“Koroğlu” MMC-də Eldar Mahmudov çetesinin izləri - sensasion faktlar

    “Koroğlu” MMC-də Eldar Mahmudov çetesinin izləri - sensasion faktlar


    Şirkətdə borc bataqlığına salınan işçini soyunduraraq videosunu çəkiblər; işgəncələrə dözməyən işçilər intihar ediblər...

    İctimai vəkil Samir Zeynalov "Koroğlu” MMC-də baş verən cinayət xarakterli işlərlə, habelə digər qanunsuzluqlarla bağlı geniş məlumat verib. Onu dinlədikcə göz önünə Eldar Mahmudovun rəhbərlik etdiyi "MTN çetesi”nin vaxtı ilə törətdiyi qanunsuzluqlar göz önünə gəlir.  Samir Zeynalov deyir ki, şirkətdə adam oğurluğu, işçilərin qanunsuz azadlıqdan məhrum edilməsi, iplə boğma, vəhşicəsinə döymə kimi hallar adiləşib. İşçilərə qarşı cinayətlər araşdırılmır deyə hər dəfə daha geniş miqyaslı qanunsuzluqlar baş verir.

    Samir Zeynalov bildirir: "İctimaiyyət nümayəndələrimiz, QHT mənsublarımız və səlahiyyətli dövlət mənsublarımız uzun müddətdir ki, ölkəmizdə reketçiliyi, qanunsuzluqları və anti-sosial əməli fəaliyyəti ilə nüfuz qazanan ”Koroğlu" MMC şirkəti haqda səslənən təkzib olunmaz faktlarla tanış olmaqdadırlar. Buna baxmayaraq dövlət və cəmiyyət adına hədsiz zərər vuran əməllərə birbaşa sahiblənən "Koroğlu” MMC barəsində qanuna müvafiq tədbirlərin görülməsi bilinməyən səbəblərdən dolayı bu günə qədər gecikir. Qeyd edim ki, bu şirkət məhkəmə-hüquq işləri üzrə tarixi-praktikada ən çox adı hallanan şirkətdir. 1992-ci ildə təsis olunan "Koroğlu” MMC ölkəmizə qənnadı məmulatlarının idxalı, müxtəlif adlar və çeşidlər üzrə istehsalı ilə məşğuldur. Şirkətin hazırkı icraçı direktoru Rəşad Əliyevdir. Bundan əvvəl isə hazırkı vəzifəni "Koroğlu” MMC-nin neqativ fəaliyyəti ilə bağlı ən çox adı hallanan Rəşad Əliyevin əmisi Tahir Əliyev icra edirdi. Şirkət şəbəkə marketlər, kiçik sahibkarlıq üzrə fəaliyyət göstərən mağazalara və digər istehlakçı sifariş subyetlərinə ölkəyə idxal etdiyi və istehsal etdiyi məhsulların dağıtımını həyata keçirir. Şirkət birmənalı olaraq marketinq prinsipi ilə məhsullarının satışını gerçəkləşdirmir. İstehlak bazarında qənnadı məmulatlarına hər zaman tələbatın olduğunu nəzərə almaqla məhsulları məcburi olaraq ticarət nümayəndələrinin adına buraxılır. Hər bir vətəndaş ticarət nümayəndəsi işinə qəbul olunarkən aylıq nəzərdə tutulan plan-limiti təmin etmə kimi öhdəliyə yiyələnir. Belə ki, bir işçinin adına aylıq məcburi olaraq çıxan 10-20 min manatlıq malların satışından həmin işçilərə maaş olaraq həmin malların maliyyə dəyərinin 16-20 faizi miqdarında nominal əmək haqqı ödənilir. Real əmək haqqı isə bağlanılan əmək müqaviləsinə görə ənənəvi olaraq minimum əmək haqqından cüzi miqdarda yüksək olmaqla - 177, 180 AZN civarında göstərilir(vergidən yayınma). Qeyd edim ki, ticarət nümayəndələrinin adına çıxan malların satışı gerçəkləşmədikdə, həmin malların son istifadə tarixinin bitməsinə görə külli miqdarda şirkətə qaytarılması səbəbindən bu mıhsulların maliyyə dəyərinin 90 faizi həcmində işçilərə cərimə tətbiq edilir. Həmin andan etibarən cərimə sanksiyasına məruz qalmış işçilər "Koroğlu” MMC rəhbərliyinin ağır borc köləliyi altında çalışmağa ya məhkum olurlar, ya da adlarına yazılmış cərimə borclarını ödəməyə məcbur olurlar".

    Onun sözlərinə görə, nəticə etibarı ilə şirkət rəhbərliyi hər bir halda özünü sığorta etməklə bərabər, öz işçisinə və cəmiyyətə misilsiz maddi-mənəvi zərər vurur: "Bu barədə daha dəqiq olaraq analoji faktlara diqqət yetirməkdə fayda var: Şirkətin keçmiş ticarət nümayəndəsi Namiq Məmmədov bildirir ki, 2010-cu ilin avqustunda o, şirkətin Sabunçu rayonunda yerləşən ofisinə çağırılıb (metronun ”Koroğlu" stansiyası və "Bakıxanov” qəsəbəsi arasındakı yol). Orada icraçı direktor Tahir Əliyevin iştirakı ilə ondan firmaya 20 min manat borcunu ödəməyi tələb ediblər. O, borcu olduğunu etiraf etməkdən imtina etdikdə amansızcasına döyülüb. Sonra onu şirkətin hüquq şöbəsinin rəhbəri kimi adı keçən Emin Babaşovun başçılığı altında çılpaq soyunduraraq kamera ilə çəkiblər və müəssisə əməkdaşları arasında həmin videonu yayıblar. Bundan sonra ağır vəziyyətdə olan Məmmədovu məhsul verdiyi mağazalardan pul toplamaq üçün Şirvan şəhərinə aparıblar. Növbəti gün onu yenidən şirkətin ofisinə çağırıblar, yenidən döyüblər və çəkilmiş kadrları internetdə yayacaqları ilə hədələyiblər. Bundan sonra Məmmədov borcunu etiraf etməsi barədə kağız imzalayıb. İndi onu təqib edərək pulları tələb edirlər.

    Koroğlu MMC ile ilgili görsel sonucu

    "Koroğlu”da vəhşicəsinə döyülən işçiyə həkimlər beyin və daxili orqanlarının zədələnməsi diaqnozu qoyub!

    Tusi adına klinikanın həkimləri tərəfindən beyni və daxili orqanlarının zədələndiyi təsdiq olunmuş Namiq Məmmədov Türkiyəyə qaçmaq məcburiyyətində qalıb.

    Namiq Məmmədovun yaxınları hüquq-mühafizə orqanlarına müraciət etməkdən qorxurdular. Belə ki, "Koroğlu” MMC onları müxtəlif dövlət orqanlarında yüksək vəzifəli himayədarları olduğu ilə hədələyirdi. Yalnız bu ilin aprelində ölkə rəhbərliyinin korrupsiyaya qarşı mübarizə elan etməsindən sonra Namiq Məmmədovun anası Südabə Məmmədova oğlunun başına gələnlər barədə mətbuata danışmağı qərara alıb. DİN rəhbərliyi buna reaksiya verib və Sabunçu polisinə faktları araşdırmağı tapşırıb. Lakin 12-ci polis bölməsi zərərçəkmişin şikayətinin olmadığını əsas gətirərək, cinayət işi başlamayıb. Qeyd edim ki, hüquq-mühafizə orqanlarına bəlli olan ağır cinayət işləri üzrə zərərçəkmiş şəxsin şikayət ərizəsinə ehtiyac duyulmur. Belə ki, şirkət rəhbərliyi tərəfindən insan oğurluğu, hədələmə, döymə, hədə-qorxu və işgəncə yolu ilə pul tələb etmə, qanunsuz həbsdə saxlamaq kimi bir sıra ağır cinayətlər törədilib".

    İşçini vəhşicəsinə döyüb atasını girov götürüblər!

    Şirkətin digər keçmiş əməkdaşı Elgün Teymurov da analoji səbəblərlə döyüldüyünü qeyd edir. Bundan başqa, onun atasını bir müddət girov kimi şirkətdə saxlayıblar. Şirkətin daha bir əməkdaşı Mirrəhim Qənizadənin də atasının və əmisi oğlunun başına eyni oyun açılıb. Qənizadə öz avtomobilini şirkətin "cəza qrupunun” üzvlərindən birinin adına keçirdikdən sonra onları buraxıblar.

    işkence ile ilgili görsel sonucu

    "Koroğlu”da işgəncə otağı var!

    O, digər əməkdaşların bütün kollektivin gözü qarşısında döyülməsinin və təhqir edilməsinin şahidi olduğunu təsdiq edib. Qənizadənin sözlərinə görə, ofisdə insanların girov saxlanılması və döyülməsi üçün istifadə olunan xüsusi otaqlar var.

    Şirkətin keçmiş əməkdaşı Vəkil Quliyevin də paltarlarını soyundurub videoya çəkiblər: "Şirkətin rəhbəri Tahir Əliyev gəlib istehza ilə deyib ki, Prezident Administrasiyasında da, prokurorluqda da mənim adamlarım var, istədiyim adamın başına oyun açaram. Polisə getsəniz, onları da susduracağıq”.

    Şikayətçi deyir ki, "Koroglu” MMC-nin rəhbəri Tahir Əliyev dəfələrlə iclas keçirərək işçiləri təhdid edib: O deyib ki, "kimin pulu mənim pulumdan çoxdur? Kim bizdən böyükdür? Bu ölkəni idarə edən qollardanıq. Özünüzü yığışdırın, çaşmayın”.

    işkence ile ilgili görsel sonucu

    "Gördüm ki, Saleh adlı iş yoldaşımın boğazına ip keçirib sürüyürlər”

    Şirkətin keçmiş əməkdaşı Arif Əliyev deyib ki, işgəncə halları "Koroğlu” şirkətində artıq normaya çevrilib: ‘’Mən uzun zaman orda işləmişəm. Bir dəfə öz gözlərimlə gördüm ki, Saleh adlı iş yoldaşımın boğazına ip keçirib sürüyürlər. Pilləkəndən sürüyə-sürüyə yuxarı qaldırdılar. Saleh huşun itirdi. Tahir Əliyev özü gəlib Salehin dilini çölə çıxarıb qucagına alıb apardı. Çünki qorxurdular ki, ölüb üstlərində qalar. Şirkət "vorzakon”luqla məşğuldur. Müəyyən nüfuzlu şəxslərin adını hallandırır və əllərindən nə gəlirsə edirlər. Balalarımın canına and olsun, şirkətdə işləyənlərin hamısının bütün məsələlərdən xəbəri var".

    "Get, kimə istəyirsən şikayət elə, arxamda general dayanıb!”

    Şirkətin digər keçmiş və həbs edilən əməkdaşı Fuad Əzimovun anası Zöhrə Əzimova isə təşkil etdiyi mətbuat konfransında qeyd edib ki, MMC rəhbəri T.Əliyev oğluna vaxtı keçmiş mal yollayıb və buna görə ondan 780 min manat pul tələb edib. T.Əliyevdən şikayət edəndə isə "Get, kimə istəyirsən şikayət elə, arxamda general dayanıb” sözlərini eşidib.

    Şirkətin keçmiş əməkdaşı Asif Rəhimovu da analoji qondarma ittihamlara və bərbad, qanunsuz iş sisteminə görə döyüb evinin kupçasını əlindən alıblar.

    "Koroğlu” saxta qaimə-fakturalarla külli miqdarda vergidən yayınır"

    Şirkətin keçmiş əməkdaşı Rauf Əliyev 5 il əvvəl - 2013-cü ildə "Koroğlu” MMC-nin direktoru Tahir Əliyevin idarəetmə sisteminə etiraz olaraq şirkətdə tutduğu yüksək vəzifədən imtina edərək ayrılıb. Bundan sonra Tahir Əliyev dəfələrlə onu şirkətə qaytarmaq istəyib. Rauf Əliyev rəsmi olaraq əmək kitabçasına qeyd olunmaqla 01.02.2013-cü il tarixdə işdən ayrılıb. Buna baxmayaraq o gündən sonra yenə də onun adına şirkətdən qənnadı məmulatlarının müstəqil istiqamətdə çıxışı həyata keçirilib. Şirkətə yenidən qayıtdıqdan sonra məsələni aydınlaşdırıb, buna etirazını bildirib. Məlum olub ki, işdən uzaqlaşdığı müddət ərzində adına qeyri-qanuni olaraq 134 min 471 manat həddində mal buraxılıb. Həmin vəsaitin 25 min manatı naməlum formada mənimsənilib.

    Rauf Əliyev apardığı araşdırma zamanı müəyyən edib ki, şirkət daxilində 93 min 184 manat 81 qəpik kəsir var. Bu haqda hesabat hazırlayıb Tahir Əliyevə təqdim edib. Elə bundan sonra da Rauf Əliyevin qara günləri başlayıb. Həmin kəsiri dolayısı ilə elə onun özünün "ayağına” yazıblar. Bakı Ağır Cinayətlər Məhkəməsində "Koroğlu” MMC-nin işçisi Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi sona çatmaq üzrədir. Cinayət işinə hakim Mahmud Ağalarovun sədrliyi ilə baxılır. Rauf Əliyev şirkətin 120 min manata yaxın pulunu mənimsəməkdə ittiham olunur.Ona qarşı irəli sürülən ittiham isə heç bir sübuta malik olmamaqla bərabər, bumeranq xarakterlidir. Belə ki, "Koroğlu” MMC-in ittiham üzrə istifadə edilən saxta qaimə-fakturalar külli miqdarda vergidən yayınma faktıdır.

    Samir Zeynalov bildirir ki,  "Koroğlu” MMC-nin apardığı qanunsuzluqlara, özbaşınalıq hərəkətlərinə dözməyərək, intihar etmiş şəxslər də çox təəssüflər olsun ki, mövcuddur: "Həmin şəxslərin də adlarını təqdim edirəm:

    İsmayıllı rayonu Aşağıbaş kənd sakini, 1990-cı il təvəllüdlü Tofiq Adıgözəlov ( İntihar tarixi 14.05.2014).

    Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Xəyyam Vüsal oğlu Nağıyev (İntihar tarixi 05.12.2011).

    Göründüyü kimi, "Koroğlu” MMC-nin rəhbərlik səviyyəsində neqativ təmayüllü uzun tarixi əhatə edən əməlləri mütəşəkkil cinayətkar dəstənin fəaliyyəti haqqında real təsəvvür yaradır. Nəticə etibarı ilə onu da qeyd edim ki, "Koroğlu” MMC tərəfindən istehlaka təqdim edilən mallar külli miqdarda son istifadə müddətləri bitməsinə rəğmən belə müəssisədə yenidən qablaşdırılaraq istehlaka təqdim edilir. Bununla da ölkə miqyasında görünməmiş antimilli, antisosial, xəyanət tərkibli əməllərə imza atılır".

    Qeyd: Yazıda adı hallanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

    E.HÜSEYNOV,
    "Yeni Müsavat”


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 169


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    "Gəncliyin rəngləri " adlı sərgi keçirilib-Fotolar ABŞ-da təyyarə qəzası baş verib, ölənlər var 20 yaşlı azərbaycanlı tələbə İsveçdə deputat seçildi - Fotolar Prezidentin bu çıxışı İrəvana layiqli cavab idi - Politoloq Binəli Yıldırım azərbaycanca DANIŞDI: “Azərbaycana soyuq dəysə, biz xəstələnərik” Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib “Nar” İsmayıllıda 4G şəbəkəsini qurdu Qayıq göldə batdı, 44 nəfər öldü "Frutti Freska"dan ibrətamiz addım-Fotolar Ağacdan yıxılan jurnalist dünyasını dəyişdi Azərbaycanda pambığın qiyməti 50 manat qalxdı Elnur Seyidovun şikayəti təmin olunmadı Ermənistandakı Rusiya aviasiyası döyüşə hazır vəziyyətə gətirildi Saçyoldu olayı baş verən məktəbin direktoru işdən AYRILDI “Nar”-ın dəstəyilə “Brain Ring” yarışları start götürdü "Xətai" metrosu bağlanır - 1 illik Sabirabadda kütləvi dava: 4 nəfər həbs edildi Ordumuzun təlimləri: döyüşə hazırlıq... - Video Fikrət Qocanın oğlunun qatili ilə bağlı – Son qərar Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına da daxil olur NATO-dan Azərbaycanla bağlı açıqlama Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimov qanunları saymır - ŞİKAYƏT Ülviyyə Namazova: "Afət Fərmanqızı, səndə onun tayısan!"-QALMAQAL! Cəlilabadda 6 yaşlı uşağı maşın vuraraq ağır yaralayıb Sumqayıtda avtobus "Kamaz"la toqquşdu - Yeniləndi Heydər Əliyev hərbi xidmətdə: bu gün and içdi FOTOLAR Bakıda “Beynəlxalq multidissiplinar xərçəng müalicəsi” mövzusunda beynəlxalq konfrans keçirilir- VİDEO Əgər təlimat verilsə, Rusiya belə bir helikopter istehsal edəcək Türkiyədə Bakının azad edilməsinin 100 illiyinə videoçarx hazırlandı - VİDEO ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı Bu, Ərdoğan və Əliyevin birgə mesajıdır Ərdoğan Azərbaycanda - Əliyevlə görüşdü+ Fotolar+ Yenilənib Bu gün Almaz balanın doğum günüdür Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi ölkəmizdədir Azərbaycanlı politoloqdan Ermənistan hərbi rəhbərliyinə məsləhət... Ərdoğan və Əliyevin iştirakı ilə bu gün... - Türkiyə XİN “Nar” 15 sentyabr– Bilik günü münasibətilə daha bir müsabiqə keçirir. “Nar”-dan 10 qəpiyəgünlük internet paketitəklifi Millət vəkili Q.Paşayeva “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu – 100” adlı gecədə Türk Dünyasına çağırış edib Bəbəlidə yanğın baş verib Gəncədə qadın 5-ci mərtəbədən yıxıldı Kaliforniyada atışma nəticəsində 6 nəfər ölüb Ağdaş sakini dəmir parçası ilə həmyerlisinə ağır xəsarət yetirib “Orta əsr təfəkkürü Paşinyana baha başa gələcək”-Aydın Mirzəzadə “Nar”-dan Türkiyəyə səfər edənlər üçün sərfəli rominq paketi 12 sentyabrda gözlənilən hava şəraiti Zəvvarları daşıyan avtobus aşdı - 50 nəfər öldü Bakının işğaldan azad edilməsinin 100-cü ildönümünə həsr edilən tədbir keçirildi Azərbaycanda bu analizin qiyməti 3 minə yaxındır Kağızdan hazırlanmış qeyri-adi sənət əsərləri - Fotolar İranın "Şiə qurşağı"na ağır zərbə - Şərh Qurban Qurbanov Malta uğursuzluğundan danışdı Q.Paşayeva Yeni Dərs İli öncəsi Tovuz kəndlərində müəllimlərlə görüşüb Salfet satmaqla günə 65 manat qazanan uşaq saxlanılıb Bakıda tarixi parada hazırlıq – Video Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddi təsdiqlənib Avstriyada baş verən qəzada 13 qadın xəsarət alıb Yaşlı insanların yaradıcılıq imkanlarının nümayiş etdirilməsi məqsədilə ədəbi –bədii tədbir keçirilib - Foto “Nar”-dan sosial şəbəkələrdə üstün müştəri xidmətləri Paşinyan bu gün Moskvada “məşhər ayağına” çəkiləcək ""Addım- addım"ın repertuarımda xüsusi yer tutacağına əminəm"-Aygün Aydın Gənc Kikboksçu qadın Günay Sun Moon Haciyeva niyə qəzəbləndi? Tamerlan Qarayev kim idi ki, onun əmri ilə vertolyot vurulsun? - ETİRAZ... Prezident böyrəyi səhvən götürülmüş uşağa ev bağışladı Yevlaxda baba 3 yaşlı nəvəsini öldürdü Azərbaycanda dünya çempionu HƏBS EDİLDİ - QAYINATASINI DÖYDÜYÜNƏ GÖRƏ (ÖZƏL-FOTO) Quzusunu xilas etmək istəyən fədakar çoban həyatından oldu -FOTO İranda 5,5 bal gücündə zəlzələ olub 08 sentyabrda gözlənilən hava şəraiti Türkiyə Prezidenti İranda səfərdədir Yevlaxda sürücü avtomobili aşırıb, sərnişin ölüb “Biz, bir millət iki dövlətik!”devizi altında ədəbi-bədii tədbir keçirilib Q.Paşayeva Tovuzda kənd xəstəxanalarını ziyarət edib və insanlarımızın tibbi maarifləndirilməsini gücləndirməliyik deyib Azərbaycan Prezidenti Braziliyanın dövlət başçısını təbrik edib Şimali Koreyada daşqınlar nəticəsində 76 nəfər ölüb, 800-dən çox bina dağılıb Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub Ukraynada uçot dərəcəsi artırılıb Lənkəranda gənc oğlan qayınatası tərəfindən bıçaqlanıb Son dəqiqə: Rusiya qırıcıları İdlibi vurdu – 4 milyona yaxın sakin təhlükədə Bu dərmanların istifadəsi QADAĞAN EDİLDİ - SİYAHI 11 mindən çox insanda bədxassəli şiş aşkarlandı - Azərbaycanda Şirkət aşağı qiymətə satılıb, araşdırma olacaq - Prokuror Qırmızı Körpüdə qəzada Azərbaycan hərbçisi öldü - Rəsmi İsmayıllıda dağlıq ərazidə yanğın baş verib Azərbaycan gimnastı Bolqarıstanda bürünc medal qazanıb İşədüzəlmə şirkətlərinə nəzarət başlayır Ucarda traktor velosipedçini vurub Rusiyada ilk qar yağdı 04 sentyabrda gözlənilən hava şəraiti Manafdan üzr istəyən şəxs efirdə başqa şeylər dedi: “Yalan danışıb, əlimdə faktlar var…” – VİDEO "İsti ocağımın soyuq küləyi"- Qocalar evindən son məktub 4 otaqlı ev yandı Qazaxda sürücü aşan kranın altında qaldı “Nar” korporativ müştərilər üçün yeni imkanlar açır TANINMIŞ PRODÜSSER MİNARƏ ƏSKƏROVA: "MƏNİ İKİNCİ DƏFƏ HƏYATA QAYTARDI". Deputata və oğluna şər atdılar - 90 min xərcə düşdülər Millət vəkili yeni dərs ili öncəsi məktəbləri ziyarət edib, müəllimlərlə görüşdü Müğənnidən jurnalistə: "Saytlar reklam olar ki, mənim adım onların saytlarında hallansın" Afət Fərmanqızı Meyxanaçının musiqisini oğurladı -QALMAQAL! Azərbaycan neftinin qiyməti 79 dolları keçib
    File engine/metagen.php not found.