarı qətidir! Güclü küləklə bağlı xəbərdarlıq - Bu axşamdan başlayır... Şəhriyar Məmmədyarov 50 min dollar qazandı Nazir 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tapşırıq verdi “Kimi işdən çıxarırsan, deyir, prezidentə məktub yazacaq” - Kamal Abdulla Un bahalaşdı: çörəyin qiyməti, yoxsa çəkisi dəyişəcək? Bu tarixdən pensiyalar artacaq - Nazir açıqladı Millət vəkili Q.Paşayeva Afrikanın fəal qadınları ilə Qarabağdan danışıb Bakıda BASQIN: Ev almaq adı ilə müştəri kimi gəldilər və ...
    File engine/metagen.php not found.